Bu cild üçün orijinal mətni 1981-ci ildə Robert L. MakKan yazmışdır. O, elə


IV HİSSO: KİÇİK BİZNESDƏN KORPORASİYAYA DOGRE



Yüklə 2,56 Kb.
Pdf görüntüsü
səhifə16/48
tarix06.05.2018
ölçüsü2,56 Kb.
#43105
1   ...   12   13   14   15   16   17   18   19   ...   48

IV HİSSO: KİÇİK BİZNESDƏN KORPORASİYAYA DOGRE
 
IRI
 
KORPORASİYALAR 
B
 
ir çox kiçik- və irimiqyaslı korporasiyalar olduğuna 
baxmayaraq, geniş Amerika iqtisadiyyatında müəyyən 
xidmətləri nümayiş etdirmək üçün daha böyük biznes vahidlərinə 
ehtiyac var. Kiçik bizneslərdən fərqli olaraq, iri korporasiyalar 
daha geniş ərazidə daha çox adamı istehlak malı və xidmətlə 
tə’min edir, iri korporasiyalar bütün ölkədə və bütün dünyada 
alıcılara xidmət edir. Korporasiyanın məhsulları bol olduğu üçün 
onların qiyməti nisbətən aşağı olur, hər satılan vahid üçün də 
qiymət yüksək olmur. Bundan əlavə, korporasiyaların «yüksək 
keyfiyyət nişanı olan» müxtəlif adlarda müştərilərə təklif etdikləri 
mallar almaq imkanından gələn mənfəət, malı haradan 
almaqlarından asılı olmayaraq, müştərilərin e’tirafına görə 
müəyyən keyfiyyət səviyyəsi tə’min etməyə zəmanət verir. 
İri korporasiyaların da yeni mallar axtarıb tapmaq, onları inkişaf 
etdirmək və istehsal etmək üçün maliyyə gücləri var. Onların elmi 
səriştələri, gətirdikləri yeniliklər və texniki iste’dadları ölkədə 
rəqabətin və məhsuldarlığın inkişafı üçün vacib şərtdir. 
Birləşmiş Ştatlarda korporasiya adamların və istehsal 
mənbələrinin təşkilatının özünəməxsus hüquqi formasıdır. Bu 
təşkilata 50 ştatdan biri bizneslə məşğul olmaq imtiyazı verir. 
Adamlar və istehsal mənbələri korporasiya təşkil etmək üçün 
birləşdirildikdən sonra, qanunun nəzərində yenə insan olur. 
(Əlbəttə, korporasiya latın sözü corpus ilə bağlıdır ki, bu da «bədən» 
və ya «şəxs» deməkdir.) Hər bir fərdi insan övladından fərqli olaraq. 
Birləşmiş Ştatlar korporasiyasının öz xüsusi mülkiyyəti ola bilər
məhkəmədə kimə qarşısa cinayət məs’uliyyəti qaldıra bilər və ya 
onun özünün əleyhinə məsələ qaldıra bilərlər. O, müqavilələr də 
bağlaya bilər. Bu səbəbə görə, korporasiya həm nisbətən kiçik, həm 
də nisbətən böyük müəssisələrlə biznes aparmaq üçün ən ideal 
vasitədir. 
500-ə yaxın korporasiya bir sıra məsələlərdə tənəzzülə uğrasa 
da, Amerika biznesində vacib rol oynayır. 1978-ci ildən 1990-cı ilə 
qədər bu 500 şirkətin birgə əldə etdiyi mənfəət 61,5 milyard 
dollardan 93,3 milyard dollara qədər artmışdır, pul aktivi isə 898,5 
milyard dollardan 2 trilyon 298,6 milyard dollara qədər artmışdır. 
1990-cı ildə bu şirkətlərdə 12,4 miyona yaxın adam işləyirdi ki, bu 
da 1986-cı ildə çalışanların sayından 1 milyon azdır. 
78 


AMERİKA İQTİSADİYYATININ ƏSAS CƏHƏTLƏRİ
 
KORPORASİYALAR 
KAPİTALI NECƏ 
ARTIRIR 
I
 
ri korporasiya indiki səviyyəsinə bir də ona görə çatıb ki, daha 
artıq genişlənmək üçün yeni kapitalı artırmağa yeni-yeni yollar 
tapıb. Yeni kapitalı artırmaq üçün korporasiyaların istifadə 
etdikləri beş əsas metod aşağıdakılardır: 
• İSTİQRAZLAR BURAXİLMASI. İstiqrazlar borc alman bonun 
üstündən müəyyən vaxt keçdikdən sonra xüsusi məbləğdə pulun 
müəyyən edilmiş konkret tarixdə və ya vaxtaşırı ödəniləcəyi 
haqqında verilmiş yazılı və’ddir. Bu müddət ərzində veriləcək 
istiqrazın faizinin ödənilməsi konkret müddətdə müəyyən edilir. 
Əgər istiqraz verən şəxs pulunu müəyyən edilmiş vaxtdan əwəl 
geri almaq istəyirsə, istiqraz başqa bir adama da satıla bilər. 
İstiqraz «son həddə» çatdıqda, şirkət və’d edir ki, bütün borc 
məbləğini faizi ilə ödəsin. 
İstiqrazlar şirkətlər üçün faydalıdır, çünki faiz norması 
borclann bütün başqa növlərinin əksərindən aşağıdır. Eyni 
zamanda istiqrazlar üçün verilən faizlər korporasiya üçün biznes 
xərcindən çıxılan vergidir. Zərərli cəhət budur ki, faiz normasının 
istiqraza görə ödənilməsi heç bir mənfəət alınmasa belə 
məcburidir. Bu səbəbə görə, nisbətən kiçik korporasiya istiqraz 
verməklə çox nadir hallarda kapitalını çox artıra bilər. 
• ÜMUMİ SƏHMİN SATILMASI. İstiqraz sahibləri şirkətə borc pul 
verirlər, lakin onların şirkətin işlərinə qanşmaq haqqı yoxdur, 
onlar şirkətin mənfəət və zərərlərinə də şərik deyillər. Ümumi 
səhm alan və «ədalət» investorları adlananlar haqqında bunların 
əksi tam doğrudur. Onlar korporasiyada paylara şərik çıxırlar və 
onların müəyyən hüquqi haqları var, əksər hallarda onların hətta 
şirkəti idarə edən direktorlara səs vermək haqları da var. Lakin nə 
qədər ki, vaxtı keçmiş istiqrazların faizi ödənilməyib, onlar heç bir 
dividend almırlar. 
Əgər şirkətin maliyyə vəziyyəti yaxşıdırsa və onun kifayət 
qədər nağd pulu varsa, onda həmin şirkət ümumi səhmin əlavə 
bölünməsi haqqında səsvermə yolu ilə kapital yarada bilər. İri 
şirkətlər üçün investisiya bankirləri dəqiq müəyyən edilmiş 
qiymətə yeni səhm emissiyası almağa zəmanət verirlər. Əgər 
bazar emissiyanı minimum qiymətə almaqdan imtina edirsə
bankir onları alır və zərəri ödəyir. Kəsilən kağız pul kimi, həddən 
artıq səhm buraxmaq da hər bir payın əsas qiymətini azaldır. 
• TƏRCİH EDİLƏN SƏHMİN BURAXILMASI. Bu səhm 
«tərcih edilən» dividendi ödəyir. Yə’ni, əgər mənfəət məhdud- 
79 


IV HİSSƏ; KİÇİK BİZNESDƏN KORPORASİYAYA DOGRU
 
dursa, tərcih edilən səhmin sahiblərinə dividendlər ümumi səhmi 
olanlardan əwəl ödənilir. Qanuna əsasən, bu səhmin sahibləri 
ödənilmək üçün növbədə istiqraz alanlardan sonra dururlar. Əlavə 
kapital arzu edildiyi halda hər hansı bir şirkət yeni səhm buraxa bilər. 

 
BORCALMA. Şirkətlər eyni zamanda satılacaq mallan 
maliyyələşdirmək üçün, adətən, dövriyyədə olan kapitalı da 
qısamüddətli kapital kimi artıra bilərlər. Bu artım müxtəlif yollarla 
baş verir: borc verən müəssisələrdən, ilk növbədə, banklardan, 
tə’minat şirkətlərindən və əmanət-borc idarələrindən borcalma yolu 
ilə. Borc alan borc verənə rəqabətdə olan bazar qüvvələrinin 
müəyyən etdiyi məbləğdə borc faizi ödəməlidir. Borc verənin 
müəyyən etdiyi faizə borc üçün nəzərdə tutulmuş bütöv pul məbləği 
fondu da tə’sir edə bilər. Əgər pul azdırsa, pul faizi yüksəlməyə meyl 
edir, çünki borc axtaranlar arasında fondlar üçün rəqabət 
başlayacaqdır. Əgər borc üçün axtarılan pulun məbləği çox olsa, 
onda borc faizi aşağı düşməyə meyl edəcəkdir. 
Əgər korporasiya borc götürəni korporasiyanın əlavə pul borc 
götürməsini müəyyənləşdirirsə, onda o, mövcud olan borcu yenidən 
maliyyələşdirə bilər. Belə halda borc verən, əslinə baxsan, ona borcu 
olana daha çox pul borc verir. Lakin əgər ilkin borc alındığı dövrdən 
sonra borc faizi artıbsa, onda əlavə fondları əldə saxlamaq naminə, 
borclu olan daha yüksək borc faizi verir. Hətta faizlər aşağı düşmüş 
olsa belə, borc verən nisbətən aşağı faizlə verdiyi öz ilkin borcunun 
faizini artırmaq yolu ilə mənfəət əldə edir. 

 
MƏNFƏƏTDƏN İSTİFADƏ. Bə’zi korporasiyalar 
mənfəətlərinin əksəriyyətini dividendlər şəklində aksionerlərə 
verirlər, investorlar pul verərək, bu kompaniyaya daxil olurlar, çünki 
onlar müntəzəm əsasda yüksək gəlir əldə etmək istəyirlər. Amma, 
adətən, «yüksəliş kompaniyaları)) adlandırılan bə’zi başqa 
korporasiyalar öz mənfəətlərinin çoxunu özlərinə götürməyi və 
yenidən axtarış və genişləndirmək üçün kapital qoymağı üstün 
tuturlar. Əgər sür’ətli yüksəliş nəticəsində payların qiyməti artarsa, 
belə aksiyaların sahibi olan adamlar məmnuniyyət hissi ilə daha kiçik 
dividend almağa və ya heç almamağa razı olurlar. Belə adamlar 
«kapital artımı)) əldə etmək və ya aksiyanın qiymətinin yüksəlməsi 
üçün risk edir və bunu sabit dividendə əmin olmaqdan üstün tuturlar. 
Tipik korporasiya genişlənmək üçün pulu artırmağın bu üsulları 
arasında müvazinət saxlayır və tez-tez qazanclarının yarısını 
80 


Yüklə 2,56 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə