Bu cild üçün orijinal mətni 1981-ci ildə Robert L. MakKan yazmışdır. O, elə



Yüklə 2,56 Kb.
Pdf görüntüsü
səhifə11/48
tarix06.05.2018
ölçüsü2,56 Kb.
#43105
1   ...   7   8   9   10   11   12   13   14   ...   48

AMERİKA İQTİSADİYYATININ ƏSAS CƏHOTLORİ 
artırdı. Amerikalılann daha çoxları orta sinfin nümayəndələri 
oldular. 
Yüksəlişin bir çox mənbələri var idi. Avtomobil sənayesi tanklar 
və bomba atan təyyarələr istehsalını uğurla əvəz etdi və aviasiya və 
elektronika kimi yeni sənaye sahələri sür’ətlə yüksəldi. Müharibədən 
geri dönən hərbi xidmətçilər üçün bir hissəsi asanlıqla əldə edilən borc 
pul qoyuluşu hesabına stimullaşdırılan mənzil tikintisi bumu da 
inkişafa təkan verdi. Burada sonralar Soyuq Müharibə inkişaf edərkən 
baş verən müharibə xərclərinin artması da müəyyən rol oynamışdır. 
Biznes birləşmə adlanan dövrə qədəm qoydu. Şirkətlər nəhəng, 
çoxçeşidli «konqlomerat- lar» yaratmaq üçün birləşirdilər. Məsələn, 
Beynəlxalq Telefon və Teleqraf Kompaniyası Şeraton 
mehmanxanalanni. Kontinental Çörək-Bulka Mə’mulatı Şirkətini, 
Hartford Yanğından Mühafizə Şirkətini, Avis Avtomobil İcarə 
Şirkətini və başqa şirkətləri satın aldı. 
Amerika işçi qüvvəsi də dəyişirdi. 1950-ci illər ərzində xidmət 
işləri ilə məşğul olan fəhlələrin sayı əmtəə istehsalı ilə məşğul olan 
fəhlələrin sayı ilə bərabərləşdi və sonra daha da artdı. Artıq 1956-cı 
ildə Birləşmiş Ştatlar fəhlələrinin əksəriyyəti mavi yaxalıq tələb edən 
işdə deyil, ağ yaxalıq tələb edən işdə çalışırdı. Eyni zamanda, 
həmkarlar ittifaqları uzunmüddətli əmək müqavilələri bağlamağa və 
öz üzvləri üçün başqa imtiyazlar da almağa nail oldular. 
Digər tərəfdən, fermerlər çox çətin anlarla üz-üzə gəldilər. Kənd 
təsərrüfatı ilə məşğul olmaq böyük biznesə çevrildiyi üçün 
məhsuldarlıqdakı uğurlar izafi kənd təsərrüfatı məhsulu istehsalına 
gətirib çıxarırdı. Rəqabətdə çətinliyin artdığını görən kiçik ailə 
fermalarının bir çoxu torpağı tərk edirdi. 
Başqa amerikalılar da köçüb gedirdilər. Hər bir ailənin öz şəxsi evi 
olması istəyinin artması və xüsusi maşına sahib olmaq arzusu 
amerikalıların mərkəzi şəhərlərdən şəhərkənarı rayonlara köçməsinə 
səbəb oldu. Eyni zamanda, məişət kondisionerləri ixtirası kimi 
texnoloji yeniliklərlə bağlı olan köçmə hallan «Günəş Qurşağı» 
şəhərlərinin inkişafını cilovladı. Belə şəhərlərə Texasda Hyuston, 
Corciyada Atlanta, Floridada Miami və Arizonada Feniks nümunə ola 
bilər. 
Federal hökumətin pul yardımı ilə yeni salınmış şose yollar 
şəhərkənarı yaşayış məntəqələrinə köçmək üçün daha münasib 
4l 


III HİSSO: AMERİKA İQTİSADİYYATININ TARİXİ PERSPEKTİVİ 
şərait yaratdığına görə, biznes nümunələri də dəyişməyə başladı. 
Ticarət mərkəzlərinin sayı çoxaldı: II Dünya Müharibəsinin 
sonunda olan 8 mərkəzin sayı 1960-cı ildə 3840-a çatdı. Bir çox 
sənaye sahələri də iri şəhərləri tərk edərək, əhalinin nisbətən az 
olduğı sahələrə köçdü. 
DƏYIŞIKLIK 
İLLƏRİ: 
1960-CI VƏ 1970-Cİ 
İLLƏR 
1
 


^  \
 illər Amerikada tez-tez razılıq dövrü kimi 
X .   y
 
w' V/
“ C'itəsvir olunur. Əksinə, Prezident Con F. Kennedi öz 
prezidentlik kampaniyası dövründə daha fəal keçirdiyi onillikdə 
demişdi ki, o, amerikalılardan «Yeni Sərhəd» çağırışlarını qəbul 
etməyi xahiş edəcəkdir. Kennedinin böyük nəticələr verə biləcək 
iqtisadi təkliflərinin çoxu qəbul olunmadı; amma o təkliflərdən biri 
əsasında Sülh Korpusu yaradıldı. Bu korpus Amerika könüllülərini 
okeanın o tayına göndərirdi ki, onlar inkişaf edən ölkələrə öz 
ehtiyaclarını ödəmək işində yardım etsinlər. 
Kennedinin başqa bir məqsədi isə Birləşmiş Ştatların kosmosu 
tədqiq proqramını elə şəkildə sür’ətləndirmək idi ki, bu sahədə 
Birləşmiş Ştatlar Sovet İttifaqını ötüb keçsin. Federal xərclərin 
artması - genişləndirilmiş kosmos proqramından tutmuş Vyetnam 
Müharibəsində Amerika rolunun eskalasiyasma və başqa yeni və ya 
genişləndirilmiş federal proqramlara qədər, onillikdə inkişafa təkan 
verdi. 
Yeni ictimai rifahın yaxşılaşdırılmasına yönəldilmiş bir sıra 
proqram Kennedinin xələfi Lindon B. Consonun hakimiyyəti 
dövründə yaradıldı. O, «Yoxsulluğa qarşı» müharibə e’lan etdi; 
yoxsul və çoxyaşlılara tibbi yardım göstərmək proqramı və bə’zi 
başqa faydalı təşəbbüslər göstərdi. 
1960-cı illər elə bir dövrdür ki, bu dövrdə Amerika xalqı təbiət 
və insanlarla bağlı olaraq, ətraf mühit haqqında öz narahatçılığım 
ifadə etməyə başlayır. Bu, təbiətin mühafizəsindən tutmuş havanın 
və suyun çirklənməsi təhlükəsinin qarşısını almağa qədər olan bir 
sahəni əhatə edir. Federal hökumət həyat səviyyəsini müdafiə etmək 
üçün bir sıra qanunlar qəbul etmişdir. 
Lakin 1960-cı illərin sonunda sabit şəkildə davam edən 
inflyasiya iqtisadiyyatın çiçəklənməsinə zərbə vurdu. 
1973-1974-cü illərdə ərəb nefti embarqosu qiymətləri sür’ətlə 
artırdı və Birləşmiş Ştatların hər tərəfində kasadlıq yaratdı. 
Embarqoya son qoyulduqdan sonra belə qiymətlər aşağı düşmədi. 
42 


AMERİKA İQTİSADİYYATININ ƏSAS CƏHƏTLƏRİ 
Bu da inflyasiyaya təkan verdi və nəticədə işsizlik səviyyəsinin 
yüksəlməsinə səbəb oldu. Onilliyin qalan illəri inflyasiyanın ardıcıl 
şəkildə artması, federal büdcə çatışmamazlığının yüksəlməsi, xarici 
rəqabətin güclənməsi, yüksək dərəcədə işsizlik və daimi tələblə 
səciyyələndirilir. 
IQTISADIYYAT 
1980-Cİ
 
VO
 
1990-CI
 
İLLORDO 
İ ^ Q ^ 
* ildə Amerika xalqı federal hökumətin 1970-ci 

y
 O 
illərdəki siyasətindən narazı qaldığını 
Prezident Ronald Reyqana səsvermə yolu ilə ifadə etdi. Reyqanm 
iqtisadi proqramı əlavə-ehtiyat (səplayd-sayd) iqtisadi nəzəriyyə- 
sinə əsaslanırdı. Həmin nəzəriyyə daha ciddi və daha uzun müddət 
işləməyə ruhlandırmaq üçün minimum vergi normalarını azaltmaq 
imtiyazı verirdi. Bu da öz növbəsində daha bol qənaətə və 
investisiyaya gətirib çıxarırdı ki, bu hal daha artıq məhsul istehsalı 
ilə nəticələnir və əlavə-ehtiyat iqtisadi nəzəriyyəsinə müvafiq 
olaraq, bütövlükdə iqtisadiyyatı tənzimləyirdi. 
Lakin ölkəni idarə məsələsində Reyqanm mərkəzi mövzusu 
onun federal hökumətin həddən artıq böyüməsinə və öz iradəsini 
həyata keçirmək üçün hər şeyə hazır olmasına inam idi. 1980-ci 
illərin əvvəllərində Reyqan hökuməti bir sıra vergilərin azalmasına 
nail oldu, eyni zamanda, sosial proqramlarda da vergilərin ciddi 
şəkildə azaldılmasım təklif etdi. Prezident olduğu müddət ərzində 
Reyqan həm də istehlakçıya, iş yerinə və mühitə tə’sir göstərə 
biləcək hökumət qayda-qanunlarının azaldılması və ya tam yox 
edilməsinə nail olmağı öz öhdəsinə götürmüşdü. 
1982-ci ildə bütün ölkədə mallara tələb ciddi şəkildə 
azalmışdı. Biznes müflisləşməsi keçən ilə nisbətən 50 faiz 
artmışdı. Ən çox zərər çəkənlər fermerlər idilər, çünki kənd 
təsərrüfatı malları ixracı süquta uğrayır, buğdanın qiyməti aşağı 
düşür və gəlir faizi norması artırdı. 
Lakin tələbin azalması neft məhsullarına qiymətin aşağı 
düşməsi və pula və kreditə Federal Ehtiyatın ciddi nəzarəti ilə 
birləşərək, ciddi şəkildə artan inflyasiyanın qarşısını almağa 
kömək etdi. 1983-cü ildə iqtisadiyyat yenidən inkişaf yoluna 
qədəm qoydu və Birləşmiş Ştatlar II Dünya Müharibəsindən bu 
tərəfə arasıkəsilməyən iqtisadi inkişafın ən uzun sürən 
dövrlərindən birinə daxil oldu. 1983-cü ildən 1987-ci ilə qədər 
illik inflyasiya norması 5 faizdən aşağı olaraq qaldı. 
43 


Yüklə 2,56 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə