Азярбайжан республикасы тящсил назирлийи



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə1/25
tarix08.10.2017
ölçüsü0,61 Mb.
#3786
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   25


 

 

АЗЯРБАЙCАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ 



 

АЗЯРБАЙCАН ДЮВЛЯТ ПЕДАГОJИ УНИВЕРСИТЕТИ 

______________________________________ 

 

 

Mais  Əmrahov 

 

 



 

 

БЮЙЦК ИПЯК ЙОЛУ 



 

(Dərs vəsaiti) 

 

 



 

 

Азярбайcан  Республикасы  Тящсил  Назирлийинин 



14.06.2011-cи ил тарихли 1104 №-ли ямри иля дярс 

вясаити кими тясдиг едилмишдир.. 

 

 



 

 

 



 

 

Бакы  



MÜTƏRCIM 

2011 


 



Елми редактору: Г.И.Бяширов,  



ADPU-nun “Türk və Şərqi Avropa xalqları 

tarixi  

və tarixin tədrisi metodikası” kafedrasının 

dosenti, tarix üzrə fəlsəfə doktoru 

 

Редактор:  



С.М.Мустафайева,  

ADPU-nun“Ümumiтарих” kafedrasının dosenti, 

tarix цзря фялсяфя доктору 

 

Ряйчиляр:  



  О.Б.Султанов,  

 

  ADPU-nun Tarix fakultəsinin dekanı,  

                            тарих елмляри доктору, профессор 

 

H.M.Məmmədov,  

 

Bakı Slavyan Universitetinin dosenti,  

tarix üzrə fəlsəfə doktoru 

 

 

  C.Я. Бящрaмов,  

 

  АМЕА-нын А.А.Бакыханов ад. Тарих  



 

  Институтунун директор мцавини, 

 

  тарих цзря фялсяфя доктору  

 

Н.Н.Ясядов, 

ADPU-nun Tarix fakultəsinin dekan müavini, 

тарих цзря фялсяфя доктору, досент 

 

Əmrahov  Mais  İsrail  oğlu.  Böyük  İpək  Yolu.  Dərs  vəsaiti.  –  Бакы: 

Мцтяръим, 2011. – 84 с. 

 

Dərs vəsaitində İpək Yolunun ən qədim zamanlardan müasir dövrümüzə-



dək olan tarixinə nəzər salınmış, “Böyük İpək Yolu”nun bərpasında ümummilli 

lider H.Əliyevin xidmətləri faktlarla göstərilmişdir. 

Vəsait  ali  məktəblərin  tələbələri  üçün  nəzərdə  tutulmuşdur.  Ondan  ma-

gistrlər,  doktorantlar,  elmi  yaradıcılıqla  məşğul  olanlar,  həmçinin  tam  orta 

məktəbin müəllim və şagirdləri də faydalana bilərlər.  

 

Я 



026

4310010000



 68-11

 

© Ямращов М.İ., 2011 




 



 

 

Bizim məqsədimiz “Azərbaycanı regionun 

ən  vacib  tranzit  ölkəsinə  çevirməkdir. 

Azərbaycan  xalqı  naminə,  bizdən  sonra 

gələcək  nəslin  naminə  əlimizdən  gələni 

əsirgəməməliyik. 

 

İlham Ялийев 

 

 

GİRİŞ 



 

Dünya üçüncü minilliyə qədəm qoyub. Minilliyə qayıdılan 

hadisələrdən  olan  İpək  Yolunun  bərpası  illər  keçdikcə  özünü 

doğruldacaq, Şərqlə Qərb arasında körpü rolunu oynayacaqdır. 

Bizə  belə  gəlir  ki,  İpək  yolunun  bərpasını  araşdıran  tarixçilər, 

siyasətçilər,  sosioloqlar  və  filosoflar  belə  bir  suala  cavab 

axtaracaqlar:  Minilliyin  astanasında  nə  baş  vermişdi?  Yoxsa, 

əhali dəvə karvanlarının zınqrov səsi üçün qəribsəmişdir? Amma 

heç  də  belə  deyildir,  əslində  belə  düşünmək  sadəlövlük  olardı. 

Texnologiyaların  inkişafı  ipəyə  çoxlu  alternativlər  yaradıb. 

Artıq  köhnə  dəvələr  ekzotikadan  başqa  bir  şey  deyildir.  Bir  az 

da irəliyə getsək Şərqlə Qərb arasındakı gizli qarşıdurma nəzərə 

çarpar. Qərb qarşısında min oyundan çıxan Şərq çalışır ki, onun 

xoşuna  gəlsin.  Qərb  isə  gizli  niyyətini  demokratiya  pərdəsi  ar-

xasında gizlədərək Şərq üzərinə hücuma keçərək iqtisadi asıllılığı 

artırmaq  istəyir.  Yaddan  çıxarılmamalıdır  ki,  keçmişdə  ipək 

aparılan yollarla indi neft və qaz nəql olunur.  

Bizim  də  günahımız  çoxdur.  Biz  Avropa  ilə  türk  dilində, 

kişi  dilində  danışmaq  istəyrik.  Avropa  isə  bizdən  centlmenlik 

gözləyir.  Onlar  üçün  hadisələrin  bir-birini  tamamlaması  və  hər 

şeyin uyğun gəlməsi əsasdır. Biz Avropadan real düşüncə, üslub, 

siyasi  təfəkkür  tələb  edirik.  Onlar  isə  bizə  kütləvi  mədəniyyət 

ixrac  etmək  istəyirlər.  Qərbin  məşhur  yazıçısı  U.  Folknı  qadın 



 

və kişi tərzini belə formalaşdırmışdır: «Kişi faktlardan çıxış edir, 



onun  necə  görünəcəyi,  həqiqətə  bənzəyib-bənzəməməyi  əsas 

deyil.  Qadın  üçün  isə  əsas  məsələ  zahiri  hadisələrin  bir-birini 

tamamlaması və hər şeyin uyğun gəlməsidir. Həqiqət necədir, – 

bunun mətləbə dəxli azdır». 

Avropa  bu  gün  tərəddüd  içindədir.  O  inanmaq  istəyir  ki, 

türk  ona  hünər  dilində  deyil,  onun  öz  standartları  ilə  cavab 

verəcək.  Türk  həqiqət  mənim  tərəfimdədir,  gec-tez  həqiqət 

ortaya çıxacaqdır deyə fikirləşir, erməni isə avropalı kimi ictimai 

rəyi özünə yaxınlaşdırmaq üçün əlindən gələni edir. Ən önəmlisi 

odur ki, Azərbaycan xalqı, onun lideri şərqin dilini bildiyi kimi, 

Qərbin  də  dilini  öyrənmişdir.  Əminik  ki,  seçim  düz  olmuşdur. 

Ümummilli lider H.Əliyevin başladığı iş davam etdirilməli, qalib 

Qərbin  bizə  tərəf  gəlməsinin  doğru  oluğunu  onu  inandırmaq 

lazımdır. 

Feniminizasiyaya hörmətlə yanaşan Avropa çoxdan qadın 

məntiqinə  uyğunlaşdığı  üçün  hər  şeyi  gözəl  təqdim  etməyə 

öyrənmişdir. Bir sözlə, bizi qarşıda uzun və çətin bir yol gözləyir. 

İnsanların 

ünsiyyəti 

yollardan 

başlanır. 

Müxtəlif 

ərazilərdən keçən yollar ayrı-ayrı irqlərdən olan müxtəlif xalqlar 

arasında  münasibətlər  yaratmışdır.  Vaxtaşırı  baş  verən  və  bir 

çox ölkələrin ərazisini əhatə edən istila və işğallar qədim yolları 

müəyyən  dərəcədə  dağıtsa  da,  nəticədə  yeni  şəhər  və  inzabati 

mərkəzlər salınmış, yolların istiqaməti dəyişmişdi. Ancaq köhnə 

yollar  zaman-  zaman  öz  fəaliyyətini  davam  etdirmişdir.  Belə 

yollardan biri də, bəşər tarixində ilk transkontinental ticarət və 

diplomatiya  yolu  kimi  qiymətləndirilən  “Böyük  İpək  Yolu” 

olmuşdu.  Bu  yolun  açılması  Çin  Xan  imperiyasının  hökmdarı 

U-di-nin  (e.ə.  140-86)  fəaliyyəti  ilə  bağlıdır.  İlk  dəfə  hələ  e.ə. 

138-ci ildə Orta Asiyada, o dövrün ən qüdrətli imperiyalarından 

olan  Kuşanda  olmuş  çinli  elçi  Hindistan,  Orta  Asiya  dövlətləri 

və  bu  dövlətlərin  ərazilərindən  keçən  ticarət  yolları  haqqında 

məlumat  vermişdir.  Çin  imperiyasına  tez-tez  hücum  edən  hun-

lara qarşı müttəfiq tapmaq məqsədilə Kuşana ticarət karvanı – 




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə