Dursun Musayeva Hələ çiynimizdədir uğurlu əlin sənin



Yüklə 12,35 Kb.
Pdf görüntüsü
tarix25.06.2018
ölçüsü12,35 Kb.
#51335
növüDərs

background image
Dursun Musayeva 

 

Hələ çiynimizdədir uğurlu əlin sənin 

(Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunur) 

 

Ömrün şirin bir nəğmə,  



Həyatın tarix dərsi. 

Belə ömür yaşamaq,  

Arzusudur hər kəsin.  

Qoy bu tarix dərsini,  

Bütün cahan oxusun. Azərbaycan dinləsin, Azərbaycan oxusun.  

Dastanlara sığmayan,  

Bir ömrün nəğməsini, Azərbaycan oxusun.  

Dastanlara sığmayan  

Hünər salnaməsini.  

Azərbaycan dinləsin  

Ulu haqqın səsini.  

Bu səs sənin səsindi,  

Səslənir qulağımda  

Quran ayəsi kimi.  

Bu səs sənin səsindi, 

Oxunur dodağımda     

Zəfər nəğməsi kimi. 

  Bu səs sənin səsindi 

  Titrədir salonları 

    Mərmi zərbəsi kimi.  

    Yenə səni dinləyir  

    Vətənin, elin sənin. 

Hələ çiynimizdədir        

Uğurlu əlin sənin. 

 

Sən dağa arxalandın,  



Dağ sənə arxa durdu.  

Sən haqqa arxalandın,  

Haqq sənə arxa durdu.  

Sən xalqa arxalandın,  

Xalq sənə arxa durdu.  

Arxası dağ olanın  

Gücü tükənməz dedin  

Arxası haqq olanın Çırağı sönməz dedin. Arxası xalq olanın Bayrağı enməz dedin. 

Yolumuza nur saçır Ömür məşəlin sənin 

Hələ çiynimizdədir, Uğurlu əlin sənin. 

 

Bu qurub yaratdığın,  



background image
Dövlət yaşadır səni. Haqqını yaşatdığın  

Millət yaşadır səni.  

Pillə-pillə ucaldıb, Kərpic-kərpic qurduğun,  

Bu ölkə, bu məmləkət, Məmləkət boyda sevgi, Dünya dolusu şöhrət, Hörmət yaşadır 

səni. 

Sənsiz keçən günlərin, Hər ayında, günündə, Hər kəsin həyatında  



Hər nəfərin ömründə, Görünür yerin sənin. Qədirbilən xalqının, Səni sevən 

könlündə, Sağlığında ucalıb, Məğrur heykəlin sənin. 

Hələ çiynimizdədir 

Uğurlu əlin sənin.  



   

Musayeva D. Hələ çiynimizdədir uğurlu əlin sənin // Mədəniyyət. - 2008. – 6 dekabr. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Document Outline

  • Dursun Musayeva
  • Hələ çiynimizdədir uğurlu əlin sənin
  • Musayeva D. Hələ çiynimizdədir uğurlu əlin sənin // Mədəniyyət. - 2008. – 6 dekabr.

Yüklə 12,35 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə