Азярбайжан республикасы тящсил назирлийи



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə9/25
tarix08.10.2017
ölçüsü0,61 Mb.
#3786
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   25

 

28 


sonra  Dəclə  çayının  sahillərində  bütün  İranın  qarşısına  çıxa 

biləcək güclü, muzdlu ordu dayana bilərdi. Digər tərəfdən, İran 

əhalisinin  alıcılıq  qabiliyyətinin  aşağı  olması  ipəyin  daxili 

bazarlarda  satılmasına  imkan  vermirdi.  İpək  almaqla  şah  qızıl 

itirə bilərdi. Bizans imperatoruna ipək lazım  olduğu kimi, qızıl 

da ona öz Şərq siyasətini həyata keçirmək üçün çox lazım idi. 

Xəzər  dənizi  boyunca  Qafqazdan  ipək  daşımaq  həm 

bahalı,  həm  də  qorxulu  idi.  Bu  ərazilərdə  ticarət  karvanı 

asanlıqla  ələ  keçirilir,  tacirlər  ölümlə  üz-üzə  qalırdılar.  İrandan 

keçən  yol  isə  həm  qısa,  həm  də  asan  idi.  Ona  görə  də,  İstəmi 

xaqan  mübahisəni  silah  gücünə  həll  etmək  qərarına  gəldi. 

Başladığı  müharibənin  ciddiliyini  dərk  edən  xaqan  müttəfiqlər 

tapmağa tələsdi. Konstantinopola nümayəndə heyəti göndərildi. 

Bu  heyətə  imperatorla  ticarət  müqaviləsi  bağlamaqla  yanaşı, 

həm  də  İrana  qarşı  hərbi  ittifaq  bağlamaq  tapşırılmışdı. 

Nümayəndə  heyətinin  başçısı  Maniax  Qafqaz  vasitəsilə  Kons-

tantinopola  çatdı.  İmperator  II  Yustin  öz  sələfi  Yustinianın 

hakimiyyəti  illərində  imperiya  xəzinəsinin  axırına  çıxan  Qərb 

siyasətindən ağıllı şəkildə əl çəkdi. Digər tərəfdən, İran əleyhinə 

müharibənin  təzələnməsi  zərurət  idi  və  qüdrətli  müttəfiqdən 

imtina etmək düzgün olmazdı. Ona görə də, ittifaq bağlandı. 

553-cü ildə Bizans özünün ipəkçilik sənayesini işə saldı. Ke-

sariyole  Prokopinin  yazdığına  görə,  ipək  qurdunun  sürfəsini 

Konstantinopola  iki  xristian  rahibi  gətirmişdi.  Bizanslı  Feofan 

isə  sürfələrin  içi  oyulmuş  əl  ağacında  bir  nəfər  fars  tərəfindən 

gətirildiyini  yazır.  (Çinlilər  ipəyin  necə  istehsal  olunmasını  gizli 

saxlayırdılar). 

N.V. 


Pirqulevskaya 

sürfələrin 

Soqdiya 

şəhərlərinin  birindən  gətirilməsini  ehtimal  edir.  Feofanın 

hekayətinə istinad edən Massonun fikrincə, sürfələr Cürcandan 

gətirilmişdir.  

İpəkçilik  Konstantinopolda,  Beyrut,  Tir  və  Antioxiyada 

geniş  yayılmağa  başladı.  VI  əsrin  sonlarına  yaxın  artıq  ipək 

idxalı  Bizans  üçün  əvvəlki  əhəmiyyətə  malik  deyildi.  Bu  isə 

ticarətdən əldə olunan gəlirin xeyli azalmasına gətirib çıxardı.  




 

29 


Bir  az  da  Çin  ipəyi  haqqında:  zəhmətsevər  Çin  kəndliləri 

bu qiymətli malı özləri hazırlasalar da, vergilərin ağırlığı səbəbli 

ondan,  demək  olar  ki,  istifadə  etmirdilər.  İpək  satışından  əldə 

edilən  zinət  şeyləri  adətən  sarayın  təlabatını  ödəyir  və  daxili 

bazarda heç bir rol oynamırdı. Bundan əlavə, həmin zinət şeyləri 

Çindən  ixrac  edilən  ipəklə  müqayisədə  çox  ucuz  idi  və 

bütövlükdə ticarət ölkəyə yalnız ziyan gətirirdi. 

Çindən Qərbə ipəklə yanaşı dəmir, nikel, sənətkarlıq məh-

sulları  və  s.  aparılırdı.  Qərbdən  isə  Çinə  şüşə,  qiymətli  daşlar, 

ətriyyat,  şirniyyat,  qullar  və  s.  gətirilirdi.  Çinin  təsiri  ilə  Qərb 

ölkələrində, eləcə də Orta Asiyada silah istehsalı və ümumiyyətlə 

metal  sənayesi  inkişaf  edirdi.  Çində  isə  Orta  Asiyanın  təsiri 

altında  yonca,  zəfəran,  lobya,  noxud,  üzüm,  qoz  əkilib-

becərilirdi. Bütün yuxarıda qeyd edilənlər səbəbli dövrün dörd iri 

imperiyasını (Roma, Parfiya, Kuşan, Çin), eləcə də başqa dövlət 

və 


xalqları 

birləşdirən, 

Şərq-Qərb 

mədəniyyətlərinin 

yaxınlaşması prosesində mühüm amil rolunu oynayan İpək yolu 

sonralar  davamlılığını  saxladı.  Həmin  yolun  keçdiyi  bütün 

ölkələr tranzit ticarətindən böyük gəlir əldə etdilər. Yaxın Şərqin 

ən  güclü  dövlətləri  isə  Qərb  dünyasına  aparan  bu  nəhayətsiz 

yolda  vasitəçiliyi  ələ  keçirməyə  cəhd  göstərir  və  çox  vaxt  buna 

nail olurdular. 

Yazılı 

mənbələrin 



məlumatına 

(xüsusilə 

Şərqi 

Türküstandan tapılan soqd yazılarının) və arxeoloji materiallara 



görə,  artıq  VI  əsrdə  “Böyük  İpək  yolu”nun  bütün  şərq  sahəsi 

sodq  tacirlərinin  əlində  idi.  Onlar  Asiyanın  içərisində  öz 

koloniya və məskənlərini salır, bir çox xalqlarla mədəni və ticari 

əlaqələrə  girirdilər.  Əvvəldə  də  qeyd  etdiyimiz  kimi,  çox 

keçmədən Çin və Yaxın Şərq ipəyi ilə rəqabətə girmiş sodq ipəyi 

Bizansa,  Qərbi  Avropa  ölkələrinə  yol  açmışdı.  Akademik 

V.V.Bartold  soqdiyalıların  bu  fəaliyyətini  haqlı  olaraq  qədim 

finikiyalıların  mədəni  fəaliyyətləri  ilə  müqayisə  etmişdi.  567-ci 

ildə  Konstantinopola  gəlib  çıxmış  soqd  tacirlərinin  səfirliyi 



 

30 


müqabilində bizanslılar Soqdiya vasitəsilə Uzaq Şərqlə də ticarət 

əlaqələri yaratmışdılar.  

Köhnə  dünyanın  həm  Şərq,  həm  də  Qərb  imperiyaları 

daxilində  “Böyük  İpək  yolu”nda  və  onun  şaxələrində 

hökmranlıq  uğrunda  mübarizə  davam  etmişdi.  Eramızın  III 

əsrində İranda hakimiyyəti ələ almış Sasanilər öz daimi rəqibləri 

Roma və onun varisi Bizansla ticarət əhəmiyyətli strateji yerlər 

uğrunda  mübarizəni  davam  etdirmiş,  ələ  keçirdikləri  Cənubi 

Qafqaz vasitəsilə Qara dənizə çıxış əldə edə bilmişdilər. Bununla 

yanaşı,  Sasanilər  Mesopotamiyada  və  Şərqi  Aralıq  dənizi 

sahillərində də mühüm qələbələr qazanımışdılar. 

“Böyük  İpək  yolu”ndan  şaxələnərək  Aralıq  dənizi 

sahilindən  Yəmənə  doğru  uzanan,  oradan  isə  dəniz  yolu  ilə 

Hindistanla  əlaqələnən  qədim  “ətir  yolu”  üstündə  İraqla 

Bizansın mənafeləri toqquşurdu. Bu yol vasitəsi ilə Bizansa hind 

ədviyyatı,  fil  sümüyü,  rənglər,  parçalar,  Yəmən  buxuru,  qızıl 

qum  və  külçələr,  Afrika  qulları  və  s.  gətirilirdi.  Bu  ticarət 

yolunda  ağalıq  etməyə  çalışan  rəqib  dövlətlər  Yəmənin  Bizans 

təəssübkeşli  xristian  və  İran  təəssübkeşli  yəhudi  icmaları 

arasındakı ədavətdən istifadə etdilər. Uzun illər davam edən və 

neçə-neçə  müharibəyə  səbəb  olan  bu  mübarizə  Suriya  və  Qərbi 

Avropaya  aparan  ticarət  karvan  yolunun  əsas  hissəsinin  iranlı-

ların əlinə keçməsinə səbəb oldu. 

Böyük  İpək  yolunun  qərb  sahəsində  olduğu  kimi,  onun 

Şərq sahəsində də bu yola ağalıq etmək istəyi azalmırdı. VI əsrin 

ortalarında  Mərkəzi  Asiyada  Böyük  okeandan  Qara  dənizədək 

ərazidə  qüdrətli  Türk  xaqanlığının  yaranması  və  onun  İpək 

yoluna  hakimlik  etmək  cəhdləri  Ümumçin  mərkəzləşmiş 

dövlətinin  təşəkkülü  zərurətini  meydana  gətirdi.  581-ci  ildə  üç 

əsrlik  parçalanmadan  sonra  Suy  sülaləsinin  başçılığı  ilə  ölkə 

birləşdirildi. Sənətkarlıq və ticarətin inkişafına kömək məqsədilə 

vahid pul, çəki və ölçü sistemi tətbiq edildi, köhnə yollar və poçt 

qovşaqları  təmir  edildi,  yeniləri  salındı.  6  iri  şəhərdə  və  bəzi 

sərhəd  məntəqələrində  ticarət  işlərinə  nəzarət  edən  hökumət 




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə