Bu cild üçün orijinal mətni 1981-ci ildə Robert L. MakKan yazmışdır. O, elə


IV HİSSO; KİÇİK BİZNESDƏN KORPORASİYAYA DOGRU



Yüklə 2,56 Kb.
Pdf görüntüsü
səhifə14/48
tarix06.05.2018
ölçüsü2,56 Kb.
#43105
1   ...   10   11   12   13   14   15   16   17   ...   48

IV HİSSO; KİÇİK BİZNESDƏN KORPORASİYAYA DOGRU
 
A
 
merika tarixində əsas mövzu hər bir fərdə iqtisadi imkan 
verilməsinin vacibliyidir. 17-ci və 18-ci əsrlərdə bu, 
təkbaşına və ya ailə ilə birgə böyük çətinliklərə sinə gərərək, insan 
ayağı dəyməmiş yerlərdə özünə ağacdan ev quran ilk insanlara 
xalqın heyran olması şəklində özünü göstərirdi. Hər cür əzab- 
əziyyətə dözməyi bacaran bir kənd təsərrüfatı vurğununun bütün 
müsbət keyfiyyətlərini özündə birləşdirən bu ilk insanlar geniş 
Amerikanın köksündə tapdıqları açıq torpaq sahələrindən zövq 
alırdılar. Deyilənə görə, Amerikada ilkin məskən salan əfsanəvi 
qəhrəman kimi Daniel Buun təsdiq edirmiş ki, qonşunun 
buxarısından tüstü çıxdığını görən kimi o. Qərbə doğru hərəkət 
etmək vaxtının artıq çatdığını güman edirmiş. 
19-cu və 20-ci əsrlər Amerikasında iqtisadiyyatla fərdi məşğul 
olmaq tərəfdarlan təsərrüfatla məşğul olmaq üçün kənd həyatını 
seçdilər. Şəhər sakini kimi, o, kiçik tacir, müstəqil sənətkar və ya 
özünə inamı olan bir mütəxəssis kimi görünürdü. 
Bəs Birləşmiş Ştatlarda müstəqil biznesin formalaşması olan 
sahibkarlıq nə deməkdir? 
Amerikaya gələn ilk məskunlar «hər bir şəxs sahibkardır» 
anlayışı və yaxud hər kəsin öz əlinin əməyindən istifadə hüququ var 
fikri əsasında tərbiyələnmişdilər. Amerikaya ilk gələnlər öz 
torpaqlarını həyətyanı təsərrüfat sahəsinə çevirə bilər, «torpağa 
sahib olmaq üçün həmin torpaq sahəsində məskunlaşma 
hüquqlarına)) əsaslanaraq, torpağı, sadəcə olaraq, ələ keçirə bilər və 
yaxud uzun illər ərzində ödəmək şərti ilə onu pulla satın ala bilərdi. 
«Bizneslə məşğul olmaq arzusu)> xalq kənd yerlərindən şəhərlərə 
köçdükcə və kənd təsərrüfatı məşğuliyyətini başqa növ 
məşğuliyyətlərə dəyişdikcə inkişaf edirdi. 
Adamların çoxu üçün sahibkarlıq yada gətirir ki, 19-cu və 20-ci 
əsr amerikalıları «mağaza sahibi olmaq)), «çilingər olmaq)) və ya 
«həkimlik praktikası ilə məşğul olmaq)) kimi məsələlərə böyük 
əhəmiyyət verirdilər. Qapı-qapı gəzən satıcıların sonralar 
72 


AMERİKA İQTİSADİYYATININ OSAS CƏHƏTLƏRİ
 
uğurlu tacirlər olmaları haqqında nağıllar Amerika ailələrinin çoxu 
üçün adi haldır. 
Xaricdən səfərə gələnlərin çoxları təəccüblə müəyyən edirlər ki
Birləşmiş Ştatlar iqtisadiyyatı əsla heç də nəhəng korporasiyaların 
hakimiyyəti altında qalan sahə deyil. Daxili Gəlir Xidməti, federal 
Xəzinə Departamentinin vergitoplama agentliyi mə’lumat vermişdir ki, 
1989-cu ildə Birləşmiş Ştatlarda fermalara daxil olmayan 13,5 milyon 
fərdi mülkiyyət, 1,8 şərikli mülkiyyət və 4,2 milyon korporasiya 
mövcud olmuşdur - ümumiyyətlə, hamısı birlikdə 19,5 milyon firma 
fəaliyyət göstərmişdir. Bunların böyük əksəriyyəti kiçik olmuş, illik 
biznes gəliri 100 000 dollardan az məbləği təşkil etmişdir. 
Kiçik və orta bizneslərin müəyyən edilməsinin müxtəlif yollan var, 
lakin Birləşmiş Ştatlar Kiçik Biznes Administrasiyasının (SBA) təsdiq 
etdiyinə görə, əgər kiçik biznes 500 nəfərdən az adamın işlədiyi sahə 
hesab olunursa, onda, kobud şəkildə desək. Birləşmiş Ştatlarda kiçik 
bizneslərdə də çalışanların sayı iri biznesdə çalışanların sayı qədərdir. 
(Əgər kiçik biznes daha dar çərçivədə müəyyənləşdirilirsə, yə’ni kiçik 
biznesdə işləyənlərin sayı 100-dən aşağı olursa, onda bütün fəhlələrin 
36 faizi kiçik biznesdə çalışır.) Bundan əlavə, (500 nəfərdən az işçisi 
olan) bütün yeni işlərin 60 faizini əhatə edən kiçik bizneslər Kiçik 
Biznes Administrasiyasının təsdiq etdiyinə görə, 1976-cı və 1988-ci 
illər arasında yaradılmışdır. 1980-ci illərdə Birləşmiş Ştatlarda 7 
milyon yeni biznes şəbəkəsi inkişaf edib, onlardan yansı fərdi 
biznesdir. Fərdi bizneslər onunla şöhrət qazanmışlar ki, tələb olunan 
dəyişikliklərə onların tə’xirəsalmmaz şəkildə reaksiya vermək 
imkanları var: məsələn, Kiçik Biznes Administrasiyası qeyd edir ki
fərdi bizneslə iş gününün ancaq bir hissəsində məşğul olanlar 1970-ci 
illərdə «raket kimi gözdən itdilər.» Bunun da səbəblərindən biri enerji 
böhranı nəticəsi idi. Bu böhran bir çox amerikalım məcbur etdi ki, kənd 
yerlərində ağacları kəsib odun doğramaq və şəhərdə onları yandırıb 
qızışmaq üçün satmaq kimi əlavə işlə məşğul olsun. 
Son illərin nəzərə çarpan istiqamətlərindən biri də kiçik biznes 
fəaliyyətində qadınların sayının artmasıdır. Kiçik Biznes 
Administrasiyasının hesablamalanna görə, fərdi mülkiyyətlə məşğul 
olan qadınların sayı 1977-87-ci illər ərzində iki dəfədən də çox artmış 
və 1,9 milyondan 4,4 milyona çatmışdır 
73 


IV HİSSƏ; KİÇİK BİZNESDƏN KORPORASİYAYA DOGRU
 
FƏRDİ 
izneslərin çoxu fərdi mülkiyyətdir, ayrıca bir şəxsə mənsub 
MÜLKİYYƏTÇİ Jj pjgjj yg gjjyjj jjjgj-g gt(jiyi fıımalardır. Hər hansı bir şəxs 
müstəqil biznes açmağı qərara alırsa, onda həmin şəxsin özü biznesin uğurları və 
uğursuzluqları üçün tam məs’uliyyət daşıyır. Hər bir mənfəət şəxsən onun özünə 
çatdığı kimi, hər bir zərərin də məs’uliyyəti onun boynuna düşür. Əgər biznesdən 
gələn zərər biznesə qoyulan kapitaldan artıq olarsa, biznesin sahibi olan şəxs, hətta 
zərər həmin şəxsin bütün var-dövlətinə bərabər olsa belə, zərərin hamısını 
ödəməlidir. 
Fərdi mülkiyyətin üstün cəhətlərindən biri odur ki, mülkiyyət 
sahibi başqaları ilə məsləhətləşmədən tez və qəti qərarlar qəbul edə 
bilər. Fərdi mülkiyyətçi qanun üzrə az vergi verir və korporasiyanın 
verdiyindən daha aşağı faizlə verir. Biznesin hər cür mal və 
avadanlığı sonradan biznesi idarə edəcək başqa şəxsin də ixtiyanna 
keçə bilər, lakin hüquqi baxımdan biznes onun sahibi ilə birgə ölür. 
Eyni zamanda, biznes pul məbləğindən asılı olduğu üçün, onun 
sahibinin qənaət edib saxladığı və ya borc aldığı pul, bir qayda olaraq, 
biznesi irimiqyaslı müəssisəyə doğru inkişaf etdirmir. 
Məhdudiyyətlərinə baxmayaraq, fərdi mülkiyyətçilik biznesin bir 
sıra növlərinə yaxşı uyğunlaşır və təşəbbüs göstərmək cəhdlərini 
sınaqdan keçirərək, özü öz başının ağası olmaq istəyən bə’zi şəxslərin 
temperamenti ilə həmahəng olur. Kiçik biznesin bir neçə iqtisadi 
müddəaları aşağıdakılardan ibarətdir: 

 
Kiçik biznes bir çox hallarda yeni məhsulun və ya xidmətin 
inkişafı üçün başlanğıc nöqtəsi olur. Bir şəxs hansı bir ideyanısa 
sınaqdan keçirir. Əgər bu uğurlu olursa, biznes inkişaf edir və yaxud 
məhsulu daha böyük firma alır. 

 
Kiçik biznes hər hansı bir şəxsə təcrübə qazanmaq imkanı verə 
bilər ki, sonra həmin şəxs qazandığı təcrübədən daha geniş miqyasda 
faydalana bilsin. 

 
Kiçik bizneslər xüsusi yerli ehtiyaclan ödəmək üçün daha 
münasibdir. 

 
Sənət və peşə sahibləri kütləvi buraxılan mallardan cana gəlmiş 
istehlakçilar üçün fərdi şəkildə istehsal olunan məhsul buraxa 
bilərlər. 

 
Kiçik biznes müştərini tanımaq vacib olduğu hallarda xidmət 
göstərir. 

 
Fərdi mülkiyyətçilər müştəriləri əmin edirlər ki, onlara işləyən 
şəxs məs’uliyyət daşıdığı üçün, gördüyü iş keyfiyyətli olacaq. 
74 


Yüklə 2,56 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə