”Gələcəyə Körpü” Gənclər İctimai Birliyi



Yüklə 68,5 Kb.
tarix28.06.2018
ölçüsü68,5 Kb.
#52065

”Gələcəyə Körpü” Gənclər İctimai Birliyi

Bridge to the Future Youth Union


Əttarlar küç, 118. AZ- 2000, Gəncə, Azərbaycan.

Tel.: +(99422) 56-05-08 Tel/fax: +(99412) 56-50-97



E-mail: office@bf-az.org; Web: www.bf-az.org

01.06.2007 Gəncə,Azərbaycan

PRESS-RELİZ


Uşaqları unutmayaq ki-Uşaqlığımıza qayıdaq !!!
“Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin bir qrup könüllüləri (bundan sonra Birlik) 1 İyun 2007-ci il tarixində Gənclərin Beynəlxalq Müdafiə gününü təbrik etmək məqsədilə Gəncə şəhərində yerləşən 1 saylı Uşaq evinə baş çəkdi.
Səfərin əsas məqsədi kimsəsiz uşaqları yad etmək və ictimaiyyəti bu cür xeyriyyəçilik aksiyalarına cəlb etməkdən ibarət idi. Birliyin könüllüləri uşaqların qarşıdan gələn Beynəlxalq Uşaqların Müdafiəsi gününü təbrik etmək məqsədilə 13 May 2007-ci il tarixindən Birlik daxilində xeyriyyəçilik təşəbbüsünə başlamışdılar. Məhz həmin təşəbbüs vasitəsilə Birliyin könüllüləri topladıqları geyim əşyaları ( ayaqqabı, paltar və s.) ilə uşaqları sevindirdilər. Uşaqlar isə öz növbəsində qonaqlar üçün konsert proqramı ilə çıxış etdilər.
Qeyd edək ki, Birlik yaxın zamanlarda da bu cürə xeyriyyəçilik aksiyalarını davam etdirərək Qocalar evini ziyarət edəcəkdir. Əgər siz də bu cür aksiyalara öz töhfənizi vermək istəyirsinizsə bu təşəbbüsə qoşula bilərsiniz.
 

“Gələcəyə Körpü“ Gənclər İctimai Birliyinin



Ictimai Əlaqələr şöbəsi

Əlaqələndirici şəxs: Emil Hüseynov
Yüklə 68,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə