2
| İnsanlar və cəmiyyət
3
Ön söz |
Səmimi və qəlbiaçıq Hollandiyalılar
İnsanlar, cəmiyyət və səhiyyə
Tarixi və müasir Hollandiya
Dizayn, mədəniyyət və təhsil
Avropaya açılan qapı
İqtisadiyyat, ticarət və fermer təsərrüfat
Dünyanı gəzən və vasitəçilik edən
hollandiyalılar
Beynəlxalq sülh və təhlükəsizlik
Sabahın ölkəsi
Su, texnologiya və innovasiya
En ook
Betaalbare zorg voor iedereen
Nederlands OMA over hele wereld actief
Internationale studenten over Nederland
Wij willen gezonde voeding!
‘Den Haag: hoofdstad van internationaal recht’
Sterk staaltje unieke technologie
Wonen aan het water
Hollandkunde
Kaart Nederland
4 - 9
10 - 15
16 - 21
22 - 27
28 - 33
6
12
14
18
24
30
34
35
36
Photo: United Photos/Hollandse Hoogte
Bu il biz Niderland Krallığı ilə Azərbaycan Respublikası arasında mövcud olan diplomatik
əlaqələrin 20 illiyini qeyd edirik.
Xalqlarımız arasındakı əlaqə və münasibətlərin tarixi daha qədim zamanlara təsadüf edir. Bellə
ki, hələ 17-ci əsrdə tanınmış səyyah Yan Yanson Streys (Jan Janszoon Struijs) tərəfindən dərc
edilmiş səfər xatirələrində Suraxanıda yerləşən od məbədinin (Atəşgah) adı çəkilir. Hollandiya
rəssamlıq sənətinin Qızıl Əsrində yaşayıb yaratmış mahir fırça ustalarının qədim Niderlandı əks
etdirən rəsm əsərlərinə Bakı Dövlət İncəsənət Muzeyində tamaşa etmək mümkündür. Bu muzey
binasını isə bizim birgə tariximizin təcəssümü kimi də qələmə vermək olar. Belə ki, sözügedən
muzey binası neft bumu dövründə “Nafta” kommersiya şirkətində çalışmış (əslən hollandiyalı)
cənab Debur tərəfindən istismara verilmişdir.
1992-ci ildən etibarən ölkələrimiz arasında perspektivli münasibətlər inkişaf edir. Azərbaycan
həmin keçid illərində ikitərəfli texniki yardım proqramlarından yararlanmış və hər iki ölkənin
diplomatiya akademiyaları arasında sıx əməkdaşlıq bağları qurulmuşdur. Bu yaxınlarda isə
hər iki dövlətdə daimi səfirliklər açılmışdır. Həm ikitərəfli münasibətlər, həm də Avropa Birliyi
kontekstində ölkələrimizin siyasi liderləri, millət vəkilləri və hökumət nümayəndələri arasında
müntəzəm görüşlər keçirilir. Ölkələrimiz həmçinin “ISAF” (Beynəlxalq Təhlükəsizliyə Yardım
Qüvvələri) kimi beynəlxalq əməliyyatlar çərçivəsində də birgə əməkdaşlıq edirlər. Hal-hazırda,
Hollandiya ərazisində minlərlə azərbaycanlı yaşayır, hollandiyalı iş adamlarının Azərbaycandakı
biznesi isə durmadan genişlənir.
Bir sözlə, həyatımızın bütün sahələrində hökumətlərimiz, vətəndaşlarımız və institutlarımız
arasında qarşılıqlı əlaqələr gün-gündən artır. Eyni zamanda, ölkələrimizi bir-birinə bağlayan
ümumi amillər də kifayət qədər çoxdur.
Bu jurnal Azərbaycan Respublikasında təmsil etmək şərəfinə layiq görüldüyüm Niderland Krallığı
haqqında məlumatı olmayan insanları ölkəmizlə tanış edir.
Aryen Uyterlinde
Niderland Krallığının Azərbaycandakı Səfiri
Diplomatik
əlaqələrin 20 illiyi
Tekst te lang
192 tekens
24 woorden
nog vertalen
4
| İnsanlar və cəmiyyət
5
İnsanlar və cəmiyyət |
Səmimi və
ürəyi açıq insanlar
Narahatçılıq olmadan.
Hollandlar lüzumsuz
nəzakətə ehtiyac duymurlar. Biz çəkinmədən restorana
cinsdə gedə bilərik. Onların burada çox cüzi bir iyerarxiya
hissləri var. Belə ki, Ulyahəzrət Kraliça Maksima uşaqla
danışmaq üçün səmimiyyətlə aşağı əyilir. Yəqin ki, onlar çox
maraqlı söhbət edirlər, çünki Holland uşaqlar öz fikirlərini
söyləməkdən çəkinmirlər.
Hamı birlikdə
Müxtəlif təbəqələrdən olan müxtəlif
sosial statuslu insanlar Hollandiyada olduqları müddət ərzində
xoşbəxtliklə yan-yana yaşayırlar. Keçmişdə onlar hamısı
bir yerdə sahələrimizi və ayaqlarımızı quru saxlamaq üçün
birləşərək çətinliklərə sinə gərmişlər və indi də onlar bir
araya gələrək əməkdaşlıq edirlər. Əgər dünyanın hər hansı
bir yerində təbii fəlakətdən sonra pul yığmaq lazım olursa.
Əgər Hollandiya futbol komandası bizim dəstəyimizə ehtiyac
duyursa. Və ya əgər biz az enerji sərf edən lampalardan
istifadə etməklə və ya tullantılarımızı təcrid etməklə qlobal
istiləşmənin qarşısını bir az da olsa ala biləriksə. Holland
cəmiyyəti az gəlirli insanlara kömək etmək üçün bütün
vasitələrə, yüksək səviyyəli səhiyyə sisteminə və fəal üzvləri
olan klub və birliklərə güclü həmrəylik hissi ilə diqqət yetirir.
Detoksifikasiya günü
Xoşməramlı dövlət
bütün Holland vətəndaşlarına ləyaqətli həyat vəd edir. Belə
ki, Hollandiyanın səhiyyə sistemi Avropada ən yaxşıların
arasındadır. Dövlət bunu hətta demoqrafik yaşlanma ilə
əlaqədar olaraq qayğıya tələbatın artması qaçılmaz olduqda
da qoruyub saxlamaq istəyir. Bu çox pul tələb edəcək və
Hollandiya artıq səhiyyəyə çox pul xərcləyən bir ölkədir.
Buna görə də biz bazara öz işini görməyə imkan verir və
əsas diqqətimizi profilaktik tədbirlər və informasiyalar
üzərində cəmləşdiririk. Ağır yeməkdən və şənlikdən sonra
“detoksifikasiya günü” indi Hollandiyada məşhur bir
konsepsiyadır.
Azadlıq və Tolerantlıq
Eyni zamanda,
Hollandların xoşuna nə gəlirsə onu da edirlər. Biz azadlıq və
tolerantlıq sayəsində böyük ehtiyat yaradırıq belə ki, onlar
ziddiyyətli və hətta digər ölkələrdə qadağan olunmuş şeyləri
qəbul etməyə daha çox meyllidirlər.
Hamı bərabərdir hətta, kral ailəsi də
Photo: WFA