BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə9/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   ...   5   6   7   8   9   10   11   12   ...   120

ilə  Çexoslovakiya  arasında  müttəfiqlik  haqqında  müqavilələr 
bağlandı. 1921-ci il iyunun 7-də Rumıniya və Yuqoslaviya, l922-ci il 
avqustun  31-də  isə  Çexoslovakiya  ilə  Yuqoslaviya  arasında 
müqavilələr  imzalandı.  Beləliklə,  Rumıniya,  Çexoslovakiya  və 
Yuqoslaviyadan  ibarət  Kiçik  Antanta  yaradıldı.  Bu  ittifaq  başlıca 
olaraq məğlub dövlətlərin Avropadakı iddialarının qarşısını almaq və 
qitə  məsələlərinin  həllində  Fransanın  rolunu  artırmaq  məqsədini 
güdürdü. 
Vaşinqton konfransı 
Versal  sülhü  və  ondan  sonra  imzalanan  müqavilələr  qalib 
dövlətləri  sakitləşdinnədi.  Quruda  beynəlxalq  münasibətləri 
tənzimləyən  dövlətlər  sularda  nüfuz  dairələri  uğrunda  mübarizəni 
gücləndirdilər.  Avropa  işlərindən  kənarda  qalan  ABŞ  bu  sahədə 
geriliyini  aradan  qaldırmaq  üçün  xüsusi  fəallıq  göstərirdi. 
Müharibədən əvvəl borc alan, lakin müharibənin gedişində borc verən 
dövlətə çevrilən, dünya müharibəsindən qüdrətli bir dövlət kimi çıxan 
ABŞ-ın dəniz və okeanlarda mövqeləri kifayət qədər güclü deyildi. 
Avropanın  bir  sıra  dövlətlərinə  təxminən  10  mlrd,  dollar  borc 
vemıəsinə, yardımlar etməsinə baxmayaraq (bütövlükdə isə ABŞ-ın 
Avropa  ölkələrinə  başqa  formalarla  göstərdiyi  yardımların  məbləği 
20 mlrd, dollar idi), bu sahədə çoxlu problemlər hələ də qalırdı. Digər 
tərəfdən  20-ci  illərin  əvvəllərində  Çin  və  Latın  Amerikasında 
Yaponiya  və  Böyük  Britaniya  ABŞ-ı  sıxışdırmaq  niyyətində  idilər. 
Lakin  ABŞ  İngiltərə  ilə  qarşıdunnadan  qaçaraq  problemi  həll 
etməkdə  əməkdaşlığa  üstünlük  verdi.  Yaponiyanın  Uzaq  Şərqdə, 
Fransanın isə Avropada hegemonluğa can atması ingilis və amerikan 
hökumətlərini 
yaxınlaşdırdı. 
Uzaq 
Şərqdə 
ABŞ-Yaponiya 
qarşıdurmasını  və  Sakit  okeandakı  problemləri  yoluna  qoymaq 
məqsədi ilə amerikanlar konfrans çağınnağı təklif etdi. 
1921-ci il noyabrın 12-də Vaşinqtonda açılan konfransda ABŞ, 
İngiltərə, Yaponiya, Fransa, İtaliya, Belçika, Hollandiya
28 


Portuqaliya,  Çin  və  dominionlarla  birlikdə  14  dövlət  iştirak  edirdi. 
ABŞ  nümayəndə  heyətinin  başçısı  dövlət  katibi  Çariz  Yuz  idi. 
İngiltərə  nümayəndə  heyətinə  Balfiır,  İtaliya  nümayəndə  heyətinə 
Şançer,  Yaponiya  nümayəndə  heyətinə  Kato,  Fransa  nümayəndə 
heyətinə  isə  baş  nazir  Aristid  Brian  başçılıq  edirdi.  Konfransda 
müzakirə  edilən  Çində  siyasət,  silahların  məhdudlaşdırılması  və  b. 
məsələləri  üzrə  28  saziş,  bəyanat,  qəmamə  və  bəyannamə  qəbul 
olundu.  Müzakirələr  və  qəbul  edilən  sənədlər  iştirakçı  dövlətlərin 
mövcud  problemləri  həll  etməkdə  maraqlı  olduğunu  göstərdi. 
Konfransda Dördlər, Beşlər və Doqquzlar müqaviləsi imzalandı. 
Dekabrın 13-də ABŞ, İngiltərə, Fransa və Yaponiya Dörd dövlət 
müqaviləsini  imzaladılar.  Müqaviləni  imzalayan  dövlətlər  Sakit 
okean  rayonunda  bir-birilərinin  hüquqlarına  və  mülklərinə  hörmət 
edəcəklərini  bildirdilər.  Mübahisəli  məsələləri  ümumi  razılaşmalar 
yolu ilə həll etmək barədə öhdəlik götürdülər. 
1922-
 
ci il fevralın 6-da ABŞ, İngiltərə, Yaponiya, Fransa və 
İtaliya  dəniz  silahlarının  məhdudlaşdırılması  haqqında  müqavilə 
imzaladılar. Bu, Beş dövlət müqaviləsi adlandırıldı. Müqaviləyə görə 
xətt  donanması  gəmilərinin  nisbəti  yuxarıdakı  ölkələr  üçün 
ardıcıllıqla  müvafiq  olaraq  5:5:3:1,75:1,75  kimi  müəyyənləşdirildi. 
Sakit  okeanda  110-cu  meridiandan  şərqə  doğru  hərbi  dəniz 
bazalarının tikintisi hüququ məhdudlaşdırıldı. Bu saziş Sakit okeanda 
dəniz  qüvvələrinin  yenidən  bölüşdürülməsi  məsələsini  həll  etdi. 
Beləliklə,  ABŞ  az  dəniz  donanması  saxlamaq  hüququndan  imtina 
edərək  öz  qüvvələrini  İngiltərə  ilə  bərabərləşdirirdi.  Bununla  belə, 
İngiltərə hələ də dənizdə öz üstünlüyünü qoruyub saxlayırdı. 
Vaşinqton  konfransı  Çin  məsələsinə  də  xüsusi  diqqət  yetirdi. 
Məlum  olduğu  kimi,  Versal  sülh  müqaviləsini  imzalamayan  Çin 
hökuməti  ölkə  ərazisində  olan  alman  mülklərinin  ona  deyil, 
Yaponiyaya verilməsinə narazılıq edirdi. Konfransda Çin nümayəndə 
heyəti  həmin  ərazilərin  ölkəsinə  qaytarılması  təklifini  irəli  sürdü. 
ABŞ  Çini  müdafiə  etdi.  Nəticədə  Yaponiya  Sindaodan  və  Şandun 
əyalətindən əl çəkərək Çinə qaytardı. 
29 


Fevralın 6-da Vaşinqton konfransının iştirakçısı olan dövlətlər 
Çində  siyasət  haqqında  müqavilə  imzaladılar.  Bu,  Doqquz  dövlət 
müqaviləsi  adını  aldı.  Müqaviləyə  görə  sənədi  imzalayan  dövlətlər 
Çinin suverenliyi, müstəqilliyi, ərazi və inzibati toxunulmazlığına, bu 
ölkədə açıq qapılar, bütün ölkələrin ticarəti və sənayesi üçün bərabər 
imkanlar  prinsipinə  hörmət  etmək  barədə  öhdəlik  götürdülər. 
Ayrı-ayrı  dövlətlərin  Çindəki  nüfuz  dairələri  ləğv  edildi.  Müqavilə 
Çin üçün mühüm diplomatik-siyasi və iqtisadi əhəmiyyət kəsb edirdi. 
Bununla  da  Çin  kənar  təzyiqlərdən  yaxa  qurtardı.  Ölkəyə  xarici 
kapital axını artdı. 
Vaşinqton konfransı sularda beynəlxalq məsələləri həll edərək 
Versal sülh müqaviləsini tamamladı. Paris sülh konfransında ABŞ-ı 
üstələyən İngiltərə və Fransa Vaşinqtonda istəklərinə tam mənasında 
çata  bilmədilər.  Konfransda  ABŞ  diplomatiyası  qələbə  qazandı. 
Vaşinqton  konfransı  beynəlxalq  məsələlərdə  ABŞ-ın  rolunun 
artdığını göstərdi. 
Beləliklə, beynəlxalq münasibətlərdə Versal-Vaşinqton sistemi 
formalaşdı.  Versal-Vaşinqton  sistemi  müharibədən  sonrakı  dünya 
quruluşunu  və  beynəlxalq  münasibətləri  tənzimləyən  başlıca  amil 
oldu. Versal və Vaşinqtonda imzalanan müqavilələr sistemi müharibə 
nəticəsində  formalaşan  qüvvələr  nisbətini  təsdiqlədi.  Bu  sistem 
müharibələrsiz  və  zorakılıqsız  dövrün  başlandığını  bəyan  edirdi. 
Lakin müvafiq müqavilələr imzalandıqdan sonra baş verən hadisələr 
dünyanın qaliblərə və məğlublara bölündüyü bir şəraitdə bu sistemin 
etibarlı  və  əbədi  olmadığını  göstərdi.  Bəzi  dövlətlərin  yeni  dünya 
qaydasına  rəhbərliyə  hər  vasitə  ilə  can  atmaları  onların 
hökumətlərinin bəyan etdikləri prinsiplərin əksinə idi. Buna görə də 
mövcud  olan  dövlətlərarası  ziddiyyətlər  Versal-Vaşinqton  sistemini 
zəiflədirdi.  Versal  sistemi  ilə  yeni  yaranmış  bir  sıra  dövlətlərin 
müstəqilliyi  tanınsa  da  müstəmləkə  zülmü  hələ  qalırdı.  Bəzi  böyük 
dövlətlər milli azadlıq hərəkatlarına qarşı amansız davranırdılar. 
30 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə