Bu cild üçün orijinal mətni 1981-ci ildə Robert L. MakKan yazmışdır. O, elə


V HİSSO: AKSİYALAR, MALLAR VO BAZARLAR



Yüklə 2,56 Kb.
Pdf görüntüsü
səhifə22/48
tarix06.05.2018
ölçüsü2,56 Kb.
#43105
1   ...   18   19   20   21   22   23   24   25   ...   48

V HİSSO: AKSİYALAR, MALLAR VO BAZARLAR
 
Borc səhm almaq möhtəkirlərə (yüksək dərəcədə risk tələb edən 
hallarda oynamaq istəyən alverçilərə) özlərinin fəaliyyət dairələrini 
genişləndirmək imkanı verir. Onların sərəncamında olan nağd pul 
ilə xeyli səhm payı almaq olar ki, bu da onlara daha böyük mənfəət 
əldə etmək imkanı verir, eyni zamanda, daha böyük məbləğdən 
məhrum olmaq iztirabı hissi verir. 
Bə’zi hallarda Federal Ehtiyat idarəsi 100-faizli borc tələb edir, 
bu isə o deməkdir ki, bütün səhm nağd pul ilə ödənilməlidir. 
Məsələn, 1950-ci illərdə borc faizi norması ən aşağısı 50 faizdən ən 
yuxarısı 90 faizə qədər tərəddüd edirdi. Əlbəttə, aşağı faiz səhm 
alınmasını stimullaşdınr, yuxarı faiz norması isə adamları ruhdan 
salırdı. 
investorların böyük əksəriyyətinin birinci qayğıları onların 
aldıqları malın təhlükəsiz olmasıdır. Əgər zəruriyyət varsa, onlar bir 
çox hallarda daha böyük risk etməmək naminə daha az dividendlər 
alacaqlar. Onları səhmlərin gələcəyi hazırda səhmlər alınarkən 
onlardan əldə edilən qazancdan daha artıq maraqlandırır. Bazar 
qiymətlərindən əvvəlcədən xəbər tuta bildiklərinə inanan adamlar 
qiymətlər qalxmazdan əvvəl alırlar və qiymətlər ucuzlaşmamış 
satırlar. 
Bir dəstə möhtəkir də var ki, onlara «mallarm ucuzlaşmasını 
güdənlər» deyirlər. Malların ucuzlaşmasını güdənlər o adamlardır 
ki, onlar pul qoyurlar, çünki onlar xüsusi səhmin dəyərinin aşağı 
düşəcəyini gözləyirlər. Bu adamlar «borc ahnmış» səhmi satır və 
güman edirlər ki, onun yerinə açıq bazardan daha ucuz qiymətə eyni 
səhmi ala biləcəklər. Bu, bazarda kapitalqoymanm ən böyük riskli 
yollarından biridir, çünki səhmin qiyməti, əgər o çox yaxşıdırsa, on 
qat və ya daha çox arta bilər və belə halda «ucuzlaşma ümidi» çox 
böyük itki ilə «boğulur». Xərcini çıxarmadan müəyyən müddətə 
satmaq prosesini xüsusi qaydalar idarə edir. Bu qaydalar əvvəlki 
dövrlərdə Uol Stritdə baş vermiş olan sui-istifadə hallarının qarşısını 
almağa yönəldilmişdir. 
MÜƏYYƏN 
MÜDDƏTƏ ALINMIŞ 
ƏMTƏƏ MALLARI 
T
 
axıl və ev heyvanları kimi kənd təsərrüfatı mallannm, mis, 
qızıl, qurğuşun və qalay kimi metallar olan mallann qiymətləri 
vaxtaşm dəyişməyə doğm meyl edir. Əmtəə ticarətçiləri iki böyük 
kateqoriyaya bölünür: itkiyə zəmanət verənlər və möhtəkirlər. 
itkiyə zəmanət verənlər elə biznes şirkətləridir (və ya fərdlərdir) 
98 


AMERIKA 
İQTİSADİYYATININ
 
ƏSAS
 
CƏHƏTLƏRİ
 
ki, onlar əmtəə əlaqələrinə ancaq bir məqsədlə daxil olurlar: əmtəənin 
zəmanət verilmiş qiymətə satılmasına tə’minat vermək. Şirkət ehtiyac 
olan əmtəənin bazara gəlməsini tə’min edir və qiymətin tərəddüd 
etməməsi keşiyində durur. Əksinə olaraq, minlərlə fərdi adamlar 
vaxünda ahnmiş mallardan ticarətdə möhtəkirlik məqsədi ilə istifadə 
edirlər. 
Əmtəə möhtəkirliyinin sayının əhəmiyyətli dərəcədə artmasının 
başlıca səbəbi yüksək gəlir əldə etmək arzusudur ki, bunu kiçik və zəif 
borclarla da əldə etmək olar. Müharibə və hava kimi nəzarətdən kənar 
olan qüvvələr tələb və təklifə tə’sir edə bilər və çox sür’ətlə əmtəə 
qiymətini artıra və ya azalda bilər və bununla da böyük itkilər və ya 
mənfəətlər yarada bilər. 
Əmtəələrdə möhtəkirlik ilk növbədə əmtəə mübadiləsi zamanı baş 
verir; və Birləşmiş Ştatlarda onlarla belə mübadilələr var. Bu 
mübadilələr könüllü ticarət assosiasiyalandır, lakin onlara mütəşəkkil 
bazar deyilir, çünki üzvlərdən tələb olunur ki, ticarət qaydalarının 
normalarına riayət etsinlər. Bu assosiasiyaların ən məşhurlarından 
bə’ziləri Amerikanın kənd təsərrüfatına əsaslanan sənaye sahələrinin 
tarixi mərkəzi Çikaqodur. Çikaqo Ticarət İdarəsi biznesin həcmi və 
qiyməti baxımından əmtəənin öz vaxtında alınıb hazırlanması 
sahəsində dünyada ən iri mərkəzdir. Çikaqoda əsası qoyulan 
mübadilələrdən biri də Çikaqo Ticarət Mübadiləsidir, bu mübadilə də 
ilk dövrlərdə əsasən kənd təsərrüfatı məhsulları ilə məşğul olmuşdur, 
lakin sonralar xarici valyuta ilə alınan mallar ticarəti şö’bəsi də 
yaratmışdır. 
Əmtəə ticarəti sistemi necə işləyir? Fərz edək ki, bir nəfər şəxs 30 
000 kiloqram kakao almaq üçün standart müqavilə bağlayır. Bu alıcı 
pulunu ödəyib, kakaonun sahibi olmağı öz öhdəsinə götürə bilərdi. 
Yaxud alıcı pulunu verib kakaonu aldıqdan sonra, müqaviləni hər 
hansı başqa bir adama sata da bilərdi. Adamların böyük əksəriyyətinin 
o qədər çox kakaoya ehtiyacı yoxdur, onların kakaonu saxlamaq üçün 
yerləri də yoxdur. Onların kakaonu alması sırf kağız üzərində olur
onlar müqaviləni başqa bir adama satmaq niyyəti ilə onu saxlayırlar. 
Əmtəə mallarının öz vaxtında alınması müqavilələri səhmlər kimi 
borc da alma bilər. Tipik fərq bundan ibarətdir ki, əmtəələrin borcu 
ancaq müqavilə dəyərinin 10 faizindən 20 faizinə qədərdir. Bu da 
möhtəkirlik və böyük mənfəətlər və zərərlər üçün imkanı 
genişləndirir. 
99 


V HİSSƏ; AKSİYALAR, MALLAR VO BAZARLAR
 
Pul qazana bilənlər bir çox hallarda peşəkar ticarətçilər olurlar, 
bazarın nəyə qarşı çıxa biləcəyindən yaxşı xəbərdar olurlar. Təqribən 
hesablayıblar ki, bazara gələn xırda alıcıların 85 faizi pulunu itirir, 
yə’ni baha qiymətə alır. Təcrübədə bu məTumat belə bir fikrə 
gəlməyə imkan verir ki, çox az iri qaliblər - pul qazananlar və çox 
böyük sayda itirənlər olur. Risklər yüksək olur, çünki kiçik qiymətin 
dəyişməsi faydaları və zərərləri dramatik şəkildə artırır. 
BAZAR 
HƏRƏKƏTVERİCİ 
QÜVVƏLƏRİ 
S
 
əhmlərdə və əmtəələrdə bazarlar Amerika iqtisadi sisteminin 
həyati hissəsini təşkil edir. Milyonlarla ayrı-ayrı adamlar 
müxtəlif kiçik səhmlər və əmtəə mallan satır, müştərək fondlar və 
trestlər isə daha artıq ma! satırlar. Münasib vaxtlarda, bazarda 
malların qiymətləri qalxarkən, qənaətdən əldə qalan və ya kapital 
qoyuluşunun başqa növlərindən qalan pul bazara axır. Bu baş 
verdikdə, bazarda qiymətlər artır. Bir sıra hallarda möhtəkirlər 
dövrü başlayır. Bu dövrdə birja qiymətlərinin artmasından istifadə 
edərək, «möhtəkirlər» bazarda pul qazanmaqda aparıcı rol 
oynayırlar. Bazar artıq möhtəkirlik hərarətinə dözmədikdə, əks 
hərəkət başlayır, qiymətlər isə aşağı düşür. Belə anda «daşıyıcılar» 
və yaxud bazarda pul qazananlar qiymətlər aşağı düşərkən daha 
artıq udurlar. 
Bu proses zamanı Federal Ehtiyat İdarəsi çalışa bilər ki, 
ifratavarmanm qarşısını alsın, borcları artırmaq və ya azaltmaq yolu 
ilə bazar qiymətlərini ya stimullaşdırsın, ya da aşağı salsın. Alış- 
veriş qiymətlərinin gözlənilmədən ciddi şəkildə dəyişməsi də bazar 
və birja işlərindən xəbərdar olan «daxili» adamlan (xüsusi 
məTumatları alan adamları) şirnikləşdirir ki, konkret səhm ilə bağlı 
olaraq, bazarda iş aparsın və o sahəni idarə etsin. 
Bazarda yeni bir əhəmiyyətli amil də var ki, bu da investisiya 
edilmiş xarici fondların artımıdır. Amerika qiymətli kağız bazarında 
pul qazanmaq üçün ancaq Orta Şərq nefti özünə yol açmayıb, eyni 
zamanda Avropadan, Yaponiyadan və dünyanın başqa hissələrindən 
bir çox adamlar hiss edirlər ki, onlar öz var-dövlətlərini Amerika 
səhmində investisiya etmək yolu ilə xilas edə bilərlər. Amerika 
iqtisadiyyatına investisiya üçün verilən bu üstünlük 1980-ci illərin 
əvvəllərində Amerika dollarının fövqəladə gücə malik olması ilə 
ölçülür. Əlbəttə, bu da səhm qiymətlərinin 20-ci əsrin son iki 
onilliyində tədriclə yuxarı qalxmasının nisbi səbəblərindəndir. 
100 


Yüklə 2,56 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə