Bu cild üçün orijinal mətni 1981-ci ildə Robert L. MakKan yazmışdır. O, elə



Yüklə 2,56 Kb.
Pdf görüntüsü
səhifə10/48
tarix06.05.2018
ölçüsü2,56 Kb.
#43105
1   ...   6   7   8   9   10   11   12   13   ...   48

III HISSO: AMERİKA İQTİSADİYYATININ TARİXİ PERSPEKTİVİ 
qayıqlarda seyrə çıxar, bədxərcliklə hazırlanmış ziyafətlər verər, 
dəbdəbəli mülklər tikdirər və Avropa bədii sənət xəzinəsindən 
ölməz əsərlər alarmışlar. 
Bunun əksinə olaraq, Con D. Rokfeller və Henri Ford kimi 
adamlar puritanlara məxsus keyfiyyətlər nümayiş etdirmişlər. Onlar 
özlərinin kiçik şəhərlərə məxsus dəyərlərini və həyat tərzlərini 
olduğu kimi saxlamışlar. Kilsələrə ibadətə getdikləri üçün onlar 
başqaları qarşısında məs’uliyyət hissi keçirmişlər. 
Onlar nümayiş etdirmişlər ki, insana bütün uğurları şəxsi ləyaqət 
qazandırır; onların uğurları isə işə inam və qənaətcil olmağın 
nəticəsidir. Bir qədər sonra onların varisləri Amerikada insanlığa 
məhəbbət təmsil edən ən geniş fondlar yaradacaqdır. 
Avropada yuxarı silkə mənsub olan təfəkkür sahibləri ticarətə, 
ümumiyyətlə, həqarətlə baxdıqları halda, müxtəlif sinif 
qurumlarının axını nəticəsində qurulmuş cəmiyyətdə yaşayan 
amerikalıların əksəriyyəti pul qazanmaq ideyasını böyük ruh 
yüksəkliyi ilə qarşıladılar. Onlar biznes müəssisəsi riskindən və 
narahatçılığından, eyni zamanda, daha yüksək həyat səviyyəsindən 
və sərf etdikləri qüvvə üçün potensial əvəz alacaqlarından sevinir və 
biznesin gətirdiyi uğurları açiq şəkildə bəyan edirdilər. 
Lakin 1930-cu illərdə Böyük Depressiya dövründə Amerika 
idealı kimi, sahibkar obrazı öz şöhrətinin çoxunu itirdi. Həlledici 
dəyişiklik korporasiyaların yüksəlişi ilə (əvvəlcə dəmir yolların, 
sonra başqalarının) gəldi. Çox az biznes maqnatlan qaldı. Onları 
«texnokratlarla» əvəz edirdilər ki, onlar da korporasiyalar başçıları 
oldular. Bu icraçılar ümumi fəaliyyətin bütün anlarında bilicilər 
kimi, sənaye maşınının vacib dişciklərinə çevrildilər. Yüksək əmək 
haqqı alan menecer biznes maqnatını əvəz etdi. Korporasiyanın 
yüksəlişi öz növbəsində mütəşəkkil əmək hərəkatının jmksəlməsinə 
təkan verdi ki, bu hərəkat da biznesin gücünü və tə’sirini 
tənzimləyən bir qüvvə kimi xidmət edirdi. 
iri biznes başçıları bu gün ictimai həyatın bir sıra sahələrinə 
müdaxilə edirlər. Onlar ancaq korporasiyanın taleyini idarə etməklə 
qalmır, həm də onların birliklərindəki idarələrdə universitet hamiləri 
kimi çalışırlar. Bu yeni korporasiya başçıları milli və dövlət siyasəti 
məsələlərini hökumətin rəsmi nümayəndələri ilə müzakirə üçün 
Vaşinqtona uçurlar. Onlar milli iqtisadiyyatın vəziyyəti və 
Amerikanın başqa ölkələrlə əlaqəsi məsələləri qayğısına qalırlar. 
Onlar Birləşmiş Ştatlar hökumətinə' 
38 


AMERİKA İQTİSADİYYATININ ƏSAS CƏHƏTLƏRİ 
tə’sir göstərir, lakin nə açıq, nə də gizli şəkildə Birləşmiş Ştatlar 
hökumətinə nəzarət etmirlər. 
HÖKUMƏTİN İŞƏ 
i^n’ənəvi olaraq. Birləşmiş Ştatlar hökumət başçılarının 
MÜDAXİLƏSİ 
əksəriyyəti istəmirlər ki, nəqliyyat sahəsi müstəsna olmaqla, federal hökumət özəl 
sektorun işlərinə ciddi şəkildə müdaxilə etsin. Ümumiyyətlə, daxili işlərə qarışmamaq 
haqqında müddəa federal hökumətin roluna öz tə’sirini göstərib. Bu müddəa, hökumətin 
qanun və qaydam müdafiə etməklə bağlı yaranan zəruri hallar müstəsna edilməklə, 
hökumətin iqtisadiyyatla bağlı müdaxiləsinə qarşı çıxır. Bu mövqe 19-cu əsrin 
sonlarında kiçik biznes, ferma, daha sonra əmək hərəkatları hökumətin onların adından 
işə müdaxilə etməsini xahişə başladıqdan sonra dəyişdi. 
19-cu əsrdən sonra orta sinif inkişaf etdi. Bu inkişaf say-seçmə 
biznes nümayəndələri üçün də, Orta Qərbdə və Qərbdə fermerlərin və 
aşağı səviyyəli fəhlələrin bir növ radikal səciyyə daşıyan hərəkatları 
üçün də arzu olunan hal deyildi. «Tərəqqipərvərlər» kimi tanınan bu 
adamlar hökumətə xeyir-dua verdilər ki, biznes təcrübələrinin 
tənzimlənməsində fəal şəkildə işə qarışaraq, rəqabətə və azad 
müəssisələrə təhlükəsizlik tə’min etsin. 
Dəmir yollar işlərini tənzimləyən qanun 1887-ci ildə qəbul edildi 
(Ştatlararası Ticarət Aktı) və başqa bir qanun - iri fınnalarm fərdi 
sənaye sahəsinə nəzarətini qadağan edən qanun isə (Şerman Antitrest 
Aktı) 1890-cı ildə qəbul edildi. Lakin bu qanunlar 1900-cü və 1920-ei 
illər arasında olan dövrə qədər, tərəqqipərvərlərin fikrinə görə, inam 
təlqin edənlər hakimiyyətə gələnə qədər məcburi şəkildə icra edilmirdi. 
Bu müddət ərzində bir sıra bugünkü tənzimləyici agentliklər, o 
cümlədən, Ştatlararası Ticarət Komissiyası, Orzaq və Dərman 
Administrasiyası və Federal Ticarət Komissiyası yaradılıb. 
Tərəqqi dövrünün ən yüksək nöqtəsi 1901-ci il ilə 1920-ci il 
arasında olsa da, hökumətin iqtisadiyyata müdaxiləsi «Yeni kursun» 
nəticəsi kimi, 1930-cu illərdə əhəmiyyətli dərəcədə artdı. 1929-cu ilin 
səhm bazarının müflisləşməsi ölkə tarixində bir çox ciddi iqtisadi 
pozuntulara, Böyük Depressiyaya gətirib çıxardı. Yeni kurs Prezident 
Franklin D. Ruzveltin çətin vəziyyəti yüngülləşdirmək cəhdi idi. Yeni 
kurs qanunvericiliyi federal hakimiyyət səlahiyyətini bütün sahələrdə, 
xüsusilə, bank işləri, 
39 


III HİSSD; AMERİKA İQTİSADİYYATININ TARİXİ PERSPEKTİVİ 
kənd təsərrüfatı, ictimai tə’minat və xalqın rifah halının 
yaxşılaşdırılması sahələrində artırırdı. Bu qanunvericilik əmək 
problemlərinə diqqəti tə’xirəsalınmaz şəkildə artırdı - əmək haqqı, 
iş saatları, işsizlərə təqaüd və təhlükəsizlik üçün minimum 
standartlar müəyyənləşdirdi və polad, avtomobil və kauçuk 
sənayeləri kimi sahələrdə həmkarların Amerika hüquqlarının 
genişlənməsində katalizator rolu oynadı. 
Amerika həm də irimiqyaslı sənaye sahələri, banklar, səhm 
bazarları, sığorta şirkətləri və kredit birlikləri də daxil olmaqla, 
istehsal və maliyyə mənbələri şəbəkəsini inkişaf etdirdiyi üçün belə 
problemlərlə üz-üzə gəlirdi. Bu inkişafla birgə kənd təsərrüfatı 
müasir sistemi və ciddi təşkil olunmuş işçi qüvvəsi də inkişaf edirdi. 
Sonra 11 Dünya Müharibəsi gəldi. 
İkinci Dünya Müharibəsi dövründə Birləşmiş Ştatlar hökuməti 
iqtisadiyyata əvvəllər heç vaxt olmadığı tərzdə müdaxilə edirdi. 
Müharibə İstehsalı İdarəsi yaradıldı ki, ölkənin ərzaq istehsalati 
imkanlarını əlaqələndirsin və bu yolla hərbi sahələrə aid mallar 
istehsalına birincilik tə’min edilsin. Müştərilər üçün istehlak malları 
istehsal edən zavod və fabriklər öz işlərini dəyişərək, müxtəlif hərbi 
sifarişlər icra edirdilər. Avtomobil istehsalçıları tanklar və 
təyyarələr hazırlamaqla Birləşmiş Ştatlan «demokratiya arsenalına» 
çevirirdi. Artmaqda olan milli gəlir və çox az tapılan istehlak mallan 
əsasında inflyasiyam cilovlamaq cəhdi ilə yenicə yaradılmış 
Qiymət Administrasiyası idarəsi bir sıra yaşayış evlərində mənzil 
vergilərinə, şəkərdən tutmuş benzinə qədər istehlak mallannm 
norma üzrə bölüşdürülməsinə nəzarət edir və, başqa sözlə, çalışırdı 
ki, qiymətlərin yüksəlməsinin qarşısını alsın. 
MÜHARIBƏDƏN
 
SONRAKI 
İQTİSADİYYAT; 
1945-1960-CI 
İLLƏR 
A
 
merikalılann çoxu qorxurdu ki, son qoyulmuş müharibəyə 
çəkilən hərbi xərclərlə bağlı olaraq. Depressiyanın bir 
zamanlar yaratdığı çətin günlər bir daha geri qayıda bilər. Lakin 
istehlak tələblərinə cavab verərək, müharibədən sonrakı dövrdə 
Birləşmiş Ştatlar iqtisadiyyatı, müstəsna olaraq, ciddi iqtisadi 
yüksəliş keçirir. Ölkənin milli məhsul istehsalının ümumi dəyəri 
1940-cı ildə 200 milyard dollar olduğu halda, 1950-ci ildə 
300 milyard dollar, 1960-cı ildə isə 500 milyard dollardan da 
çox oldu. Eyni zamanda, müharibədən sonra doğumun artması 
və onun «uşaq bumu» adı ilə məşhur olması istehlakçıların sayım 
40 


Yüklə 2,56 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə