Baş redaktordan insan çalışdığı, üzərində zəhmət çəkdiyi ilk işin



Yüklə 424 Kb.
Pdf görüntüsü
səhifə6/23
tarix21.06.2018
ölçüsü424 Kb.
#50876
1   2   3   4   5   6   7   8   9   ...   23

Vaxt var idi ərəb şeyxi 
Hamad Bin Həməd özü 
üçün dünyanın ən qeyri-adi 
avtomobilini hazırlamışdır. 
Bu yolsuzluq avtomobili 
nəhəng ölçülərə malikdir. 
Avtomobil primitiv hərbi 
Amerika «Jeep»idir. O çox 
böyük olduğundan onu 
idarə etmək mümkün 
deyildi.  Qeyd edək ki, bu 
qeyri-adi ölçülərə malik 
avtomobillərdən şeyxin 
kolleksiyasında çoxdur. 
Sözügedən «Jeep» tünd 
yaşıl rəngdədir və ondan 
dünyada bir ədəddir. Həməd 
ibn Həədin hətta nəhəng 
«Mercedes SEL» avtomobili 
də var. Şeyx avtokempinqə, 
yəni təkər üzərində evlərə 
də biganə qala bilmir.  
«Vauxhall Prince Henry» 
idman üslubunda 
hazırlanan ilk ingilis 
avtomobilidir. «Vauxhall 
Prince Henry» seriyası 
alman şahzadəsi Henrixin 
şərəfinə adlanıb. Şahzadə 
1910-cu ildə öz şərəfinə 
ralli təşkil etdirmişdir. 
Üstüaçıq «Vauxhall 
Prince Henry» cilalanmış 
alüminium kapotla 
təchiz edilmişdir. Məhz 
bu xüsusiyyət sonradan 
istehsal edilmiş «Vauxhall» 
avtomobillərinin vizit kartı 
hesab edilirdi. Avtomobilin 
mühərriki  Lourens 
Pomeroy tərəfindən 
hazırlanmışdır. «Vauxhall 
Prince Henry» «Hill Klimb» 
rallisinin qalibi  də elan 
edilmişdir.
Avto
Stop
23
        Müəllif:
Aynur Hüseyinzadə


HAVALI
 
BMW
      Bu markanın tarixi heç də 
gənc sayıla bilməz. 1917-ci ildə 
Münhendə “Bayerische Motoren 
Werke” adlı aviasiya mühərrikləri 
zavodu quruldu. Və məhz həmin 
il BMW-nin yaradıldığı tarix, Karl 
Rapp və Qustav Otto isə onun 
yaradıcıları sayılır. Versal müqaviləsi 
qüvvəyə mindikdən və Birinci Dünya 
müharibəsi sona çatdıqdan sonra, 
almanların təyyarələrə mühərriklər 
istehsalına yasaq qoyulduğu üçün 
bu sahədə vəziyyət son dərəcə 
pisləşmişdi. Şirkət isə demək olar ki, 
iflas həddində idi.
      Lakin öz işlərinin fanatı olan 
Karl Rapp və Qustav Ottonu 
qarşılarına çıxan bu problemlər 
durdura bilmədi. Və onlar mütləq 
bir variant tapmaq üçün yollar 
axtarmağa başladılar. Tapdılar 
da. İndi onlar motosiklet üçün 
mühərrik istehsalına girişməyi 
planlaşdırırdılar.Çəkilən böyük 
zəhmətdən sonra nəhayət 1923-cü 
ildə «BMW» konveyerindən «R32» 
motosikleti buraxıldı. Demək olar 
ki, az müddətdən sonra «R32»-lər 
Parisdə etibarlı və sürətli motosiklet 
nüfuzunu qazanmağı, hətta sürət 
üzrə çoxlu sayda rekordlara  imza 
atmağı da bacardı. Əslində belə 
texnikanın şöhrət əldə etməsində 
təəccüblü heç nə yox  idi.  Çünki 
işlər yüksək səviyyədə görülürdü. 
Və çox keçmədi ki,  yəni növbəti ildə 
“Motor-4” mühərrikinin istehsalına 
start verildi.  Məhz onun sayəsində 
«Frans Dimer» təyyarəsi 9.760 metr 
hündürlüyə qalxaraq dünya rekordu 
qazandı. Yeri gəlmişkən onu da qeyd 
edək ki, 1930-cu ildə mühərriklərin 
alqı-satqısı üzrə  «BMW»  ilə keçmiş 
SSRİ arasında gizli saziş bağlanmışdı 
və bunun sayəsində sovet pilotları 
da inanılmaz rekordlar əldə 
etmişdilər. 
      1928-ci ildə «BMW» 
Ayzenaxda (Tyurinqiya) yerləşən 
avtomobil zavodunu aldı və «Dixi» 
avtomobilinin istehsalına başladı. 
Əslində  bu həmin dövr üçün onların 
işinə çox yaradı.
Belə demək mümkünsə, artıq 
İkinci Dünya müharibəsi ərəfəsində 
«BMW»-ni ən dinamik inkişaf 
edən firmalardan biri hesab 
etmək olardı. 1933-cü ildə 
özünün  ilk 6-silindirli avtomobil 
mühərriklərinin istehsalına başlayan 
«BMW» təxminən üç ildən sonra
yəni,  1936-cı ildə ən məşhur 
modellərindən olan 
«328»-i buraxmağa başladı. Və 
məhz bu avtomobillə də  «BMW» 
markasının həmişə üstünlüyü 
sayılan gözəllik, keyfiyyət və 
etibarlılığının əsası qoyulmuş oldu.
Dəyişən radiator barmaqlıqları
Avto
Stop
24


Dəyişən radiator barmaqlıqları
«BMW» ŞOU RUMU MÜNHEN (ALMANİYA)
Avto
Stop
25


        1938-ci  ildə  isə    60  at  gücündə 
və  maksimal  sürəti  210  km/s  olan 
motosikletini  istehsal  edən  «BMW»-
nin bu məhsulu sayəsində Qeorq Mayer 
Avropa  çempionu,  motosiklet  isə  ən 
sürətli  adını  qazandı.  Lakin  bütün  bu 
uğurlara  baxmayaraq  İkinci  Dünya 
müharibəsinin  sonu  «BMW»  üçün 
fəlakətlə  nəticələndi.  Belə  ki,  işğal 
zonasında  qalan  4  zavod  tamamilə 
dağılmışdı.  Bu  istehsalçılar  üçün  böyük 
zərbə  olsa  da    ruhdan  düşməyən  Karl 
Rapp  və  Qustav  Otto  yenə  də  hər  şeyi 
sıfırdan başlamağa qərar verdilər. Bu işdə 
onlara dəstəkçi də tapıldı. Belə ki, 1956-
cı ildə Albrext Qraf onlara «BMW» 507-
ni  buraxmaqda  köməklik  göstərdi.  150 
at  gücünə  malik  3.2  litr  mühərrikli  bu 
avtomobil 220 km/s kimi bir sürət toplaya  
bilirdi. Qeyd edək ki, hazırda o, ən nadir 
kolleksiya avtomobillərindən biridir.
1969-cu  ildə  «BMW»  artıq  Berlində 
avtomobil istehsalına başladı. Və 1970-ci 
ildə seriyanın ən populyar modelləri çıxdı: 
«BMW»-nin 3-cü seriya, 5-ci seriya, 6-cı 
seriya,  7-ci  seriyalı  avtomobilləri.  Məhz 
bu  maşınların  çıxması  ilə  «BMW»-nin 
komfortlu  seqment  sedanları  dövrünə 
start verilmişdi.
1990-cı illərdə «BMW» 850  avtomobilində 
20-silindirlik  mühərrik  yerləşdirildi.  Bu 
da, öz növbəsində,  avtomobilin  ürəyinə 
çevrilə  bildi.  1996-cı  ilə  aid  «BMW  Z3» 
isə  Ceyms  Bondun  filmi  sayəsində  7-ci 
seriyanın  ən  məşhur  modeli  imicini 
qazandı.  İşlər  son  dərəcə  yaxşı  gedirdi. 
Hətta maşına maraq  o dərəcə də artmışdı 
ki, zavod  verilən sifarişlərin öhdəsindən 
gəlməkdə çətinlik çəkirdi. 
Hazırda BMW öz “əsərlərini” Almaniyada 
yerləşən beş zavodda və bütün dünyaya 
səpələnmiş  iyirmi  iki  müəssisədə 
istehsal  edir.  Qeyd  edək  ki,  avtomobil 
konveyerlərdə əllə yığılır,  onun kompüter 
diaqnostikasıyla  yoxlanması  isə  yalnız 
son mərhələdə həyata keçirilir. 
BMW 
507
Dəyişən loqolar
Avto
Stop
26


Yüklə 424 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə