Bu cild üçün orijinal mətni 1981-ci ildə Robert L. MakKan yazmışdır. O, elə


X HİSSO: XARİCİ TİCARƏT VO QLOBAL İQTİSADİ SİYASƏT



Yüklə 2,56 Kb.
Pdf görüntüsü
səhifə44/48
tarix06.05.2018
ölçüsü2,56 Kb.
#43105
1   ...   40   41   42   43   44   45   46   47   48

X HİSSO: XARİCİ TİCARƏT VO QLOBAL İQTİSADİ SİYASƏT
 
azaltmaq haqqinda əsas qanunvericilik mandatını tə’min edən 
yazısında deyirdi: 
«Dövlətlər bir-biri ilə ticarət etmək üçün düşünülüb-daşınılmış 
imkanlardan istifadə etmədikcə, onlar öz adamlanm dolandırmaq 
üçün və onlann güzəranlarını yaxşılaşdırmaaq üçün kifayət səviyyədə 
mal istehsal edə bilməz. Buna görə də Ticarət Müqavilələri 
Proqramının özülünü təşkil edən prinsiplər sülh binasının zəruri 
məhək daşıdır.» 
1934-cü ilin Qarşılıqlı Ticarət Müqavilələri Aktı Prezidentə 
səlahiyyət verdi ki, ayrı-ayrı ölkələrlə ticarət sazişləri haqqında 
danışıqlar aparsın. Həmin qanun Birləşmiş Ştatlara xarici ölkələr 
idxal etdikləri mallara gömrük xərclərini xeyli azaltdı, bunun 
əvəzində həmin ölkələr də Birləşmiş Ştatlar ixracatına müvafiq 
güzəştlər etdilər. 
Birləşmiş Ştatlar liberallaşdınimış ticarəti müdafiə etməsi Tariflər 
və Ticarət haqqında Ümumi Müqavilə (GATT) yaradılmasında əsas 
alət oldu. 1947-ci ildə 23 ölkənin imzaladığı və 1980-ci illərdə 90-dan 
çox ölkənin təmsil etdiyi bu müqavilə beynəlxalq tarif və ticarət 
qaydaları kodeksidir. Beynəlxalq ticarətin apaniması üçün kodekslər 
qoymaqla yanaşı Tariflər və Ticarət haqqında Ümumi Müqavilə 
çoxtərəfli ticarət danışıqlannm bir neçə dövrəsinə sponsorluq da 
etmişdir. Birləşmiş Ştatlar bunların hər birində fəal iştirak etmiş və bir 
sıra hallarda aparıcı rol oynamışdır. 
TİCARƏT 

merika rəsmi siyasəti ticarət sazişlərinə müəyyən prinsipləri 
PRİNSİPLƏRİ 
xvtətbiq etmək idi; bu prinsiplər də Tariflər və Ticarət haqqında Ümumi 
Müqavilənin məhək daşlan idi. Birincisi, münasibətlərdə müxtəlifliyin olmamasıdır. 
Ən münasib Şəraitdə olan Ölkə (MFN) münasibəti adı ilə də tanınan bu prinsipə 
əsasən, «ən münasib şəraitdə olan ölkə » adlı tərəfə olduğu kimi, ticarət aparan başqa 
tərəflərə də eyni gömrük vergisi və tarif münasibətləri bəslənilməlidir. Birləşmiş 
Ştatlar bu siyasəti indi onunla ticarət edən bütün ölkələrlə ticarət münasibətində 
tətbiq edir. Ancaq o ölkələr müstəsnadır ki, xarici siyasət problemləri ilə bağlı qanun 
üzrə 
0
 ölkələrin sıralarından çıxarılmışdır. 
Münasibətlərdə müxtəlifliyin olmaması prinsipinin genişlənməsi 
və ya oradan çıxarılma bə’zən başqa xarici siyasət 
190
 


AMERIKA 
İQTİSADİYYATININ
 
ƏSAS
 
CƏHƏTLƏRİ
 
məqsədləri üçün də istifadə olunur. Məsələn Birləşmiş Ştatlar Çinə ən 
münasib şəraitdə olan ölkə statusu verdi. Bu həmin ölkə ilə əlaqələrin 
yaxşılaşdırılmasına edilən cəhdin bir hissəsi idi. Eyni zamanda 
Birləşmiş Ştatlar insan hüquqlannm pozulması üzündən bə’zi ölkələrə 
ən münasib şəraitdə olan ölkə statusu verməkdən imtina edir. Konqres 
ilə federal agentliklər arasında ticarət siyasətinin başqa xarici siyasət 
məqsədləri üçün istifadə olunmasının tə’sirliliyi haqqında 
mübahisələr indi də davam edir. 
Birləşmiş Ştatların ticarətə tətbiq etdiyi ikinci prinsip qarşılıqlı 
əlaqədir. Əslində, bu o deməkdir ki, ticarət sazişlərinin yerinə 
yetirilməsində bir dövlətə başqa bir dövlətdən daha böyük daxili 
imkanlar verilməməlidir. Bu müddəadan 1980-ci illərdə bir neçə sahə 
qarşılıqlı əlaqə təklifləri adlanan təklifləri müdafiədə istifadə olunub. 
Bu təkliflərə əsasən Birləşmiş Ştatlar hökumətindən tələb olunurdu ki, 
sahələr prinsipi əsasında hər bir ticarət aparan tərəf üçün Birləşmiş 
Ştatlar bazarına daxil olmaq məhdudlaşdmlsın. Bu, həmin tərəf 
Birləşmiş Ştatlar ixracatına müvafiq bazar imkanları yaratmaqdan 
imtina etdiyi şəraitdə olmalı idi. Analitiklərin əksəri sahə qarşılıqlı 
əlaqəsi təhlükəsinin danışıqlar aparmaq taktikasında faydalı ola 
biləcəyini e’tiraf etsələr də, ümumiyyətlə, mə’lumdur ki, belə 
qanunvericilik danışıqlara mane olacaq və geniş, qarşılıqlı sənaye 
kompromisi yolu ilə ticarətin liberallaşdırılmasma nail olmaq 
imkanını azaldacaqdır. 
Birləşmiş Ştatlar eyni zamanda bir çox hallarda 1962-ci ildə qəbul 
olunmuş Ticarətin Genişləndirilməsi Aktında göstərildiyi kimi, 
çoxtərəflilik prinsipinə də əməl etmişdir. Bu akt prezidentə səlahiyyət 
vermişdir ki. Birləşmiş Ştatlar ilə onun ticarət partnyor- ları arasında 
tariflərin azaldılmasını qarşısında məqsəd qoyan və «Kennedi 
Dövrəsi» adlandırılan ticarət danışıqlarında çoxtərəfli ticarət 
liberallaşdırılması danışıqları aparsın. Danışıqlann bu dövrəsində 
beynəlxalq ticarətin 80 faizini təşkil edən 53 dövlət razılığa gəldi ki, 
tarifləri orta hesabla 35 faiz aşağı salsın. 
Çoxtərəflilik prinsipi beynəlxalq ticarət danışıqlannm uğurlu 
dövrələrində illər boyu Birləşmiş Ştatların iştirakının və rəhbərliyinin 
əsasını təşkil edib. 1979-cu ildə Tokio Dövrəsinin uğurunun nəticəsi 
kimi. Birləşmiş Ştatlar və 100 başqa dövlət razılığa gəldilər ki, tarifi 
bir qədər də aşağı salsınlar və ticarətdə kvota və icazə hüququ tələbləri 
kimi tariflə bağlı olmayan maneələri də azaltsinlar. 
m  


X HİSSƏ: XARİCİ TİCARƏT VƏ QLOBAL İQTİSADİ SİYASƏT
 
1980-ci illərdə Birləşmiş Ştatlar çoxtərəfli ticarət danışıqlarının 
yeni istiqaməti üçün çağınş e’lan etdi və bu çağırış 1986-cı ilin 
sentyabrında Uruqvay Dövrəsində öz son nöqtəsinə çatdı. Bu 
danışıqlarda Birləşmiş Ştatlar kənd təsərrüfatı dotasiyalarından 
istifadənin ləğvi haqqında qaydalann inkişafına və Tariflər və 
Ticarət haqqında Ümumi müqavilənin başqaları arasında xidmətlər 
ticarətinin aparılması kodekslərinin genişləndirilməsinə çalışırdı. 
Münasibətlərdə müxtəlifliyin olmaması prinsiplərinə ümumi 
şəkildə sadiq qalsa da, Birləşmiş Ştatlar müəyyən ticarət tədbirlərinə 
üstünlük verməkdə iştirak edirdi. Bu tədbirlərə Birləşmiş Ştatlar 
Ümumiləşdirilmiş İmtiyazlar Sistemi proqramı, Qəraib Dənizi 
Hövzəsi Təşəbbüsü, Birləşmiş Ştatlar-İsrail Azad Ticarət Sahəsi 
Müqaviləsi və Birləşmiş Ştatlar-Kanada Azad Ticarət Müqaviləsi 
daxildir. 1990-cı illərin əvvəllərində cəhdlər edilirdi ki, başqa 
ikitərəfli ticarət əlaqələri yaratmaq üçün saziş əldə olunsun. 
Bunlardan biri Birləşmiş Ştatlar ilə Meksika arasında idi. Və 1990-cı 
ildə Prezident Corc Buş Amerika təşəbbüsü üçün öz Tədbirini açıq 
e’lan etdi. Bu Tədbir əsasında başqa şeylərlə yanaşı Amerika Qərb 
yarım şarında azad ticarət üçün yol salmalı idi. 
Ümumiləşdirilmiş imtiyazlar Sistemi proqramının məqsədi 
nisbətən kasıb ölkələrdə iqtisadi inkişafa təkan verməkdir. Bu, 
həmin ölkələrdən Birləşmiş Ştatlara ixrac olunan mallardan vergi 
almamaq yolu ilə tə’min olunur. Bu proqrama əsasən, imtiyazlar 
müəyyən məhsulların ixracı üçün ölkəyə verilir; cari ticarət 
icraatında göstərildiyi kimi, məhsul istehsal edənlər öz məhsulunun 
Birləşmiş Ştatlar bazarında rəqabətə yardım etmək ehtiyacının 
olmadığım müəyyən edən kimi imtiyazlar ləğv edilir. Tariflər və 
Ticarət haqqinda Ümumi Müqavilə ümumiləşdirilmiş imtiyazlar 
sistemi proqramının xeyrinə münasibətlərdə müxtəlifliyin olmaması 
prinsipinin hüququndan ümumi imtinanı da ehtiva edir. 
Qəraib Dənizi Hövzəsi Təşəbbüsü 1980-ci illərdə yaradılmış 
proqramdır. Bu Təşəbbüs iqtisadi mübarizə aparan və Birləşmiş 
Ştatlara siyasi cəhətdən vacib olduğu müəyyən edilmiş bölgəyə 
iqtisadi yardım üçündür. 1995-ci ilin sonlarına qədər davam edəcəyi 
planlaşdırılan bu proqram Qəraib dənizi hövzəsindən toxuculuq, 
bə’zi dəri mə’mulatı, şəkər və neft istehsalı məhsulları müstəsna 
olmaqla, Birləşmiş Ştatlara idxal edilən bütün mallara pulsuz 
gətirilmək hüququ verir. 
192
 


Yüklə 2,56 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə