Азярбайжан республикасы тящсил назирлийи



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə10/25
tarix08.10.2017
ölçüsü0,61 Mb.
#3786
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   25

 

31 


idarələri  yaradıldı.  Suy  sülaləsinin  hakimiyyətə  gəlməsi  ilə  İpək 

yoluna nəzarət üstündə türklərlə (turkyutlar) mübarizə ğücləndi. 

Türkdaxili ziddiyyətlərin nəticəsi olaraq xaqanlığın iki müstəqil 

Şərq və Qərb dövlətlərinə parçalanması Çin səddindən şimalda – 

müxtəlif ölkə tacirlərini əlverişli satış bazarı kimi cəlb edən çöl-

lərdə  Suy  Çin  dövlətinin  müvəqqəti  hegemonluğuna  şərairt  ya-

ratdı.  Lakin  VII  əsrin  əvvəllərində  Böyük  çöldə  qızışan  antiçin 

çıxışları  gücləndı.  Əldə  etdiyi  müvəffəqiyyətlərdən,  İpək  yolu 

uğrunda  qazandığı  uğurlardan  sonra  Suy  hökmdarları  Hind-

Çinə və Koreyaya yeni yürüşlər iddiasına düşdülər.  

Suy  hökmdarlarının  işğalçılıq  fəaliyyəti  Ümumçin  Tan 

sülaləsini hakimiyyətə gətirdi. Tan Çini dövrü ən qüdrətli dövlət 

birləşmələrindən  biri  olub  həm  də  Şərqi  Asiyanın  ən  iri  siyasi-

mədəni  mərkəzlərindən  idi.  Onun  iqtisadi  yüksəlişi  ölkənin 

xarici  ticarət  əlaqələrinin  yaxşılaşması  ilə  müşayət  olunurdu. 

VIII əsrin Çin qaynağında bu imperiyanın Koreya, Mancuriya, 

Monqolustan,  Yaponiya,  Mərkəzi  Asiya,  Hindistan  və  Fars 

körfəzi sahilinə aparan quru və dəniz yollarının marşrutu əksini 

tapmışdı.  Uzaq  ölkələrdə  dəniz  ticarətinin  mərkəzi  olan 

Quançjou, Syuançjou və Xançjou şəhərlərinə ərəb, fars, malay, 

seylon, və b. tacirlərinin gəmiləri yan alırdı.  

“Böyük  İpək  yolu”  nda  və  ona  qovuşan  müxtəlif 

istiqamətli  yollarda  məharətlə  fəaliyyət  göstərən  Çin  tacirləri 

ərəb  xilafətilə,  Bizansla,  Qərbi  Avropa  ilə,  eləcə  də  Koreya, 

Hind-Çin  yarımadası  dövlətləri,  Malay  arxipelaqı  ilə  ticarət 

edirdilər.  Cənubi  Çində  xarici  tacirlərin,  xüsusilə  fars  və 

ərəblərin  koloniyaları  yerləşmişdi.  Quançjou  yaxınlığında 

məskunlaşmış ərəblərin sayca çoxalması və onların yerli əhali ilə 

qarışması  yeni  etnik  qrupu  –  cənub  xueylərini  meydana 

gətirmişdi.  Şimali-qərbdə,  Şensi  vilayətində  və  bəzi  daxili 

rayonlarda Soqd kaloniyaları vardı. 

Tan  Çininin  Mərkəzi  Asiyada  hərbi-siyasi  və  iqtisadi 

ağalığını  qorumaq  naminə  apardığı  müharibələrə  ara  verməsi 

imperiyanın iqtisadi- mədəni əlaqələrinin inkişafına təkan verdi. 




 

32 


Lakin  tezliklə  Tan  Çini  İpək  yolunun  şərq  hissəsi  üzərində 

hegemonluğunu  saxlamağa  cəhd  göstərən  ərəblərin  Şərqə 

hərəkətinin  qarşısını  almağa  mane  olmaq  məqsədilə  Mərkəzi 

Asiyaya  yürüş  etdi.  751-ci  ildə  Talas  çayı  yaxınlığında  yerli 

əhalinin dəstəklədiyi ərəb qoşunları Çinin qərbə ekpansiyasının 

qarşısını aldı, onlara ağır zərbə endirdi.  

“Böyük İpək yolu” nun qərb hissəsinə nəzarət İspaniyadan 

Qaşqaradək  böyük  bir  ərazini  tutmuş,  Sasani  imperiyasına  son 

qoymuş, Bizans imperiyasının çox torpaqlarını ələ keçirə bilmiş 

ərəblərin  əlinə  keçdi.  Beləliklə,  Çinin  Mərkəzi  Asiyada  iqtisadi 

və  hərbi-siyasi  ağalığına  son  qoyuldu,  “Böyük  İpək  yolu”  nun 

ənənəvi quru yoluna nəzarət Çinin əlindən çıxdı. 




 

33 


 

1.5. «Böyük İpək Yolu» Ərəb xilafəti zamanında 

 

Aralıq  dənizi  sahilindən  Yəmənə  gedən  tranzit  ticarət 

karvan yolunun üstündə əsas yükboşaltma və yükdaşıma bazası 

Məkkədə  yerləşirdi.  Məkkə  tacirləri  ildə  iki  dəfə  Yəməndən 

gələn tranzit karvanlara qoşulur, özləri ilə Suriyada satmaq üçün 

aşılanmış  dəri,  Ərəbistan  mədənlərindən  əldə  edilən  gümüş 

külçələri, yüksək qiymətləndirilən Taif kişmişi aparırdılar. Onlar 

bu  ticarətdən  bəzən  50,  hətta  100%  gəlir  əldə  edirdilər. 

Karvanları  yaxşı  silahlanmış  yüzlərlə  muzdlu  keşikçi  müşayət 

edirdi.  Lakin  Yəmənin  Sasani  imperiyasının  tərkibinə  daxil 

edilməsi  Cənubi  Ərəbistan  vasitəsilə  aparılan  ticarəti  zəiflətdı. 

Çünki  Sasani  dövləti  Bizansa  gedən  Hind  malları  tranzitinin 

Yəməndən  deyil,  bilavasitə  İran  ərazisindən  keçməsinə  cəhd 

göstərirdi. Təbii ki, digər daxili amillərlə yanaşı, bu amil də Ərə-

bistanda sosial-iqtisadi böhranın baş verməsi üçün az rol oyna-

mamışdı.  

Şərq-Qərb  dünyalarını  birləşdirən  qədim  İpək  yolunun 

beynəlxalq  əhəmiyyəti  VII-X  əsrlərdə  bir  az  da  artdı.  Vahid 

dövlət  tərkibində  birləşmiş  müxtəlif  xalqların  ümumsiyasi  və 

dini-mədəni ünsiyyətə cəlb olunması daxili və benəlxalq ticarətlə 

yanaşı paralel getməyə başlayır. Müsəlman tacirləri bir-birindən 

xeyli  aralı  yerləşmiş  ən  ucqar  yerlərdə  siyasi,  dini-mədəni 

təbliğatın  daşıyıcıları  kimi  çıxış  etməyə  başlayırlar.  Xilafətin 

ayrı-ayrı 

yerləri 

arasında 

əlaqələrin 

möhkəmlənməsi, 

Hindistanın,  Ön  və  Uzaq  Şərqin  ucqar  rayonları  ilə  artan 

ünsiyyət  xalqların  iqtisadi,  dini-mədəni  həyatında  bir  çox 

yeniliklərlə müşayət olunur. Orta Asiya türklərinin o dövr həyatı 

haqqında  tədqiqat  aparmış  akademik  V.V.Bartoldun  təbirincə 

desək  “...ticarət  əlaqələri  vasitəsilə  dinc  yolla  müsəlman 

mədəniyyətinin  yayılması  türklərin  taleyinə  müsəlman  silahının 

uğurlarından daha artıq təsir göstərmişdir”. 



 

34 


Qeyri müsəlman dünyası, o cümlədən Cənub-Şərqi və Mər-

kəzi Asiya, eləcə də Qərbi və Şərqi Avropa ölkələri ilə müntəzəm 

əlaqələr  yaradılması  “Böyük  İpək  yolu”nun  xilafət  ərazisindən 

keçən  qollarına  nəzarətin  gücləndirilməsini,  fəaliyyətdə  olan 

bütün  rabitə  yolları  qovşağını  bərpa  etmək  zərurətini  gündəmə 

gətirdi.  Xilafətin  müxtəlif  vilayətlərindən  keçən  bu  ticarət 

karvan  yolları  “poçt  yolu”  sayılsa  da,  bu  yolların  üstündə 

yerləşdirilən  poçt  -  gömrük  məntəqələri  xüsusi  əhəmiyyət 

daşıyırdı.  IX  əsrdə  yaşamış  ərəb  coğrafiyaşünası  İbn 

Xordadbehin  yazdığına  görə,  bütün  Xilafət  yollarında  930  belə 

məntəqə var imiş. Yolçular və tacirlər atlarını bu məntəqələrdə 

dəyişir, məktub torbalarını, digər şeyləri yerlərə aparan qasidlər 

burada  müəyyənləşdirilir,  kömrükxanalar  burada  yerləşirdi. 

Xilafətin  mərkəzində  məntəqələrarası  məsafə  biri  digərindən  9-

12 km. aralı idisə, mərkəzdən uzaqlaşdıqca bu məsafə artır, bəzi 

ucqar  yerlərdə  hətta  70  km-ə  çatırdı.  Poçt-gömrük  məntəqələri 

arasındakı məsafə ərazinin məskunluq səviyyəsindən və yaşayış 

şəraiti  üçün  əlverişlilik  dərəcəsindən  asılı  olaraq  dəyişirdi.  Orta 

və  Mərkəzi  Asiyanın  qumlu  səhralarından  keçən  karvan 

yollarını təsvir edən IX əsr müəllifləri Qudama ibn Cəfər, İbn əl-

Fəqih,  əl-Həmədani  və  b.  4-8  fərsəxdən  (24-28  km.)  bir  poçt-

gömrük  məntəqələrinin  olduğunu,  onların  yeraltı  hovuz  və 

quyuların başında salındığını göstərirlər. 

Dövrün  mənbələrində  quru  yolları  bir-birinə  bağlayan 

mərkəz  kimi  Abbasilər  xilafətinin  əsas  şəhəri  olan  Bağdadın 

əhəmiyyəti xüsusi qeyd olunur. Bağdaddan müxtəlif istiqamətdə 

ayrılan  yollar  mərkəzi  imperiyanın  ən  ucqar  bölgələrini 

birləşdirməklə  yanaşı,  Şərqə  və  Qərbə  doğru  davam  edərək, 

qədim  İpək  yolunu  yaşadırdı.  Bu  yolun  üstündə  yerləşən 

Dəməşq,  Antakiya,  Rey,  Təbriz,  Nişapur,  Mərv,  Buxara, 

Səmərqənd  və  b.  şəhərlər  xeyli  genişlənmiş,  inkişaf  etmiş, 

xilafətin  mədəniyyət  və  əmtəə  istehsalı  mərkəzləri  kimi 

şöhrətlənmişdi. 



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə