BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə11/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   ...   7   8   9   10   11   12   13   14   ...   120

bildirdi. Nərimanov isə qismən konsessiyaların verilməsinə tərəfdar 
idi.  Rapallo  müqaviləsindən  sonra  Almaniya  Azərbaycan  SSR-ni 
tanıdığını bildirərək Bakıda nümayəndəlik açdı. 
Konfransa  gələn  türklərin  məsələlərin  müzakirəsinə  yaxın 
buraxılmaması vəziyyəti xeyli mürəkkəbləşdirdi. Belə mövqe əslində 
Kiçik Asiyada sülhün bərpasına mane olurdu. 
Mayın  19-da  keçirilən  son  plenar  iclasda  konfransın  işini 
Haaqada davam etdirmək barədə qətnamə qəbul olundu. 
Haaqa konfransı 
Haaqa  konfransı  1922-ci  il  iyunun  15-dən  iyulun  20-dək 
keçirildi.  Konfransda  rus  və  qeyri-rus  komissiyaları;  xüsusi 
mülkiyyət,  borclar  və  kredit  yarımkomissiyaları  yaradıldı.  İyunun 
27-də  keçirilən  kredit  yarımkomissiyasının  ilk  iclasında  sədr  qərar 
qəbul etmək deyil, vəziyyəti öyrənmək üçün toplandıqlarını bildirdi. 
Borclar  üzrə  yarımkomissiya  da  eyni  nəticəyə  gəldi.  Xüsusi 
mülkiyyət yarımkomissiyasmda xarici ölkə vətəndaşlarının Rusiyada 
olan  mülklərinin  qaytarılması  tələb  edildi.  İlk  növbədə  neft 
mədənlərinə  olan  iddialar  irəli  sürüldü,  Xüsusi  mülkiyyətin 
qaytarılması  tələbi  və  Rusiyanın  buna  qarşı  yersiz  iddiaları 
konfransın  işini  pozdu.  Belə  şəraitdə  müzakirələrin  aparılması 
səmərəsiz idi. İyulun 19-da sovet nümayəndə heyəti təklif irəli sürdü: 
müharibədən əvvəlki borcları qəbul edir və onları ödəməyə hazırdır; 
Rusiyada  mülkiyyəti  olan  və  konsessiyalar  ala  bilməyən  keçmiş 
sahibkarların  haqqını  ödəyəcəkdir;  iki  il  müddətində  maraqlı 
şəxslərlə borcların ödənilməsi haqqında sazişə gələcəkdir. İngilislər 
bu təklifə tərəfdar, fransızlar isə əleyhinə çıxdılar. Ruslar xaricilərin 
müraciətlərinə 
ayrı-ayrılıqda 
baxılmasının, 
fərdi 
qaydada 
konsessiyalar  verilməsinin  mümkünlüyünü,  Avropa  dövlətləri  isə 
vahid  konsorsium  yaradılması  ideyasını  irəli  sürürdülər.  Sovet 
təklifləri  əməli  mahiyyət  daşımaqdan  uzaq  olub  daha  çox  Avropa 
dövlətləri arasında ixtilaflar yaratmaq və təbliğat məqsədi güdürdü. 
İyulun 20-də konfrans belə bir qətnamə qəbul 
34 


etdi;  Rusiyadan  ayrı-ayrılıqda  konsessiyalar  alınması  ideyası  rədd 
edilsin. Konfransda bolşevik nümayəndə heyətinin Rusiyanın keçmiş 
borclarının  olmasını  qəbul  etməsi  Avropa  dövlətlərini  razı  saldı. 
Bununla da konfrans öz işini başa çatdırdı. Amma dövlətlər arasında 
mövcud olan maliyyə-iqtisadi məsələləri həll etmək mümkün olmadı. 
Lozan konfransı 
Bu dövrdə mühüm hadisələr Türkiyə ətrafında  cərəyan edirdi. 
Milli  azadlıq  müharibəsinin  gedişində  ingilis-yunan  işğalçıları 
üzərində qələbə qazanan türklər Qara dəniz boğazlarına dair konfrans 
çağırılmasını  tələb  etməyə  başladılar.  Avropa  dövlətləri  tərəfindən 
qəbul edilən bu təklif əsasında çağırılan Lozan konfransı 1922-ci il 
noyabrın  20-dən  1923-cü  il  iyulun  24-dək  keçirildi.  Konfransda 
İngiltərəni lord Kerzon, Fransanı Puankare, İtaliyanı Mussolini təmsil 
edirdi.  Bundan  başqa  konfransda  Yaponiya,  Türkiyə,  Yunanıstan, 
Yuqoslaviya,  Bolqarıstan  və  Rumıniya,  həmçinin  müşahidəçi 
qismində ABŞ nümayəndə heyətləri iştirak edirdilər. Konfransda üç 
komissiya  yaradıldı:  ərazi  və  hərbi  məsələlər  siyasi  komissiyada, 
xaricilərin və milli azlıqların hüquqları məsələsi hüquqi komissiyada, 
maliyyə  və  iqtisadi  məsələlər  isə  iqtisadi  komissiyada  müzakirə 
olundu. 
İsmet İnönü başda olmaqla türk nümayəndə heyəti Türkiyənin 
sərhədlərinin  1913-cü  ildəki  kimi  qurulmasını  tələb  edirdi.  Bunun 
əksinə olaraq ingilislər Türkiyəyə Avropada daha az ərazi saxlamağa 
çalışırdılar. 
Konfransda Mosul məsələsi də müzakirə edildi. 1909-cu ilədək 
sultan  mülkiyyəti  olan  həmin  ərazi  gənc  türklər  inqilabından  sonra 
müsadirə  olunmuşdu.  Osmanlı  dövləti  birinci  dünya  müharibəsində 
məğlub olduqdan sonra türk sultanı Mosulu Əbdülhəmidin varislərinə 
qaytarmışdı.  Varislər  də  öz  növbəsində  hüquqlarını  amerikan 
kompaniyalarına  vennişdilər.  Türkiyənin  başqa  dövlətə  vermək 
istəmədiyi Mosul təkcə zəngin neft rayonu 
35 


deyil, coğrafi mövqeyinə görə Kürdüstanın açarı idi. İngiltərə ona ya 
özü sahib olmağa, ya da Millətlər Cəmiyyətinin himayəsinə verməyə 
çalışırdı.  ABŞ  bu  rayonda  ziddiyyətləri  yumşaltmaq  məqsədilə 
İngiltərə,  Fransa  və  İtaliyanın  üstünlüyünə  qarşı  çıxaraq  bütün 
dövlətlər  üçün  açıq  qapılar  prinsipinin  həyata  keçirilməsini  irəli 
sürürdü. 
Konfransda  boğazlar  haqqında  məsələ  də  müzakirə  olundu. 
Türk  diplomatiyası  həm  boğazlarda,  həm  də  Türkiyənin  digər 
ərazilərində işğal rejiminin ləğv olunmasını israr edirdi. 
1923-
 
cü il yanvarın 31-də Lord Kerzon İngiltərə, Fransa və 
İtaliya  adından  boğazlara  dair  saziş  layihəsini  türklərə  təqdim  etdi. 
Cavab  üçün  5  günlük  möhlət  verdi.  Türklər  buna  cavab  olaraq 
aşağıdakı  şərtləri  irəli  sürdülər:  Türkiyənin  dövlət  müstəqilliyi  və 
suverenliyi təmin edilsin; Sevr müqaviləsi və işğal rejimi ləğv edilsin; 
başlıca türk əraziləri saxlanılsın və b. 
Fevral  ayının  4-də  ultimatiumun  vaxtı  qurtardı.  Türk 
nümayəndə heyəti ultimatiumu qəbul etmədi. Beləliklə, konfransın işi 
pozuldu. 
Bundan  sonra  İtaliya  və  Fransa  Türkiyə  ilə  yaxınlaşmaq  xətti 
götürdülər.  Aprelin  9-da  Lozan  konfransı  öz  işinə  yenidən  başladı. 
Yunanlar türklərdən, türklər isə müttəfiqlərdən vurulan ziyana görə 
təzminat  tələb  edirdilər.  İngiltərə  belə  gərgin  vəziyyətdə  aşağıdakı 
kompromis variantı irəli sürdü: Türkiyə təzminat tələbindən əl çəkir, 
əvəzində  Qarağac  və  ətraf  əraziləri  alır.  Türklər  bu  təkliflə 
razılaşdılar.  Təzminat  almaqdan  imtina  edərək  güzəştə  getdiklərini 
bildirdilər. 
Səkkiz  aylıq  müzakirələrdən  sonra  iyulun  24-də  Lozan 
protokolu  imzalandı.  Protokola  görə  Türkiyə  Ərəbistan,  Sudan, 
Tripolitaniya,  Mesopotamiya,  Fələstin,  Suriya  və  bəzi  başqa 
ərazilərini  itirir,  Kıbrısı  Böyük  Britaniyaya,  Dodekanes  adalarını 
İtaliyaya, Egey dənizindəki bir sıra adaları Yunanıstana güzəştə getdi. 
Bununla belə, Türkiyə başlıca türk ərazilərini özündə saxladı. İzmir, 
Ədirnə  ilə  birlikdə  Şərqi  Frakiya,  Dardanelin  Avropa  sahilləri, 
Qallipoli yarımadası və b. ərazilər Türkiyəyə qaytarıldı. 
36 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə