BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə17/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   ...   13   14   15   16   17   18   19   20   ...   120

nişlər  ləğv  edildi.  Yaxın  üç  ildə  Almaniyanın  ödəyəcəyi  ləzminat 
üzərində moratorium qoyuldu. Lakin ABŞ hökuməti ingilislərin irəli 
sürdüyü şərtlə razılaşmadığı üçün pakt təsdiq edilmədi. Bununla belə, 
Almaniya daha təzminat ödəmədi. 
Tərksilah məsələsi 
Almaniyanın  Versal-Vaşinqton  sülh  sistemini  təftiş  etmək  və 
sürətlə  silahlanma  cəhdləri  beynəlxalq  münasibətlərdə  tərksilah 
məsələsinə diqqət yetirməyi ön plana çıxardı. 1932-ci il fevralın 2- də 
Cenevrədə  tərksilaha  dair  beynəlxalq  konfrans  işə  başladı. 
Konfransda  Amerika  Birləşmiş  Ştatları  Millətlər  Cəmiyyətini 
beynəlxalq borclar, təzminat, tərksilah və təhlükəsizlik məsələlərini 
həll  etmək  iqtidarında  olmadığına  görə  kəskin  tənqid  edərək  üzv 
ölkələrin quru qüvvələrini azaltmaq təklifini irəli sürdü. 
SSRİ  hamıhqla  tərksilaha  dair  konvensiya  imzalamaq  və  əgər 
digər  dövlətlər  bunu  qəbul  etməzlərsə,  onda  qismən  tərksilah  ke- 
çinnək təklifini verdi. 
Fransa  nümayəndə  heyəti  Almaniya  təhlükəsi  qarşısında 
Millətlər  Cəmiyyətinin  ordusunu  yaratmağı,  ümumi  təhlükəsizlik 
üçün müqavilələr bağlamağı və yeni hərbi ittifaq qurmağı təklif etdi. 
Lakin  Fransanın  təklifləri  Böyük  Britaniya  tərəfindən  etirazla 
qarşılandı. 
Yaponiya  ABŞ  təklifinə  qarşı  çıxaraq  amerikan  və  ingilis 
nümayəndə  heyətlərinə  Versal-Vaşinqton  sülh  sisteminə  yenidən 
baxmağı, dəniz konfranslarının qərarlarını dəyişdinnəyi təklif etdi. 
Konfransda rəhbər rol oynayan ingilis diplomatiyası silahlanma 
sahəsində Almaniya ilə Fransa arasında bərabər hüquqların bərqərar 
edilməsi təklifini irəli sürdü. 
İtaliya da silahlanma məsələsində Almaniyaya bərabər hüquqlar 
verilməsini  təklif  etdi.  Bu  tələb  İtaliya-Fransa  ziddiyyətlərini 
kəskinləşdirdi. Hərbi dəniz donanması məsələsində İtaliya Fransa ilə 
bərabərliyə nail olmağa çalışırdı. 
52 


Alman  hökuməti  təzminatın  ləğv  edilməsi  və  silahlanmada 
bərabər  imkanlar  verilməsini  tələb  etsə  də  bu  iddialar  Fransa 
tərəfindən  rədd  olundu.  Almaniya  nümayəndə  heyəti  aprel  ayında 
Böyük  Britaniya  və  Fransa  nümayəndələri  ilə  danışıqlara  başladı. 
Alman  diplomatiyası  100  min  nəfərlik  polisin  yaradılmasına  icazə 
verilməsini  və  silahlanmanın  qadağan  edilməsinin  aradan 
qaldırılmasını təklif etdi. 
İri  gəmilər  və  sualtı  qayıqlar  məsələsi  də  kəskin  mübahisələr 
yaratdı.  İngiltərə  və  Fransa  nümayəndə  heyətləri  bu  məsələdə 
Almaniyanın  bütün  linkorn  və  kreyserlərin  ləğvini  tələb  etməsinə 
qarşı çıxdılar. 
Konfransın birinci sessiyası 1932-ci il iyulun 23-də öz işini başa 
çatdırdı.  Çexoslovakiya  prezidenti  Beneşin  təqdim  etdiyi  qətnamə 
qəbul  olundu.  Qətnamədə  dövlətlər  silahlarını  artırmamağa 
çağırılırdılar. Almaniya ona bərabər hüquqlar verməyən qətnamənin 
qəbul  olunmasının  əleyhinə  çıxaraq  konfransı  tərk  etdi.  Cenevrə 
konfransının  birinci  sessiyasının  işinin  uğursuzluğu  dövlətlərarası 
münasibətləri daha da kəskinləşdirdi. Almaniya nəinki mənəvi, eyni 
zamanda  faktiki  bərabərlik  tələb  etməyə  başladı.  Belə  vəziyyətdə 
İngiltərə yenə də Almaniyaya güzəşt edilməsinin vacibliyini bildirdi. 
Dekabr ayında Cenevrədə Böyük Britaniya, Fransa, İtaliya, ABŞ və 
Almaniya nümayəndələrinin müşavirəsi keçirildi. Müşavirədə qəbul 
edilən  qətnamə  hamı  üçün  bərabər  təhlükəsizlik  sistemində 
Almaniyaya  silahlanma  sahəsində  bərabər  hüquqlar,  Fransaya  isə 
təhlükəsizliyinin təmin olunmasını vəd edirdi. Bununla da Almaniya 
hərbi- siyasi bloklara girmək hüququ qazandı. Müşavirənin yekunları 
Almaniyanın gerçək qələbəsi, Fransanın istəklərinin isə rəsmi təmin 
olunması demək idi. Bütün bunlara baxmayaraq, tərksilah beynəlxalq 
münasibətlərdə həll edilməyən başlıca problem olaraq qalırdı. 
53 


Almaniyada nasional-sosialistlərin hakimiyyət başına 
gəlməsinin beynəlxalq münasibətlərə təsiri. 
Qarışmamaq siyasəti 
30-cu  illərin  əvvəllərində  Almaniyada  hakimiyyət  uğrunda 
gedən  mübarizə  beynəlxalq  münasibətlərə  öz  təsirini  göstərirdi. 
Hakimiyyətə  yiyələnmək  üçün  nasional-sosialistlər  müxtəlif 
metodlardan  istifadə  edirdilər.  Seçkilərdə  qələbə  qazanan  nasional- 
sosialistlər Milli birlik hökuməti qurdular. 1933-eü il yanvarın 30- da 
Hitlerin reyxskansler, fon Papenin vitse-kansler, Neyratm isə xa- riei 
işlər  naziri  təyin  edilməsi  beynəlxalq  münasibətlərə  Öz  təsirini 
göstərdi.  Nasional-sosialistlər  hakimiyyət  başına  gəldikdən  sonra 
Almaniyanın  xariei  siyasətinin  qarşısında  əsasən  iki  mühüm  vəzifə 
dururdu: yaşamaq hüququnun təsdiqi; Almaniya üçün başlıca olaraq 
silahlanma sahəsində bərabər hüquq və azadlıqların  bərpa edilməsi. 
Almaniyada  nasional-sosializmin  hakimiyyət  başına  gəlməsinin 
beynəlxalq  münasibətlərə  mənfi  təsirini  görən  ABŞ  gərginliyi 
zəiflətməkdən ötrü mayın 16-da tərksilaha dair konfransın işini bərpa 
etmək  təklifini  irəli  sürdü.  Təklifə  görə  hücum  silahları 
məhdudlaşdırılmalı  və  dövlətlər  öz  aralarında  hücum  etməmək 
haqqında müqavilə imzalamalı idi. Almaniya bu təklifi bəyəndi. Eyni 
zamanda  alman  diplomatiyası  bərabər  imkanlar  hüququnun 
verilməsini  tələb  etməyə  başladı.  Tərksilaha  dair  Cenevrə 
konfransının keçirildiyi vaxt Almaniya bərabərliyi daha təkidlə tələb 
etsə də Fransa bu təklifin əleyhinə çıxdı. Böyük Britaniya və İtaliya 
isə  Fransanın  mövqeyini  müdafiə  etmədilər.  İngiltərə,  Fransa  və 
ABŞ- ın Almaniyaya təklif etdikləri iki mərhələli tərksilah layihəsini 
alman  diplomatiyası  qəbul  etmədi.  Bu  mərhələlərin  birincisində  üç 
ildən dörd ilədək sabitləşmə getməli, Almaniya uzun müddətli hərbi 
xidməti qısa müddətli hərbi xidmətlə əvəz etməli, ikinci mərhələdə 
isə üç-dörd il müddətində faktiki tərksilah həyata keçirilməli idi. İyul 
ayında  Romada  Böyük  Britaniya,  Fransa,  İtaliya  və  Almaniya 
Millətlər Cəmiyyəti çərçivəsində əməkdaşlığa dair pakt 
54 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə