Bu cild üçün orijinal mətni 1981-ci ildə Robert L. MakKan yazmışdır. O, elə



Yüklə 2,56 Kb.
Pdf görüntüsü
səhifə48/48
tarix06.05.2018
ölçüsü2,56 Kb.
#43105
1   ...   40   41   42   43   44   45   46   47   48

 


 


XI HİSSƏ: SON SÖZ
 
B
 
İZ 
artıq qeyd etmişdik ki, bazar sisteminin sadə qəlibi ilə 
Amerika təcrübəsinin arasında əhəmiyyətli ziddiyyət var. 
Birləşmiş Ştatlar müəyyən dərəcədə həmişə yaradıcı iqtisadi amil 
olan hökumətə arxalanmışdır. Digər tərəfdən, Birləşmiş Ştatlar 
eyni zamanda həmişə müəyyən dərəcədə (bir sıra hallarda çox 
geniş dərəcədə) hökumətin səlahiyyətinə şübhə ilə yanaşmışdır. 
Əmək, kənd təsərrüfatı, kiçik şirkət, iri korporasiya. Federal 
Ehtiyat Sistemi və hökumət hamısı birgə qarşılıqlı hərəkət edirlər 
ki, müxtəlif iqtisadi sistem istehsal etsinlər. 
Bizim burada təqdim etdiklərimiz, əsasən, ağıl, nəzəriyyə və 
keçmiş təcrübənin aydınlaşdırdığı tarixi salnamədir. Bəs gələcəkdə 
necə olacaqdır? Hər hansı bir sahədə, daha az şəkildə isə dinamik, 
dəyişkən iqtisadiyyat sahəsində əvvəlcədən fikir demək təhlükəli 
bir hərəkətdir. Şübhə yox ki, keçmiş gələcəyə tə’sir edir, lakin 
hətta keçmişin özü də ziddiyyətlərdən xali deyildir. Bundan əlavə, 
gələcək keçmişə arxalanmamalıdır. Heç kəs bilmir ki, bizi küncün 
0
 tayında hansı yeni ideya, ixtira və ya texniki tətbiq üsullan 
gözləyir. Keçmişdə bu cür inkişaflar (onlar inandıra bilərlər ki
onlar məhsuldarlıq normalarına da tə’sir edirlər) iqtisadi dünya 
üçün geniş nəticələr verirdi. Onlar aşağıdakı suallara cavab 
verirdi: Hansı sənaye sahəsi çiçəklənəcək və ya süqut edəcək? 
Necə iş tapmaq mümkün olacaq? Öz işlərini saxlayanlar üçün 
həyat səviyyəsi necə olacaqdır? Əgər bu dəyişikliklərin 
xüsusiyyətləri üzərində düşünüb-daşınmaq mə’nasız görünürsə, 
hər halda bunların hansı şəraitdə baş verə biləcəyini müzakirə 
etmək faydalı ola bilər. 
İNFLYASİYA VƏ 
YA TƏDRİCİ 
YÜKSƏLİŞ 
1980-ci; 
illərin axırlarında və 1990-cı illərin 
. əvvəllərində inflyasiya hələ aradan 
qaldırılmamışdı, lakin amerkalılar sevinirdilər ki, 1970-ci illərlə 
müqayisədə inflyasiyanın səviyyəsi nisbətən aşağı və sabitdir. Bu, 
əsasən, 1980-ci illərin əvvəllərində tələbatın dəhşətli dərəcədə 
aşağı düşməsindən və kəskin pul siyasətindən irəli gəlirdi. Lakin 
amerikalıların çoxu inflyasiya probleminin həll olunduğuna tam 
əmin deyildi. Onlar 1990-cı ildə çox narahat oldular ki, nefti bol 
olan körfəzdə müharibə başlanmasının nəticəsi kimi, neft 
204 


AMERİKA İQTİSADİYYATININ OSAS COHOTLƏRİ
 
məhsullarının qiyməti dünya bazarında kəskin şəkildə artdı. Bir neçə 
aydan sonra qiymət yenə aşağı düşdü və hərbi hərəkətlər 
dayandınidıqdan sonra baş vermiş hadisə sanki heç bir uzun sürən 
inflyasiya nəticəsi qoymadı. 
Lakin bu hadisə Birləşmiş Ştatlar iqtisadiyyatının qəfildən baş 
verən şoka qarşı necə həssas olduğunu göstərdi. 1990-cı ilin neft şoku, 
görünür, Birləşmiş Ştatlar iqtisadiyyatının 1991-ci il tələbatının aşağı 
düşməsinə gətirib çıxardı. Bu zaman amerikalıların çoxunun əsas 
qayğısı yenidən başlaya biləcək inflyasiya qorxusunu tədricən iqtisadi 
dirçəliş nə zaman baş verəcək, dirçəliş nə dərəcədə möhkəm ola bilər və 
ilkin yüksəlişdən sonra iqtisadiyyat yenə də qəflətən aşağı sürüşə - 
«ikinci dəfə batma» tələbatın aşağı düşməsi kimi tanınan hadisə - 
bilərmi suallarına cavab tapmaqla əvəzetmə idi. 
Yüksək gəlir faizi normaları iqtisadi yüksəlişi ləngidir, halbuki 
gəlir faizi normaları artıq yüksək idi, nisbətən ona görə ki. Birləşmiş 
Ştatların büdcə defısitləri böyük idi və güman da var idi ki, bu defisitlər 
qeyri-müəyyən halda davam edə bilər. Əlavə olaraq, iqtisadiyyatçılar 
Şərqi Avropadan ötrü iri məbləğdə kapital tələbləri gözləyirdilər; Şərqi 
Avropa isə dünyanın elə bir hissəsi idi ki, sosialist nəzarəti 
məngənəsinin qarşışını almaq üçün bazara əsaslanan iqtisadiyyata 
qayıtmağa ciddi cəhd göstərirdi. 
İqtisadi dirçəlişin möhkəmliyi ilə bağlı qayğının başqa səbəbləri 
də var idi. Ağır borc irsi və əmək qabiliyyəti olmayan maliyyə 
müəssisələri qoyan 1980-ci illərin borcvermələrinin həddən artıq 
olmasının nəticəsi kimi. Birləşmiş Ştatlar bankları və başqa borc 
verənlər 1990-cı illərdə borcvermə standartlarını dar çərçivəyə saldılar. 
Əlbəttə, bütün maliyyə sektoru gərginlik halında idi, cünki banklar, 
əmanətlər və borclar, eyni zamanda keyfiyyətcə pis təşkil edilmiş 
borclar portfelinin altında axsayan bir sıra tə’minat kompaniyaları 
çalışırdılar ki, əlavə kapital almaq və ya birləşmək yolu ilə özlərini xilas 
etsinlər. Lakin bunların çoxu müflisləşdi, bə’ziləri isə heç borclarını da 
qaytara bilmədilər. 
Qismən bu problemlərin nəticəsi kimi, amerikalılar Birləşmiş 
Ştatlar maliyyə sisteminin 20-ci əsrin tutqun illərində qlobal rəqabətə 
yararlı olub-olmadığı haqqında dönə-dönə suallar verirdilər. Ancaq bir 
neçə onillik əvvəl Birləşmiş Ştatlar pul -mərkəzi bankları dünyanın ən 
iri bankları sırasına çıxdı; 1991-ci ildə ən yüksək yer tutan 20 bankın 
arasında biri də qalmadı. Böyüklük heç də güclü olmaq tə’minatı 
vermədiyi üçün aydın idi ki, Amerika 
2Ö5 


XI HİSSO; SON SÖZ
 
bank fəaliyyəti köhnəlmişdi, keçmiş zamandakı təfəkkür tərzi hakim 
rol oynayırdı. Buna əsasən, çoxlu kiçik şəhər banklarına ehtiyac var 
idi ki, bu banklar fermerlərə borc pul versinlər, eyni zamanda Böyük 
Depressiya dövründə banklara cürbəcür məhdudiyyətlər qoysunlar, 
lakin islahatlar paketində razılıq əldə etmək üçün cəhdlər çətin oldu. 
YENİDƏNQURMAYA 
i^^vvəllərdə qeyd edildiyi kimi, iqtisadiyyat tarixində müəyyən 
EHTİYAC 
V^mövzularm öz-özünü təkrar etmək meyli var. İqtisadi yenidənqurma da onlardan 
biridir. Demək olar ki, bu həmişə çətindir. Amerikalıların çoxunun əvvəllər bununla bağlı 
bir neçə variantı olub: kənd təsərrüfatı sektorunun möhkəmləndirilməsi (bu proses bütün 
20-ci əsr boyu davam etmişdir və fermerlərin çoxunu öz torpaqlarından məhrum etmişdir), 
1970-ci və 1980-ci illərdə məhsul istehsalı sektorunu tam yenidənqurma (bu proses zavod 
və fabrikdə işin sayım dəhşətli şəkildə azaltmış, demək olar ki, bir neçə sabiq Birləşmiş 
Ştatlar sənaye icmalarını adamlardan təmizləmişdir). Bu, iqtisadiyyatçı Cozef A. 
Şumpeterin yazdığı kimi, kapitalizmin özünü yenidən möhkəmləndirmək vasitəsi olan 
«yaradıcı dağıtma» nümunəsidir; axırda yenidən qurulmuş sektor nisbətən kiçik və 
müxtəlif ola bilər, lakin o nisbətən güclüdür və qlobal rəqabətin amansız tədbirlərinə 
dözməyə daha artıq qadirdir. Eyni zamanda işlərini itirənlərə daha çox imkanı olan sənaye 
sahələrində iş verirlər. 20-ci əsrin sonlarında belə işlər kompüterlər və biotexnologiya 
kimi yüksək texnologiyalı sənaye sahələrində, eyni zamanda səhiyyə qayğısı və kompüter 
proqramlaşdırılması kimi sür’ətlə genişlənən sənaye xidməti sahələrində artmaqda idi. 
NO QƏDƏR 
YÜKSƏLMƏLİ? 

* əsrin sonlarında Amerika ictimaiyyəti qarşısında 
duran əsas məsələlərdən biri yüksəlişlə necə rəftar 
olunması idi. İqtisadi yüksəliş Amerika uğurunun canım və qanını 
təşkil etmişdir: vaxtaşırı tənəzzülə və zəifləmələrə baxmayaraq, 
Birləşmiş Ştatlar iqtisadiyyatı bütün dövrlərdə jdiksəlməkdə 
davam edib. İqtisadi «kökə» həmişə o dərəcədə böyük olub ki, 
mühacirlərin yeni nəsilləri ondan özləri üçün bir dilim kəsə 
biliblər. 
Yenə də, iqtisadi yüksəlişin yüksək normasını saxlamağın 
mümkün olmadığını və ya, güman ki, güclə də olsa, bunun 
206 


AMERİKA İQTİSADİYYATININ OSAS COHOTLORİ
 
qarşısının alınmasının vacib olduğunu təsdiq edənlərin səsləri ardı- 
arası kəsilmədən ucalır. İnkişafın olmaması və ya zəifləməsi 
tərəfdarlarının bütün mövqelərini heç kəs qəbul etməsə də, qarşısı 
alınmayan, maneə törədilməyən yüksəlişin öz-özlüyündə avtomatik 
olaraq, yaxşı olduğu fikrinə inamın aydın şəkildə zəifləməsi halları 
olub. 
Məsələn, torpaq sahəsinin inkişafı məsələsi əvvəllərdə olduğundan 
daha ciddi şəkildə müzakirə edilib. 1990-cı illərdə torpağı inkişaf 
etdirənlərdən tələb etdilər ki, ətraf mühitə tə’sir haqqında hökumətin 
müxtəlif səviyyələrinə yazılı hesabatlar təqdim etsinlər. Yerli 
planlaşdırma komissiyalan və Ətraf Mühiti Mühafizə Agentliyi kimi 
bir sıra federal agentliklər araşdırmalar aparır və təhlükəsiz, yaxşı 
planlaşdırılmış iqtisadi inkişaf naminə proqramları idarə edirdilər. 
Nə qədər zibilləmə həddən artıqdır? Amerikalılar yeni iş yerləri 
yaratmaq üçün nə qədər açıq sahə əldə edilməsini istəyirlər? Nə qədər 
işdən imtina edilməlidir ki, vəhşi heyvanların həyatının təhlükəsizliyi 
tə’min olunsun? (Müəyyən federal meşələrdə həyatı təhlükə 
qarşısında qalmış bayquşların bə’zi növlərini saxlamaq üçün ağacların 
kəsilməsinin qadağan edilməsi haqqinda 1991-ci il qərarı 
amerikalılann bə’zilərini sevindirdi, bə’zilərini isə qəzəbləndirdi.) Bu 
və ya digər məsələlərlə bağlı qərarlar həyatın bütün keyfiyyətinə necə 
tə’sir edəcəkdir? Bunların hamısı çox çətin məsələlərdir və, demək 
olar ki, bu məsələlərlə maraqlanan nə qədər qrup varsa, o qədər də rə’y 
var. 
Qlobal səviyyə haqqında oxşar narahatçılıqlar Birləşmiş Ştatlar 
siyasi xadimlərinin gündəlik məsələlərinin müzakirəsində də, başqa 
ölkələrinkində olduğu kimi, özünə yol açmışdır: İqlim şəraitinin 
dəyişməsi, ozon çatışmamazlığı, meşələrin qırılması və dənizlərin 
çirkləndirilməsi kimi ətraf mühit məsələlərini necə yoluna qoymalı? 
Daş kömür yandırmaqla işləyən zavodların və benzinlə işləyən 
avtomobillərin sayı azaldılacaqdırmı ki, karbon dioksid qazının və 
başqa «boz ev» qazlarının yayılmasının qarşısı alınsın (ona görə «boz 
ev» qazı deyilir ki, bu qazın qlobal qızma kimi tanınan hadisəyə təkan 
verdiyini güman edirlər)? Ogər qlobal qızma baş verərsə, bu hadisə 
Amerikanın lap göbəyində yerləşən zəngin kənd təsərrüfatı məhsulu 
istehsal edən sahələr kimi torpaqlann puç olmasına gətirib çıxaran 
viranedici dəyişikliklərə səbəb ola bilərmi? Öz iqtisadiyyatının nəhəng 
miqyasına görə, Birləşmiş Ştatlar bu məsələlərin zəruri şəkildə əsas 
icraçısı oldu. 
2Ö7 


XI HİSSO: SON SÖZ
 
Bu və ya buna oxşar başqa məsələlər gələcək iqtisadiyyatın 
yüksəlişi haqqında aparılan müzakirələrin ən mürəkkəbidir. 
Birləşmiş Ştatlar kimi zəngin bir dövlətdə iqtisadi bərabərsizliyin 
qəbul oluna biləcək səviyyəsi hansıdır? Uzun müddət davam edən 
zəif yüksəliş və ya yüksəlişin heç olmaması, üstəlik real gəlirin 
azalması özü ilə yeni və mümkün ola biləcək ictimai, siyasi və 
iqtisadi partlayış problemləri (elə problemlər ki, onlar bu günün 
perspektivindən açıq şəkildə fərqlənə bilsin) gətirə bilərmi? 
Ancaq federal səviyyədə deyil, həm də ştat və yerli 
səviyyələrdə davam etməkdə olan mövcud büdcə defısitlərinin 
ixtiyarına verilmiş ictimai fondların məhdudlaşdırılması şübhə 
doğurmur. Hökumət öz müşahidəçi və tənzimləyici rolunu 
saxlayacaqmı? Hökumətin müxtəlif formalarda tə’min etdiyi 
xidmətlərin taleyi necə olacaq? Onlar tədriclə özəl sektorunmu 
sərəncamına veriləcək? Belə xidmətlər tam tə’min olunmaqda 
davam edəcəkmi? 
Keçmişdə olduğu kimi, gələcəkdə də qəbul olunacaq qərarlar 
Birləşmiş Ştatlar iqtisadiyyatının forma və məzmununa əsaslı tə’sir 
edəcəkdir. 
Beləliklə, öz dövlətlərinin yaradılmasından iki əsrdən də artıq 
keçməsinə baxmayaraq, amerikalılar bir çox problemlərlə 
qarşılaşırlar. Lakin onlar 200 il əvvəl etdikləri kimi, mühacir axım 
Birləşmiş Ştatlara yenə də davam edirdi. 1990-cı illərdə mühacirlər 
artıq Avropadan elə çox sayda gəlmirlər, onlar indi Asiyadan və 
Latın Amerikasından gəlirlər. Onlar üçün Amerika həmişə olduğu 
kimi əlverişli imkan torpağıdır. 
208 


ƏDƏBİYYAT SİYAHISI
 
Amerika İqtisadiyyatı Haqqında Qısa Ədəbiyyat Siyahısı 
AREEDA, PHILLIP and LOUIS KAPLOW _____________________________________  
Anlilnıst Analysis: Prohlems, Texl, Cases 
4th ed. Little, Brown, 1988 
BHAGWATI, JAGDISH ____________________________________________________  
The World Trading System at Risk 
Princeton University Press, 1991 
BROADUS, ALFRED  _____________________________________________________  
A Primer on the FED 
Public Services Office, Federal Reserve Bank of Richmond, VA, 1988 
BRUCHEY, STUART  _____________________________________________________  
Enterprise: The Dynamic Economy of A Free Peopie 
Harvard University Press, 1990 
BRUYN, SEVERYN T,  ____________________________________________________  
A Future for the American Economy: The Sociai Market 
Stanford University Press, 1991 
COCHRAN, THOMAS C.  __________________________________________________  
Business in American Life: A History 
McGraw-Hill, 1974 
CYERT, RİCHARD M. and DAVİD M. MOWERY, eds. __________________________  
Technology and Employment: Innovation and Growth in the U.S. Economy 
National Academy Press, 1987 
DERTHİCK, MARTHA and PAUL J. QUİRK ___________________________________  
The Polilics of Deregulation 
Brookings Institution, 1985 
DERTOUZOS, MICHAEL L. et al __________________________________  
Made in America: Regaining the Prodııctive Edge 
MIT Press, 1989 
DOERİNGER, PETER B,, ed. ________________________________________________  
Turhuience in the American Workplace 
Oxford University Press, 1991 
DONAHUE, JOHN D.  _____________________________________________________  
The Privatization Decision: Public Ends, Private Means 
Basic Books, 1989 
EBELİNG, WALTER ______________________________________________________  
The Fruited Plain: The Story of American Agriciılture 
University of California Press, 1979 
FİLİPPELLI, RONALD L., ed. _______________________________________________  
Lahor Conflict in the United States: An Encyclopedia 
Garland, 1990 
FRIEDBERGER, MARK  _____________________________________________     
Farm Families and Change in Twentieth-Centwy America 
University Press of Kentucky, 1988 
209
 


ƏDƏBIYYAT 
SİYAHISI
 
GALAMBOS, LOUIS and JOSEPH PRATT 
The Rise of the Corporate Commonwealth: U.S. Business and Public Policy in the 
Twentieth Century Basic Books, 1989 
GALBRAITH, JOHN KENNETH 
The New Industrial State 4th ed. Houghton Mifflin, 1985 
GILL, WILLİAM J. 
Trade Wars Against America: A History of the United States Trade and Monetary Policy Greenwood, 
1990 
HECKSCHER, CHARLES 
The New Unionism: Employee Involvement in the Changing Corporation Basic Books, 
1988 
HEILBRONER, ROBERT and PETER BERNSTEİN 
The Dept and the Defıcit: False Alarms, Real Possibilities Norton, 1989 
KRUGMAN, PAUL  _____________________________  
The Age of Diminished Expectations: U.S. Economic Policy in the 1990's MİT Press, 1990 
KUTTNER, ROBERT 
The End of Laissez-Faire: American Economic Policy After the Cold War Random House, 
1991 
LAWRENCE, ROBERT Z. and CHARLES L, SCHUTZE, eds.  _______   
An American Trade Strategy: Options for the 1990's Brookings İnstitution, 1990 
LİTTLE, JEFFREY B. and LUCIEN RHODES 
Understanding Wall Street 3rded.,TAB Books, 1991 
PORTER, GLENN 
Encyclopedia of American Economic Histoıy 3 vols., Macmillan, 1980 
SCHMANDT, JURGEN and ROBERT WILSON, eds. 
Growth Policy in the Age of High Technology: The Role of Regions and States Unwin 
Hyman, 1990 
SCHOTTER, ANDREW 
Free Market Economics: A Critical Appraisal 2nd ed., Basil Blackwell, 1990 
SEXTON, JEAN D. 
Silicon Valley: Inventing the Future Windsor Publications, 1991 
SPULBER, NICHOLAS 
Managing the American Economy, fronı Roosevelt to Reagan indiana University Press, 
1989 
210
 


ODOBIYYAT SİYAHISI
 
U.S. OFFICE OF TECHNOLOGY ASSESSMENT 
Competing Economies: America, Europe, and the Pacific Rim 
U.S. Government Printing Office, 1991 
WEIDENBAUM, MURRAY 
Rendezvous with Reality: The American Economy After Reagan 
Basic Books, 1988 
211
 


 
FOTOŞƏKİLLƏR: 
Front cover; Design by David Moore, photograph by Robert 
A. Grove. Pages 4-5: Andy Levin. 10-11: Lynn Johnson, 
Black Star. 24-25: Standard Oil. 45: International Harvester 
Co., J.P.Daneluk. 46-47; Escalon Bery Farms. 48: The 
American History Slide Coliection, Instructionai Resources 
Corporation (IRC). 49: Robert Llewellyn, 
50: Robert W. Madden, © National Geographic Society. 51: 
top - Staten isiand Historical Society; bottom - Buffalo and 
Erie County Historical Society. 52-53: Gary S. Chapman. 54: 
U.S. Steel Corporation. 55: © Gerd Ludwig, Woodfin Camp. 
56-57: Chrysler Corporation. 58: Ford Foundation. 59; The 
American History Slide Coliection, IRC. 60-61: © Adam 
Bartos. 62-63: Sun Company, Inc. 
64 and 65; The American History Slide Coliection, IRC (2). 
66-67: Harald Sund. 68: © Michael Salas. 69: Union Oil 
Company. 70-71: Dwayne Freeman, © Jalapa Images. 
90-91: Gary PergI. 104-105; American Automobile 
Association. 122-123: David Attie. 137: Brown Brothers. 
138: © The Walt Disney Company. 139: Sun Magazine. 
140-141: Robert Severi. 142-143: top - Wiiliam E. Mathis, © 
HOK Photography; bottom - The American History Slide 
Coliection, IRC. 144-145: Bob Krist. 146-147: top left - 
American Telephone and Teiegraph Company; bottom left - 
The National Archives; right - © John Madere. 148: Dick 
Haistead Time, Sygma. 149; top - The American History 
Slide Coliection, IRC; bottom - The Library of Congress. 
150-151; Robert Llewellyn. 152: © Rob Neison, Black Star. 
153: Southworth and Hawes, Boston, Massachusetts 
General Hospital. 154-155: left-The Library of Congress: 
right - 1987 © Bob Barrett. 156-157; U.S. Department of 
Agriculture. 170-171: Wiiliam Franklin McMahon. 186-187; 
David Falconer, Folio, Inc. 202-203: Wiiliam Albert Allard. 
EDITOR: Jeanne S. Holden 
İngiliscədən prof. ASLANOV VAQİF tərcümə etmişdir 
Distributed by 
UNITED STATES INFORMATION SERVICE EMBASSY 
OF THE UNITED STATES OF AMERICA AZADLIQ 
PROSPEKTİ 83 370007 BAKU, AZERBAIJAN 
Produced by 
USIA
 REGIONAL 
PROGRAM
 
OFFICE,
 
VIENNA
 
RPO 9410-018 
AZERBAIJANI
 
212
 

Yüklə 2,56 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə