BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə8/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   ...   4   5   6   7   8   9   10   11   ...   120

Paşanın  rəhbərliyi  ilə  Türkiyənin  suverenliyinin  bərpasını  və  işğal 
rejiminin  ləğvini  tələb  edirdi.  Türk  xalqı  Sevr  müqaviləsi  ilə 
barışmayaraq onun ləğvi uğrunda müharibəyə qalxdı. 
Türklərin  ingilis-yunan  müdaxiləçiləri  ilə  ölüm-dirim 
mübarizəsini  apardığı  bir  vaxtda  Daşnak  Ennənistanı  Türkiyə 
əleyhinə  yeni  cəbhə  açdı.  Silahlı  dəstələr  dinc  türk  əhalisinə  qarşı 
kütləvi terror və qətllər törətdilər. Türkiyəyə qarşı yeni müharibənin 
başlaması bölgədə vəziyyəti daha da mürəkkəbləşdirdi. Bütün bunlara 
baxmayaraq, türk ordu hissələri daşnak dəstələrini əzib 
1920-
 
ci il dekabrın 2-də erməni hökumətini Aleksandropol (Gümrü) 
sazişini imzalamağa məcbur etdi. 
Düşmüş  olduğu  belə  ağır  vəziyyətdə  Türkiyənin  müttəfiqi 
Antantanın  düşmən  münasibət  bəslədiyi  bolşevik  Rusiyası  idi. 
Antanta  dövlətlərinin  türk  mülklərinə  sahib  olmaq  və  bolşevizmi 
“beşiyində  boğmaq”  istəyi  Ankara  və  Moskvanı  müttəfiqə  çevirdi. 
Rusiya-  Türkiyə  yaxınlaşması  Yaxın  Şərqdə  qüvvələr  nisbətini 
dəyişdirdiyindən  Avropa  dövlətlərini  narahat  etməyə  başladı.  Belə 
şəraitdə  Fransa  Türkiyəni  Rusiyadan  ayıraraq  öz  müttəfiqinə 
çevirməyə və Yaxın Şərqdə İngiltərəyə qarşı istifadə etməyə cəhdlər 
göstərirdi. Uğursuzluğa düçar olacağını başa düşən Fransa türklərlə 
müharibəni  dayandırıb  sülh  bağlamağı  təklif  etdi.  Türk  ordusu 
yunanları 1921-ci il avqustun 24-də Sakarya çayı ətrafında, sentyabr 
ayında isə İzmirdə məğlubiyyətə uğratdı. Oktyabr ayında Türkiyə ilə 
Antanta ölkələri arasında barışıq sazişi imzalandı. Beləliklə, Sevr sülh 
müqaviləsinin  şərtləri  ilə  barışmayan  türk  xalqı  istiqlal  savaşında 
qalib gələrək ona sarsıdıcı zərbə vurdu. Mövqelərini möhkəmləndirən 
türk hökuməti daha sərt xarici siyasət xətti yeritməyə başladı. 
London konfransı 
20-ci  illərin  əvvəllərində  beynəlxalq  münasibətlərin  mühüm 
məsələləri Almaniyanın ödəyəcəyi təzminat və Yaxın Şərqdə mövcud 
olan mürəkkəb vəziyyət idi. 1921-ci il fevralın 21-dən martın 14-nə 
kimi keçirilən birinci London konfransında təzminat 
25 


və  Yaxın  Şərq  məsələləri  müzakirə  edildi.  Konfransda  iki  türk 
nümayəndə  heyəti  iştirak  edirdi.  Ankara  hökumətinin  nümayəndə 
heyətinə Bəkir Sami, İstanbul hökumətinin nümayəndə heyətinə isə 
böyük vəzir Tevfiq başçılıq edirdi. İkinci heyət konfransda əsas rol 
oynamasa  da  hər  iki  nümayəndə  heyəti  razılaşdırılmış  layihələrlə 
çıxış edirdi. Konfransda Türkiyənin tələbi aşağıdakılardan ibarət idi: 
Türkiyənin  1913-cü  ildəki  sərhədlərinin  bərpa  edilməsi;  İzmirin 
yunan  ordusundan  azad  edilməsi  və  türklərə  qaytarılması; 
boğazlardan keçidin sərbəst olduğu şəraitdə Türkiyənin suverenliyinə 
və təhlükəsizliyinə təminat verilməsi; işğal rejiminin ləğv edilməsi; 
öz  sahillərini  və  ərazilərini  qorumaq  üçün  Türkiyəyə  hərbi  dəniz 
donanması saxlamaq hüququnun verilməsi. 
İtaliya kamalçılarla müqavilə bağlamaq təklifini müdafiə edirdi. 
Fransanın  baş  naziri  Aristid  Brian  da  bu  məsələdə  yumşaq  mövqe 
tuturdu.  İngiltərə  nümayəndələri  də  türklərlə  fərdi  söhbətlərində 
Türkiyə ilə razılaşmağa cəhd edirdilər. İngiltərənin baş naziri Lloyd 
Corc  Bəkir  Sami  ilə  görüşündə  belə  bir  təklif  irəli  sürdü:  Türkiyə 
Bakı  neft  mənbələri  ilə  birlikdə  bütün  Güney  Qafqazı  öz 
protektoratlığına götürsün. Bu təklif rus-türk münasibətlərini pozmaq 
məqsədi güdürdü. 
Aralarındakı  müəyyən  ziddiyyətlərə  baxmayaraq,  İngiltərə  və 
Fransa London konfransında vahid mövqedən çıxış edirdilər. Martın 
3-də  onlar  Almaniyaya  bəyannamə  təqdim  etdilər.  Bəyannamədə 
Versal  sülhünün şərtlərinə  əməl edilməsi tələb olunurdu. Almaniya 
martın  7-ə  qədər  bu  şərtləri  qəbul  etməyəcəyi  təqdirdə  müttəfiqlər 
Reynin  sağ  sahilindəki  əraziləri  tutmalı  idilər.  Göstərilən  müddətə 
razılıq  vermədiyindən  müttəfiqlər  Almaniyanın  bəzi  ərazilərini 
tutaraq  ona  qarşı  iqtisadi  sanksiya  tətbiq  etdilər.  Vasitəçilik  barədə 
ABŞ-a etdiyi xahişlər nəticəsiz qaldığından Almaniya geri çəkilməyə 
məcbur oldu. 
Konfransın  gedişində  türklər  İtaliya  və  Fransa  ilə  hərbi 
əməliyyatların dayandırılması və iqtisadi məsələlərin tənzimlənməsi 
haqqında saziş bağladılar. Lakin sonralar TBMM hökuməti Fransa ilə 
bağlanan sazişi təsdiq etmədiyindən Bəkir Sami istefaya getdi. 
26 


Martın 11 -də Fransa və İtaliya türklərə, İngiltərə isə yunanlara 
aşağıdakı  şərtlərin  qəbulunu  təklif  etdilər:  müttəfiq  qoşunları 
İstanbuldan  çıxarılır;  müttəfiqlərin  Türkiyədəki  beynəlxalq  maliyyə 
nəzarət  komissiyasında türklər iştirak edir;  İzmirdə türk suverenliyi 
saxlanılsa da yunan qarnizonu qalır və s. Lakin həm türklər, həm də 
yunanlar  bu  şərtlərlə  razı  olmadıqlarından  konfrans  uğursuzluqla 
nəticələndi.  Yunanlar  hərbi  əməliyyatları  davam  etdirdilər.  Türklər 
isə ruslarla martın 16-da müqavilə imzaladılar. 
1921-
 
ci  il  aprelin  29-dan  mayın  5-dək  keçirilən  ikinci 
London  konfransında  Almaniyanın  təzminat  ödəməsinə  dair 
komissiyanın qərarı müzakirə edildi. Təzminatın ümumi məbləği 132 
mlrd,  qızıl  marka  müəyyənləşdirildi  (1871-ci  ildə  Prussiya  ilə 
müharibədə məğlub olmuş Fransa 5 mlrd, frank təzminat ödəmişdi). 
Müttəfiqlər  Almaniyadan  təzminatı  ödəmək,  sülh  müqaviləsinin 
tərksilah  keçirmək  və  müharibə  canilərini  təhvil  vermək  şərtlərini 
yerinə  yetirməyi  tələb  etdilər.  Ultimatumun  vaxtı  qurtaran  kimi, 
1921-ci  il  mayın  11-də  Almaniya  hökuməti  bütün  şərtləri  qəbul 
etdiyini bildirdi. 
London  konfransında  Ə.M.Topçubaşov  başda  olmaqla 
mühacirət  həyatı  keçirən  Azərbaycan  Cümhuriyyəti  nümayəndə 
heyəti də iştirak edirdi. 
Kiçik Antantanın yaradılması 
Avropada gərgin beynəlxalq münasibətlər təkcə böyük dövlətlər 
deyil,  eyni  zamanda  Almaniya,  Çexoslovakiya,  Avstriya,  Polşa  və 
Macarıstan  arasında  da  hökm  sürürdü.  İngiltərə  ilə  Fransa  arasında 
Avropa, Balkanlar və Yaxın Şərqdə hegemonluq uğrunda mübarizə 
gedirdi.  Fransa-Almaniya,  İtaliya-Fransa  ziddiyyətləri  daha  kəskin 
idi.  Belə  şəraitdə  Mərkəzi  və  Cənub-Şərqi  Avropa  dövlətlərinin 
Almaniya  iddialarına  qarşı  birləşdirilməsi  ideyasının  həyata 
keçirilməsini  Fransa  öz  üzərinə  götürdü.  1920-ci  il  avqustun  14-də 
Belqradda Çexoslovakiya ilə Yuqoslaviya arasında iki il müddətinə 
müdafiə ittifaqı, 1921-ci il aprelin 23-də isə Rumıniya 
27 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə