BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə12/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   ...   8   9   10   11   12   13   14   15   ...   120

Türkiyənin yeni sərhədləri beynəlxalq birlik tərəfindən tanındı. 
Razılaşmaya  əsasən  Mosul  məsələsi  doqquz  ay  müddətində 
İngiltərə  ilə  Türkiyə  arasında  bilavasitə  ikitərəfli  münasibətlərdə 
müzakirə  edilməli  idi.  Əgər  onlar  razılığa  gəlməsəydilər,  məsələ 
Millətlər Cəmiyyətinin müzakirəsinə veriləcəkdi. Lozan protokoluna 
əsasən  Türkiyədə  işğal  rejimi,  beynəlxalq  maliyyə  nəzarəti  və  türk 
ordusu  üzərindəki  məhdudiyyətlər  ləğv  edilirdi.  Qara  dəniz 
dövlətlərinin  ticarət  və  hərb  gəmiləri  dinc  və  müharibə  vaxtı 
boğazlardan  sərbəst  şəkildə  keçə  bilərdilər;  Bosfor  və  Dardanel 
boğazları hərbsizləşdirilirdi; İstanbulda türk nümayəndəsinin sədrliyi 
altında beynəlxalq boğazlar komissiyası təsis edilirdi; onun tərkibinə 
Fransa,  İngiltərə,  İtaliya,  Yaponiya,  Bolqarıstan,  Yunanıstan, 
Rumıniya, Rusiya, Yuqoslaviya və Türkiyə daxil olurdular. 
Konfransın  qərarlarına  görə  yunanlar  İstanbuldan  başqa  bütün 
türk  ərazilərindən  çıxarılırdı.  Ermənilərin  Türkiyə  ərazisində 
Ermənistan  yaratmaq  planları  boşa  çıxdı.  Böyük  dövlətlər  müdafiə 
etmədikdən  onlar  öz  istəklərinə  nail  ola  bilmədilər.  Türkiyə 
ərazisindəki Antanta dövlətlərinin əlində olan Almaniya, Avstriya və 
Macarıstan  vətəndaşlarının  mülkləri  xüsusi  müqavilə  bağlananadək 
müttəfiqlərdə saxlanılırdı. 
Lozan  protokolunu  bir  tərəfdən  İngiltərə,  Fransa,  İtaliya, 
Yaponiya,  Yunanıstan,  Rumıniya,  Yuqoslaviya,  digər  tərəfdən  isə 
Türkiyə  imzaladı.  Sənəd  imzalanan  gün  Belçika  və  Portuqaliya  da 
ona qoşuldular. Beləliklə, türk diplomatiyasının qələbəsi olan Lozan 
konvensiyası  regiondakı  qüvvələr  nisbətini  tənzimlədi.  Mövcud 
ziddiyyətləri bir qədər yumşaltdı. 
Rur münaqişəsi 
Təzminatın  ödənilməsi  məsələsindəki  çətinliklər  beynəlxalq 
münasibətlərdə  ən  mübahisəli  problemlərdən  biri  olaraq  qalırdı. 
Fransa  təzminatın  tam  ödənilməsini  israrla  tələb  etsə  də  Almaniya 
imkanı olmadığını bildirirdi. Bu zaman təzminatın ödənilməsi mə- 
37 


sələsində Almaniyada əsasən iki xətt mövcud idi: təzminatı ödəməyin 
tərəfdarları və əleyhdarları. 
Fransa çətin maliyyə və iqtisadi vəziyyətə düşdüyündən fransız 
rəsmi dairələri Rurun sərvətlərindən istifadə etmək qərarına gəldilər. 
Fransız diplomatiyası Almaniyanı təzminatı ödəməməkdə və Versal 
sülh müqaviləsinin şərtlərini pozmaqda təqsirləndirirdi. İngiltərə isə 
Fransanın Avropada güclənməsinə hər vəchlə mane olurdu. İtaliyada 
hakimiyyətdə olan B.Mussolini hökuməti Rur məsələsində Fransanı 
müdafiə  edirdi.  1923-cü  il  yanvarın  2-4-də  Parisdə  keçirilən 
konfransda  İngiltərə  dörd  il  müddətində  Almaniyanın  təzminat 
Ödəməsinə  moratorium  qoyulması  təklifini  irəli  sürsə  də  Fransa 
etiraz  etdi.  Yanvarın  10-da  Fransa  və  Belçika  Almaniyaya  nota 
verərək təzminatın ödənilməsinə nəzarət etmək üçün Rura komissiya 
göndərdiklərini  bildirdilər.  Bunun  ardınca  yanvarın  11-də 
Fransa-Belçika orduları Ruru tutdu. İngiltərə işğala  loyal münasibət 
bəsləyərək  bu  münaqişədə  Fransa  və  Almaniyanın  qarşılıqlı  olaraq 
zəifləyəcəklərinə ümid edirdi. 
•  Almaniya  hökuməti  və  xalqı  Rurun  işğalına  qarşı  çıxdı. 
Reyxstaqda  passiv  müqavimət  göstənnək  haqqında  qərar  qəbul 
olundu.  Rurun  işğalı  ilə  Almaniya  daş  kömür,  dəmir  və  çuqundan 
məlımm  edilirdi.  Ölkədə  ağır  vəziyyət  yaranmışdı.  Millətçilik 
güclənirdi. Böhran tezliklə silahlı üsyana çevrildi. 
Fransa bu işğalla öz istədiyinə çata bilmədi. Alman fəhlələrinin 
işğala  etiraz  olaraq  işləməyib  passiv  müqavimət  göstənnəsi 
nəticəsində  Fransaya  daş  kömür  göndərilmədi.  Almaniyada  ictimai 
rəy Fransanın əleyhinə daha da gücləndi. Böyük dövlətlər Fransadan 
ordularını çıxarmağı tələb etdilər. Rur avantürası Fransanın Avropada 
hegemonluq  iddialarını  iflasa  uğratdı.  Avropada  baş  verən  bu 
münaqişəyə  İngiltərənin  müdaxiləsini  tələb  edən  çağırışlar 
eşidilməyə  başlandı.  Almaniya  1923-cü  il  mayın  2-də  nota  verərək 
təzminat  məsələsini  müvafiq  komissiyanın  müzakirəsinə  vennəyi 
tələb etdi. 
Beləliklə,  1922-1923-cü  illərdə  Avropada  baş  verən 
münaqişələr və Rurun işğalı beynəlxalq münasibətlərdə yeni mühit 
38 


formalaşdırdı.  Müharibədən  sonrakı  tənzimləmə  prinsiplərinə 
yenidən  baxmaq,  təhlükəsizlik  və  əməkdaşlıq  sistemi  yaratmaq 
zərurəti  meydana  çıxdı.  ABŞ  Almaniyaya  yardım  edilməsi  təklifini 
irəli sürdü. 
Daues planı 
20-ci illərin ortalarında Avropada Fransa ilə Almaniya arasında 
kəskin diplomatik-siyasi mübarizə gedirdi. Rura yiyələnmək uğrunda 
aparılan səkkiz aylıq mübarizə FranSa üçün uğursuzluqla nətieələndi. 
Ruru tutmaqla Fransa ilk baxışda öz məqsədlərinə çatdı. Ancaq onun 
iddiaları  ingilislərin  qəti  etirazı  ilə  qarşılandı.  Belə  şəraitdə 
ingilis-fransız  narazılığı  Almaniyanın  mənafelərinə  tamamilə  cavab 
verirdi.  1923-cü  il  oktyabrın  1-də  Böyük  Britaniyanın  baş  naziri 
Stenli Bolduin və xarici işlər naziri Lord Kcrzon Fransanın Avropada 
mövcud olan problemləri  zorla həll etmək istəklərini və qarşıdunna 
yaratmaq mövqeyini kəskin tənqid etdilər. Fransa da öz növbəsində 
Avropada  hegemonluğuna  gedən  yolda  ona  maneə  olan 
İngiİiərə-ABŞ  müttəfiqliyini  zəiflətməkdən  və  Almaniyaya  qarşı 
iddialarını həyata keçirməyə nail olmaqdan ötrü müxtəlif metodlara əl 
atdı. Həmin metodlardan biri Reyn və Bavariyada seperatçı hərəkatı 
müdafiə etmək idi. Oktyabrın 21-də separatçıların qurduğu Müstəqil 
Reyn  Respublikası  Fransa  tərəfindən  tanındı.  Separatçı  hərəkat 
Bavariyada  da  gücləndi.  Əslində  Bavariya  Almaniyadan  ayrıldı. 
Fransanın  törətdiyi  Rur  avantürasının  bir  sıra  nəticələri  oldu. 
Almaniyada  gərgin  daxili  ictimai-siyasi  vəziyyət  yarandı.  Alman 
iqtisadiyyatı inflyasiyaya düçar oldu. Xalq müflisləşdi. Ölkədə solçu 
və  nasional-sosialist  təşkilatların  fəaliyyəti  gücləndi.  Sol  yönümlü 
təşkilatların  inqilab  etmək  cəhdləri  iflasa  uğradı.  Noyabrın  8-9-da 
Bavariyanın  mərkəzi  Münhendə  nasional-sosialistlərin  hökumət 
əleyhinə qiyamı baş verdi. Alman sənayeçiləri və geniş xalq kütlələri 
qiyamçıları  müdafiə  etmədi.  Qiyam  iflasa  uğradı.  Belə  vəziyyətdə 
fransız  və  Rur  sənayeçilərinin  birgə  konsern  yaratmaq  barədə 
apardıqları 
39 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə