Paris sülh konfransı
Məğlubiyyətə uğrayan Almaniya ilə sülh müqaviləsini işləyib
hazırlamaq və müharibədən sonrakı dünya quruluşu məsələlərini
müəyyənləşdirmək üçün qalib dövlətlər konfrans çağırmaq qərarına
gəldilər. Konfransın keçiriləcəyi yer məsələsi qalib dövlətlər arasında
müəyyən mübahisələr yaratdı. Fransa konfransın Parisdə, İngiltərə isə
bitərəf ölkədə, konkret olaraq İsveçrədə çağırılmasını təklif edirdi.
Məsləhətləşmələrdən sonra konfransın Parisdə çağırılması barədə
razılıq əldə olundu. Konfransın gündəliyinə aşağıdakı məsələlər daxil
edildi: Almaniya ilə sülh müqaviləsi; ərazi və müstəmləkə mülkləri;
Millətlər Cəmiyyətinin yaradılması; təzminat; tərksilah.
Sülh konfransı 1919-cu il yanvarın 18-də Paris yaxınlığında
Versalda Güzgülü salonda açıldı. Konfransın yanvann 18-də açılması
əbəs deyildi. Fransa-Prussiya müharibəsində qalib gəlmiş prus
yunkerləri 1871-ci il yanvarın 18-də məhz Versalda Güzgülü salonda
Almaniya imperiyasının yaradılmasını elan etmişdilər. Qalib
dövlətlər, xüsusən konfransa ev sahibliyi edən Fransa bununla
Almaniyadan əvəz çıxmaq istəyirdi. Konfransın işində 27 ölkədən,
(İngiltərənin müstəmləkələri ilə birlikdə 32 ölkədən) 1000, ekspert və
texniki heyətlə birlikdə isə iki min nəfərdən çox adam iştirak edirdi.
Konfransa ABŞ-dan 400, İngiltərədən isə 200 adam gəlmişdi. Rəsmi
nümayəndə heyətləri 4 dərəcəyə bölünmüşdü. Məğlub dövlətlərin
nümayəndələri konfransın işinə yaxın buraxılmırdılar. Yeni yaranmış
dövlətlər və bitərəf ölkələr dördüncü dərəcəyə daxil edilmişdilər.
Məsələlərin müzakirəsində bu ölkələrin iştirakı yalnız beş əsas
dövlətdən birinin dəvəti ilə mümkün ola bilərdi.
Konfransın sədri Fransanın baş naziri J.Klemanso idi. Fransa
prezidenti R.Puankare konfransın açılışmdakı nitqində Almaniyanın
taleyi ilə bağlı deyirdi: “Ədalətsizliklə yaranan şərəfsizliklə məhv
olur”. Konfransa əvvəllər Onlar şurası rəhbərlik edirdi. Bu şuranın
tərkibinə beş böyük dövlətin (ABŞ, İngiltərə, Fransa, İtaliya,
Yaponiya) hər birindən iki nümayəndə - heyət başçıları
və xarici
16