Bu cild üçün orijinal mətni 1981-ci ildə Robert L. MakKan yazmışdır. O, elə



Yüklə 2,56 Kb.
Pdf görüntüsü
səhifə38/48
tarix06.05.2018
ölçüsü2,56 Kb.
#43105
1   ...   34   35   36   37   38   39   40   41   ...   48

AMERIKA 
İQTİSADİYYATININ
 
OSAS
 
CƏHƏTLƏRİ
 
ARTIQ KƏND 
TOSORRÜFATI 
MALLARININ 
BÖLÜŞDÜRÜLMƏSİ 
1 Q O 
* illərdən 1980-cı illərə qədər Amerika kənd 
x
.^təsərrüfatı problemi izafılik idi. İzafi ərzaq məhsulundan 
istifadəyə kömək üçün iki cür proqram inkişaf etdirilirdi. 1954-cü 
ildə Konqres «Sülh üçün Ərzaq» qanunu adlı 480 sayli İctimai 
Qanun qəbul etdi. Birləşmiş Ştatlar ixrac etdiyi ərzaq və liflər 
Avropa və Yaponiyanın yaralarının sağalmasına kömək etdi, 
beləliklə də, siyasi xadimlər belə qərara gəldilər ki, bu cür mal 
ixracatı inkişaf etməkdə olan ölkələrin iqtisadi yüksəlişinin 
təkmilləşməsinə tə’sir edəcəkdir. 
Sülh üçün Ərzaq proqramında fermerlər qiymətləri aşağı salan 
milli izafi artımın azalması yolunu görürdülər. İqtisadiyyatdan başı 
çıxan şəhər sakinləri belə hesab edirdilər ki, bu yol artıq taxıl 
məhsulu ehtiyatının ümumi ictimai dəyərini kəsməkdir. Nəhayət, 
humanitar sahələrlə məşğul olanlar bu proqrama dünya açlarım 
ərzaqla tə’min etməyə yardım vasitəsi kimi baxırdılar. Ərzağın çoxu 
inkişaf etməkdə olan ölkələrdə ödənişin proqressiv sistemində 
istifadə olunurdu. Bu ölkələrdə fəhlələr yerli inkişaf layihələrində 
əmək haqqım Amerika ərzaq məhsulu ilə alırdılar. 
Birləşmiş Ştatlar ərzaq istehsalindakı uğurları bə’ziləri 
gələcəkdə dünya əhalisini ərzaqla tə’min etmək sahəsində bütün 
dünyada edilən cəhdlərin mühüm bir hissəsi kimi qiymətləndirir. 
Uzun illər ərzində Amerika izafi taxılı dünyanı ərzaqla tə’min etmək 
işində vacib amil rolu oynamağa kömək etmişdir. Dünya əhalisinin 
artımım nəzərə alaraq, Amerika kənd təsərrüfatı ilə dünyanın qalan 
hissəsi arasında sürəkli əlaqələr gözləmək ağlabatan bir haldır. 
İzafi ərzaq eyni zamanda Birləşmiş Ştatlarda kifayət qədər ərzaq 
tapmayan adamlan yeməklə tə’min etmək işində də istifadə olunur. 
Bir proqram hökumətin gündəlik aldığı izafi məhsullardan və başqa 
əmtəə mallarından istifadə edərək, azgəlirli ailələrin uşaqlarının 
ucuz qiymətlə və ya müftə məktəb yeməyi ilə tə’min edir. Başqa bir 
proqramda hökumət 1980-ci illərdə izafi pendir, yağ və yağsız süd 
tozunu kasıblar arasında bölüşdürdü. Üçüncü proqram federal Ərzaq 
Talonu proqramı 1970-ci illərin ortalarında qəbul edildikdən sonra 
sür’ətlə inkişaf etdi. Bu proqrama əsasən, aşağigəlirli adamın 
ixtiyarı var ki, ərzaq kuponu alsın. Bu kuponlar baqqaliyyə 
dükanlanndan ərzaq almaq üçün ödəniş vasitəsi kimi qəbul edilir. 
167 


VIII
 
HİSSƏ:
 AMERIKA 
KƏND
 
TƏSƏRRÜFATININ
 
DƏYİŞƏN
 
SİMASI
 
DAXILI KƏND 
TƏSƏRRÜFATI 
SİYASƏTİYƏ DÜNYA 
TİCARƏTİ 
F
 
ermerlər üçün qiymətin, gəlirin və başqa yardımın bə’zi 
forması, demək olar ki, kənd təsərrüfatı məhsulu istehsal edən 
hər bir ölkədə istifadə olunur. 1970-ci illərin sonları və 1980- ci 
illərin əvvəllərində dünya kənd təsərrüfatı bazarı şəraiti getdikcə 
müxtəlifləşdi və rəngarəngləşdi; kənd təsərrüfatı məhsulu istehsal 
edən ölkələr daxili bazarı sabitləşdirmək üçün proqramlar tə’sis 
etdi. Ölkələr ya mövcud proqramları gücləndirdilər, ya da öz 
fermerlərini bir çox hallarda «xarici» dağıntı hesab edilən haldan 
müdafiə etmək məqsədilə belə proqramların yerinə yenisini 
gətirdilər. Son illərdə bu siyasətlər kənd təsərrüfatı malları üçün 
xarici bazarların qarşısmi almağa. Beynəlxalq malların qiymətinin 
aşağı düşməsinə və ixrac edən bir sıra ölkələrdə kənd təsərrüfatı 
mallarının izafi dəyərinin artmasına təkan verir. 
1980-ci illərdə Amerika fermerləri iqtisadi çətinlik dövrünə 
qədəm qoydular. Kənd təsərrüfatı malları ixracatı tənəzzül etdi, bu 
qismən başqa dönər pul vahidləri ilə nisbətdə Birləşmiş Ştatlar 
dollarının yüksək dəyəri ilə bağlı idi (bu hal xarici alıcılar üçün 
Birləşmiş Ştatlar məhsullarının dəyərini artırdı). Taxıl məhsulu 
qiymətləri aşağı düşdü, əlavə gəlir faizi norması yuxarı qalxdı və 
gəlirləri yüksək olanlar ödəməli olduqları pulu borc şəklində 
saxlamaqda davam etdirmənin fermerlərə ciddi mənfi tə’sir etdiyini 
fermerlər müşahidə etdilər, iqtisadi bəladan yaxa qurtarmağa yardım 
üçün bir sıra hökumət proqramları və özəl proqramlar qəbul 
olunmağa başladı. 
1985-ci ildə Konqres Birləşmiş Ştatlar kənd təsərrüfatı 
məhsullarının beynəlxalq rəqabət gücünü təkmilləşdirmək üçün yeni 
kənd təsərrüfatı qanunu qəbul etdi. Ən sadə dil ilə desək, bu qanun 
orta bazar qiymətlərinin dəyişdirilməsinə cavab olaraq, əsas kənd 
təsərrüfatı mallarına qiymətlərin dəyişdirilməsini müdafiə etməyi 
təklif edirdi. Bundan əlavə, bu qanunvericilik ətraf mühitdə baş 
verən hadisələrə həssas olan torpaqların 16-18 milyon hektanmdan 
10-15 il istifadə etməmək proqramını da əhatə edirdi və 5 il ərzində 
planlı qiymətləri 10 faizə qədər aşağı saldı. 
1986-cı ilin iyulunda Birləşmiş Ştatlar beynəlxalq kənd 
təsərrüfatı ticarətinin hərtərəfli islahatı üçün yeni bir təkliflə çıxış 
etdi. Bu təklif hərtərəfli ticarət danışıqlarının Uruqvay Dövrəsi adı 
ilə tanınır. Birləşmiş Ştatlar dünyanın qabaqcıl beynəlxalq ticarət 
müqaviləsi olan Tariflər və Ticarətdə Ümumi Razılıq (GATT) 
müqaviləsinin 90-dan çox üzvünə müraciət etdi ki, ticarət 
islahatlarının daha geniş paketi kimi bütün kənd təsərrüfatı 
borclarının və kənd təsərrüfatı bazarlarının qiymət, məhsul, ticarət 
168 


AMERİKA İQTİSADİYYATININ OSAS CƏHOTLORİ
 
VƏ başqa pozğunluqlarına səbəb olan digər siyasətlərin tədriclə yox 
edilməsi haqqında danışıqlar aparsınlar. 
Birləşmiş Ştatların verdiyi təklifin dalınca başqa ölkələr və ya 
ölkə qrupları da bir sıra əlavə təkliflər verdilər. Bu təkliflər geniş 
şəkildə rəngarəng olsalar da, başlanğıc səviyyəsində iştirakçıların 
böyük əksəriyyəti sanki ticarətə əngəl törədən borclardan 
uzaqlaşmaq və azad bazarlara doğru getmək ideyası ilə razılaşırdılar. 
Xüsusən, Birləşmiş Ştatlar Avropa kənd təsərrüfatı borclannm 
mümkün olan ləğvi, eyni zamanda yaponların və Cənubi 
koreyalılarm düyü idxalına qadağanına son qoyulması üçün qanun 
layihəsi verdi. Buna baxmayaraq, kənd təsərrüfatı borclarını kəsmək 
haqqında beynəlxalq razılıqlar əldə etmək cəhdləri ilə bağlı 
danışıqlar daha əvvəllər olduğu kimi heç də tez-tez asan getmirdi. 
1990-cı il dekabrın 31 -nə planlaşdırılmış heç bir razılıq əldə oluna 
bilməzdi. Danışıqlar dayandırılmışdı və, ola bilsin ki, uğursuzlığa 
apanrdı, lakin 1991-ci ilin ortalarında Qərbin əsas sənaye ölkələrinin 
başçıları Uruqvay Dövrəsi damşıqlanm uğurla bitirmək üçün ikinci 
dəfə müzakirədə qanun layihəsini qəbul etdilər və bu danışıqlar 
1992-ci ilin əvvəllərinə kimi davam etdi. 
Bu zaman federal büdcə defisitlərinin yüksək səviyyəyə doğru 
davam etməsi ilə Birləşmiş Ştatlar hökuməti 1990-cı ildə Amerika 
istehlakçılarının və vergi verənlərinin fermalara yardımının yükünü 
azaltmaq üçün daha ciddi cəhdlər göstərdi. Konqres qanun qəbul 
etdi ki, il fermerin ən’ənəvi şəkildə aldığı defisit ödənişindən fərqli 
olan alternativ məhsul və ya məhsullar becərməyə imkan verir. Bu 
0
 
zaman olur ki, əkin sahələri defisit ödənişləri üçün hesab edilir. 
Guman olunurdu ki, bu, 5 il ərzində 10 milyard dollara yaxın 
qənaətlə nəticələnəcəkdir. Bu isə taxıl məhsulu səpininin 
cilovlanması yolu ilə ola bilərdi. Belə hal defisit ödənişləri hesab 
edilmirdi. Eyni zamanda bu, dəyişən təcrübədə təbii cəhətdən saf 
məhsul almağa maraqlandırırdı. Lakin yüksək və möhkəm qiyməti 
müdafiə müəyyən əmtəə üçün saxlanılırdı və bə’zi kənd təsərrüfatı 
məhsullan bazarlarına geniş hökumət idarəsi davam edirdi. 
169 


Yüklə 2,56 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə