Baş redaktordan insan çalışdığı, üzərində zəhmət çəkdiyi ilk işin



Yüklə 424 Kb.
Pdf görüntüsü
səhifə8/23
tarix21.06.2018
ölçüsü424 Kb.
#50876
1   ...   4   5   6   7   8   9   10   11   ...   23

«Yaponçik»
Honda CR-V
Bu avtomobil haqqında çoxları “daşdöyən” ifadəsini işlədir. Avtomobil yapon 
avtoistehsalının ən yaxşı nümunələrindən biridir. İncə dizayn, erqonomika və güclü 
mühərrik. Şəhərdə rahat hərəkət etmək üçün başqa nəyə ehtiyacınız var ?
Avto
Stop
32


Honda CR-V
“Honda CR-V” krossoverinin 4-cü nəslini 
amerikan və ingilis komplektasiyasında əldə etmək 
olar. Geosiyasi incəliklərlə bu avtomobili yaxından 
tanıyaq.
Hər bir özünə hörmət edən krossover alıcıya 
kuzov seçimi etməyi təklif etmir. “CR-V” - eyni 
kuzalı universaldır, geniş yük yerinə malikdir və 
yük yerinin altında böyük bir cib gizlənir. Bu cibdə 
ehtiyat rezin təkər (tam ehtiyat təkər olsaydı 
“Honda” bizdən 5+ alardı), qaldırıcı qurğu və 
açarlar yerləşdirilib. “Cib” -lə yük yerinin arası 
çox keyfiyyətli izolasiya edilib ki, hərəkət zamanı 
siz ehtiyat təkər və açarların “tappıltısını” 
eşitmirsiniz. Avtomobilin damında isə əlavə yük 
yerləşdirmək üçün reyslər mövcuddur. Və demək 
olar ki, bütün komplektasiyalarda bu var.
Bütün komplektasiyalar üçün vahid olan digər bir 
texniki həll də var. Ön təkərlər aparıcıdır və arxa 
körpü avtomatik qoşulma funksiyasına malikdir. 
175 mm-lik klirens bir qədər aşağıdır. Lakin 
mühəndislərin ideyasına əsasən avtomobilə öndən 
baxanda avtomobil hündür görünür. Yalnız vizual 
olaraq. Amma bu tip avtomobillərin tam ötürücülü 
olması daha yaxşı olardı. Yəqin yaponlar nə isə 
bilirlər.
Güc aqreqatları haqqında danışdıqda isə burada 
da yaponlar qənaət ediblər. Məsələn dizel 
mühərrikli “CR-V” Azərbaycana gətirilmir. 2000 
kub sm-ik mühərriklə 2400 kub sm-ik mühərriklər 
isə bir- birilərindən nəinki texniki xüsusiyyətlərinə 
görə, həmçinin təchiz olunduğu avtomobilə görə 
fərqlənirlər.
Bir qədər məhdud güclü (150 at gücü)  avtomobil 
avropalı istehlakçılar üçün nəzərdə tutulub.
Onları İngiltərədə yığırlar. Komplektasiya olaraq 
“Eleqans” və “Layfstayl” olaraq fərqlənirlər. Əsas 
fərq sürət qutusundadır (M6 və A5).  Opsiyalar 
baxımından böyük fərq olmasa da komfort 
və təhükəsizlik eynidir. Yaponlar təhlükəsizlik 
elementlərində heç zaman simiclik etmirlər. 
Büdcə versiyasını seçənləri məyus edəcək bir 
neçə faktor var : Sükanın, sürət ötürücüsünün 
dəri işləməsi, arxa görüntü kamerası, blutuz  və 
ştatlı qaçırılma əleyhinə sistemin olmaması.Lakin 
siz bu opsiyalar üçün əlavə ödəniş etsəniz yeni 
avtomobil sizə çox da baha baş gəlməyəcək.
Bir çoxları “CR-V”- nin sürət qutusu ilə bağlı 
fikir bildirirlər. Əvvəla onu deyək ki, “Honda” 
“Volkswagen” kimi problemli “DSG” sürət qutusu 
istehsal etmir. Hələ indiyənə qədər “Volkswagen” 
alanlar avtomobildə “DSG” sürət qutusu olsa 
avtomobili alıb almayacağını düşünür. Yaponların 
bu baxımdan problemi yoxdur. CR-V-də çox 
düşünən robot , yolsuzluqda əziyyət verəcək 
variator sürət qutusu deyil. Klassik , müasir 
olmayan amma etibarlı, 5 pilləli sürət qutusu var. 
Yeni variantda nə qədər sürət qutusu çıxsa da 
, onların özünütəsdiqi çox zaman aparacaq. Ən 
yaxşısı 5 pilləli olandır. O, sınaqdan yaxşı çıxıb.
2400 kub sm-ik mühərrikdə isə 190 at gücü var. 
Və bu avtomobil Amerikada yığılıb. Bunu yoxlamaq 
üçün avtomobilin VİN kodu üzrə axtarış verdik 
və bu axtarış öz təsdiqini tapdı. Amerikan yığımlı 
“CR-V” bir neçə fərqə malikdir , ön bamper və 
arxa şüşələrin tünd tonlaşdırılması. Mexaniki 
sürətlər qutusu yoxdur . Yalnız avtomat və o da 5 
pilləlidir.
İşləmə alqoritmində fərq var. “Sport” rejimində 
ötürücü sayı 3-lə məhdudlaşdırılıb.
Avropalı qardaşı kimi bir neçə komplektasiyaya 
malikdir. Ən ucuz “Eleqans” və ən baha 
“Premium” komplektasiyalı avtomobilləri tez 
alırlar. Ona görə onu sifariş etməyiniz daha 
yaxşı olar. “Sport” komplektasiyalı avtomobil 
isə “Layfsatyl”-dan bahadır amma mühərriki 
daha güclüdür. Siz bu komplektasiyada sükan 
idarəetməsi. oturacaqda sürücünün belini uyğun 
nizamlama, yağış sensoru və bir neçə kiçik 
elektron yeniliklərlə tanış olacaqsınız. Amma 
Amerikan yığımlı “CR-V”- də sizə (“Eksekyutiv” 
komplektasiyası) tam dəri salon, tam elektrik 
idarəetmə və damda lyuk təklif ediləcək. Və 
fikrimizcə alıcılıq qabiliyyətini nəzərə alsaq, 
aranızda  bir neçə min manat artıq pul ödəyə 
bilənlər tapılar.
Avto
Stop
33


Amma yaponlar simiclikdə bir az da irəli gediblər. 
Məsələn: avtomobildə ayaqaltı rezinlər, 
parktronik yoxdur. Parçadan olan  avtomobilin 
yer örütüyünə yapışan ayaqaltı praktik deyil. 
Parktronikin yerini açıb, amma onu boş 
saxlamaq kiçik bir zarafata bənzəyir. Onları 
dilerə əlavə pul ödəməklə əldə edə bilərsiniz.
«2,0 Elqans»: Multifunksional displey , iki 
zonalı klimat kontrol, elektropaket, ABS/ EBD, 
aşma əleyhinə sabitləşdirici sistem, təkər 
təzyiqlərinin idarəetməsi, 8 təhlükəsizlik yastığı, 
immobilayzer, mərkəzi qıfıl, AUX və USB çıxışlı 
audiosistem, işıq diodlu gündüz işıqları, işıq 
yuyucu, damda rellinq, 18 düymlü  yüngül lehimli 
disklər, kiçik ölçülü rezin ehtiyat təkər.
«2,0 Layfstayl»:”Eleqans”-dan əlavə – 
güzgülərin elektrik bağlanması, işıq və yağış 
sensoru, «blutuz», sükan və sürət qutusunun 
dəri işləməsi, qaçırılma əleyhinə sistem, duman 
faraları, arxa görüntü kamerası.
«2,4 Sport»: Multiinformativ displey, iki zonalı 
klimat kontrol, elektropaket, sükanın dəri 
işlənməsi, «blutuz», ABS/ EBD, aşma əleyhinə 
sakitləşdirici sistem, arxa görüntü  kamerası 8 
təhlükəsizlik yastığı, immobilayzer, mərkəzi qıfıl, 
AUX və USB çıxışlı audiosistem, duman əleyhinə 
işıqlar, işıq diodlu gündüz işıqları, işıqyuma, 
damda rellinq, 18 düymlü  yüngül lehimli disklər, 
kiçik ölçülü rezin ehtiyat təkər.
«2,4 Ekzekyutiv»: “Sport”-a əlavə – tam dəri 
salon, elektrik lyuk, sabvufer.
Avtomobilin yaponlar üçün nəzərdə tutulmuş  
versiyasında qarşıdakı avtomobillə ara 
məsafəsinin təyini , zolağın təyini funksiyaları 
var. Amma yaponlar bu funksiyanı özləri 
üçün saxlayıblar. Özləri üçün saxlamadıqları 
sürət limitinin təyin edilməsi , kruzi kontrol  
avtomobilin bütün komplektasiyaları üçün 
nəzərdə tutulub.
“Honda CR-V”
- 1995-ci ildən 
istehsal olunur. 2005-ci ilin 
sonunadək bu maşınların sayı  2 
milyonu ötüb.
“CR-V” «Comfortable 
Recreational Vehicle» - 
İstirahət üçün komfortlu 
avtomobil deməkdir.
“Euro N-Cap” 
təhlükəsizlik dərəcəsi  5 
ulduz.
Avto
Stop
34


Yüklə 424 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə