Bu cild üçün orijinal mətni 1981-ci ildə Robert L. MakKan yazmışdır. O, elə



Yüklə 2,56 Kb.
Pdf görüntüsü
səhifə2/48
tarix06.05.2018
ölçüsü2,56 Kb.
#43105
1   2   3   4   5   6   7   8   9   ...   48

I HİSSO: GİRİŞ 
Vaxtaşırı cərəyan edən başqa bir mövzu da yeni yaranan texnoloji 
imkanlar əsasında Birləşmiş Ştatlar iqtisadiyyatının dəyişikliyə 
uğraması idi. Bir zaman kənd təsərrüfat ölkəsi olan Birləşmiş Ştatlar 
maşınlardan və Sənaye İnqilabı istehsalı proseslərindən uğurlu istifadə 
nəticəsində dramatik şəkildə dəyişdi, sonra isə «ikinci» Sənaye 
inqilabının yüksək məhsulu hesabına bir daha dəyişdi. 
1870-ci illərdən başlayaraq, bir əsrə qədər davam edən müddətdə 
Birləşmiş Ştatlar dünyanın güclü istehsal mərkəzinə çevrildi, polad 
e’malı, avtomobil və başqa məhsullar istehsalında dünyanın aparıcı 
dövləti oldu. 1960-cı illərdən sonra Amerika sənayesində başqa bir 
dəyişiklik də baş verdi: yeni xidmətlərə əsaslanan və mə’lumat 
prosesləri sənayesi sahələri tədricən ən’ənəvi şəkildə insanın alın təri 
və qolu gücünə əsaslanan sənaye istehsalını əvəz etməyə başladı. 
1990-cı illərdə kimya, elektronika və biotexnologiya kimi sahələrdə 
inkişaf gətirib o yerə çıxardı ki, bu sahələrdə istehsal olunan mallar və 
göstərilən xidmətlər elektrik yarımkeçiricilərindən lazer cərrahiyəsinə 
qədər olan sahələri əhatə etdi. Buna müvafiq olaraq, yeni kənd 
təsərrüfatı texnologiyası Amerika kənd təsərrüfatı sektorunu 
dəyişdirərək, ona fermaların sayını tədricən azaltmaqla daha çox ərzaq 
malları, yun, pambıq və başqa lifli məhsul istehsalı imkanı yaratdı. 
Üçüncü mövzu beynəlxalq ticarət siyasəti və bu yolla Birləşmiş 
Ştatların dünya iqtisadiyyatı ilə qaynayıb-qarışması dərəcəsi sahəsində 
uzun müddət davam edən müzakirələrlə bağlıdır. Bir çox cəhətlərinə 
görə, ticarət müstəmləkəçilik sistemində mühüm şərt idi: Amerika 
mallarının ixracı inkişaf üçün maşınların və kapitalın idxalına imkan 
yaratdı. Lakin Aleksander Hamilton kimi dövlət xadimlərinin müdafiə 
etdikləri adamlardan olan adamların proteksionist tədbirləri müdafiə 
etmələri, xüsusən, Amerika İnqilabından sonra bir sıra hallarda çox 
güclü oldu. 
Lakin proteksionizm 1930-cu illərdə Böyük Depressiyaya gətirib 
çıxardığından, II Dünya Müharibəsindən sonra Birləşmiş Ştatlar artıq 
azad ticarət tərəfdarı oldu. Dövlət siyasəti, ümumiyyətlə, azad ticarət 
tərəfdarı olduğuna baxmayaraq, 1970-ci və 1980-ci illərdə Birləşmiş 
Ştatların bir çox istehsal sahələri hiss etdi ki, xaricdən yeni güclü bir 
rəqabət onu öz məngənəsinə alır. Bundan əlavə. Birləşmiş Ştatların 
ticarət defısitləri artdıqca, başqa 


AMERİKA İQTİSADİYYATININ OSAS CƏHƏTLƏRİ 
Ölkələrin xoşagəlməz ticarət praktikasına əl alacaqları haqqında 
narahatçılıq da artırdı. 
Bu mövzulardan hər biri Amerika iqtisadiyyatının müəyyən əsas 
cəhətlərini təmsil edir. Birincisi, vətəndaşlar bilavasitə bazarlarda və 
bilvasitə səsvermə kabinələrində hansı iqtisadi məsələlərə üstünlük 
verdiklərini sərbəst şəkildə ifadə etdikcə, iqtisadiyyat durmadan 
dəyişir. Eyni zamanda bu mövzuların tə’sir gücü vaxt keçdikcə, 
Birləşmiş Ştatlar iqtisadiyyatının dinamikasında öz sürəkliliyini 
nümayiş etdirir. 
Hər bir halda, amerikalıları tez-tez praqmatistlər kimi qələmə 
verirlər. Praqmatizm isə, hər bir şeydən əlavə, qəbulu məqbul hesab 
edilən nəzəriyyənin fəaliyyət göstərməsinin zəruriliyi deməkdir. 
Amerika xalqlarının praqmatizminin ən parlaq nümunəsi onların 
fəaliyyətləri ilə nümayiş etdirilir: iqtisadiyyatı azad müəssisə prinsipi 
əsasında əmin-amanlıqla tə’sis etmək və onu müdafiə etmək. Amerika 
vətəndaşları eyni zamanda həm ayrı- ayrı adamların fərdi 
imkanlarının, həm də iqtisadiyyatın inkişafı və yüksəlişi üçün 
mümkün dərəcədə daha geniş imkanlar yaratmaqda kömək əlini 
uzatmaqda hökumətin vacib rol oynadığını da qəbul edirlər. 


 


1

 
AMERIKA 
İQTİSADİYYATININ 
ƏSAS
 
COHOTLORİ 
İKİNCİ
 
HİSSƏ 
BIRLƏŞMIŞ
 
Ş
TATLAR 
İQTİSADİYYATI 
NECƏ FƏALİYYƏT 
GÖSTƏRİR: 
ÜMUMİ BAXIŞ 


II HİSSƏ; BİRLƏŞMİŞ ŞTATLAR İQTİSADİYYATİ NECƏ FƏALİYYƏT GÖSTƏRİR 
B
 
irləşmiş Ştatlar iqtisadiyyatı ilə azad müəssisə sistemi arasında 
əlaqələr hədsiz dərəcədə uğurlu olsa da, problemsiz də 
olmayıb. Amerikanın ilk dövlət xadimlərindən biri Aleksander 
Hamilton dövründən başlayaraq, hökumətin iqtisadiyyatda xüsusi 
rolu nədən ibarət olmalıdır haqqında ziddiyyətlər mövcud 
olmuşdur; müəyyən sənaye sahələrinin inkişafına istiqamət 
vermək, maneələr meydana çıxarkən biznesə nəzarət etmək, 
ölkəyə idxal edilən mallar nəticəsində dəyən zərərlərə görə 
müvafiq sənaye sahələrinə tariflər formasında yardım təşkil etmək 
və bə’zən əldə edilən gəlirləri bölüşdürmək üçün hökumət 
müxtəlif dövrlərdə işə qarışmışdır. Dövrün tələblərinə uyğun 
olaraq, hökumətin rolu gah zəifləmiş, gah da güclənmişdir. 
Adətən təsvir olunduğu kimi. Birləşmiş Ştatlar iqtisadiyyatı 
kapitalist iqtisadiyyatıdır. Lakin kapitalizm termini Kari Marksm 
yaratdığı termindir və kapitalistlərin kiçik dəstələrinin 
iqtisadiyyatın ən vacib hissələri üzərində təmərküzləşməsi 
deməkdir. Bunun əksinə olaraq, amerikalılann əksəriyyəti bu 


AMERİKA İQTİSADİYYATININ OSAS COHOTLƏRİ 
fikirdədir ki, kapitalizm elə «azad müəssisə», elə sistem deməkdir ki
ondan ancaq kiçik dəstələr deyil, milyonlar mənfəət götürürlər. Azad 
müəssisə bir ideya kimi, çox asanlıqla şərh oluna bilər, lakin əsas 
məsələ bu ideyanın real həyata necə tətbiq olunması məsələsidir. Bu 
fəsildə tarixi sənədlərin verdiyi rəsmi mə’lumata əsasən, azad 
müəssisənin Birləşmiş Ştatlarda necə fəaliyyət göstərdiyinin şərhinin 
verilməsinə cəhd edilir. 
BİRLƏŞİMİŞ ŞTATLAR 
İQTİSADİYYATININ 
ƏSAS TƏRKİB 
HİSSƏLƏRİ 
H
 
ər bir iqtisadi sistem insanların istehlak mallarına və müvafiq 
xidmətlərə olan ehtiyaclarını əvvəlcədən müəyyənləşdirməyə 
və sonra onu istehsal edərək, bölüşdürmə yolu ilə tə’min etməyə 
çalışır. İqtisadi sistem elə bir mexanizmdir ki, təbii mənbələri, 
müvafiq əməyi, texnologiyanı və vacib olan sahibkarlıq və 
idarəetmə məharətini özündə birləşdirir. Hər hansı bir xalqın 
istifadə etdiyi iqtisadi sistem növü siyasi mövqenin nəticəsi olsa 
da, bu eyni zamanda və daha böyük bir şəkildə zaman keçdikcə 
milli mədəniyyətə çevrilən tarixi təcrübənin nəticəsidir. 
iqtisadi sistemin birinci əsas tərkib hissəsi mallar istehsalı 
üçün vacib olan təbii mənbələrdir. Birləşmiş Ştatlar mineral 
mənbələr və bərəkətli torpaqlarla zəngin və eyni zamanda 
mülayim iqlim şəraiti olan bir ölkədir. 
İkincisi, mümkün olan əməyin kəmiyyəti iqtisadiyyatın sağlam 
əsaslar üzərində qurulmasını tə’min edir. Ümumiyyətlə, durmadan 
inkişaf edən iqtisadiyyatı zəruri işçi qüvvəsi ilə tə’min etmək üçün 
Birləşmiş Ştatların kifayət qədər əhalisi var. I Dünya 
Müharibəsindən keçən ilk illərə qədər bunlar ya mühacirlər, ya da 
onların bilavasitə xələfləri idilər. Onları Amerikaya Avropadan və 
Afrikadan onların sələfləri qul kimi gətirmişdilər. Sayca həddən 
çox olan bu qullar Şərq sahilində məskən salıb, şəraitə alışdıqdan 
sonra, onlar bir qayda olaraq, ölkə daxilində kənd təsərrüfatı ilə 
məşğul olunan yerlərə yayılaraq, iqtisadiyyatın bu sahəsində 
məhsuldar əməklə məşğul olmağa başladılar. 
20-ci əsrin ilk illərində Asiyadan (Çindən, Yaponiyadan, 
Filippindən) Birləşmiş Ştatlara xeyli mühacir gəldi, bir neçə il 
sonra isə Latın Amerikasından çoxsaylı mühacirlər gəldilər. 20-ci 
əsrin birinci yarısında əlverişli iqtisadi imkanlar qaradərili 
amerikalıları da Cənub fermalarından Şimal şəhərlərinə cəlb 
edirdi. 


Yüklə 2,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə