Telekommunikasiyada texniki istismar



Yüklə 0,73 Mb.
səhifə1/7
tarix05.01.2022
ölçüsü0,73 Mb.
#82606
  1   2   3   4   5   6   7
TELEKOMMUNIKASIYADA TEXNIKI ISTISMAR


TELEKOMMUNIKASIYADA TEXNIKI ISTISMAR

16.1. Texniki istisman əsas anlayışları

Telekommunikasiya şəbəkələrinin texniki istismarı– müxtəlif növ informasiyaların qəbulu və verilişi zamanı abunəçilərə keyfiyyətli xidməti təmin edən şəbəkə avadanlıqlarının işədavamlılığını saxlamaq üçün texniki və təşkilati tədbirlər kompleksidir.

Telekommunikasiya şəbəkələrinin texniki istismarı özünə avadanlıqların

texniki təmiri və xidmətini, eləcədə şəbəkə ilə idarəolunmanı daxil edir

[1,17,73,87,98,110,111,124,142-145].

Telefon şəbəkələri üçün kommutasiya sistemlərinin texniki istismarı iki üsulla həyata keçirilə bilər:

- mərkəzləşdirilmiş.

- geyri-mərkəzləşdirilmiş

Mərkəzləşdirilmiş üsulda avadanlığın istismarı xidmət olunan avadanlıqla müəyyən məsəfədə yerləşən və texniki istismarın mərkəzində olan texniki personal vasitəsilə yerinə yetirilir.

Qeyri-mərkəzləşdirilmiş texniki istismar üsulunda isə rabi-tə vasitələrində texniki xidmət işləri, müəyyən avadanlıqlarla əlaqədə olan və telekommunikasiya şəbəkələrinin bu və ya digər stansiyalarında daimi olaraq yerləşən texniki personal vasitəsilə yerinə yetirilir.

Mərkəzləşdirilmiş xidmət üsulunu şəhər və kənd telefon şəbəkəsində tədbiq etmək daha perspektivli sayılır. Bu imkanlar tərkibində avtomatik nəzarət qurğuları, şəbəkədə olan trafik ölçmələrini, nasazlıqlar haqqında informasiyaların distansiyalı qəbulu və verilişini daxil edən rəqəmli ATS-nin tətbiqi ilə dahada artmışdır.

Texniki istismarın əsas məsələləri aşağıdakılardır:

- stansiyaların və telekommunikasiya vasitələrinin fasiləsiz, effektiv və

yüksək keyfiyyətli işinin təmin edilməsi;

- abunəçidən abunəçiyə verilən sönmə normasının saxlanılması, verilən

şəbəkədə və ümumilikdə ölkə üzrə itgi normasının təmini;

- texniki istismar üsullarının mükəmməlləşdirilməsi, nasazlıqların müəyyən olunma prosesinin avtomatlaşdırılması və avadanlıqların, kanal və xətlərin yoxlama və sınaqdan keçirilməsi;

- şəbəkələrin və stansiyaların vəziyyətini xarakterizə edən, trafik haqqında lazımi statistik məlumatların ölçülməsi və yığılması.

Telekommunikasiya şəbəkələrində istifadə olunan üç (3) texniki istismar

üsulu məlumdur:

proflaktik;

 statistik (yaxud nəzarət– korreksiyaedici);

 bərpaedici.

Proflaktik texniki istismar üsulunda avadanlıqların, kanal və xətlərin iş prosesində yaranan nasazlıqlarının texniki perso-nalın aşkara çıxarıb və aradan qaldırılması işləri ilə yanaşı, avadanlığın plan üzrə proflaktik yoxlamaları da aparılır.

Proflaktik işlərin dövürlülüyü, avadanlıqların etibarlılığı, rabitə kanal və

xətlərinin vəziyyətlərinə nəzarət üsulu ilə təyin olunmalıdır.

Proflaktik nəzarətin strukturu aşağıdakılardır.

 avadanlığın vəziyyətinə nəzarət;

 cari xidmət;

 elektriki yoxlama;

 cari və əsaslı təmir.

Texniki istismarın nəzarət-korreksiya üsulu proflaktik işləri, kanal və xətt avadanlıqlarının vəziyyətlərinə, eləcədə stansiyaların, qovşaqların və bütövlükdə şəbəkənin işinin keyfiyyətinə daimi avtomatik nəzarət ilə əvəz etməsini nəzərdə tutur.

Texniki personalın avadanlıqların və elektrik rabitəsi şəbəkələrinin işinə müdaxiləsi yalnız şəbəkədə yüklənmə və ya nasazlıqların xidmət keyfiyyətinin pisləşməsinə gətirib çıxardığı zaman mümkündür.

Istismarın bərpaedici üsulunda ancaq daxil olan şikayətlə-rin və ya siqnalizasiyanın əsasında avadanlıqların düzəldilməsi (qurulması) həyata keçirilir. Bərpaedici üsulda əvvəlki texniki istismar üsullarından fərqli olaraq xüsusi plan-proflaktik yoxlamalar yoxdur. Belə ki, texniki personal bu və ya digər yoxlama və daxil olan siqnallara əsasən avadanlıqların quraş-dırılmasının həyata keçirir.

Texniki istismar sistemi rəqəmli telefon stansiyalarına nəzərən aşağıdakı komponentlərdən ibarətdir:

- avadanlığın düzgün işləməsinə nəzarət və yoxlamaq üçün apparat və

proqram vasitələri;

- stansiyanın proqramlarında və cihazlarında yaranan nasazlıqların təyin olunması və aradan qaldırılması üsulları və qurğuları;

- texniki xidmətin üsullarını təyin edən təşkilati işlər.

Istismar sisteminə əsas faktor kimi daha böyük təsiri xidmət olunan stansiyanın texniki xarakteristikası və onun etibarlılıq sistemi göstərir.

Dekad addım sistemli ATS-lər üçün proflaktik istismar üsulu daha rahat sayılır. Koordinat sistemli ATS-lər üçün isə şəbəkənin nəzarət – korreksiya istismar üsulunu daha səmərəli hesab edilir. Əvvəlcədən bütün texniki nasazlıqları üzə çıxaran müasir rəqəmli elektron kommutasiya sistemləri üçün isə bərpaedici istismar üsul daha məqsədə uyğundur.

Beləliklə, istismarın məqsədi telekommunikasiya şəbəkə-lərinin fasiləsiz, davamlı işinin təmin olunmasıdır. Qoyulan məqsədə nail olmaq üçün avadanlıqların vəziyyətinin normada saxlanması və nasazlıqların aradan qaldırılması, elektrik enerjisi təminatı, eləcədə lazımi mühitlə təmin olunması üzrə işlərin yerinə-yetirilməsi vacibdir.

Bu işlərin yerinə yetirilməsində, kapital qoyuluşunun və xərclərin minimal olması əsas götürülür.

Beləliklə, ŞTŞ-rində rabitə vasitələrinin üç prinsipcə müx-təlif istismar üsulu vardır:

 Proflaktik- burada texniki xidmət avadanlıqlarıda nasazlıqlar yaranmazdan əvvəl yerinə-yetirilir.

 Statistik (nəzarət-korreksiyaedici) usulda texniki xidmət nasazlıqlar baş

verdikdən sonra yerinə yetirilir.

 Bərpaedici usulda texniki xidmət nasazlıqların yaran-ması anında yerinə

yetirilir.



Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə