BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə10/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   ...   6   7   8   9   10   11   12   13   ...   120

Genuya konfransı 
Versal-Vaşinqton  sülh  sistemi  diplomatik-siyasi  münasibətləri 
tənzimlədi.  Lakin  dünya  təsərrüfatını  və  ticarətini  bərpa  etmədən 
dövlətlər  arasında  mövcud  olan  problemləri  nizama  salmaq  xeyli 
çətin  idi.  Ona  görə  də  Avropanın  qalib  dövlətləri,  ilk  növbədə 
İngiltərə  və  Fransa  beynəlxalq  iqtisadi  münasibətləri  həll  etmək 
məqsədi  ilə  yollar  axtarmağa  başladılar.  Müttəfiqlərin  1922-ci  il 
yanvar ayının əvvəllərində Kannda keçirilən Ali Şurasının iclasında 
İngiltərənin  baş  naziri  Lloyd  Corc  beynəlxalq  iqtisadi  konfrans 
çağınnaq  barədə  təklif  irəli  sürdü.  Yanvarın  6-da  Ali  Şura  Lloyd 
Corcun  təklifi  ilə  razılaşaraq  müvafiq  qətnaməni  təsdiq  etdi. 
Konfransı keçirməkdən ötrü 6 şərt qəbul olundu: heç bir dövlət digər 
dövlətə özünün mülkiyyət sistemini, daxili iqtisadi həyatını və idarə 
sistemini  sırıya  bilməz;  başqasına  kredit  verən  dövlət  öz 
vətəndaşlarının  hüquq  və  əmlakının  qorunmasına  əmin  olmalıdır; 
ticarəti  apanuaqdan  ötrü  maliyyə-pul  dövriyyəsini  təşkil  etmək 
lazımdır;  xarici  kreditlərdən  istifadə  etmək  istəyən  dövlət  bütün 
əvvəlki  borc  və  öhdəlikləri  qəbul  etməlidir;  mövcud  quruluşu 
devirmək  üçün  təbliğat  aparılmasından  imtina  olunmalıdır;  bütün 
dövlətlər qonşularına hücumdan qarşılıqlı şəkildə imtina etməlidirlər. 
Kannda  qəbul  olunan  qətnaməyə  görə  Genuyada  çağırılacaq 
konfransda-baş  nazirlər  iştirak  etməli  idi.  İngiltərə  və  Fransa 
Almaniyadan  təzminatı  almağı,  borclar  və  Yaxın  Şərq  məsələlərini 
həll etməyi vacib saydılar. 
Dəvəti İtaliyanın Vaşinqtondakı səfiri vasitəsilə alan amerikan 
hökuməti  iqtisadi  deyil,  siyasi  xarakterli  məsələlərin  müzakirə 
olunacağını  əsas  gətirərək  konfransda  yalnız  müşahidəçi  sifəti  ilə 
iştirak edəcəyini bildirdi. ABŞ-m İtaliyadakı səfiri Çayid konfransda 
müşahidəçi statusu ilə iştirak etdi. 
Rusiyanın  konfransa  dəvət  edilməsi  məsələsi  mübahisələr 
yaratdı. Antanta dövlətləri Rusiyanı konfransa dəvət edərdilərsə, bu, 
bolşevizmi tanımaq kimi qiymətləndirilərdi. Bolşevik hökuməti 
31 


konfransa  çağınlmadıqda  isə  borcları  almaq  müşkülə  düşəcəkdi. 
Nəhayət,  uzun  mübahisələrdən  sonra  Almaniya,həmçinin  mövcud 
olan bolşevik hökuməti tanınmadan Rusiya konfransa dəvət edildilər. 
Sovet  hökumətinin  göstərişi  ilə  fevralın  22-də  Azərbaycan, 
Ennənistan, Belorusiya, Buxara, Gürcüstan, Uzaq Şərq, Ukrayna və 
Xarəzm  respublikalarının  nümayəndələri  konfransda  mənafelərini 
qorumaq hüququnu Rusiya Sovet Federativ Sosialist Respublikasına 
(RSFSR)  verməyi  nəzərdə  tutan  protokol  imzaladılar.  Nümayəndə 
heyətinin başçısı RSFSR xalq xarici işlər komissarı G.Çiçerin təyin 
edildi. 
Genuya  konfransı  aprelin  10-da  San-Corco  sarayında  29, 
İngiltərənin  dominionları  ilə  birlikdə  34  dövlətin  iştirakilə  açıldı. 
Konfransda İtaliyanı baş nazir Fakta, İngiltərəni baş nazir Lloyd Corc, 
Fransanı xarici işlər naziri Lui Bartu, Almaniyanı kansler Virt təmsil 
edirdi. İtaliyanın baş naziri konfransın sədri seçildi. Konfransda dörd 
komissiya  yaradıldı:  siyasi,  maliyyə,  iqtisadi  və  nəqliyyat.  İqtisadi 
komissiyanın  iclasında  fransızların  Almaniyaya  münasibətdə  irəli 
sürdükləri tələblər rədd edildi. Siyasi komissiyanın iclasında konkret 
siyasi məsələlərlə məşğul olmaqdan ötrü ya- rımkomissiya yaratmaq 
qərara alındı. Burada ekspertlərin məruzəsi əsasən iki məsələyə həsr 
edilmişdi:  Avropa  və  Rusiyanın  bərpası.  Məruzənin  7  maddədən 
ibarət  olan birinci  fəslində aşağıdakı tələblər irəli  sürüldü:  bolşevik 
Rusiyası  çar  hökumətinin  və  Müvəqqəti  hökumətin  maliyyə 
öhdəliklərini öz üzərinə götürür; bu öhdəliklərin yerinə yetirilməsini 
qəbul edir; xüsusi olaraq Rusiya borcları komissiyası yaradılır və s. 
Konfransda  Böyük  Britaniya  nümayəndə  heyəti  bu 
respublikaların  bolşevik  işğalına  məruz  qalaraq  sovetləşdiyini  və 
zorla sovet respublikalarına çevrildiklərini, Rusiya nümayəndə heyəti 
isə həmin respublikaların müstəqil və müttəfiq olduqlannı bildirdi. 
Avropa  dövlətləri  Rusiyadan  18  mlrd,  qızıl  rubl  borcun 
ödənilməsini,  bolşevik  nümayəndə  heyəti  isə  birinci  dünya 
müharibəsi, vətəndaş müharibəsi və xarici hərbi müdaxilə dövründə 
vurulan  zərər  üçün  bu  dövlətlərdən  30  mlrd,  dollar  tələb  edirdi. 
Rusiya 
32 


borcları  ödəməyə  aşağıdakı  şərtlərlə  razı  idi:  əlavə  kredit  və  vaxt 
verilsin. Amma Avropa dövlətlərinin düşmüş olduğu çətin maliyyə- 
iqtisadi vəziyyət bu tələbləri yerinə yetirməyə imkan vermirdi. 
Genuya  konfransının  gedişində  rus-alman  yaxınlaşması  baş 
verdi.  Aprelin  22-də  Rapalloda  iki  ölkə  arasında  imzalanan 
müqavilənin şərtlərinə görə hər iki tərəf hərbi xərcləri və müharibə 
vaxtı  vurulmuş  ziyanları  ödəməkdən,  hərbi  əsirləri  saxlamaq  üçün 
ayrılan  vəsaitdən  imtina  edirdilər;  iki  ölkə  arasında  diplomatik  və 
konsul  münasibətləri  dərhal  bərpa  olunurdu;  ticarət  və  təsərrüfat 
məsələləri əlverişli şərtlərlə tənzimlənirdi. 
Rapallo  müqaviləsinin  Almaniya  və  Rusiya  üçün  diplomatik- 
siyasi  və  iqtisadi  əhəmiyyəti  var  idi.  Konfrans  iştirakçılarını 
heyrətləndirən  müqavilə  Qərb  dövlətlərinin  vahid  mövqedən  çıxış 
etməsini  zəiflətdi.  Rusiyanın  diplomatik  blokadaya  alınmasına  son 
qoyuldu. 
İki ölkə arasında hərbi əməkdaşlığa dair saziş imzalandı. Sazişə 
görə  Almaniya  sovet  ərazisində  hərbi  bazalar  yarada,  Rusiya  isə 
alman hərbi texnikasından istifadə edə bilərdi. Lakin bu saziş kağız 
üzərində qaldı. 
Genuya konfransının gedişində adı çəkilməsə də neft məsələsi 
mühüm yer tutdu. Bakı nefti uğrunda mübarizə aparan ABŞ, Fransa, 
Belçika  və  İngiltərə  aprel  işğalı  nəticəsində  itirdikləri  mülklərini 
qaytannağa  və  konsessiyalar  almağa  çalışırdılar.  Gərgin  mübarizə 
başqa neft mənbələri uğrunda da gedirdi.Konsessiyalar məsələsində 
sovet nümayəndə heyəti arasında fikir müxtəlifliyi mövcud idi. 
Qərb  ölkələrinə  konsessiyalar  verildikdən  sonra  sovet 
təsərrüfatının  inkişafı  onların  sisteminin  təbliğinə  gətirərdi. 
Konsessiyaların verilməməsi  isə iqtisadi çətinliklərin  davam  etməsi 
demək idi. 
Konfransda  Azərbaycan  SSR-dən  N.Nərimanov  ümumi  sovet 
nümayəndə  heyətinin  tərkibində,  Ə.Topçubaşov  başda  olmaqla  isə 
mühacirətdəki  Azərbaycan  Cümhuriyyətinin  nümayəndələri  iştirak 
etdilər.  Topçubaşov  işğalçı  bolşevik  hökuməti  tərəfindən 
Azərbaycanın təbii sərvətlərinin paylanması cəhdinə etirazını 
33 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə