Bu cild üçün orijinal mətni 1981-ci ildə Robert L. MakKan yazmışdır. O, elə


AMERİKA İQTİSADİYYATININ OSAS CƏHƏTLƏRİ



Yüklə 2,56 Kb.
Pdf görüntüsü
səhifə40/48
tarix06.05.2018
ölçüsü2,56 Kb.
#43105
1   ...   36   37   38   39   40   41   42   43   ...   48

AMERİKA İQTİSADİYYATININ OSAS CƏHƏTLƏRİ
 
hamısını onların ümumi həyat şəraitini yaxşılaşdırmaq naminə 
birləşdirsinlər. 
İlk dövrlərdə Omək Bahadırları gizli bir cəmiyyət idi. Onun 
əsasları geniş idi, qapıları qaradərililərin, qadınların, fermerlərin və 
tacirlərin, eyni zamanda halal zəhmətlə qazananların üzünə açıq idi. 
Bu cəmiyyət ancaq vəkilləri, bankirləri və səhmdarları qəbul etmirdi. 
Bahadırlar öz fəaliyyətlərinin ən yüksək zirvəsinə 1880-ci illərin 
ortalarında Amerika milyoneri Cey Qouldun ixtiyarında olan dəmir 
yollara qarşı tə’tildə qalib gəldikdə yçatdılar. 1886-cı ildə təşkilatın 
700 000 nəfərə yaxın üzvü var idi. Bu üzvlər arasında ixtisaslı 
sənətkarlar və ixtisası olmayan fəhlələr də var idi. 
Lakin Bahadırlar arasında müxtəlif qruplarin mənafeləri tez-tez 
biri digəri ilə ziddiyyət təşkil edirdi. Buna görə də üzvlərlə hərəkat 
arasında birlik hissi zəif idi. Bahadırlar 1886-cı ildə Qould dəmir 
yollarına qarşı apardıqları tə’tilləri uduzdular və 1880-ci illərin 
sonlarından onun üzvlərinin sayı sür’ətlə azaldı. 
AMERİKA OMOK 
FEDERASİYASI 
1 Q Q 1 
* ildə siqar istehsalçısı Samuel Qompers adlı 
-LO O J. ■"v'i 
holland mühaciri bir sıra başqa aparıcı 
sənətkarları başına toplayaraq, Amerika Əmək Federasiyasının 
sələfi Birləşmiş Ştatlar və Kanada Mütəşəkkil Ticarət və Əmək 
Birlikləri Federasiyasını yaratdı. Əmək Bahadırlarından fərqli 
olaraq, bu təşkilata ancaq ailə başçıları qəbul edilirdi. 1886-cı ildə 
təşkilat yeniləşdirildi və adını dəyişib, Amerika Əmək Federasiyası 
qoydular. Qompers Amerika Əmək Federasiyasının birinci 
prezidenti oldu. Birliyin strategiyasının üç bənddən ibarət Qompers 
proqramı tarix boyu Amerika Əmək Federasiyası hərəkatına 
xidmət etdi. 
Birincisi, Qompers proqramı fəlsəfi sinfi mübarizə ilə məşğul 
olmaqdansa, daha yüksək əmək haqqı şəklində və daha yaxşı iş 
şəraitində praktik mənfəətlər üçün işləməyi tə’kid edirdi. İkincisi, 
0
, Amerika Əmək Federasiyasını hərəkat çərçivəsində federalizm 
prinsiplərinə də’vət edirdi və hər bir birliyə əhəmiyyətli dərəcədə 
sərbəstlik verirdi ki, öz işlərini öz üslubuna müvafiq şəkildə təşkil 
etsin və aparsın. Üçüncüsü, o, bacardığı qədər hökuməti kollektiv 
ticarətdən kənar etməyə çalışırdı, lakin siyasi dostlarına yardım 
göstərməkdən və əmək imkanına qarşı çıxan Konqres üzvlərini 
məğlub etməkdən də imtina etmirdi. Qompers eyni zamanda təkid 
edirdi ki, eyni fəhlələri eyni zamanda bir birlikdən artıq birlik 
birləşdirmək cəhdi edə bilməz. 
TT5 


IX HİSSƏ: ƏMƏK BİRLİKLƏRİNİN ROLU
 
Amerika Əmək Federasiyasının uğurlu şəkildə işə başladığına 
baxmayaraq, əmək təşkilatçılan bir çox çətinliklərlə üz-üzə 
gəldilər. Əsas e’tibarilə, icarədarlar heç vaxt birliklərin 
qanuniliyini tam şəkildə qəbul etmirdilər, onların tə’til etmək və 
kollektiv ticarət hüquqlarını isə tamamilə rədd edirdilər. Bütün 
məsələləri hər bir fəhlə ilə ayn-ayrıhqda müzakirə etməyi üstün 
tutan rəhbərlik tez-tez birliyin planlanm alt-üst etmək yolları 
axtanrdı və bunun üçün o, birliyə müsbət münasibət bəsləyən 
fəhlələri ya işdən azad edir, ya da onların adlannı «qara siyahıya» 
yazırdı (əvvəlcədən başqa şirkətlərlə razılığa gəlirdi ki, belələrini 
işə götürməsinlər), yaxud fəhlələri «sarı it» müqaviləsinə qol 
çəkdirməyə məcbur edirdi,«san it» müqaviləsi isə fəhlə işə qəbul 
edilərkən, onun birliklərə qoşulmuyacağı haqqında 
iltizamnamədir. 
İcarədarlar eyni zamanda elə bir məhkəmə qərarı axtarırdılar 
ki, həmin qərar birliklərin tə’tillə məşğul olmalannı dayandırmağı 
tə’min etsin. 1880-ci və 1932-ci illər arasında, əksər illərdə 
hökumət və məhkəmələr idarəetmə vəziyyətinə ya müsbət 
münasibət bəsləyir, ya da, ən yaxşı halda, bitərəf mövqe tuturdu. 
Əslində, ictimai qayda-qanun naminə tə’tilə son qoymaq üçün 
zəruri olan qüvvəni tez-tez hökumət tə’min edirdi. Məsələn, 
1894-cü ildə əmək haqqının azaldılmasına qarşı Pulman 
İqamətgah Vaqon Şirkəti fəhlələri tə’tilə başladıqda və bu tə’tilə 
həmrə’ylik işarəsi olaraq, Amerika Dəmir Yol Birliyi üzvləri 
onlara birləşdikdə, Birləşmiş Ştatlar hökuməti federal hərbi qüvvə 
göndərdi ki, tə’tili yatırtsın və e’lan etdi ki, bu tə’til poçt 
qatarlarının işlərinə mane olur. Bu dövrdə bir sıra başqa dəhşətli 
tə’tillər də oldu ki, onlardan bə’ziləri bir neçə nəfərin ölümü ilə 
nəticələndi. 
Əmək hərəkatı üçün başqa bir böyük maneə 1905-ci ildə baş 
verib. Bu, Ali Məhkəmənin Loxner Nyu-Yorka qarşı hadisəsidir. 
Ali Məhkəmə təsdiq edirdi ki, iş saatlarını məhdud edən qanun 
Konstitusiyaya ziddir, çünki o, fərdlərə iş üçün müqavilə 
bağlamağa mane olur. Məhkəmənin bu məsələdən müddəası 
Konstitutsiyanm 14-cü Düzəlişindən götürülmüş fərdlərin 
«müqavilə azadhğı» haqqında prinsipə əsaslanırdı. 
1 Dünya Müharibəsinə yaxın Amerika Əmək Federasiyasının 
5 milyona qədər üzvü var idi; onun üzvlərinin həm sayı, həm də 
tə’siri get-gedə artırdı. Buna baxmayaraq, 1920-ci illərdə artım 
zəiflədi, çünki əmək Sahibkarların Dövlət Assosiasiyası (NAM) 
kimi biznes qruplarının tam qarşıdurması ilə üz-üzə gəldi. Bir 
176 


AMERİKA İQTİSADİYYATININ OSAS COHOTLORİ
 
dəhşətli döyüş birliklərə birləşmədə fəhləyə təzyiq göstərməmək 
hüququ olan «açıq dükan» prinsipi ilə bağlı idi. Əlavə olaraq, ona görə 
ki, 1920-ci illər yüksək məşğuliyyətlə bağlı çiçəklənmə illəri olmağa 
meyl etdiyi üçün fəhlələr birlik yardımı olmadan da özlərini nisbətən 
təhlükəsiz hiss edirdilər. 1924-ci ildə Qompersin ölümündən sonra 
Amerika Əmək Federasiyasının prezidentliyinə barışdırıcı bir namizəd 
kimi Uilyam Qrin seçildi. 
BÖYÜK DEPRESSİYA 
öyük Depressiyanın gəlişi Amerika Əmək Federasiyası 
Jj üzvlərinin sayını üç milyondan da aşağı salsa da. Depressiya işçi 
kütləsinin vəziyyətinə rəğbət yaratmaq yolu ilə (Depresiyanın ən 
qızğın dövründə Amerika işçi qüvvəsinin üçdə biri işsiz idi) əmək 
hərəkatının inkişafına təkan verdi. Prezident Franklin D. Ruzveltin 
seçilməsi ilə hökumət və məhkəmələr işə olan tələbə daha böyük 
diqqət verməyə başladılar. 1932-ci ildə Konqres əməyi təqdir edən ilk 
qanunlarından birini verdi. Norris-La Guardia Aktı adlanan bu qanun 
sarı it müqavilələrini qanundan kənar e’lan etdi və əməklə bağlı 
mülahizələri qadağan edən qərarlar vermək haqqında məhkəmələrin 
səlahiyyətlərini məhdudlaşdırdı. 
Depressiyaya son qoymaq haqqında Ruzvelt proqramı bir neçə 
qanunu ehtiva edirdi ki, bu qanunlar əməklə bağlı məsələləri inkişaf 
etdirirdi. Bu qanunlardan biri, 1933-cü ilin Milli Sənayeni Bərpa Aktı 
fəhlələri minimum əmək haqqı, müvafiq iş saatları, kollektiv ticarət və 
birliklərə birləşmək hüququ ilə tə’min etmək zəmanəti verirdi. Lakin 
1935-ci ildə Ali Məhkəmə bu qanunu Konstitusiyadan kənar e’lan 
etdi. Federal hökumət 1935-ci ildə buna Milli Əmək Əlaqələri Aktını 
qəbul etməklə cavab verdi. Vaqner Aktı kimi daha yaxşı tanınan bu 
qanunda deyilir: «İşçilərin müstəqil təşkilat huququ var. Əmək 
təşkilatlan formalaşdırmaq, onlara birləşmək və ya onları müdafiə 
etmək, özlərinin seçdikləri nümayəndələr yolu ilə kollektiv ticarət 
etmək, kollektiv ticarət və ya başqa qarşılıqlı kömək və yardım 
məqsədilə əlaqədar fəaliyyətlə məşğul olmaq hüquqları var.» 
Birinci dəfə idi ki, əməyə kollektiv sövdələşmə üçün qanuni hüquq 
verilirdi. Bundan əlavə, qanun Milli Əmək Əlaqələri Şurası (NLRB) 
tə’sis etdi ki, onun şərtlərinin icrasına rəhbərlik etsin, ədalətsiz əmək 
hallarını qadağan etsin və fəhlələrin hansı birliyi təmsil edəcəklərini 
müəyyənləşdirsin. Milli Əmək Əlaqələri Şurasına təklif edildi ki. Şura 
zavodlara getsin, fəhlələr birliklər yaratmaq və ya xüsusi birlikdə 
təmsil olunmaq istədikdə, seçkilər 
vn 


Yüklə 2,56 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə