Азярбайжан республикасы тящсил назирлийи



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə2/25
tarix08.10.2017
ölçüsü0,61 Mb.
#3786
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   25

 

səfirlik  göndərilmişdir.  Elə  bu  zamandan  etibarən  Çindən 



qərbdə  yerləşən  dövlətlərin  ərazisinə  ticarət  karvanları  yola 

düşmüşdür.  Britaniya  adalarından  tutmuş  Sakit  okean 

sahillərinədək  olan  ərazilərdə  məskunlaşmış  bütün  xalqlar  və 

dövlətlər qədim dünya siyasi sisteminin mühüm halqaları olan 4 

qüdrətli imperiyanın –  Romanın, Parfiyanın,  Kuşanın və Çinin 

tabeliliyi altında olmuşdu. Çin malları, xüsusilə bu dövrdə yalnız 

orada  istehsal  edilən  Çin  ipəyi  xarici  bazarlara  yol  tapmışdı. 

Çindən  ixrac  olunan  əsas  mal  ipək  olduğu  üçün  bu  yol  “İpək 

Yolu” adlanmağa başlanmışdı. 

Qədim Çin qaynaqları İpək yolunun tarixi haqqında məlu-

matları  özündə  qoruyub  saxlamışdır.  Çin  mənbələrinin 

əhəmiyyətini ona görə xüsusi qeyd edirik ki, Çin tarixi daha çox 

müharibələr  vaxtında  tutulan  gündəliklərdən  və  öndəki 

başçıların  raportlarından  əmələ  gəlmişdi.  Həm  də,  ticarət 

əlaqələri  olan  ölkələrə  Çin  imperatoru  tərəfindən  tez-tez 

səfirliklər  göndərilirdi.  Bu  səfirliklər  həm  ticarət  karvanlarına 

başçılıq edir, həm də Çinlə həmin ölkə arasında münasibətlərin 

qurulmasında birbaşa vasitəçi olurdu. 

İpək ticarəti ilə bağlı əsas qaynaqlar ilk dəfə Fransız Hirth 

tərəfindən işlənmiş və tədqiq edilməyə başlanmışdı. “Böyük İpək 

Yolu”nu  ilk  dəfə  II  yüzilliyin  tanınmış  coğrafiyaçısı  və 

astronomu  Klavdi  Ptolomey  (70-147)  təsvir  etmişdi. 

K.Ptolomey  özündən  əvvəl  yaşamış  yunan-Roma  müəlliflərinin 

topladığı məlumatlardan istifadə edərək dünyanın dəniz və quru 

yollarının çox cüzi səhvliklə koordinatlarını verə bilmişdi. 

Sinifli  cəmiyyətlərdə  coğrafi  biliklərin  inkişafı  həmişə  və 

hər  yerdə  iqtisadi  amildən,  yəni  ticarət  əlaqələrini 

genişləndirmək zərurətindən doğmuşdur. Beləliklə, dövrün 4 iri 

imperiyasını,  eləcə  də  başqa  dövlət  və  xaqları  birləşdirən  Şərq-

Qərb  əlaqələrinin  yaxınlaşması  prosesində  əlaqələndirici  amil 

rolunu  oynayan  “Böyük  İpək  Yolu”  mühüm  əhəmiyyət  kəsb 

etməyə  başladı.  Bu  yol  Çin  (Xan)  imperiyasının  paytaxtı 

Canandan  başlayır,  Siyandan  Lauçjou  vasitəsilə  Dunxuana 



 

gedib iki qola ayrılırdı: Şimal yolu Turfandan keçib Pamir dağ-



ları  vasitəsilə  Fərqanəyə  və  Qazaxıstan  çöllərinə  doğru  uzanır, 

cənub  yolu  isə  Labnor  gölünün  yaxınlığından  Təklə-Məkan 

dağlarının  cənub  qurtaracağı  ilə  Yarkənd  və  Pamir  dağlarının 

cənub hissəsi vasitəsilə Baktriyaya, oradan Parfiyaya və Hindis-

tana  gedir,  nəhayət,  Yaxın  Şərq  vasitəsilə  Roma  əyalətlərinə 

çatırdı.  Məhz  bu  ticarətin  təsirilə  Orta  və  Qərbi  Asiyada,  eləcə 

də karvan yolunun keçdiyi bir çox ölkələrdə ipəkçilik meydana 

çıxırdı. Yaxın Şərqin güclü dövlətləri isə Qərb dünyasına aparan 

bu  yolda  vasitəçiliyi  ələ  keçirməyə  cəhd  göstərir  və  çox  vaxt 

buna nail olurdular. 

Yuxarıda  qeyd  etdik  ki,  Çinə  gələn  ticarət  karvanlarına 

dövlət səviyyəsində yüksək qiymət verildiyi üçün onlar “səfirlik” 

adlandırılırdı.  Bu  karvanlar  vasitəsi  ilə  Bizansa  hind  ədviyyatı, 

fil  sümüyü,  rənglər,  parçalar,  Yəmən  buxuru,  qızıl  qum  və 

külçələr, Afrika qulları və s. gətirilirdi. Bu yolda ağalıq etmək və 

külli miqdarda gəlirə sahib olmaq uğrunda Sasanilər, Bizans və 

Roma  arasında  daima  mübarizə  olmuşdu.  VI  əsrdə  isə  Türk 

xaqanlığı və Çin Suy dövləti İpək yolunun şərq hissəsinə nəzarət 

uğrunda  mübarizə  aparmışdır.  Türk  xaqanlığının  iki  müstəqil 

dövlətə  -  Şərq  və  Qərb  dövlətlərinə  bölünməsindən  və 

aralarındakı  zidiyyətlərdən  istifadə  edən  çinlilər  hegemonluq 

qazanmışlar.  Bu  hegemonluq  Çin  qaynaqlarındakı  Çinin  xarici 

ticarət əlaqələrində öz əksini tapmışdır. Çindən Koreyaya, Mon-

qolustana, Yaponiyaya, Mərkəzi Asiyaya, Hindistana, Fars kör-

fəzi  sahilinə,  oradan  isə  Qərbə  doğru  aparan  quru  və  su 

yollarının marşrutu açılmışdi. 

«Böyük  İpək  Yolu»nun  beynəlxalq  əhəmiyyəti  VII-X  əsr-

lərdə,  ərəb-müsəlman  dövlətinin  Çin  və  Hindistandan  tutmuş 

İspaniyayadək  geniş  bir  ərazini  öz  hakimiyyəti  altında 

birləşdirdiyi  dövrdə  daha  da  artır.  Vahid  dövlət  tərkibində 

birləşmiş  müxtəlif  xalqların  ümumsiyasi  və  dini-mədəni 

ünsiyyətə cəlb olunması daxili və beynəlxalq ticarətlə yanaşı baş 

verirdi. Orta Asiya türklərinin o dövr həyatı haqqında tədqiqat 



 

aparmış  akademik  V.V.Bartoldun  yazdığına  görə  “müsəlman 



mədəniyyətinin  ticarət  əlaqələri  vasitəsilə  dinc  yolla  yayılması 

türklərin  taleyinə  müsəlman  silahının  uğurlarından  daha  artıq 

təsir göstərmişdir”. 

Mənbələrdə  «Böyük  İpək  Yolu»  vasitəsilə  ticarət  edən 

yəhudi, rus və avropalı tacirlər haqqında məlumatlar vardır. 

Səlcuqlar  və  Monqollar  dövründə  İpək  yolu  ilə  aparılan 

ticarətin inkişafı üçün geniş imkanlar açıldı. Şərq-Qərb arasında 

əlaqələr daha da genişləndi. İpək yolunun XIII əsr dövrünü Ve-

nesiya  səyyahı  Marko  Polonun  əsərlərində  daha  aydın  görmək 

olar. Onun Kiçik Asiya, Azərbaycan, İran, İraq, Mərkəzi Asiya, 

xüsusilə Uzaq Şərq ölkələri, o cümlədən Monqolustan, Çin, Cə-

nub  dənizindəki  adalar,  Yaponiya,  Şimali  Asiya  ilə  xəz  dəri  ti-

carəti, Yava, Sumatra, Seylon, Hindistan, Madaqaskar haqqın-

dakı  məlumatlar  Avropada  dərin  maraq  doğurmuşdur.  Marko 

Polodan daha əvvəl yaşamış Qannon, Herodot, Strabon, K.Pto-

lomey  və  bu  kimi  antik  dövr  müəllifləri  öz  əsərlərində  ticarət 

karvanlarının  və  böyük  ticarət  mərkəzlərinin  adlarını  qeyd 

etmişlər. 

X  əsrdə  İslam  dünyasının  –  Hindistan  və  Orta  Asiyadan 

başlayaraq İspaniya da daxil olmaqla Atlantik okeanına qədər – 

çox geniş əraziləri əhatə edən 21 xəritəsi tərtib olunmuşdur. İbn 

Vahb  (IX  əsr),  Əl-Yaqubi  (X  əsr),  əl  -  İstəhri  (820-934),  İbn 

Fədlan  (X  əsr),  Əl-Məsudi  (X  əsr),  İbn  Havqəl  (X  əsr), 

Müqəddəsi  (X  əsr),  Yaqut  əl  -  Həməvi  (XII  əsr)  kimi  ərəb 

səyyah  və  coğrafiyaçıları  İpək  yolunun  erkən  orta  əsrlər  dövrü 

üçün  çox  maraqlı  məlumatları  öz  əsərlərində  əks  etdirmişlər. 

XIV əsr ərəb səyyahı və coğrafiyaşünası olan İbn Bəttutə bir çox 

ticarət  şəhərlərini  gəzmiş,  şahidi  olduğu  bu  şəhərlərin  həyatı 

haqqında çox maraqlı fikirlər yazmışdır. 

Qalonifontibus (XIV-XV əsr) və Kalvixo kimi səyyahların 

gündəlikləri Teymurilər dövründə baş vermiş siyasi prosesləri və 

ticarət  yollarının  vəziyyətini  öyrənməyə  imkan  verir.  Teymur 




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə