Bu cild üçün orijinal mətni 1981-ci ildə Robert L. MakKan yazmışdır. O, elə


IX HISSO: OMOK BİRLİKLƏRİNİN ROLl)



Yüklə 2,56 Kb.
Pdf görüntüsü
səhifə43/48
tarix06.05.2018
ölçüsü2,56 Kb.
#43105
1   ...   40   41   42   43   44   45   46   47   48

IX HISSO: OMOK BİRLİKLƏRİNİN ROLl)
 
əksinə, ən böyük mülki təqaüd sistemləri olan Birləşmiş Ştatlar 
Mülki Xidmət Təqaüdü sistemini isə federal işçilər və hökumət 
birgə fondlaşdırır. 
Əlavə olaraq, adamların çoxu, ümumiyyətlə, sərbəst əməklə 
məşğul olanlar, yə’ni icarədarlar təqaüdlə tə’min etmədiyi işçilər və 
təqaüd planının kifayət qədər olmayacağına inananlar öz gəlirlərinin 
bir hissəsini xüsusi fərdi təqaüd proqramına qoyur. Bu proqra- min 
iki əsas növü Fərdi Təqaüd Hesabları (IRAs) və Keoq planlan- dır. 
Hesabın hər iki növünü banklar, əmanətlər və borcvermə 
assosiasiyaları, kredit birlikləri və sığorta kompaniyaları kimi 
maliyyə müəssisələri idarə edir. Federal hökumət hər iki planı gəlir 
vergisi mənfəətlərindən istifadə edən ayrı-ayrı fərdlər üçün gəlir 
vergisi mənfəətləri ilə tə’min edir. 
Fərdi Təqaüd Hesabına qoyulan pulun hesabına avtomatik 
şəkildə artırılan faiz gəlir; Fərdi Təqaüd Hesabında qazanılan əlavə 
faizə hesabdan geri götürülmədikcə vergi qoyulmur. Əlavə olaraq, 
xüsusi təqaüdləri olmayan adamlar və ya müəyyən məbləğdən az 
alan adamlar öz pullarını hər il Fərdi Təqaüd Hesabına depozitə qoya 
bilərlər. Bu pullar geri alınmayınca, depozit sahibləri heç vaxt həmin 
pula görə gəlir vergisi ödəmirlər. Fərdi təqaüd hesablanndan fərqli 
olaraq, Keoq hesablarını ancaq sərbəst işləyən adamlar və ya 
birliklərə daxil olmayan biznesin ya tam sahibi və ya şəriki olan 
adamlar aça bilərlər. Bu fərdilər öz gəlirinin 25 faizə qədərini hər il 
Keoq planına depozitə qoya bilərlər. Hesabdan alman gəlir faizinə 
pul geri götürülənə qədər heç bir vergi tutulmur. 
İŞSİZLİK 
'^am şəkildə hökumət idarə etdiyi İctimai Tə’minatdan fərqli 
SIĞORTASI X olaraq, işsizlik sığortasını federal ştat sistemi təşkil edir. 1935- ci 
ildə İctimai Tə’minat Aktının qəranna əsasən tə’sis olunmuş Federal-Ştat İşsizlik 
Kompensasiya Proqramı işsiz Birləşmiş Ştatlar fəhlələri üçün gəlir yardımının 
əsas proqramıdır. Bu proqram sığorta edilmiş əmək haqqı qazananları onlann 
özlərindən asılı olmayaraq, işsizliyə düçar olduqları müddət ərzində əmək 
haqqının bir hissəsi ilə tə’min edir. Ümumiyyətlə, fəhlə işləməyə qadir olmalıdır, 
üzürlü bir səbəb olmadan işdən çıxıb getməməlidir, yaxud onunla yaxşı rəftar 
olunmadığı üçün işdən çıxmamalıdır, əmək mübahisələrinə qarışmamalıdır və 
işləmək arzusunda olmalıdır. 
Hər bir ştat öz xüsusi proqramım öz qanunları çərçivəsində 
həyata keçirir və ancaq məhdud dairədə federal hökumətin işə 
184 


AMERİKA İQTİSADİYYATININ ƏSAS CƏHƏTLƏRİ
 
qarışmasına yol verilir. Hər bir ştat işsiz qalanın sabiq maaşının 
məbləği və iş stajı əsasında onun həftəlik işsizlik təqaüdünün 
məbləğini və müddətini özü müəyyən edir. İşsizlik artdıqda və ştatın 
spesifik səviyyəsindən yüksəkdə durduqda, ştatlar təqaüd müddətini 
uzatmalıdır; federal hökumət vaxtı uzadılmış təqaüdün məbləğini 
ştatla birgə ödəyir. 
185 


AMERİKA İQTİSADİYYATININ 
ƏSAS CƏHƏTLƏRİ 
ONUNCU HİSSƏ 
 
XARICI TICARƏT
 
və 
QLOBAL 
İQTİSADİ SİYASƏT 
 


 
 


X HİSSO: XARİCİ TİCAROT VƏ QLOBAL İQTİSADİ SİYASƏT
 
B
 
irləşmiş Ştatlar xarici ticarət və qlobal iqtisadi siyasəti 
dövlətin ilk günlərindən öz istiqamətini dramatik şəkildə 
dəyişib. Bu vaxta qədər Birləşmiş Ştatlar, xaricdə nələr baş 
verməyindən asılı olmayaraq, əsasən öz iqtisadiyyatının inkişafı ilə 
məşğul idi. II Dünya Müharibəsi illərindən bəri Birləşmiş Ştatlar 
ümumiyyətlə beynəlxalq ticarətin liberallaşdmlması və dünya 
iqtisadi sisteminin əlaqələndirilməsi ilə məşğul olur. 
Birləşmiş Ştatlar müharibədən heç bir zərər görməmiş sənaye 
maşınları və texnoloji, eyni zamanda istehsal texnikasının üstünlüyünə 
görə, müharibədən sonrakı dövrün ixrac bazarlannm bir çoxunda 
hakimiyyəti ələ almışdı. Lakin 1970-ci və 1980-ci illərdə Birləşmiş 
Ştatlarla başqa ölkələr arasında ixracat rəqabəti uçurumu daraldı, çünki 
məhsul istehsalının bə’zi növləri ixracatı başqa ölkələrdə Birləşmiş 
Ştatlarda olduğundan daha böyük sür’ətlə inkişaf edirdi. 
Bütün dünyada tələbin aşağı düşməsi ilə nəticələnən neftin 
qiyməti 1970-ci illərdə heyrətə gətirir və dolların xarici mübadilə 
qiymətini artınr. Bu, Birləşmiş Ştatlar ticarət balansına zərər vurmağa 
və 1980-ci illərdə ticarəti liberallaşdırmaq üçün daxili yardımı 
azaltmağa tə’sir etməkdən ötrü edilmişdir. 
Bu hadisələrin nəticəsi kimi, proteksionizmi müdafiə edən 
yüzlərlə qanun layihəsi 1980-ci illərdə Konqresdə müzakirə olundu. 
Bə’zi proteksionist tədbirlər qanun şəklində qəbul olunduğuna 
baxmayaraq, Birləşmiş Ştatlar başçıları bir sıra reqressiv təkliflərin 
qəbul edilməməsində son dərəcədə böyük uğurlar qazandılar. Əslində, 
Birləşmiş Ştatlar çoxtərəfli ticarət 
188 


AMERİK.A İQTİSADİYYATININ ƏSAS CƏHƏTLƏRİ
 
danışıqlarının bir az əvvəlki seriyalarına başlamaq haqqında ciddi 
kampaniya aparırdı. Uruqvay Dövrəsi adı ilə məşhur olan bu danışıqlar 
(dövrəni başlamaq haqqında razılıq Uruqvayda Punta del Estedə əldə 
edilmişdi) 1986-cı ilin sentyabr ayında daha böyük ticarət 
liberallaşdırılması əldə etmək üçün fikrin ifadə vasitəsi kimi 
başlanmışdır. 
YARDIMDAN 
LİBERALLAŞDIRİLMIŞ 
TİCARƏTƏ 
H
 
ər halda tarixi baxımdan Birləşmiş Ştatlar zaman-zaman 
iqtisadi proteksionizmə münasibətdə çox güclü həyəcan 
anları keçirib. Buna yerli sənayeni müdafiə etmək naminə xarici 
malların idxalını məhdudlaşdırmaq üçün tariflərdən və ya 
kvotalardan istifadə təcrübəsi nümunə ola bilər. Respublikanın 
başlanğıcında siyasi dövlət xadimi Aleksander Hamilton Amerika 
sənaye inkişafını ruhlandırmaq üçün bir yol kimi hamilik tarifini 
müdafiə etdi. Ümumiyyətlə, onun təklifi qəbul olundu. 1800-cü 
illər boyu ölkədaxili siyasi müzakirələrdə, pambıq kimi vacib 
istehlak mallannm ixrac edilməsinin genişləndirilməsi arzusu da 
daxil edilməklə. Birləşmiş Ştatlar ticarət siyasəti müəyyənləşdi- 
rildi. 
Birləşmiş Ştatlar proteksionizmi 1930-cu ildə Smuut-Houli 
Aktının qəbul edilməsi ilə özünün ən yüksək zirvəsinə qalxdı. 
Tarif qanunu olan Smuut-Houli Aktı Böyük Depressiyanın 
effektlərini intensivləşdirdi. Smuut-Houli Birləşmiş Ştatlar 
tariflərini kəskin şəkildə qaldırdı və tezliklə xarici repressaliya ilə 
görüşdü. Bu hərəkət dünya iqtisadi böhranına təkan verdi. 
1934-cü ildən Birləşmiş Ştatların ticarət siyasətinə münasibəti 
bu təcrübənin bilavasitə nəticəsi olub və II Dünya Müharibəsindən 
sonra Birləşmiş Ştatlar ticarət liberallaşdmlmasım təqdir etmişdir. 
Birləşmiş Ştatlar rəhbərlərinin çoxu inandırmağa çalışırdı ki, 
daxili sabitlik və Birləşmiş Ştatlar müttəfiqlərinin davam edən 
səmimiyyəti iqtisadi cəhətdən dirçəlmədən asılı olacaq. Bu dirçəliş 
üçün Birləşmiş Ştatlar yardımı vacib idi, lakin bu dövlətlərin 
xarici bazarlara, xüsusən nəhəng Birləşmiş Ştatlar bazarlarına 
böyük ehtiyacları var idi. Bu, iqtisadi müstəqillik əldə etmək və 
iqtisadi yüksəlişə nail olmaq üçün lazım idi. 
11 Dünya Müharibəsi başlanmazdan çox əvvəl Dövlət Katibi 
Kordel Hul bu əlaqəni dərk etmişdi. O, 1934-cü il Ticarət 
Müqavilələri Aktını müdafiə üçün Birləşmiş Ştatlar tariflərini 
İ89
 


Yüklə 2,56 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə