Bu cild üçün orijinal mətni 1981-ci ildə Robert L. MakKan yazmışdır. O, elə



Yüklə 2,56 Kb.
Pdf görüntüsü
səhifə39/48
tarix06.05.2018
ölçüsü2,56 Kb.
#43105
1   ...   35   36   37   38   39   40   41   42   ...   48

 
AMERİKA İQTİSADİYYATININ 
ƏSAS COHOTLƏRİ 
DOQQUZUNCU HİSSƏ 
 
AMERIKADA
 
ƏMƏK: 
ƏMƏK BİRLİKLƏRİNİN 
ROLU 
 


 


IX HISSO; OMOK BİRLİKLƏRİNİN ROLU
 
T
 
əəccüblü görünə bilər ki, nisbətən yeni dövlət olsa da, dünyada 
ən qədim əmək birlikləri hərəkatı Birləşmiş Ştatlarda 
yaradılmışdır. Birləşmiş Ştatlarda birliklər 18-ci əsrin axırlarından 
mövcuddur, ilkin Birləşmiş Ştatlar cəmiyyətində bunu üç amilin 
təhlili izah etməkdə kömək edə bilər. Birincisi, əmək zəif tə’min 
olunurdu və əməyin imkanı var idi ki, bu catışmamazlıqdan 
nisbətən uğurlu sövdələşmənin əsası kimi istifadə etsin. İkincisi, 
19-cu əsrin əvvəllərinə kimi Birləşmiş Ştatlarda ancaq kişilərin 
səsvermə hüququ var idi. Amerika fəhlələri buna artıq nail olduqları 
halda, Avropa əmək hərəkatları bu səsvermə hüququnu əldə etmək 
üçün hələ mübarizə aparırdı. (Qullar səs verə bilməzdilər, əlbəttə, 
qadınlar da 1920-ci ildə səsvermə uğrunda mübarizədə qalib gələnə 
qədər səsvermə hüququndan məhrum idilər. Cənubda yaşayan 
qaradərili amerikalılar tam səsvermə hüququna 1960-cı ilə qədər nail 
olmamışdılar.) 
Və nəhayət, əslinə baxsan, Birləşmiş Ştatlarda feodalizm tarixi 
olmamışdır, və işləyən xalqın nümayəndələrindən çox azı özünü sinfi 
mübarizə ilə bağlı hesab edirdi. Ən yaxşı hallarda onlar eyni inkişaf 
imkanları ilə əlaqədə özlərini Amerika cəmiyyətinin bütün qalan 
ünsürlərinə bərabər tuturdular. 
Amerika əmək hərəkatının fəlsəfi əsasları başqa ölkələrin əmək 
hərəkatlarının fəlsəfi əsaslarından fərqlənir. Birləşmiş Ştatlar əmək 
hərəkatı özü-özlüyündə konservativ bir müddəa olaraq, ən’ənəvi 
mülkiyyət hüquqlarının məntiqi genişlənməsi hesab olunan bir 
hadisə kimi iş imkanında fəhlələrin kollektiv sahibliyinə xüsusi 
əhəmiyyət verir. Amerika birlikləri mövcud olan azad müəssisə 
sistemi daxilində müəyyən mənfəətlər əldə etmək üçün öz 
diqqətlərini işə cəlb etmişlər. Ən ilkin Birləşmiş Ştatlar birliklərinin 
Birləşmiş Ştatlarda çox spesifik məqsədləri var idi: bunlara əmək 
haqqının, iş saatları və iş şəraitinin yaxşılaşdmlması və məccani 
ibtidai məktəb təhsili almaq daxil idi. 
Əsası ilk dəfə 1880-ci illərdə qo
5
Tilmuş Amerika Əmək 
Federasiyası (AFL) 1955-ci ilə qədər dövlətin aparıcı əmək təşkilatı 
idi. 1955-ci ildə bu Federasiya Konqres Sənaye Təşkilatları (CIO) 
172 


AMERİKA İQTİSADİYYATININ OSAS COHOTLORİ
 
ib birləşdi və o vaxtdan bu günə qədər AFL-CIO dövlətin ən nəhəng 
birlik təşkilatı olaraq qalır. Amerika Əmək Federasiyası və AFL-CIO 
başçıları sosialistlər üçün ruhdandüşmə mənbəyi olmuşdur. Bunların 
hər biri əslində Amerika əmək hərəkatının praqmatik təbiətini 
vurğulayırlar. Bu başçılar çalışmışlar ki, Amerika fəhlələrinin məhz 
siyasi gücünü deyil, real həyat səviyyəsini yüksəltsinlər. 
Amerikada işləyən əhalinin əksəri amerikalıların başqa 
qruplarından özlərini əslində ayrı tutmadıqlarına görə, Amerika əmək 
partiyasının təşkili üçün o qədər də geniş təşviqata ehtiyac yox idi. 
Lakin buradan belə bir nəticə çıxarmaq səhv olardı ki, guya 
Amerikada əmək hərəkatı siyasi hərəkatdan uzaqdır. Ştat 
siyasətlərində və yerli siyasətlərdə əmək hərəkatı həmişə çox fəal 
olub. Bu siyasətlər prezidentliyə namizədlər irəli sürüb və müvafiq 
qanunvericilik tələb edib. Buna baxmayaraq, Amerika əmək hərəkatı 
dövlət səviyyəsində ən’ənəvi baxımdan çox ehtiyatlı olub və əl-qol 
açmayıb. O, Prezident Vudrou Uilsonun prezidentliyi illərində 
(1913-1921) onu dinməz-söyləməz müdafiə edib, sonra da Prezident 
Franklin D. Ruzveltin (1932-1945) və Prezident Harri S. Trumenin 
(1945-1953) tərəfini açıq şəkildə saxlayıb. 1950-ci illərin 
əvvəllərində Amerika əmək hərəkatı aydın şəkildə Demokratik 
Partiyanın daxili siyasəti ilə dərindən məşğul olmağa girişib. Bə’zi 
hallarda o, partiyanın rəhbərliyində qızğın şəriklik hüququ alır, başqa 
vaxtlarda isə partiya ilə o qədər də yaxşı yola getmirdi. 
Franklin Ruzveltin prezidentliyindən bəri Birləşmiş Ştatlar 
fəhlələrin təşkilatlarına nisbətən pis münasibətdə olmamışdır. Lakin 
bu həmişə belə olmamışdır. Müharibə dövrü istisna edilərsə, 1933-cü 
ilə qədər əmək hərəkatı birliyi bə’zən əmək icarədarlarmm güclü və 
ciddi tə’sirinə mə’ruz qalırdı. 1920-ci illərdə şəxsi administrasiya 
hərəkatı, elmi idarəetmə və real əmək haqqının artımı əmək hərəkatı 
birliyinə yüksək səviyyədə alternativ hesab olunan birliyi Amerika 
fəhlələrinə təklif etdilər. Lakin 1929-1940-cı illərdəki Böyük 
Depressiya böyük birliklər üçün hərəkətverici qüvvə oldu. 
ZAVOD 
OMOYİNİN 
YÜKSƏLİŞİ 
A

merika əmək hərəkatı ölkə tarixinin ilk dövrlərindən başlasa 
da, hərəkat özünün geniş sənaye səciyyəsi ilə əsla sür’ətlə və 
maneəsiz inkişaf etmirdi. 1839-cu ildə e’maledici sənaye işçi 
qüvvəsinin ancaq 17 faizini, 1859-cu ildə isə ancaq 32 faizini 
173
 


IX HİSSƏ; ƏMƏK BİRLİKLƏRİNİN ROLU
 
təşkil edirdi. Birləşmiş Ştatlar yenə də əvvəlki kimi kənd təsərrüfatı 
ölkəsi olaraq qalırdı. Bu vəziyyət əslində 19 əsrin son onilliklərinə 
kimi dəyişmədi. 
İxtisaslaşmamış fəhlələr yeni dövlətdə nisbətən yoxsul 
dolanırdılar. Fəhlələrin 40 faizi şəhərlərdə ya qara fəhlə, ya da paltar 
fabriklərində dərzi işləyirdilər. Bu qrup çox az maaş alır və bir sıra 
hallarda ağır şəraitdə yaşayırdı. Müəyyən ixtisas sahibi olan fəhlələr 
- sənətkarlar və mexaniklər ixtisası olmayan fəhlələrdən iki dəfə artıq 
əmək haqqı alırdılar. Onlar çalışırdılar ki, özlərinin ayrıca evləri 
olsun və öz icmalarında hörmətli vətəndaş nüfuzu qazanmışdılar. 
1830-cu illərin əvvəllərində dülgərlər, tipoqrafıya işçiləri, ayaqqabı 
tikənlər və başqaları muzdla işləyən fəhlə cəmiyyətləri və xeyriyyə 
assosiasiyaları təşkilinə başladılar. Onlar özlərini birləşmiş hesab 
etməsələr də, qarşılıqlı razılıq əsasında hərəkət edirdilər. Onlar 
minimum əmək haqqı və daha az iş saatları tələb edirdilər; adətən, 
hər gün dan yeri qızarandan qaş qaralanadək işləyən bu adamlar 
bilirdilər ki, yayda daha uzun müddət, qışda isə az işləyirlər. 
Zavodların yüksəlişi ilə fəhlə qüvvəsində əhəmiyyətli dəyişiklik 
baş verdi: uşaqlardan, qadınlardan və yoxsul mühacirlərdən 
maşınlarda istifadə adi hal oldu. Yeni İngiltərədə 1920-ci və 1930-cu 
illərdə 16 yaşına qədər uşaq əməyindən istifadə bir sıra zavodlarda, 
xüsusən toxuculuq sənayesində, fəhlə qüvvəsinin üçdə birindən 
yarısına qədəri təşkil edirdi. Əlavə olaraq, Cənubda sırf kölə 
vəziyyətində yaşayan əhalinin beş faizi zavodlarda işləyirdi. Qulların 
dörddə beşini onların əməyindən bəhrələnənlər tutub açıq şəkildə 
işlədir, qalanlarını isə zavod sahibləri üçün onların usta fəhlələrinin 
əli ilə günəmuzd işlədirdilər. 
Sənayenin yüksəlişi də başqa dəyişikliklər gətirdi. Texnologiya 
və biznes təcrübələrində yenilikliklər həm əməyin, həm də 
idarəetmənin funksiyalarında ixtisaslaşmaya gətirib çıxardı. Bu, işlə 
tə’min olunan fəhlələrin sayının artması ilə birləşərək, o dərəcəyə 
gətirdi ki, fəhlələr öz iqtisadi talelərində səsləri olmadığını hiss 
etdilər. Onlar özgələşmə (öz işlərindən tam ayn düşmək) hissi 
keçirirdilər və özlərini sənaye maşınlarının adi bir dişciyi hesab 
edirdilər. Bə’ziləri öz vəziyyətlərini yaxşılaşdırmaq üçün birliklərə 
üz tutdu. 
Birinci əhəmiyyətli milli əmək hərəkatı Əmək Bahadırlan 
adlanıb. 1860-cı ildə Vətəndaş Müharibəsindən sonra əsası qoyulan 
bu hərəkat Pensilvaniya ştatının Filadelfiya şəhərində paltarbiçənlər 
arasında başlamışdı. Bahadırlara tapşırılmışdı ki, fəhlələrin 
174
 


Yüklə 2,56 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə