Азярбайжан республикасы тящсил назирлийи



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə14/25
tarix08.10.2017
ölçüsü0,61 Mb.
#3786
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   25

 

44 


Çinlə  ticarət  birtərəfli  olmamışdır.  XIV  əsrin  məşhur 

səyyahı  İbn  Bəttutə  bildirir  ki,  Kiçik  Asiya  və  İrandan  Çinə 

gözəl  Aksaray  xalçaları  gətirirdilər.  Ehtimal  etmək  olar  ki, 

Azərbaycandan Çinə xalça ixrac olunmuşdur. 

XIII  əsrdə  monqol  feodal  imperiyası  yarandıqdan  sonra 

Hülakülər  zamanında  Azərbaycanın  Uzaq  Şərqlə  ticarət 

ilişkiləri  genişlənmişdir.  Əl-Umari  məlumat  verir  ki,  Bakıdan 

Dərbəndə, Qızıl Orda ərazisindən Çinə karvan yolu vardı. 

XIII  əsrin  II  yarısından  etibarən  Təbriz  Uzaq  Şərqlə 

ticarətdə  mühüm  məntəqələrdən  birinə  çevrilir.  1285-ci  ildə 

Rəşid – əd –  Dinin Pulad adlandırdığı  əyanın  başçılığı ilə Çinə 

nümayəndə  heyəti  gəlir.  O  əyan  Hülakülər  sarayında  qalır  və 

Arqunun  məsləhətçisi  olur.  O,  həmçinin  Qazan  xanın  vaxtında 

görkəmli  rol  oynayır,  Marağada  tümen  rəisi  təyin  olunur.  Az 

sonra  ona  Şirvan  sərhədlərinin  rəisliyi  etibar  olunur.  Pulad 

Olcaytının zamanında Şirvanda vəfat edir. 

Azərbycanın  Çinlə  iqtisadi  və  mədəni  əlaqələri  XIII-XV 

əsrlərdə daha intensiv olur. 

 

 

2.3. Türk dövlətlərinin «Böyük İpək Yolu»nda  



rolu və əhəmiyyəti 

 

Qərbi  Altayda  və  İrtış  çayı  sahillərində  mövcud  olmuş 

Karluq  xaqanlığının  şəhərləri  Çin  və  Orta  Asiya  ölkələri  ilə 

ticarət  edirdilər.  Taraz  Kulan,  Aşpara  və  Suyab  şəhərlərində 

müxtəlif  ölkələrdən  gəlmiş  tacirlərə  tez-tez  rast  gəlinirdi. 

Karluqların  hakimiyyəti  zamanı  indiki  Qazaxıstan  ərazisində 

yaranan  yeni  şəhərlər  -  Çul,  Balasaqun,  Atlax,  Xamukənd, 

Koylık-Oğuz və b. şəhərlər ticarət və sənətkarlıq mərkəzləri kimi 

təşəkkül  tapırdı.  Karluq  xaqanlığının  şəhərlərində  Şərqi 

Türküstandan  və  Çin  Türküstanından  olan  tacir  və  sənətkar 

ailələri  köçüb  yerləşirdi.  Karluq  tacirləri  uzaq  ölkələrə  dəvə  və 



 

45 


atlarla müxtəlif məhsullar – dəri, gön, yun və s. aparıb əvəzində 

metal ləvazimatı, qızıl, gümüş, bəzək şeyləri gətirirdilər. 

Orta  Asiya  və  Qazaxıstandan  Çinə  bir  neçə  karvan  yolu 

vardı. 


Karvan 

yollarının 

kənarlarında 

su 


quyuları, 

karvansaraylar tikilmişdir. Orta Asiyanın mühüm ticarət yolları 

üzərində  yerləşən  şəhərləri  Şərqi  Avropa  ilə  ticarət  əlaqələri 

saxlayırdı. 

VIII  –X  əsrlərdə  Şərqi  Avropanın  ən  böyük,  ən  zəngin 

dövləti  Xəzər  xaqanlığı  idi.  Xəzərlər  təxminən  iki  əsr  Cənub  – 

Şərqi  Avropada  ağalıq  etmişdilər.  Sarkil,  Bələncər,  Səmker, 

Səmərqənd,  Kerc  kimi  şəhərlər  Bizans,  Orta  Asiya  və  Qərbi 

Avropanın  şəhərlərilə  ticarət  əlaqələri  saxlayırdılar.  Ticarət 

yolları  üzərində  yerləşən  Xəzər  xaqanlığı  bəhs  olunan  dövrdə 

beynəlxalq  ticarətdə  mühüm  rol  oynayırdı.  Xəzər  xaqanlığına 

Skandinaviyadan  kürk  və  b.  mallar,  Türkmənistandan  ipək  və 

çeşidli qumaş, Bizansdan sənət və zinət əşyaları gətirilərək Xəzər 

şəhərlərində  satılırdı.  Bu  şəhərlər  ortaq  bazar  halında  qərbdən 

şərqə,  şərqdən  qərbə  ticarət  edirdilər.  Bu  ticarətdən  Xəzər 

xaqanlığı  və  onun  əhalisi  çoxlu  qazanc  götürürdülər.  Bal,  un, 

kürk,  ipək,  mum  və  başqa  məhsullar  ticarətdə  üstünlük  təşkil 

edirdi.  Ticarətdən  alınan  10%  vergi  ilə  xəzinə  kəsirləri  ödənilir, 

şəhərlərin, xüsusilə paytaxtların – Xan Balığın və İtilin görkəmi 

dəyişirdi.  

Məlumdur  ki,  Qızıl  Ordanın  parçalanması  nəticəsində 

Volqanın  orta  axınında  Qazan  xanlığı  yarandı.  Xanlığın 

mərkəzi  kiçik  Qazan  şəhəri  idi.  XV  əsrin  sonlarında  Qazan 

şəhərində  iki  böyük  daimi  bazar  var  idi.  Bu  bazarlarda  həm 

xanlığın  kəndlərindən,  həm  də  Volqaboyundan,  Sibirdən  və 

Şərqi  Avropadan  gələnlər  ticarət  edirdilər.  1552-ci  ilin 

məlumatına görə, Qazanda 5 min nəfər xarici tacir var idi. Hər il 

şəhərdə  ticarət  yarmarkası  təşkil  edilirdi.  Yarmarkada  İran, 

Həştərxan, Krım, Orta Asiya və Qafqazdan gəlmiş tacirlər fəal 

iştirak  edirdi.  Ticarət  xanlığa  böyük  gəlir  gətirirdi.  Ticarətin 




 

46 


genişlənməsi,  əldə  olunan  gəlirin  artması  səbəbli  şəhərlərdə  iri 

karvansaraylar, məscidlər tikilir, planlı küçələr salınırdı.  

 

 

2.4. «Böyük İpək Yolu» və оrta əsr imperiyaları 



 

XIII-XIV  əsrlərdə  ticarət  əlaqələri  genişlənməkdə  idi. 

Avropa-Asiya  iqtisadi  əlaqələrinin  həyata  keçirildiyi  başlıca 

rayonlar olan Qara dəniz və Aralıq dənizi sahillərindəki ticarət 

mərkəzlərində qızğın ticarət gedirdi. Burada avropalılar müxtəlif 

Şərq  ölkələrindən  gəlmiş  tacirlərdən  növbənöv  zərif  ipək 

parçalar,  xam  ipək,  müxtəlif  ədviyyat  şeyləri,  nadir  daş-qaş  və 

başqa  şərq  malları  alır,  sonra  isə  həmin  məhsulları  qat-qat 

bahasına  satırdılar.  Müxtəlif  Şərq  malları:  ipək  və  pambıq 

parçalar,  bəzək  şeyləri,  ədviyyat  və  s.  hələ  XII-XIII  əsrlərdə 

Fransadakı  məşhur  Şampan  yarmarkalarının  canlanmasında 

mühüm  rol  oynamışdı.  Həmin  malları  Şampan  yarmarkalarına 

və Qərbin başqa ticarət mərkəzlərinə Avropa və Şərq ticarətində 

vasitəçilik edən italyan tacirləri gətirirdilər. Ənənəvi şərq malları 

ilə  ticarətdə  vasitəçilkdən  çoxlu  qazanc  götürməyə  alışmış 

Avropa  tacirləri,  xüsusən  italyanlar,  bu  məhsulların  arxasınca 

Qara dəniz və Aralıq dənizləri sahillərindən Asiyanın içərilərinə 

doğru  can  atır,  müxtəlif  şərq  ölkələrində,  o  cümlədən 

Azərbaycanda  möhkəmlənməyə  çalışırdılar.  Məşhur  italyan 

səyyahı  M.  Polo  XIII  əsrin  II  yarısına  aid  məlumatlarda 

Azərbaycan  şəhərlərində  müxtəlif  şərq  ölkələrindən  gəlmiş 

tacirlərlə  yanaşı  avropalıların  da  qızğın  ticarət  etdiyini 

göstərmişdi.  

Müxtəlif  növ  Şərq  malları  Çindən,  Hindistan  və  Orta 

Asiyadan  Həştərxan  vasitəsilə  Qara  dəniz  sahillərinə,  xüsusən 

Tanaya  gətirilir,  buradan  6-7  Venesiya  gəmisində  İtaliyaya 

aparılır, oradan bütün Avropaya yayılırdı. Qara dəniz vasitəsilə 

Avropa-Şərq  ticarət  əlaqələrinin  həyata  keçirilməsində  italyan 

tacirləri  ilə  yanaşı  genuyalı  və  venesiyalı  tacirlər  fəal  iştirak 



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə