Baş redaktordan insan çalışdığı, üzərində zəhmət çəkdiyi ilk işin



Yüklə 424 Kb.
Pdf görüntüsü
səhifə9/23
tarix21.06.2018
ölçüsü424 Kb.
#50876
1   ...   5   6   7   8   9   10   11   12   ...   23

   Şəhərdə çox yer tutmayan , 5 
nəfərlik “CR-V” etibarlı yolyoldaşıdır. 
Hansı komplektasiyanı almağınızdan asılı 
olmayaraq sizi yolda qoymayacaq.
   Rəqibləri : Citroen C4 Aircross, Ford 
Kuga, Hyundai İX 35, KİA Sportage, 
Mazda CX 5 , Mitsubishi Outlander.
   Variator tipli sürət qutusu - pilləsiz 
sürət qutusudur. Bu da avtomobilin  
sürətini rahat dəyişməsinə  imkan 
yaradır. “Kolençat val”ına bərabər düşən 
güc nəticəsində mühərrik həmin gücdən 
tam istifadə edə bilir və yanacağa qənaət 
olunur.
   İlk pazvari variator 1959-cu ildə 
“DAF” minik avtomobilinə quraşdırılıb. 
“Transmatik” variatorlu sürət qutusu 
1984-cü ildən “FİAT” və «FORD»-a 
quraşdırılır.
Avto
Stop
35


«ALMAN MAŞINI»
   
«BMW»
 ni alman avtomobillərinin ən 
hörmətlisi adlandırmaq olar.  Keçmiş Sovet 
respublikalarında bu avtomobil rusların çəkib 
ekranlaşdırdığı “Бригада” filmindən sonra 
xüsusi rəğbət qazanıb. «BMW» alıb, sükan 
arxasına əyləşib “черный бумер” mahnısını 
dinləmək 21-ci əsrin əvəllərində hər bir gəncin 
arzusu idi. Bu gün, o zaman əl çatmaz hesab 
edilən, «BMW»-yə paytaxtın hər küçəsində 
rast gəlmək olsada marka hörmətini qoruyub 
saxlaya bilib. Söhbət açacağım «BMW» X5 
markalı avtomobil 2008 ci ilin istehsalıdır. 
Azərbaycana 2013 cü ildə gətirirlib. Gətirilən 
zaman yürüşü 118 000 km. olub. Azərbaycan 
yollarında  26 000 km sürülüb. Bu avtomobilin 
üzərində 272 at gücünə malik olan 3000 kub. 
santimetrlik mühərrik quraşdırılıb.
   Qeyd edim ki X5-in 4400 kub. santimetrlik 
mühərriklisi də olur. Avtomobilin xarici görnüşü 
idman üslubunda hazirlanıb. 2 tona yaxın 
çəkisi olan «BMW» X5 qabaq qanadlarının 
bamperlə bitişik olması avtomobilə xarici 
gözəllik versə də, təmir zamanı sahibini daha 
cox xərcə salır. Avtomobilinizin qanadına zədə 
dəysə təmir olunması üçün qanad bamperlə 
birlikdə çıxarılmalıdır. Sükan arxasına əyləşən 
kimi qarşınızda klassik 
«BMW»
 sükanı və 
qırmızı işıqla təhciz olunmuş alətlər panelini 
görəcəksiniz. Şəxsən mən spidometrin qırmızı 
işıqla işıqlandırılmasının tərəfdarı deyiləm. Bu 
rəng gözü tez yorur. Avtomobili idarə edən 
zaman anlayırsan ki, hər hansı bir funksiyanı 
işə salmaq üçün harasa əl üzatmaq lazım deyil. 
Axtardığınızı əlinizin altında tapacaqsınız.
Avto
Stop
36


   Geniş dirsəkaltıdan sürücü ilə 
sərnişin eyni zamanda istifadə 
edə bilər. Oturacaqların üzərinə 
çəkilən dərinin keyfiyyəti və 
yumşaqlığı məndə elə təsəvvür 
yaratdı ki, mən avtomobildə 
deyil, evdə yumşaq bir kresloda 
əyləşmişəm. Düşünürəm ki, bu 
oturacaqlar sürücüyə uzaq yolu 
durmadan qət etmək imkanı 
verir. Sürətlər qutusu altı 
pilləlidir. Bu yerdə onu da qeyd 
edim ki, 2010 ilin X5-ində artıq 
8 pilləli qutu quraşdırılıb. 
Sükan qızdırıcısının olması əlavə üstünlük sayılır.
   İki tərəfli klimat kontrol, arxa və qabaq 
oturacaqların qızdırıcısı. Yoxuşa və enişə 
gedən zaman avtomobilin sürüşməsinin 
qarşısını almaq üçün düymələr var. Salonun 
taxta hissələrinin üzərinə royalların 
rənglənməsi üçün istifadə olunan lak vurulub. 
Yəqin bunu avtomobilin biznes klassına aid 
olmasını qeyd etmək üçün vurublar. Etiraf 
edim ki, lakın royal lakı olmasını kitabçadan 
oxumasaydım anlamazdım. 
   
Avto
Stop
37


   «BMW» X5-i idarə edəndə mən tam başqa 
hisslər keşirdim. Özümü həyatda müəyyən 
uğurlar əldə etmiş iş adamı kimi hiss edirdim. 
«BMW» X5 əsl bizness klass avtomobilidir. 
3000 kub santimetrlik mühərriklə saatda 
100 kilometri 10 saniyəyə yığdı. Sahibi mənə 
bildirdiki o bunu 8 saniyəyə edir. Asqısı bir 
qədər sərt olsada avtomobilin salonunda 
nahamar yollarda səs hiss etmədim. İdarə 
etdiyim 15 dəqiqə ərzində bu avtomobil mənə 
o qədər doğmalaşdı ki, onunla vidalaşmaq 
istəmirdim. Amma hər bir yaxşı anın 
sonu olduğu kimi bizim testdrayvda sona 
çatdığından açarları sahibinə təhvil verib, 
«BMW» X5-lə vidalaşmalı oldum.  Nə vaxtsa 
görüşmək ümidi ilə.      
Avto
Stop
38
        Müəllif:
Pərviz Abubəkirov


        Müəllif:
Pərviz Abubəkirov


“Şəhər
 
uşağı”
Leonardo Da Vinçinin 
sələfləri daim yeni dizayn 
axtarışında olublar. “Fiat”, 
“Lamborgini” , “Ferrrari”, 
“Ducati” markalarının 
yaradıcıları dizayn fəlsəfəsinə 
görə digərlərindən 180 dərəcə 
fərqləniblər. Məhz bu fərqə 
görə İtalyan istehsalçıları 
hər zaman maraq obyekti 
olublar. Onlardan biri də 
kiçik həcmli mopedlər istehsal 
edən “Vespa” şirkətidir. Belə 
baxanda qeyri-adi heç nə 
yoxdur. İki təkər , iki güzgü 
və iki fənər. Vəssəlam. Sadəcə 
dizaynerlərin incə seçimi. 
Rəng çalarlarının uyğunluğu 
və gözəgəlimli olması bu 
«şəhər uşağı»-nı digərlərindən 
fərqləndirir. Əgər bir 
zamanlar moped yalnız pizza 
daşıyanların nəqliyyat vasitəsi 
idisə, “Vespa” sayəsində bu 
nəqliyyat vasitəsi gənclərin 
sevimli texnikasına çevrilir. 
Artıq avropada çoxlu sayda 
yol vergilərindən , bahalı 
benzindən və parkinqdən 
bezən gənclər öz həyatlarını 
dəbli, müasir və dinamik 
“Vespa”sız təsəvvür etmirlər.
“Paggio” şirkəti tərəfindən 
1946-cı ildən üzü bu yana 
“Vespa” istehsal olunur. 
Dünyanın ən uğurlu skuteri 
italyanlara məxsusdur. 
Bundan öncə bu cür nəqliyyat 
vasitəsinin uğur qazanacağına 
hec kim inanmırdı. 
Müharibədən sonrakı İtaliyada 
ümumiyyətlə hamı ümidsizlik 
və ruh düşkünlüyü yaşayırdı. 
İqdisadiyyatın aşağı səviyyəsi 
əhalinin alıcılıq qabiliyyətini 
aşağı salmışdı. Elə bu zaman 
ucuz və dinamik nəqliyyat 
vasitəsi dərhal populyarlıq 
qazandı. 
«Vespa» -nın dizaynına baxanda burada 
aviasiya ruhunu hiss etmək olar. Və bu da 
təsadufi deyil. «Vespa» Aviasiya mühəndisi 
Korradino De Askanio tərəfindən hazırlanıb. 
De Askanio mopedə təyyarə kimi yanaşır. 
bütün artıq elementlər yığışdırılır və ya 
birləşdirilir.Bu skuter ramasızdır. Ramanı 
aparıcı kuzov əvəz edir ki, onu sadəcə dəqiq 
formada qaynaq ediblər. 3 pilləli sürətlər 
qutusu indiyənə qədər dəyişməyib. Lakin 
indiki «Vespa»-larda bu sürətlər qutusu 
avtomatdır. Əvvəl isə sürət qutusu mexaniki 
idi. Azərbaycana gətirilən «Vespa»-ların 
mühərrik həcmi 50 kub sm-dən yuxarı 
deyil , maksimum sürət də saatda 50 km-
lə məhdudlaşdılır. 100 km-ə 3 lt yanacaq 
yandıran bu “Vespa”-nın qeydiyyata ehtiyacı 
yoxdur və dövlət qeydiyyat nişanı tələb 
olunmur. Yol Hərəkəti Haqqında Qanun 
bunu tələb edir.
Avto
Stop
40


Yüklə 424 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə