Baş redaktordan insan çalışdığı, üzərində zəhmət çəkdiyi ilk işin



Yüklə 424 Kb.
Pdf görüntüsü
səhifə7/23
tarix21.06.2018
ölçüsü424 Kb.
#50876
1   2   3   4   5   6   7   8   9   10   ...   23

Dəyişən loqolar
«BMW» AVTOMOBIL ZAVODU MÜNHEN (ALMANİYA)
Avto
Stop
27


Samuray
Pərviz Abubəkirovla 
Test-drive
Qarşınızda 2009-
cu il istehsalı 
və 2000 sm
3
 
mühərriklə olan 

Mitsubishi 
Lancer
”dir
   “Mitsubishi Lancer”in xarici görünüşü 
idman üslublu avtomobil sevənlər üçün 
çox cəlbedicidir. Kənardan baxanda 
o, aqressiv və sürətli avtomobil təsiri 
bağışlayır. Yük yerinin üzərinə quraşdırılmış 
spoyler avtomobilin idman üslubunda 
olmasını bir daha göstərir. Spoyler olmasa 
“Mitsubishi Lancer”in arxa görünüşü klassik 
sedanlardan heç nə ilə fərqlənməyəcək. 
Yeri gəlmişkən, onu da qeyd edim ki, 
maşının  yük yeri o qədər də böyük deyil.
   Salona əyləşəndə anlayırsan ki, 
avtomobilin istehsalı zamanı yaponların 
əsas şüarı “maksimum dərəcədə 
qənaət” olub. Sükan və oturacaqlar 
istisna olmaqla salonun içi tam 
plastikdən hazırlanıb. Əlimi qabaq 
panelə və spidometrin üstündəki 
gündən qoruyucu qapağa vuranda 
qoşa nağara səsinə bənzər səslər gəlsə 
də, nahamar yolda belə qabaq panelin 
səsini eşitmədim. 
   Sizə təqdim etdiyim avtomobilin 
yürüşü 65. 000 kilometrdi. Sahibinin 
sözlərinə görə, 65 mindən cəmi 8 
min kilometrini özü sürüb. Bu müddət 
ərzində təkcə bir dəfə yağını dəyişib və 
bu ona 38 manata başa gəlib. Dediyinə 
görə, hal-hazırda maşının qabaq əyləc 
qəlibləri dəyişdirilməlidir və  usta 
xidməti ilə birlikdə qəliblərin qiyməti 45 
manat olacaq.
   Sükan arxasına əyləşəndə salonun 
geniş olmasını hiss edirsən. Sağ tərəfdə 
iki oturacağın arasında dirsəkaltı və 
iki ədəd su qabı var. Mən həmin o 
su qabının içinə mobil telefonumu 
qoydum, çünki mobil telefon qoyula 
biləcək başqa yer tapmadım. Sükanın 
yanında dönmə, yaxın və uzaq 
işıqlardan savayı sürət qutusunun əllə 
idarə edilməsi üçün nəzərdə tutulan 
rıçaqlar yerləşdirilib. Sağdakı rıçaq sürət 
qutusunu yüksək, soldakı isə aşağı 
pilləyə keçirmək üçündür. Oturacaqlar 
mexaniki idarə olunur. Sükan arxasında 
özümü çox rahat hiss edirdim. 
Ümumiyyətlə, maşını hərəkətə 
gətirərkən məndə elə bir təsəvvür 
yarandı ki, sanki bu avtomobillə coxdan 
tanışam.
Avto
Stop
28


Samuray
Pərviz Abubəkirovla 
Test-drive
   Təkərlərin 18 düym olması 
avtomobilə bir qədər sərtlik 
verir. Bunu balaca çalaya 
düşəndə belə hiss etmək 
mümkündü. Qazı artırmaqla  
60-a qədər sürət demək olar 
ki, bir göz qırpımında yığılır. 
Ən maraqlısı da elə bundan 
sonra başlayır. Spidometrin 
göstəricisi 100 km.-ə catanda 
mühərrikin “oborotu” 
4000-i keçir. Mühərrik 
elə hey “qışqırıq” salır və 
salonda əyləşənlər saatda 
150 kilometrlə hərəkətdə 
olduqlarını zənn edirlər. 
Hesab edirəm ki, 
“Mitsubishi Lancer” 
sürəti sevən, amma əsl 
idman avtomobilinə pulu 
çatmayan cavanlar üçün 
maraqlı ola bilər.
Avto
Stop
29


   Bəlkə də 
mühərrikin səsinin 
salonda belə 
ucadan eşidilməsini 
istehsalçı 
bilərəkdən edib. 
Axı “Mitsubishi 
Lancer” kənardan 
idman üslublu 
avtomobil təsiri 
bağışlayır. Ola bilər 
ki, bunu, maşında 
oturanlara da hiss 
etdirmək üçün, 
sürət qutusu aşağı 
pillədən yüksək 
pilləyə, mühərrikin 
“oborotu” 
4000-ə çatanda 
keçir. Mühərrikin 
“qışqırığı” mənə 
bu hissləri yaşatdı, 
amma bir məsələni 
də unutmayaq: 
yüksək “oborot”da 
çalışan mühərrik 
yanacağı da çox 
işlədir. Necə 
deyərlər, “əliniz 
cibinizdə olsun!”
Avto
Stop
30


       Müsbət cəhətləri:
-Cəlbedici xarici görünüşü var
-Qabaq oturacaq yerləri çox rahat 
və genişdir
-Çox manevr etmək imkanlarına 
malikdir
-Əyləc sistemi əla işləyir
-İdarə edilməsi çox rahatdır
       Mənfi cəhətləri:
-Salonun aşağı keyfiyyətli plastiklə 
işlənilməsi
-Mühərrik səsinin salonda 
eşidilməsi
-Arxa oturacaqda boyu 180 sm.-
dən yuxarı olan adamın başının 
tavana dəyməsi.
  Avtomobil şəhərdə 
100 kilometrə 12-13 
litr, şosse yolda 7-8 litr 
yanacaq işlədir. Mənim 
idarə etdiyim avtomobilin 
sahibi Aİ 92 markalı 
yanacaqdan istifadə edir.
  Əgər bu avtomobili 
eyni ilin istehsalı olan 
“VW Jetta” ilə müqayisə 
etsək: “Jetta”nın yük yeri 
“Lancer”dən böyükdür. 
“Lanser”in salonunun 
dizaynı “Jetta” ilə 
müqayisədə daha müasir 
olsa da “Jetta”nın qabaq 
panelindəki plastmasın 
üzərinə keyfiyyətli 
səsboğucu material 
çəkilib. “Lancer”in sükanı 
yalnız aşağı və yuxarı 
hərəkət edir, “Jetta”nın 
sükanını isə qabağa 
və arxaya çəkmək 
mümkündür. “Jetta”da 
kondisionerin havasının 
arxa oturacaqda 
əyləşənlərə də çıxışı var, 
“Lancer”də isə bu yoxdur.
   Xarici görünüşə 
gəldikdə, “Jetta” “Lancer”ə 
tam uduzur. “Mitsubishi 
Lancer”in xarici 
görünüşü idman üslublu 
avtomobil sevənlər 
üçün çox cəlbedicidirsə, 
“Jetta” daha cox evdar 
xanımların diqqətini 
çəkən maşındır (Əlbəttə 
bu mənim subyektiv 
fikrimdir).
«“Lancer” təmirə daha az ehtiyacı olan 
avtomobildir. Qiymət baxımından  isə “Jetta”nın 
ehtiyyat hissələri daha  bahadır».
«Yeri gəlmişkən, təqdim etdiyimiz “Mitsubishi 
Lancer” 
10.000
 $ satılır. Məncə, o qədər də 
baha deyil...»
Avto
Stop
31


Yüklə 424 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə