Bu cild üçün orijinal mətni 1981-ci ildə Robert L. MakKan yazmışdır. O, elə


IX HİSSƏ: ƏMƏK BİRLİKLƏRİNİN ROLU



Yüklə 2,56 Kb.
Pdf görüntüsü
səhifə41/48
tarix06.05.2018
ölçüsü2,56 Kb.
#43105
1   ...   37   38   39   40   41   42   43   44   ...   48

IX HİSSƏ: ƏMƏK BİRLİKLƏRİNİN ROLU
 
aparsin. Şuraya səlahiyyət verildi ki, əgər hər hansı bir işçi bu və ya 
digər birlikdə fəaliyyətinə görə ədalətsiz olaraq işdən azad edilirsə, 
iearədarları işçi işləmədiyi dövrdə onun əmək haqqının 
ödənilməsini tə’min etməyə məcbur etsin. Qanunvericiliyin bu cür 
qayğısı nəticəsində əmək birlikləri üzvlərinin sayı, demək olar ki, 
9 milyona çatdı. 
SƏNAYE 
TOŞKİLATL.ARI 
KONQRESİ 
1 O ^ 
* ildə Amerika Əmək Federasiyası daxilində 
\ . y  U
 3 “01 səkkiz birlik Sənaye Təşkilatı Komiteti (CIO) yaratdı 
ki, avtomobil və polad sənayesi istehsalı kimi kütləvi istehsal 
sahələrində fəhlələrin təşkilatı kampaniyasına təkan versin. Lakin 
Amerika Əmək Federasiyasına nəzarət edən peşəkar sənətkarların 
birlikləri ümumiyyətlə bu ixtisassız və yarımixtisash fəhlələrin 
birləşmələri cəhdinə qarşı çıxdı. Bu qarşıçıxmaya baxmayaraq, 
Komitetin aqressiv birliklərinin kampaniyalan keçmişdə mütəşəkkil 
olmayan bir çox zavodların birləşməsində uğurlar əldə etdilər. 
Lakin sənaye təşkilatı ətrafında mübahisələr azalmadı. 1938-ci 
ildə Amerika Əmək Federasiyası rəhbərliyi Sənaye Təşkilatı 
Komitetini yaradan birlikləri tərkibdən çıxardı, və Sənaye Təşkilatı 
Komiteti özünün xüsusi federasiyasını yaratdı və ona yeni ad verdi - 
Sənaye Təşkilatlan Konqresi. Sənaye Təşkilatı Komiteti Amerika 
Əmək Federasiyasının tamhüquqlu rəqibi olmağa doğru sür’ətlə 
inkişaf edirdi. 
MÜHARİBƏDƏN 
irləşmiş Ştatlar II Dünya Müharibəsinə qoşulduqdan bir qədər 
SONRAKI 
DÖVR 
XDsonra dövlətin apancı əmək başçılan Prezident Ruzveltə söz verdilər ki, 
dövlətin müdafiə sənayesinin fəaliyyətini dayandırmamaq üçün müharibə dövründə 
onlar tə’tillərin qarşısını almaqdan ötrü əllərindən gələni edəcəklər. Bu dövr ərzində 
birliklər bir sıra vacib əlavə mənfəətlər əldə etdilər və onların üzvlərinin sayı 
durmadan artdı. 1945-ci ildə müharibə qurtardıqdan sonra, tə’tillər yenə başladı; 
bə’zən işlərin dayandırılması halları ilə bağlı tə’tillər 1946-cı ildə özünün ən yüksək 
səviyyəsinə qalxdı. 
Tezliklə bir çoxlarının birliklərin zəmanət verilməmiş 
səlahiyyəti hesab etdikləri hala qarşı kəskin reaksiya başladı. 
Çoxları inanırdılar ki, Vaqner Aktı əməyə müsbət münasibətə mənfi 
tə’sir edir və buna görə də bu uyğunsuzluğu aradan 
178
 


AMERİK.\ İQTİSADİYYATININ ƏSAS CƏHƏTLƏRİ
 
qaldırmaq üçün onlar yeni bir qanun verilməsini tələb etdilər. Bunun 
nəticəsində, Prezident Trumen veto qoymuş olsa da, Konqres Əməyi 
İdarəetmə Əlaqələri Aktı qanununu təsdiq etdi. 
Taft-Hartli Aktı kimi daha yaxşı tanınan Əməyi İdarəetmə 
Əlaqələri Aktı həm birliklər, həm də sahibkarlar üçün müvafiq əxlaq 
normaları müəyyənləşdirdi. O, bağlı dükanları (ancaq həmkarlar 
birlikləri üzvlərini işə götürən idarələr), ikinci dərəcəli boykotlan 
qadağan etdi, sahibkarlara icazə verdi ki, birliklər müqavilə şərtlərini 
pozduqları şəraitdə və tə’tillər zamanı verilən zərərlərə görə onları 
məhkəməyə versin və birliklərdən tələb etdi ki, tə’tillər başlamazdan 
əvvəl 60-günlük «qəzəbin soyuması» dövrünə riayət etsin və başqa 
xüsusi qaydalar da yaratdı ki, həmin qaydalara əsasən tə’tillər elə idarə 
edilirdi ki, dövlət və xalqın təhlükəsizliyi və sağlamlığı təhlükə altında 
qalmasın. O, eyni zamanda birliklərdən tələb edirdi ki, onlar maliyyə 
bəyanatlarını açıq şəkildə versinlər. Bu qanunu ləğv etmək üçün uzun 
müddət davam edən cəhdlər göstərildiyinə baxmayaraq, federal 
məhkəmə onun əsas şərtlərini təqdir və müdafiə edirdi. 
Əməyə qarşı müxalifətin bu cür baş qaldırması işığında Amerika 
Əmək federasiyası və Sənaye Təşkilatı Komiteti qüvvələri 
birləşdimıək qərarına gəldilər. Lakin iki aparıcı əmək qrupu bir sıra 
fəlsəfi və başqa fərqləri aradan qaldırmalı idi. 
1952-ci ildə Amerika Əmək Federasiyasının başçısı Uilyam Qrinin və 
Sənaye Təşkilatı Komitetinin rəhbəri Filip Mureyin ölümü ilə bir 
maneə aradan qalxdı. Bu iki təşkilat arasında uçurum yaranmasının 
səbəbkarları U. Qrin və F. Murey idi. 1955-ci ildə Amerika Əmək 
Federasiyası və Sənaye Təşkilatı Komiteti birləşərək dövlətin ən 
böyük əmək təşkilatını - Amerika Əmək Federasiyası-Sənaye 
Təşkilatı Komitetini əmələ gətirdi. Uilyam Qrinin ölümündən sonra 
Amerika Əmək Federasiyasının prezidenti olan Corc Mini yeni 
yaranmış əmək təşkilatının prezidentliyini öz üzərinə götürdü. 
1962-ci ildə Con F. Kennedi icrası vacib olan bir əmr verdi; bu 
əmr işçilərə tə’til etmək deyil, kollektiv sövdələşmə və təşkilat 
yaratmaq hüququ verirdi. Buna oxşar qanunvericilik bir çox ştatlarda 
da keçirildi, lakin ancaq bir neçə ştat hətta hökumət işçilərinə də tə’til 
etmək hüququ verirdi. İctimai işçilər birlikləri sür’ətlə artdı; polislər, 
müəllimlər və başqa hökumət işçiləri 1970- ci illərdə bir çox ştatlarda 
və şəhərlərdə tə’tillər təşkil etdilər. 
Bu dövr ərzində azlıqda qalanlar və qadınlar arasında birlik 
üzvlərinin sayı artırdı. Əmək başçıları qadınlara, qaralara və 
l79
 


IX HİSSƏ: ƏMƏK BİRLİKLƏRİNİN ROLU
 
Meksikadan  olan  amerikalılara  və  ən  az  ödənilən  başqa  işçilərə 
yardım  edirdilər  ki,  onlar  da  müvafiq  hüquqlara  nail  olsunlar  və 
bərabər  məbləğdə  əmək  haqqı  alsınlar.  Məsələn,  1960-cı  illərdə 
əməkçilərin  başçısı  Meksikadan  olan  amerikali  Sezar  E.  Çavez 
Kaliforniyada  çoxu  Meksikadan  olan  mühacir  amerkalıların  və 
başqa  kənd  təsərrüfatı  işçilərinin  birliklərini  təşkil  etməyə  başladı. 
Çavez indiki Amerika Kənd Təsərrüfatı İşçiləri Birliyini tə’sis etdi. 
CARI ƏMƏK 
MƏSƏLƏLƏRİ 
20-ci 
əsrin sonlarında Amerika Əmək Hərəkatının əsas 
cəhəti Amerika sənaye sahəsinin, xüsusən, polad 
e’mah və maşınqayırma kimi ən’ənəvi sənaye sahələrinin 
həcminin tənəzzülə uğraması ilə bağlı idi. Bə’zi sahələrdə əməyin 
dəyərinin nisbətən aşağı olması avtomobil və elektronika kimi 
sahələrdə xarici şirkətlərə Amerika bazarlarında daha geniş yer 
tutmağa şərait yaradırdı. 
Avtomatlaşdırma davam etməkdə olan çağırışdır. Bir çox 
köhnə zavodlar keçmişdə fəhlələrin gördüyü işlərin icrası üçün indi 
avtomatika sahəsində maşınlardan istifadə edirlər. Bu, xarici 
rəqabətin çağırışına cavab olaraq, əsasən məhsuldarlığı artınnaq 
üçün edilirdi. Lakin bə’zi hallarda bu, fəhlənin öz işini itirməsi ilə 
də nəticələnirdi. Buna cavab olaraq, birliklər müxtəlif tədbirlər 
gömrdülər ki, işçilərin öz işlərini itirməməsinə və gəlirlərinin 
saxlanılmasına nail olsunlar. Bu tədbirlərə sərbəst ixtisasartırma və 
mümkün olan işlərin işçilər arasında bölünməsi üçün həftəlik iş 
günlərinin qısaldılması da daxildir. Buna baxmayaraq, ən’ənəvi 
Amerika sənaye bazasının zəifləməsi elə güclü zərbə idi ki, əmək 
hərəkatı bu zərbədən sonra hələ tam şəkildə özünə gəlməmişdi. 
Eyni zamanda, birliklərə mənsub olan fəhlələrin faizi də 
azalırdı. 1945-ci ildə işləyənlərin üçdə birinin birliklərin üzvləri 
olduqlarına baxmayaraq, 1980-ci illərin axırlarında bu, ancaq 16 
faiz təşkil edirdi. İqtisadiyyatçılar, əmək başçıları və başqaları 
bunu müxtəlif yollarla izah edirdilər. Bə’ziləri deyirlər ki, bu, 
Amerika cəmiyyətində ən’ənəvi şəkildə birliklərin dayağı olan 
istehsal sənayesindən uzaqlaşıb, birlik təşkilatının nisbətən zəif 
olduğu xidmət sənayesinə istiqaməti əks etdirir. Başqaları 
göstərirlər ki, qadınlar, cavanlar və günün ancaq bir hissəsini 
işləyənlər son illərdə məşğuliyyətin qeyri-adi yüksək faizini təşkil 
edirlər. Bə’zi başqaları isə qeyd edirlər ki, Amerika sənayesinin 
çox hissəsi Birləşmiş Ştatların Cənub və Qərb hissələrinə 
180 


Yüklə 2,56 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə