Азярбайжан республикасы тящсил назирлийи



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə13/25
tarix08.10.2017
ölçüsü0,61 Mb.
#3786
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   25

 

41 


üstündəki  limanları  ələ  keçirməsi  “Böyük  İpək  Yolu”  tranzit 

ticarətinə son zərbəni endirdi. 

 

 

 



2.2. Hindistan və Çinin «Böyük İpək Yolu» nda mövqeyi 

 

XII əsrdə Səlcuq işğallarının azalması ilə məhsuldar qüvvə-



lərin inkişafına əlverişli şərait yarandı. Kənd təsərrüfatı və sənət-

karlığın  tərəqqisi  ilə  daxili  və  xarici  ticarət  canlandı.  Şərqin  və 

Avropanın  böyük  mərkəzlərini  birləşdirən  İpək  yolunun 

əhəmiyyəti yenidən artmağa başladı. 

Çingiz  xan  feodal  imperiyasının  yaranması,  1258-ci  ildə 

Hülakü  xan  tərəfindən  feodallar  arasında  parçalanmış  Bağdad 

xilafətinin vahid dövlətdə birləşdirilməsi ilə əlaqədar beynəlxalq 

ticarət  əlaqələri  yenidən  genişlənməyə  başladı.  Monqol 

basqınları  nəticəsində  Cənubi  Qafqaz  şəhərlərinin  tənəzzülü 

səbəbli  IX-XII  əsrlərdə  Cənubi  Qafqazdan  keçən  yolların 

mövqeyi  zəiflədi,  cənub  karvan  yollarına  üstünlük  verilməyə 

başlandı. Təbriz şəhəri tranzit ticarətin mərkəzinə çevrildi.  

Bəhs  olunan  dövrdə  Avropa  tacirlərinin  və  səyyahlarının 

Hindistan və Çin kimi Şərqin uzaq ölkələrinə gedişi artır. 1286-cı 

ildə səyahətə çıxan Venetsiya səyyahı Marko Polo Avropada və 

Şərq ölkələrində Hindistan mallarına olan təlabatın şahidi olur. 

O,  gündəliyində  “Hindistandan  tacirlər  ədviyyat,  daş-qaş, 

mirvari, arşın malları, fil sümüyü gətirirdilər” deyə yazırdı.  

XIII əsrin sonlarında Şimaldan (Dərbənd vasitəsilə), Uzaq 

Şərqdən, Orta Asiyadan, Hindistandan və İrandan gələn ticarət 

yolları  Təbrizdə  birləşirdi.  Bu  yol  Kiçik  Asiyadan  keçib  Qərbi 

Avropa ölkələrinədək uzanırdı. Təbriz ticarət mərkəzi olmaqdan 

əlavə,  həm  də  böyük  mədəniyyət  mərkəzi  idi.  XIV  əsrin 

əvvəllərində  Təbrizdə  “Darüsşəfa”  yaradılmışdı.  Burada  təlim, 

müalicə, elmi idarələr və rəsədxana vardı. Hindistan, Çin, Misir, 

Suriya  və  Azərbaycandan  olan  müəllimlər  burada  işləyirdilər. 




 

42 


Şərqin  müxtəlif  ölkələrindən  buraya  6-7  minə  qədər  tələbə 

gəlirdi.  Təhsilin  həmin  dövr  üçün  yüksək  səviyyədə  olması  və 

Şərqin  böyük  mütəfəkkirlərinin  burada  cəmləşməsində  “Böyük 

İpək Yolu”nun rolu danılmazdır. 

Hindistan  ədəbi  abidəsinin  “Pəncətantra”  (“Kəlilə  və 

Dimnə”)  əsərinin  bir  çox  ölkələrdə  tərcüməsi  sübut  edir  ki, 

Hindistan  ticarət vasitəsilə dünya ölkələri arasında həm maddi, 

həm  də  mənəvi  sərvətlərini  yaya  bilmişdi.  Teymur 

basqınlarından  sonra  Orta  Asiya  şəhərlərində  yaranmış  dinclik 

Hind  karvanlarının  yenidən  bu  ərazilərdə  görünməsinə  səbəb 

olmuşdu. 

Mənbələrdən  məlum  olur  ki,  Teymur  Qafqazdan  (Şirvan 

əyalətindən) çoxlu albanı (10 min nəfər) Əfqanıstana, Hindistan 

sərhədlərinə  aparmışdır.  Həmin  albanlar  Hindistandan  çıxan 

ticarət  karvanlarına  basqınlar  etməklə  məşğul  olurdular. 

Hindistanla bərabər Çinin mövqeyi də bu dövrdə çox yüksək idi. 

Hindistanla  yanaşı  Çinə  də  nadir  bər-bəzək  əşyaları,  silahlar, 

keramika məmulatları, çini qablar gətirilirdi. 

Azərbaycanla  Hindistanın  iqtisadi,  dini  və  mədəni 

əlaqələrinin  tarixi  qədimdir.  Bunu  arxeoloji  qazıntılar 

nəticəsində  əldə  olunan  nümunələr  təsdiq  edir.  1890-cı  ildə  Jak 

de Morqan tərəfindən Talışda əldə olunan arxeoloji materiallar 

Hindistanla əlaqələrdən xəbər verir. 

Antik  müəlliflərin  əsərlərində  (e.ə.  IV  əsr  –  e.  I  əsri)  Hin-

distandan  uzaqlarda  Qafqaz  Albaniyasında  Rioni  (Fasis) 

çayının  yuxarıları  və  Qara  dənizdən  keçən  quru-su  yolunun 

mövcudluğu  haqqında  qeydlərə  rast  gəlirik.  Strabonda,  Böyük 

Plinidə də bu cür məlumatlar vardır. 

E.ə.  I  əsrdə  Strabon  yazırdı  ki,  hind  malları  dəvələr 

vasitəsilə Şimali Qafqaza gətirilirdi. Orta əsrlərdə tranzit ticarət 

baş  magisrtalı  Hindistanda  və  Orta  Asiyada  Ekbatan  və 

Atropatena  Qandzakı  Araz  vadisinə  və  Meotid  –  Kolxida 

magistralı  Qara  dəniz  cənub  limanı  idi.  Əsas  ticarət  məhsulları 

düyü,  pambıq  parça,  qiymətli  daşlar  və  mirvari,  müxtəlif  növ 




 

43 


aromatlı  əşyalar,  fil  sümüyü,  qara  ağac  və  boyaq  şeyləri  idi. 

Qərblə  Hindistan  arasındakı  beynəlxalq  ticarətdə  İran  və 

Azərbaycan şəhərləri vasitəçi rol oynayırdı. 

Ərəblərin  dövründə  Bərdə  ticarət  yolları  arasında 

yerləşmiş, Yaxın Şərqin iri ticarət və sənətkarlıq mərkəzi olmuş 

və demək olar ki, X əsrin I yarısınadək mövqeyini saxlamışdı. 

Bərdədən sonra əhəmiyyətli baza X-XI əsrlərdə Kül – Serc 

olmuşdu.  Ərdəbildən  27,  Marağadan  12  fərsəxdə  (bir  fərsəx  7 

km  –  dir)  yerləşən  bu  şəhərdə  qiymətli  hind  parçaları,  ipək, 

müxtəlif  növ  hind  malları  satılırmış.  Azərbaycan  şəhərləri 

Dərbənd,  Bakı  və  Şamaxı  xilafəti  şimal  və  şərq  ölkələrini 

birləşdirən beynəlxalq ticarət yolunda yerləşirdi. 

Tacirlər  Hindistandan  və  şərqin  digər  ölkələrindən  bu 

şəhərlərə  gəlir,  öz  mallarını  neft,  duz,  balıq,  mal-qara,  zəfəran, 

marena və b. mallarla dəyişirdilər. 

XV  əsrin  II  yarısından  beynəlxalq  ticarətdə  Xəzər  dənizi, 

xüsusilə  əsas  liman  olan  Bakı  böyük  əhəmiyyət  kəsb  etməyə 

başlayır. Venesiyalı səyyah Donato da Leze XV əsrin sonunda öz 

qeydlərində  Bakının  ticarət  əməliyyatlarındakı  rolu  haqqında 

məlumat vermişdir. 

İpək parçaların daha erkən dövrə aid qalıqları Azərbaycan 

ərazisində I əsrə aid Şamaxıda tapılan küp qəbirdə və V əsrə aid 

Mingəçevirdə  katakomba  qəbirdə  tapılmışdır.  Nəzərə  alsaq  ki, 

Azərbaycanda ipək istehsalı VII əsrdə yaranmışdı, güman etmək 

olar ki, ipək parça qalıqları Çin istehsalı olmuşdur. 

Çin malları karvan yolu ilə Orta Asiyadan Xəzər dənizinə 

gətirilmiş,  sonra  oradan  Kür  və  Rioni  çayları  vasitəsilə  Qara 

dəniz  sahilindəki  Fasisə-Potiyə  çatdırılmışdı.  Digər  ticarət  yolu 

–  quru  magistral  Çindən  cənuba  keçmiş,  Orta  Asiyadan  İrana, 

Ekbatan  və  Atropatena  Qanzakı,  Şimali  Azərbaycandan  yan 

keçməklə idi. 

Azərbaycana  daxil  olan  Çin  malları  içərisində  çini  qablar 

böyük yer tutmuşdu. Belə qablar Qəbələ, qədim Gəncə, Bakı və 

s. şəhərlərdə tapılmışdır. 




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə