geniş muxtariyyət imkanları əldə etməlidirlər; Rumıniya, Serbistan və
Qaradağ boşaldılmalıdır; Osmanlı imperatorluğunun türk hissəsi
təminat və möhkəm suverenlik almalıdır; tabe etdirilmiş millətlər
üçün təhlükəsizlik və muxtar inkişafın mütləq pozulmaz şərtləri təmin
edilməlidir; müstəqil Polşa dövləti yaradılmalıdır; xüsusi müqavilələr
əsasında Millətlər Cəmiyyəti qurulmalıdır.
1918-ci ilin fevralında Vilson “14 maddə”yə daha dörd prinsip
əlavə etdi: sülh prosesi qeyd-şərtsiz olaraq ədalətə əsaslanmalıdır;
xalqlar və vilayətlər dövlətlər arasında şahmat oyunundakı piyada
kimi mübadilə vasitəsinə çevrilməməlidir; hər bir ərazi məsələsi
aidiyyəti üzrə yerli əhalinin maraqlarına uyğun olaraq həll
edilməlidir; öz taleyini qəti müəyyən etmiş
bütün millətlərin tələbləri
ödənilməlidir.
Sonralar, 1918-ci ilin oktyabrında ABŞ dövlət departamenti “14
maddə”nin şərhini işləyib hazırladı. Vilson tərəfindən bəyənilən bu
şərhdə Almaniya ilə sülh müqaviləsini hazırlamaq məqsədilə
çağırılacaq Paris sülh konfransının iş prinsipləri öz əksini tapdı.
Vilson prinsiplərindən yararlanmaq istəyən və istiqlalının
tanınmasını tələb edən hər bir xalq aşağıdakı şərtlərə cavab verməli
idi: xarakterindəki müəyyən intellektual və mənəvi-dini
xüsusiyyətlərinə görə seçilməli; öz taleyini müəyyənləşdirməyə qadir
olduğunu təsdiq etməli; öz xərclərini ödəmək üçün iqtisadi, təbii və
maliyyə vəsaitlərinə malik olmalı; özünü xarici təcavüzdən qoruya
bilməli; tabe olduğu ölkənin hökumətinin zülmündən əziyyət çəkməli
idi.
Vilsonun “14 maddə”si müharibədən sonrakı dövrdə beynəlxalq
münasibətlər sisteminin əsaslarını təşkil etmək, dünya quruluşunu və
eyni zamanda ABŞ-ın qlobal xarici siyasət istiqamətlərini
müəyyənləşdirmək məqsədini güdürdü.
Rumıniyanın təslim olması. Buxarest sülhü
Müharibənin gedişində Rumıniya məğlub edildi. 1918-ci il
mayın 7-də Buxarestdə Rumıniya ilə Almaniya bloku ölkələri
arasında sülh müqaviləsi və iqtisadi sazişlər bağlandı. Bu sazişlər
Rumıniyanın bütün təbii sərvətləri və ehtiyatlarından istifadə
edilməsində Almaniya inhisarlarına müstəsna hüquq verirdi. Buxarest
sülh müqaviləsinə görə Rumıniya strateji cəhətdən mühüm
əhəmiyyətli və meşələrlə zəngin olan 15 min km.-lik dağlıq sərhəd
zolağını Avstriya-Macarıstana güzəştə gedirdi; Cənubi Dobrucanı
Bolqarıstana qaytarırdı; Dobrucanın qalan hissəsini isə Köstəncə
(Konstança) limanı ilə birlikdə Almaniya bloku ölkələrinin
istifadəsinə verirdi; istifadə olunmayan neft mədənlərini 90 il
müddətinə Almaniya kompaniyalarına təslim edirdi. Rumıniyanın
məğlub olması Almaniya bloku ölkələrinin vəziyyətinə ümumən
müsbət təsir etdi. Lakin onların xeyrinə əsaslı dönüş yaratmadı. Ən
başlıcası
isə
Almaniyanın
yanacağa
olan
ehtiyacları
ödənilmədiyindən əlavə 'mənbələr axtarmağa başladı.
1918-
ci ilin əvvəllərində döyüşən dövlətlər arasında
qüvvələr nisbəti
Almaniya Avropanın şərqində uğurlu hərbi əməliyyatlar aparıb
geniş ərazilər tutduqdan sonra müharibənin artıq başa çatdığını və
düşmən ölkələrə öz sülh şərtlərini qəbul etdirəcəyini düşünürdü.
Lakin Almaniya bloku ölkələrinin ağır təsərrüfat-iqtisadi həyatı
onların nəinki daxili ictimai-siyasi, həmçinin beynəlxalq vəziyyətinə
də mənfi təsir edirdi. Bu ölkələrin əhalisi aclıq çəkirdi.
Orduda zəruri
olan şeylər çatışmırdı. Almaniya iqtisadi cəhətdən tükənmişdi. Əmək
məhsuldarlığı aşağı düşmüşdü. Ölkədə yanacaq və xammal ehtiyatları
çatışmırdı. Nəqliyyat bərbad hala düşmüş və insan ehtiyatı da
tükənmişdi. Xalq müharibədən usanmışdı.
Aclıq çəkən Avstriya-Macarıstan ordusu döyüş qabiliyyətini
itirmişdi. “Qurama imperiya’Ma yaşayan xalqların milli-azadlıq
mübarizəsinin güclənməsi müharibəni davam etdinnəyə daha imkan
vermirdi.