BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə6/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   2   3   4   5   6   7   8   9   ...   120

vət  edərək müttəfiqlər adından sülh  müqaviləsinin şərtlərini təqdim 
etdi.  Rantçau  bu  şərtlərlə  tanış  olduqdan  sonra  layihədəki  247-ci 
maddə  -  dünya  müharibəsinin  başlanmasında  yalnız  Almaniyanın 
təqsirkar  olması  ilə  razılaşmadı.  Lakin  müttəfiqlər  yenidən  hərbi 
əməliyyatlara başlamaqla hədələdikdə Almaniya sülh şərtlərini qəbul 
etməyə məcbur oldu. 
1919-
 
cu il iyunun 28-də Parisdə, Versalda Almaniya ilə sülh 
müqaviləsi imzalandı. Sülh müqaviləsinin iyunun 28-də imzalanması 
da  əbəs  deyildi.  1914-cü  ildə  həmin  gün  Avstriya-Macarıstan 
taxt-tacının vəliəhdi Frans Ferdinand “Gənc Bosna” təşkilatının üzvü, 
18 yaşlı Qavrilo Prinsip  tərəfindən qətlə  yetirilmişdi. Bu isə birinci 
dünya  müharibəsinin  başlanması  üçün  bəhanə  olmuşdu.  Sülh 
müqaviləsinin  şərtlərinə  görə  Almaniya  və  onun  müttəfiqləri 
müharibə  təqsirkarları  elan  edildilər.  Məğlub  dövlətlər  müharibədə 
vurulan ziyana görə təzminat ödəməli idilər. Almaniya baş qərargahı 
buraxılır  və  gələcəkdə  yaradılması  qadağan  olunurdu.  Almaniya 
sualtı  qayıqlar,  hərbi  və  dəniz  aviasiyası,  tanklar  saxlaya  bilməzdi. 
Ümumi hərbi mükəlləfiyyət qadağan edilirdi. Ordu yalnız könüllülük 
əsasında qurulmalı idi və 100 min nəfərdən artıq ola bilməzdi. Onun 4 
min  nəfəri  zabit  ola  bilərdi.  Əsgər  və  unter  zabitlər  orduda  12  il, 
zabitlər isə 45 il xidmət etməli idilər. 
Almaniya  yalnız  altı  orta  zirehli  gəmi  və  bir  neçə  digər  kiçik 
gəmi  saxlaya  bilərdi.  Reynin  sol  sahilinin  alman  hissəsi  və  hər  iki 
sahilindəki 50 km.-lik zolaq hərbsizləşdirilmiş zona elan edilirdi. 
Müqavilədə ərazi və müstəmləkə mülkləri məsələsi həll edildi. 
Sülh müqaviləsinin şərtlərinə əsasən Fransa 1871-ci ildə Almaniyanın 
işğal etdiyi Elzas və Lotaringiyanı geri qaytarır, Saar vilayətinin daş 
kömür  yataqlarına  sahib  olur,  Almaniyanın  Toqo  və  Kamerun 
müstəmləkələrinin bir hissəsini, Suriya və Livanı alırdı. 
Saar  vilayəti  15  il  müddətinə  Millətlər  Cəmiyyətinin 
idarəçiliyinə keçirdi. 
İngiltərə  Toqo  və  Tanqanikanı,  Şərqi  Afrikadakı  alman 
müstəmləkələrini,  Fələstin,  Transiordaniya,  İraq  və  digər  əraziləri 
alırdı. 
19 


İtaliya  Triestlə  birgə  İstriyanm  qərb  hissəsinə,  Poluna  və 
Avstriya ilə sərhəd zolağına yiyələnirdi. 
Belçika  Eypen  dairəsini,  Morene  rayonunu  və  Malmedi  alır, 
həmçinin  Ruanda  və  Urunduni,  Almaniyanın  Cənub-Qərbi 
Afrikadakı müstəmləkələrini tuturdu. 
Danimarka Şlezviqin şimal hissəsinə sahib olurdu. 
Polşa  Poznan  və  Pomeraniyanı,  Qərbi  və  Şərqi  Prussiyanı, 
həmçinin  Sileziyanın  yuxarı  hissəsini  alırdı.  Almaniya  Polşanın 
müstəqilliyini tanıyır və Dansiqdən (Qdansk) imtina edirdi. Bu liman 
Millətlər  Cəmiyyətinin  himayəsi  altında  azad  şəhər  elan  olunurdu. 
Almaniya Mcmeldən (Klaypeda) də əl çəkirdi. Liman şəhəri sonralar, 
1923-cü  ildə  Litvaya  verildi.  Polşa  Baltik  dənizinə  geniş  çıxış  ala 
bilmədi. 
Yaponiya  Sakit  okeandakı  Marşal,  Marian,  Karolin  adalarını, 
həmçinin  Çinin  Çzyao-Çjou  vilayətini,  Şandunda  isə  konsessiyalar 
alırdı. 
Müharibədə  düşmən  üzərində  qələbə  qazanılmasında  böyük 
xidmətləri  olan  ABŞ-m  müstəmləkə  məsələsində  bərabər  hüquqlar 
əldə etmək haqqında tələbləri yerinə yetirilmədi. 
Paris sülh konfransının qərarlarına əsasən başlıca məqsədi sülhü 
və  beynəlxalq  təhlükəsizliyi  qorumaqdan  ibarət  olan  Millətlər 
Cəmiyyəti  yaradıldı.  Millətlər  Cəmiyyətinin  nizamnaməsi  sülh 
müqavilələrinin  mətninə  daxil  edilərək  44  dövlət  tərəfindən 
imzalandı. Nizamnamənin 16-cı maddəsində Millətlər Cəmiyyətinin 
təcavüzkar dövlətə qarşı kollektiv iqtisadi və hərbi sanksiyalar tətbiq 
etməsi nəzərdə tutulurdu. 
Müttəfiqlər  arasında  kəskin  ziddiyyətlərin  olması  nəticəsində 
bir sıra, o cümlədən məğlub dövlətlərin ödəyəcəyi təzminat məsələsi 
barədə  razılığa  gəlinmədi.  Bu  məsələni  sonradan  ayrıca  müzakirə 
etmək  haqqında  anlaşma  əldə  olundu.  Bununla  belə,  təzminat 
məsələsi dövlətlərarası münasibətlərdə ən çox mübahisələr yaradırdı. 
Sülh  müqaviləsi  onu  imzalayan  dövlətlər  tərəfindən  təsdiq 
olundu. Lakin V.Vilsonun təkidlərinə və iki dəfə keçirilən müzaki- 
20 


rələrə  baxmayaraq,  ABŞ  senatı  Versal  sülhünü  təsdiq  etmədi. 
Beləliklə,  xarici  siyasət  məsələlərində  ABŞ-da  mövcud  olan 
təcridçilik xətti üstünlük qazandı. Müharibədə qələbəyə böyük töhfə 
verən  Birləşmiş  Ştatlar  bu  xəttin  tərəfdarlarının  təzyiqi  altında 
Millətlər  Cəmiyyəti  vasitəsilə  dünya  işlərində  yaxından  iştirak 
etməkdən uzaq düşdü. 
Almaniya iyulun 9-da sülh müqaviləsini təsdiq etdi. 
Yeni  yaradılmış  dövlətlərlə  yanaşı  Ə.Topçubaşov  başda 
olmaqla  Azərbaycan  Cümhuriyyətinin  nümayəndə  heyəti  də  Paris 
sülh  konfransında  iştirak  edirdi.  1919-cu  il  mayın  28-də 
Azərbaycanın  istiqlalı  günü  ABŞ  prezidenti  V.Vilson  Azərbaycan 
nümayəndə heyəti ilə görüşdü. Aparılan danışıqlar Birləşmiş Ştatların 
Azərbaycana  maraqını  göstərirdi.  1920-ci  il  yanvarın  11-də  Böyük 
Britaniyanın  xarici  işlər  naziri  Lord  Kerzonun  təklifi  ilə  Paris  sülh 
konfransında Antanta Ali Şurası Azərbaycanın dövlət müstəqilliyini 
de-fakto tanıyaraq onu Avropa ailəsinin bir parçası olaraq qəbul etdi. 
Bu,  Böyük  dövlətlərin  Azərbaycan  xalqına  və  qurduğu  dövlətə 
diqqəti ilə bərabər Azərbaycan diplomatiyasının böyük qələbəsi idi. 
Paris sülh konfransı heç şübhəsiz, Azərbaycan diplomatiya tarixinin 
mühüm səhifələrindən biridir. 
Almaniyanın müttəfiqləri ilə sülh müqavilələri 
Sen-Jermen sülh müqaviləsi 
Almaniya  ilə  sülh  imzalandıqdan  sonra  qalib  dövlətlər  onun 
müttəfiqləri  ilə  müqavilələri  hazırlamağa  başladılar.  İmzalanan 
müqavilələrin təməl prinsiplərini Versal sülhü təşkil edirdi. 
Avstriya ilə sülh müqaviləsi 1919-cu il sentyabrın 10-da Paris 
yaxınlığında Sen-Jermendə imzalandı. Sülh müqaviləsinin şərtlərinə 
görə  Avstriya-Macarıstan  monarxiyasının  mövcudluğuna  son 
qoyulurdu;  Cənubi  Tirolun  bir  hissəsi  və  Trentin  İtaliyaya  keçirdi; 
Çexiya və Moraviya yeni dövlət olan Çexoslovakiyanın bir hissəsinə 
çevrilirdilər; 
Bukovina 
Rumıniyaya 
keçirdi; 
Avstriya 
Çexoslovakiyanın  müstəqilliyini  tanıyırdı;  donanması  müttəfiqlərə 
verilirdi; 
21 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə