Азярбайжан республикасы тящсил назирлийи



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə12/25
tarix08.10.2017
ölçüsü0,61 Mb.
#3786
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   25

 

38 


olunurdu.  Bu  şəhərlər  içərisində  Beyləqan  şəhəri  daha  çox 

fərqlənmişdi. Bir sözlə, Azərbaycan  İpək yolunun yaranışından 

bu  ticarət  yolunda  gedən  proseslərin  birbaşa  iştirakçısına 

çevrilmişdi. 

Азярбайъан яразисиндян кечян карван йолларынын изи бу эц-

нядяк  галмышдыр.  Буну  археоложи  газынтылар  заманы  ялдя  едилян 

мадди  мядяниййят  нцмуняляри  дя  тясдиг  едир.  1925-ъи  илдя 

Бярдядя  торпаг  иşляри  аpарыларкян  Александр  Македонскинин 

адындан  кясилмиш  эцмцш  тетрадрахма,  1929-ъу  илдя  Александр 

Македонскинин вя е.я ЫЫ ясрдя Селевкид дювлятинин чары адындан 

кясилмиш эцмцш монет тапылмышдыр. 

ХХ  ясрин  50-60-ъы  илlяриндя  Азярбайъан  яразисиндя  чохлу 

сайда  еллин  дюврцнцн  монетляри  ашкар  едилмишдир.  Онлардан  бири 

1958-ъи  илдя  Шамахы  шящяри  йахынлыьындакы  Хыныслы  кяндиндян 

тапылмышдыр. Е.я. Ы ясрин 90-80-ъi илляриндя басдырылан хязиня Афина, 

Фракийа,  Селевкид  дювлятинин  шящярляриндя,  Понтда,  Парфийада 

кясилмиш  монетлярдян  ибарят  олмушду.  Щямчинин,  Албанийанын 

юзцндя кясилян 70-дян артыг монет ашкар олунмушдур. Ян гядим 

вя даща зянэин хязиня Азярбайъан яразисиндя 1966-ъы илдя Албан 

дювлятинин  пайтахт  шящяри  олан  гядим  Гябяля  даьынтылаrы 

йахынлыьында  тапылмышдыр.  Бу  хязиня е.я.  ЫЫ ясрин  30-20-ъи  илляриня 

аид едилир. Хязиня Александр Македонски, Парфийа чары Сисимах, 

е.я.  187-129-ъу  иллярдя  Селевкид  дювлятини  идаря  етмиш  бцтцн 

чарларын  пулларындан,  щямчинин  Албанийанын  юзцндя  кясилян 

чохлу  монетлярдян  ибарят  олмушдур.  Хязинядякилярдян  4  ядяд 

монет  Йунан-Парфийа  дювлятиня  аиддр  ки,  бу  да  бцтцнлцкля 

Гафгазда надир сайылыр. Бу пул тапылана гядяр анъаг 1 ядяд Бак-

трийа  монети  Эцръцстанда  ашкар  едилмишди.  Азярбайъанда  щям-

чинин Ипяк йолу иля эятирилян бязяк яşйалары да ашкар олунмушдур. 

 



 

39 


 

 

II FƏSİL  

 

«BÖYÜK İPƏK YOLU» ORTA ƏSRLƏRDƏ 

 

 



2.1. «Böyük İpək Yolu» Səlcuq  

və Monqol imperiyaları dövründə 

 

“Şərq  və  Qərbin  sultanı  və  hökmdarı”  titulunu  alan 



səlcuqlar  XI  əsrdə  Şərqdə  Kaşqar,  Qərbdə  Aralıq  və  Mərmərə 

dənizlərinədək,  Şimalda  Böyük  Qafqaz  dağları,  Qara  dənizdən 

Cənubda  Fars  körfəzinədək  geniş  bir  ərazini  işğal  edərək  İpək 

yolunun  böyük  bir  sahəsinə  nəzarətə  sahib  oldular.  Səlcuqların 

Qərbə doğru hərəkət edərək Bizans  torpaqlarının çox hissəsini, 

xüsusilə  Aralıq  dənizinin  ticarət  əhəmiyyətli  şərq  sahillərini,  o 

cümlədən  İpək  yolunun  əsas  qovşaqlarından  olan  Antioxiyanı 

tutması  Qərbi  Avropanı  ayağa  qaldırdı.  Qərblilər  əsasən  dini 

bəhanələrlə  Səlib  yürüşlərinə  başladılar.  Əslində  isə  məqsəd 

Şərqin zəngin şəhərlərinə, ticarət yollarına sahib olmaq idi.  

Roma  papasına  xüsusi  sərmayə  ilə  kömək  edən  Şimali 

İtaliya  tacirləri  səlibçilərə  xidmət  göstərmiş,  onları  silah,  ərzaq 

və  muzdlu  döyüşçülərlə  təchiz  etmiş,  əvəzində  səlibçilərin  işğal 

etdikləri Suriya və Fələstində böyük güzəştlərə nail olmuşdular. 

Uzaq  Şərqdə  dəniz  ticarətini  ələ  almış  İtaliya  tacirləri  bəzən 

müsəlman  ölkələrinin  içərilərinə  də  gedərək  onlarla  mal 

mübadiləsi  edir,  Orta  Asiyadan,  Hindistandan  və  b.  yerlərdən 

gətirilən  qiymətli  məhsulları  Qərb  ticarət  bazarlarına 

çatdırırdılar.  Ticarətin  gedişi  prosesində  tacirlərin  dənizkənarı 

ticarət  sahələrində  öz  məhəllələri,  kilsələri,  ticarət  anbarları 

yaranırdı. 

XIII  əsrin  əvvəllərindən  başlayaraq  Çindən  tutmuş  Qərbi 

Avropayadək  böyük  bir  ərazini  əhatə  edən  monqol  hücumları 



 

40 


nəticəsində  Mərkəzi  Asiyanın  bütün  köçəriləri  Monqol 

imperiyası  tərkibində  birləşdirildi.  Uzunmüddətli  müharibələr 

Böyük  çölün  kasıb  əhalisini  var-yoxdan  çıxarsa  da,  Yaxın  və 

Uzaq  Şərq  arasında  fəaliyyət  göstərən  ticarət  yolları  yenidən 

işləməyə  başladı,  ticarətlə  məşğul  olan  monqol  noyonlarının 

qazancı artdı.  

Çingiz  xandan  fərqli  olaraq  apardığı  işğalçılıq  müharibə-

lərində  iqtisadi  məqsədlərini  gizlətməyən  Əmir  Teymur 

Avrasiyanı  birləşdirən  “Böyük  İpək  yolu”na  nəzarət  etmək 

məqsədilə  bu  yolun  keçdiyi  yerləri  –  İran,  Ön  Asiya  və  Cənubi 

Qafqazı ələ keçirməyə çalışırdı. 

Yalnız  Cənub  ticarət  yolunu  saxlamaq  istəyən  Əmir 

Teymur Qara dəniz və Xəzər dənizləri sahillərindən keçən Şimal 

yolunu  bağlamaq  məqsədilə  Ürgənc,  Saray  Bərkə,  Həştərxan, 

Azov  və  b.  böyük  ticarət  şəhərlərini  dağıtdı.  Türküstanın 

iqtisadiyyatını  dirçəltmək  məqsədi  ilə  Səmərqəndi  yenidən 

tikdirdi.  

XIII-XV  əsrlərdə  Qərblə  Şərq  arasında  tranzit  ticarət 

Misir,  Qırmızı  dəniz  və  Hind  okeanı  marşrutu  ilə  davam 

etdirilməyə 

başlandı. 

Mənbələrin 

məlumatına 

görə, 


İsgəndəriyyədəki  Venesiya  konsulu  italyan  tacirlərinə  verilən 

böyük  güzəştlərdən  istifadə  edərək  məmluk  sultanlarının  xarici 

siyasətinə  də  təsir  göstərir,  Aralıq  dənizi  dövlətləri  ilə 

müqavilələr bağlanmasında vasitəçi rolunu oynayırdı.  

Şübhəsizdir  ki,  ölkələrin  ərazisindən  aparılan  mallara 

rüsumlar  alınırdı.  XIII  əsrdə  Misir  ərazisindən  keçən  mallara 

qoyulan  rüsum  onun  dəyərinin  15%-ni  təşkil  edirdi.  XV  əsrdə 

“Böyük  İpək  Yolu”  ilə  mal  mübadiləsinin  azalması  dövlət 

rüsumunun  35%-dək  yüksəlməsinə  səbəb  oldu.  Yalnız  Misirə 

ağac məhsulları və dəmir gətirən tacirlərə 10%-li güzəşt edilirdi. 

Beləliklə, artırılan vergi və rüsumlar, həmçinin mübadiləyə aşağı 

əyarlı sikkələrin buraxılması XV əsrin II yarısında Hindistan və 

b. ölkələrlə edilən tranzit ticarətinə ciddi ziyan vurdu. XV əsrdə 

dəniz yollarının kəşfi, portuqaliyalıların Hindistana gedən yolun 




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə