Bu cild üçün orijinal mətni 1981-ci ildə Robert L. MakKan yazmışdır. O, elə



Yüklə 2,56 Kb.
Pdf görüntüsü
səhifə12/48
tarix06.05.2018
ölçüsü2,56 Kb.
#43105
1   ...   8   9   10   11   12   13   14   15   ...   48

III
 
HİSSO:
 AMERIKA 
İQTİSADİYYATININ
 
TARİXİ
 
PERSPEKTİVİ 
Ciddi problemlər hələ də qalırdı. Fermerlərin problemləri 
davam edir və onların əzabı 1986-cı və 1988-ci illərdə baş verən 
ciddi quraqlıq nəticəsində daha da mürəkkəbləşmişdi. Federal 
defısitlər 1980-ci illərdə çox yüksəyə qalxmışdı. Federal büdcənin 
defısiti 1980-ci ildə 74 milyard dollardan, 1987-ci ildə 150 milyard 
dollara düşməzdən əvvəl, 1986-cı ildə 221 milyard dollara 
qalxmışdı. Birləşmiş Ştatlar ticarət defısiti həmin ildə ən yüksək 
səviyyəyə qalxaraq, 152 milyard dollar olub. Səhm bazarının 
müflisləşməsi 1987-ci ilin payızında çoxlarını iqtisadiyyatın 
sabitləşməsi sualı qarşısında qoymuşdu. 
Oslində, Birləşmiş Ştatlar iqtisadiyyatı 1991-ci ildə yavaş- 
yavaş tələbin azalması bataqlığına yuvarlandı və 1992-ci ildə 
aram-aram dirçəlməyə başladı. Zəifləyən iqtisadiyyatın və başqa 
amillərin nəticəsi kimi, federal büdcənin defısiti yenidən qalxmağa 
başladı. Səhm bazan dirçəlsə də, cürbəcür əmanət müəssisələri, eyni 
zamanda bir sıra bankların və sığorta şirkətlərinin olmasına 
baxmayaraq, maliyyə sənayesi problemlər məngənəsində xüsusilə 
əzab çəkirdi. Maliyyə sənayesi ya tam müflisləşdiyinə, ya da çox 
çətin bir vəziyyətə düşdüyünə görə, onu bu vəziyyətdən ancaq 
federal hökumət çıxara bilərdi. 1990-cı illərdə kredit bazarı və başqa 
problemlər hələ də pis vəziyyətdə qalmaqda davam edirdi. Bunun 
əksinə olaraq, iqtisadiyyatın kompüterlər, aerokosmos və ixracat 
sənayesi sektorları kimi, başqa sektorlar ümumiyyətlə sürəkli 
inkişafdan xəbər verirdi. 
44 


19-cu əsrdə taxıl biçini (aşağıda). Fermerlər Sayrus MakKormik 1831-ci ildə taxılbiçən maşını ixtira edənə 
qədər taxıl biçmək üçün kərəntidən istifadə edirdilər. 
Kənd təsərrüfatı ilə məşğulolma Birləşmiş Ştatlarda get-gedə məhsuldar olmuşdur. Bu, texnologiyadan 
istifadə, növü təkmilləşdirilmiş tarla bitkilərinin inkişafı, kübrələrdən, sudan istifadə texnikası, kənd təsərrüfatı 
zərərvericilərinə qarşı mübarizə tədbirləri ilə bağlıdır. Növbəti səhifədə: Kaliforniya fermalarından birində 
traktorun önünə bərkidilmiş Baq Vak adlanan nəhəng bir vakuum çiyələk tarlasında zərərli cücüləri sorur. 
 
 
.AMERİKA İQTİSADİYYATININ ƏSAS 
CƏHƏTLƏRİ 
, , İQTİSADİ
 
YUKSƏ
l
 
-İŞ
 
ŞƏKİLLƏR BÖLÜMÜ
 
 --------------- 
3
 -------------------------------------
 
1990-cı ildə Birləşmiş Ştatlar iqtisadiyyatı genişləndi və onun ümumi 
milli məhsulu 5 trilyon dollardan artıq oldu. Birləşmiş Ştatlar 
iqtisadiyyatının yüksəliş tarixi iqtisadi azadlıqdan istifadə edərək yeni- 
yeni torpaq sahələri axtarıb tapan, yeni bizneslərə başlayan, təbii 
sərvətləri inkişaf etdirən, yeni-yeni vəsait və proseslər kəşf edərək, onlara 
kapital qoyan Amerika xalqlarının tarixidir. Bu bölümdə Birləşmiş 
Ştatlar sənayesinin və kənd təsərrüfatının mənzərəsinin 19-cu əsrdə və 
20-ci əsrin əvvəllərini təmsil edən şəkillərlə 20-ci əsrin sonlarını təmsil 
edən şəkillər qarşılaşdınhr. 


 
 


 


 
Müntəzəm cədvəl əsasında parovozla işləyən ilk qatar xidməti Birləşmiş Ştatlarda 1831-ci ildə 
Cənubi Karolinada başlayıb. Sonra dəmir yol çəkilişi bütün (yuxarıda) ölkəyə yayılıb. Dünyanın ilk 
transkontinental dəmir yol xətti Birləşmiş Ştatların bütün bucaqlarını birləşdirib. 
Külli miqdarda faydalı qazıntılar, istehsal malları, kimyəvi mallar, taxıl və başqa istehlak malları Birləşmiş 
Ştatlarda qatarla daşınır. Məsələn, 1989-cu ildə Birləşmiş Ştatların, demək olar ki, 6 milyon vaqonuna ancaq 
daş kömür yüklənmişdi. Sağda, Virciniyanın Norfolk şəhərində Norfolk Cənub Şirkətinin 
yükləmə meydançasında vaqonlara daş kömür doldurulmuşdur. 
48 


 


 
Birləşmiş Ştatlarda balıq təsərrüfatları ildə 180 000 metrik tona yaxın balıq, xərçəng və başqa yeməli su 
heyvanları istehsal edir. Su təsərrüfatı balıqların, eyni zamanda, okeanda yaşayan başqa heyvan növlərinin 
artması təhlükəsinin qarşısını alır. Yuxarıda, Havayda xüsusi qablara yığılmış yeməli dəniz ilbizləri Birləşmiş 
Ştatlar balıq təsərrüfatında yetişdirilən əsas dəniz heyvanıdır. 
50 


 
 
1900-cü illərin əvvəllərində 
Nyu-Yorkun Lonq Ayləndində 
yeməli dəniz ilbizləri 
təmizləyənlər, solda, dizlərinə 
qədər çıxan ilbizqulağı içində 
dayanmışlar. 
 
19-cu əsrin ortalarına yaxın ayrı-ayrı ştatların hökumətləri kanallar çəkmək və qaravulxanalar tikmək üçün pul 
buraxdılar ki, ölkə daxilində ticarət işini asanlaşdırsınlar. Yuxarıda, 1910-ou ildə at Eri Kanalında şalanda 
çəkdikdən sonra, Nyu-Yorkun Durhamvil şəhərində sahilə çıxarılır. 
51 


 
 
1980-oi illərdə ölkədaxili çaylarda, Qreyt Leyksdə, kanallarda və kanalları birləşdirən bəndlərdə hər II bir milyard 
tondan çox yük daşınıb. Yuxarıda, 
Dallas
 adlı yedək gəmisi Ten-Tom Uoteruey su yolunun üç bölməsinin 
birincisində barjaları daşıyır. 377-kilometrlik Ten-Tom su yolu tam şəkildə 1984-cü ildə istifadəyə verilmişdir. 
Ten-Tom Birləşmiş Ştatların Cənub-Şərqində Tenessi ilə Tombiqbi çaylarını birləşdirir və barja nəqliyyatına imkan 
verir ki, Meksiko Körfəzinə qədər birbaşa səfər etsin. 
52 


Yüklə 2,56 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə