Cavad Cavadlı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/28
tarix25.06.2018
ölçüsü5,01 Kb.
#50983
1   ...   16   17   18   19   20   21   22   23   ...   28

 
89 
İyul ayına qədər duman, çən gördü onlar. 
 
Min dəfə qar da yağdı meyidlərin üstünə. 
Guya duran olmayıb heç onların qəsdinə... 
 
Hərdən haray qoparıb küləklər qalxdı zilə. 
Otuz kəndin naləsi çatmadı bir mənzilə. 
 
Bu gizli soyqırımdan nə nişan, nə iz qaldı. 
Təkcə Azərbaycan yox, dünya xəbərsiz qaldı. 
 
Viran qalmış kəndlərin harayı yox, ünü yox. 
Nə günü var yaşadı, bundan sonra günü yox!.. 
 
O kəndlərin adamı göyə köçübdür bəlkə?! 
Tarix səhifəsindən silinməzdir bu ləkə. 
 
Alovların içində yanıb, bişib - dedilər. 
Ünvanlara bəzən də "itkin düşüb" - dedilər. 
 
Bu da taleyimizdə bir qəzadı, bir işdi. 
Erməni qara, çirkin bu arzuya yetişdi. 
 
Qəribədi, çəkən də tapılmadı bu dərdi. 
Vətən mərd axtarırdı, tapammadı o mərdi. 
 
İnsan oğlu əzəldən bahar, yaz təlaşında. 
Bu, həyatın hökmüdür, ömrü bitdi qışın da!.. 
 
...Zaman gəldi sümüklər ağardılar dərədə. 
Sanki tarix dil açdı bu qanlı mənzərədə. 
 
"Sümüklü dərə" sözü dilə, ağıza düşdü. 
Ancaq nə bir kitaba, nə bir kağıza düşdü. 
 
İndi də o yerlərin quş da qonmur daşına. 


 
90 
Çox belə bəla gəlib millətimin başına!.. 
 
Günahsız ölənlərin mənzilləri haqdadır. 
Deyirlər, o sümüklər hələ də qalmaqdadır 
 
 
VƏSAİT YОХ, DEDİLƏR 
 
Yenə də qan-qan deyib dava gəzir erməni. 
Eşitdiyin bəd xəbər yaman sarsıtdı səni. 
 
Hər gün yeni bir avaz Kəlbəcərə çatırdı. 
Köhnə yatanlar kimi təzələr də yatırdı. 
 
Bu dərdə insan oğlu gətirə bilməzdi tab. 
Bu əzaba bəs necə tab gətirdin, İnqilab?! 
 
Fikrində şəhidlərə mərmər heykəl ucaltdın. 
EIə gecə oldu ki, yuxuna haram qatdın... 
 
O amansız günlərdən düz səksən üç il keçdi. 
Ellərin güzaranı yenə də müşkül keçdi. 
 
Ermənistan dövləti xəyanətin başında. 
Soydaşlarım qovuldu yenə ilin qışında. 
 
Burda təzə heç nə yox - tarix edildi təkrar. 
Yenə gözlərimiz kor, yenə qulağımız kar 
 
Yenə didərginlərin pənahı dağlar oldu. 
Bu dəfə də qəlbimiz bu cürə ağlar oldu. 
 
Düşmənlər fürsət gəzib gözləyir qış ayını. 
Hələ də düz bilmirik ölənlərin sayını... 
 
Yenə həmin mənzərə, yenə həmin dəst-xətt!.. 
Çölümüzdə təcavüz, içimizdə xəyanət. 


 
91 
Göyçə, Zəngəzur eli babanın yurdu sənin. 
Qan-qadalı qırğınlar qarşında durdu sənin. 
 
Gecə keçdi yarıdan - yuxun çəkildi ərşə. 
Sən belə doğulubsan, sən beləsən həmişə!.. 
 
Sən "Sümüklü dərə"ni görmüşdün öz gözünlə. 
Balaca bir kəllə də gətirmişdin özünlə. 
 
Yaşı onu keçməyən bir uşaq kəlləsiydi. 
Dağı lərzəyə salan o körpənin səsiydi. 
 
O körpəyə baxardın bəlalı bala kimi. 
Bir gün o duracaqdı arxanda qala kimi. 
 
Ölüm bayquşlarına dedin: nifrət, ar olsun! 
Qoy erməni cinsindən dünya xəbərdar olsun!.. , 
 
Səni sakit buraxmır ruhları sağ sümüklər. 
Ürəyinə dağ çəkir, silinməz dağ - sümüklər. 
 
Ya abidə, ya muzey sən düzəltmək istədin. 
Baş tutmadı, tuta da bilməzdi bu məqsədin. 
 
İstəyirdin bu muzey qəlblərdə göynək olsun. 
Dünyaya göstərməyə nümunə, örnək olsun. 
 
Yuxarı çatdıranda öz fikrini, arzunu. 
Təşəkkür əvəzinə bir ittiham oldu bu!.. 
 
İxtiyar sahibləri bir kənarda durdular. 
Vicdanı kor gədalar gör nələr uydurdular: 
 
"Üstümüzə o zaman qalxa bilər erməni"... 
Belə cavablar o dəm rahat qoymazdı səni!.. 
 


 
92 
O ermənipərəstin kəsib bəhanəsini 
Bir cəngavər sayağı ucaltdın haqq səsini. 
 
Dedin: - Bəs 
İravanda saxta, ucuz heykəllər! 
*
 
Bəs onları göylərə ucaldıb hansı əllər?!.. 
 
Varlığımız bilinməz - bu qeyrət ki, bizdə var. 
Azdır, bundan da betər bəlaya olsaq düçar. 
 
... İzi itmiş faciə onu salmışdı dərdə. 
Sümüklərin üstünə duman çəkirdi pərdə. 
 
Bir əsrə yaxındı ki, dağlar düşüb heyrətə. 
Millətə "qeyrət dərsi" kim neçə, kim öyrədə?! 
 
Başbiləni olmasa millət bir gün batası. 
Bu millətin nə zaman olacaq öz atası?! 
 
Varlığını həmişə salan budur heyrətə. 
Çöp qədər olsa insan gələrdi bir qeyrətə. 
 
Dərdimiz ümman qədər, kədərimiz dəryadı. 
Səni fəryada salır sümüklərin fəryadı. 
 
Bu namərdlik qəlbini yandırırdı, yaxırdı. 
Ruhlar bəzən qarşında məyus-məyus baxırdı. 
 
Məzar da yox, daşlara söykəyərək başını 
İntiqama çağırır qeyrətli qardaşını!.. 
 
Səslər gəlir: -Almadım həyatdan öz kamımı!.. 
- İçinizdə oğul yox alsın intiqamımı? 
 
- Mən Məmmədəm! - Mən Həsənəm! Deyirəm öz adımı. 
                                                 
*
  1915-ci  ildə  Rusiya-Türkiyə  müharibəsində  ölənlərin,  sonralar  riyakarlıqla  "soyqırım  qurbanı" 
adlandırılanların xatirəsinə İrəvan şəhərində ucaldılan abidə kompleksi nəzərdə tutulur.
 


 
93 
- Eşidin fəryadımı! - Eşidin fəryadımı! 
 
- Sənəməm! - Gülsənəməm! Necə susum?! Necə susum?! 
- Göz önündə yandırıldı, talan oldu el-ulusum!.. 
 
- Dağlar, bizim harayı bütün dünyaya çatdır! 
- Ruhumuz narahatdır! - Ruhumuz narahatdır! 
 
O "Sümüklü dərə"nin dərdi acı nağıldı. 
Səs-sədadan qayalar parçalandı, dağıldı. 
Nə qədər ki, keçmişdən alınmayıbdır dərslər. 
Qayalardan həmişə gələcəkdir o səslər!.. 
 
Şəhidlərin səsindən di gəl rahat yaşa, yat! 
O zamandan həmişə ruhun, qəlbin narahat. 
 
Heç vaxt ucuz bir şöhrət sən gəzmədin, İnqilab! 
Elin fəlakətinə sən dözmədin, İnqilab! 
 
Əlindən nə gələrdi - olan olub keçmişdi. 
Bu da taleyimizdə bir qəzadı, bir işdi. 
 
Gözlənən bəlanı da hərdən yadına saldın. 
Keçmişləri andıqca min bir xəyala daldın. 
 
Laçının bağlı yolu təzələdi yaranı. 
Murovdağ da qəzəblə kəsib durub aranı. 
 
Düçar olmasın onu bir ölümə, qadaya. 
Kəlbəcərin özü də bənzəyir bir adaya. 
 
Çox qazan qarışdırır erməninin qaşığı, 
Axı ehtiyat hər vaxt igidin yaraşığı. 
 
İnqilabın köksündə şiddətlə vurdu ürək. 
Dəlidağdan Laçına, Murovdağa yol gərək!.. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə