Bu cild üçün orijinal mətni 1981-ci ildə Robert L. MakKan yazmışdır. O, elə


AMERİKA İQTİSADİYYATININ ƏSAS CƏHƏTLƏRİ



Yüklə 2,56 Kb.
Pdf görüntüsü
səhifə15/48
tarix06.05.2018
ölçüsü2,56 Kb.
#43105
1   ...   11   12   13   14   15   16   17   18   ...   48

AMERİKA İQTİSADİYYATININ ƏSAS CƏHƏTLƏRİ
 
Kiçik bizneslər bir çox hallarda böyüyərək ölkənin iqtisadi həyat 
tərzinin yaxşılaşmasına xidmət edir. Kiçik biznes tərəfdarları təsdiq 
edirlər ki, Amerika texniki yeniliklərinin 55 faizi kiçik- və ortahəcmli 
bizneslərdən gəlir. Əlbəttə, yaradıcı yenilikçilərin əksəriyyəti Amerika 
kompüter sənayesində. Kaliforniyadakı indi Silikon Vəli kimi məşhur 
olan uğurlu şirkətlər də daxil olmaqla, öz şəxsi qarajlannda 
əldəqayırma maşınlan «quraşdıranlan> kimi işə başlamışlar. Belələri 
Amerika biznes tə’liminin bir hissəsinə çevrilmişlər. Hansı ölçü ilə 
götürülürsə-götürülsün kiçik bizneslər Amerika iqtisadiyyatına yeni 
güc verən mayanın, yaradıcılığın və rəqabətin bir hissəsidir. 
Əlbəttə, kiçik bizneslərin tez-tez uğursuzluğa düçar olduğu 
doğrudur. Lakin Birləşmiş Ştatlarda kiçik biznes müəssisəsinin 
«uğursuzluğu» bir sıra ölkələrdə olduğu kimi, uğursuzluğa düçar 
olmuş biznes sahibi üçün özü ilə biabırçılıq və ya məzəmmət gətirmir. 
Kiçik biznes müəssisəsinin uğursuzluğu bə’zi hallarda sahibkann 
təcrübə qazanması sahəsində çox faydalı olur ki, sahibkar ikinci və 
üçüncü dəfə daha uğurlu ola bilər. Biznesə başlamaq üçün uğursuz 
cəhdlər, kiçik biznes mütəxəssislərinin fikrinə görə, bazarı 
klassifıkasiya etmək və onu daha tə’sirli etmək kimi daha böyük bir 
prosesin tərkib hissəsinə çevrilə bilər. 
BİZNES TV Mülkiyyətçi biznesini genişləndirmək istədikdə, bunun bir yolu 
şoRiKLiYi 
IVXşərikli biznes yaratmaqdır - bu, iki və daha artıq şərik şəxsin mənfəət 
üçün biznes yaratması deməkdir. Şəriklərin hüquq və vəzifələri biznesin 
yaradıldığı ştatın qanunları ilə və şəriklərin qanuni razılıq müqavilələri ilə 
tənzimlənir. Bir qayda olaraq, müqavilə hər bir şərikin qoyduğu kapitalın 
məbləğini müəyyənləşdirir və şəriklərdən hər birinin öhdəsinə götürdüyü vəzifələri 
aydınlaşdırır. Şəriklik müqaviləsi eyni zamanda «susan şəriki» də nəzərdə tuta 
bilər; belə şərik idarəetmə prosesində iştirak etmir, lakin biznesə ancaq pul qoyur. 
Şəriklik idarəetmə iste’dadmm yaranmasının rəhnidir. Şəriklərdən 
biri ərzaqla tə’minetmə sahəsində, digəri marketinqdə ixtisaslaşa bilər. 
Şəriklik də fərdi mülkiyyətçilik kimi, hökumətin korporasiyalardan 
tələb etdiyi hesabatların çoxundan azaddır. Bundan əlavə, o, 
korporasiya ilə müqayisədə vergi ödəmək məsələsində daha yaxşı 
vəziyyətdədir. Şəriklər federal vergiləri 
75 


IV HİSSD: KİÇİK BİZNESDƏN KORPORASİYAYA DOCRU
 
əldə etdikləri qazanca müvafiq olaraq ödəyirlər, biznesə bundan 
başqa vergi qoyulmur. 
Şərikliyin əsas xoşagəlməyən bir cəhəti odur ki, hər bir üzv 
şərikliyin bütün vəzifələrinə görə məs’uliyyət daşıyır; bu elə bir 
aktdır ki, hər bir şəriki hüquqi cəhətdən başqası ilə bağlayır. Əgər 
şəriklərdən biri biznesdən böyük məbləğdə pul götürür və onu 
xərcləyirsə, borcu başqaları ödəməlidirlər. Şərikliyin başqa bir 
xoşagəlməz əsas cəhəti də var: qərarçıxarma prosesində hamı iştirak 
edir. Əgər şəriklər arasında daimi və ciddi narazılıq olursa, biznes 
bundan zərər çəkir. 
Bütün bunlara baxmayaraq, şəriklik ümumi biznes 
iqtisadiyyatının həyati hissəsi olaraq qalır. Daxili Gəlir Xidməti öz 
hesabatında göstərirdi ki, 1970-ci və 1982-ci illər arasında təqribən 
korporasiyaların yarısı qədər biznes şərikliyi mövcud idi. 
KİÇİK BİZNES 
içik biznesin təhlili ilə məşğul olanlar e’tiraf edirlər ki, bu 
J\^biznes formasının icra edilməsinə bir neçə iqtisadi amil 
maneçilik törədir. Bu amillərin qarşısını almaq üçün qanunvericilik 
müstəqil federal agentlik kimi Kiçik Biznes Administrasiyasını 
yaratdı. Vaşinqtonda və bütün ölkə boyu bölgə idarələri 
mütəxəssislər hazırladılar ki, kiçik biznes yaratmaq arzusunda 
olanlara yaxud belə biznesləri artıq idarə edənlərə peşəkar 
ekspertiza və maddi yardım tə’min etsinlər. 
Nəzərdə tutulan simvolik bir ildə Kiçik Biznes Administrasiyası 
zəmanət verir ki, kiçik bizneslərə 3,5 milyard dollara yaxın bank 
borcu veriləcək. Bu borclar, adətən, avadanlıq, mal və lazımi 
maşınlar almaq üçündür. 
Kiçik Biznes Administrasiyasının ən nadir cəhəti yeni və ya 
büdrəyən bizneslərə onun idarəetmə yardımıdır. BORC 
proqramında təqaüdə getmiş uğurlu sahibkarlar başqalarına kömək 
proqramı təklif edirlər. 
Kiçik Biznes Administrasiyası ştat agentlikləri və 
universitetlərlə birgə işləyərək, eyni zamanda, 700-ə yaxın Kiçik 
Biznes İnkişafı Mərkəzinə də rəhbərlik edir ki, bunlar da yeni və 
artıq fəaliyyət göstərən kiçik bizneslərə texniki və idarəetmə 
yardımı tə’min edirlər. 
Kiçik Biznes Administrasiyası ciddi şəkildə cəhd edir ki
əqəliyyətdə qalan xalqlara, xüsusən Afrikadan, Asiyadan, 
76 


AMERİKA İQTİSADİYYATININ OSAS CÜIİOTLORİ
 
İspaniyadan olan amerikalılara yardım fondları proqramlaşdırsınlar. 
Agentlik eyni zamanda ixracat potensialı olan kiçik bizneslər üçün 
beynəlxalq marketlər və müştərək müəssisə imkanları 
müəyyənləşdirməkdən ötrü ciddi proqramlar da hazırlayır. 
Bundan əlavə, Kiçik Biznes Administrasiyası özünün fəlakətdən 
xilasetmə proqramı ilə məşhurdur. Fəaliyyətə başladığı gündən bəri 
Kiçik Biznes Administrasiyası daşqından, tufandan, fırtınadan və 
başqa təbii fəlakətlərdən fiziki zərər çəkən ev sahiblərinə və biznes 
firmalarına yardım təklif etmişlər. 
FRONÇAYZİNQ 
VO DÜKANLAR 
ŞƏBƏKƏSİ 
K
 
içik biznesə asanlıqla tətbiq olunan bir iş təcrübəsi kimi, 
frənçayzinq son illərdə güclü inkişaf etmişdir. Restoran 
biznesində ümumi iş təcrübəsi kimi frənçayzinq böyük 
korporasiyanın iqtisadi effektliliyini yeni mülkiyyət mənfəətləri ilə 
birləşdirir. Bu işdə böyük şirkət sahibkarların fərdi və ya kiçik bir 
qrupuna onun adından istifadə etməyə (əksər hallarda xüsusi 
reklam naminə) və bə’zi hallarda alınan gəlirin bir neçə faizini 
özlərinə götürmək şərti ilə onun məhsulunun satışına icazə verir. 
Adətən, aparıcı şirkətin işçisi olmayan sahibkar nisbətən böyük 
şəbəkənin bir və ya bir neçə vahidini işlətməyə və onları idarə 
etməyə görə məs’uliyyət daşıyır. Fərdi sahib və ya sahiblər 
müəssisə ilə bağlı baş verə biləcək halların böyük əksəriyyətini də 
öz üzərlərinə götürməlidirlər. 
Frənçayzinqin iqtisadiyyat üçün həm dəyəri, həm də mənfəəti var. 
Dükan şəbəkəsinin artımı fərdi və müştərək mülkiyyətin inkişafına 
mane olmuşdur. Dükanlar şəbəkəsi kütləvi üsuldan istifadə edir - çox 
böyük miqdarda alır, yüksək həcmdə satır, özünəxidmətə əsaslanır - 
bu da imkan verir ki, dükanlar şəbəkəsində mallar kiçik xüsusi 
mülkiyyət dükanlarında olduğundan daha ucuz satılsın. Şəbəkə 
supermarketləri müştəriləri cəlb etmək üçün daha aşağı qiymətə 
satmaq yolundan istifadə edərək, çoxlu kiçik baqqaliyyə dükanları 
açmağa nail olublar. 
Buna baxmayaraq, bir çox müstəqil bizneslər fəaliyyət 
göstərməkdə davam edir. Bə’zi fərdi mülkiyyətçilər öz qüvvələrini 
başqalan ilə birləşdirirlər ki, müstəqil və ya müştərək bizneslərin 
şəbəkələrini yaratsınlar. Onlar öz alıcılıq güclərini birləşdirirlər və ya 
müstəqil frənçayzlar yaradırlar, həm də əksər hallarda onlar 
xüsusiləşdirilmiş və ya «sığmacaq» bazarlarına xidmət edirlər. 



Yüklə 2,56 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə