Азярбайжан республикасы тящсил назирлийи



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə15/25
tarix08.10.2017
ölçüsü0,61 Mb.
#3786
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   25

 

47 


edirdilər.  Lakin  Teymurun  işğalları,  xüsusən  Həştərxanın 

dağıdılması  (1395),  Qızıl  Orda  ilə  Teymurilər  dövləti  arasında 

yaranmış zidiyyətlər səbəbli tez-tez baş verən hərbi toqquşmalar 

Qara  dəniz  sahillərindəki  ticarət  mərkəzlərinin  Həştərxan 

vasitəsilə  Orta  Asiya,  Hindistan  və  Çinlə  ticarət  əlaqələrini 

çətinləşdirdi.  Bu  səbəbdən  də,  Orta  Asiyadan,  həmçinin  Hin-

distan və Çindən Azərbaycana gələn ticarət yolları canlanmağa 

başlandı.  

1453-cü ildə Konstantinopolun Osmanlı sultanı II Mehmet 

(1451-1481)  tərəfindən  alınması,  Qara  dənizi  Aralıq  dənizi  ilə 

əlaqələndirən  boğazların  Türkiyənin  əlinə  keçməsi,  sonralar 

Krımın  da  Osmanlı  dövlətindən  asılı  hala  düşməsi  Qara  dəniz 

vasitəsilə Avropa-Asiya ticarətinə ağır zərbə vurdu. Qara dəniz 

sahillərini  Orta  Asiya  vasitəsilə  başqa  şərq  ölkələri  ilə 

əlaqələndirən ticarət yolları əvvəlki əhəmiyyətini itirdi. Nəticədə 

Orta  Asiyanı  Aralıq  dənizi  sahillərindəki  Ön  Asiya  ticarət 

mərkəzləri ilə bağlayan karvan yolları canlanmağa başladı. 

Məlumdur  ki,  1453-cü  ildə  Konstantinopolun  Türkiyə 

tərəfindən  fəthinədək  Təbriz-Trabzon  karvan  ticarəti  yolu 

Avropa-Şərq  ticarətində  böyük  rol  oynayırdı.  Bağdad  və 

Həştərxanın  süqutundan  sonra  Şərq  ölkələrinin  Avropa  ilə, 

xüsusən  Şərqi  Avropa  ölkələri  lə  ticarət  əlaqələrinin  həyata 

keçirilməsində  Təbriz-Bursa-İstanbul  yolunun  əhəmiyyəti 

artmağa başladı. 

XV  əsrdə  Avropa  -  Asiya  ticarətində  əlaqələndirici  rol 

oynayan  Təbrizin  Yaxın  və  Orta  Şərqin  ən  böyük  ticarət 

mərkəzi  kimi  əhəmiyyəti  artmağa  başladı.  Ön  Asiya  ticarət 

mərkəzləri  vasitəsilə  İtaliyadan  gətirilən  mahud  və  şüşə 

məmulatı,  Şəki,  Şirvan,  Gürcüstan,  Gilan  və  Yezdin  xam  və 

toxunulmuş  ipəyi,  zinət  şeyləri,  cürbəcür  daş-qaş,  ədviyyat 

məhsulları Qahirə, İsgəndəriyyə və Konstantinopoldan gətirilən 

müxtəlif  cür  sənətkarlıq  məmulatları  məhz  Təbriz  bazarlarında 

satılırdı.  



 

48 


XV  əsrdə  Asiya  ilə  Avropanı  əlaqələndirən  Qaraqoyunlu 

və  Ağqoyunlu  dövlətlərinin  də  ərazisindən  bir  çox  mühüm 

beynəlxalq karvan yolları keçirdi. Sözsüz ki, Avropa ölkələrinin 

müxtəlif  növ  şərq  malları,  xüsusən  ipək,  ədviyyat,  başqa 

məhsullarla təmin olunmasında bu ticarət yollarının böyük rolu 

vardır.  Təbriz  bu  beynəlxalq  karvan  yollarının  qovşağında 

yerləşdiyindən,  demək  olar  ki,  Avropa-Asiya  ticarətini  tənzim 

edirdi. 


XV  əsrin  ortalarında  Venesiya  respublikası  artıq 

Avropanın  ən  qüdrətli  dəniz  dövlətlərindən  birinə  çevrildi. 

Venesiyalılar digər italyan tacirləri ilə birlikdə Avropanı Çindən, 

Hindistandan,  Yaxın  və  Orta  Şərq  ölkələrindən,  Afrikadan 

gətirilən  müxtəlif  mallarla  -  xam  ipək  və  zərif  ipək  parçalar, 

xalça-palaz, ədviyyat şeyləri, yun və yun parçalar, pambıq, qənd 

tozu, daş-qaş, zərgərlik məmulatı, fil dişi və s. ilə təmin edirdilər. 

Artıq  ticarətlə  məşğul  olan  donanmalar  yaradılmağa 

başlanmışdı.  Belələrindən  biri  Venesiyaya  məxsus  idi.  Venesiya 

ticarət  donanması  Avropa-Şərq  ticarətini  dəqiq  tənzim  edən 

ayrı-ayrı  eskadralara  bölünmüşdü.  Hər  il  Venesiyadan  Qara 

dənizə və Azov dənizinə, Konstantinopola və Suriya şəhərlərinə, 

Afrikaya  və  İspaniyaya,  Flandriya  və  İngiltərəyə  6  böyük  gəmi 

karvanı yola salınırdı.  

Avropa  tacirləri  Şərq  ölkələri  ilə  Türkiyə  ərazisi,  xüsusilə 

İstanbul  və  Bursa  vasitəsilə  geniş  əlaqə  saxlayırdılar.  Bursanın 

əhəmiyyəti daha böyük idi. Avropa tacirlərini Bursa bazarlarına 

cəlb edən əsas məhsul xam ipək, daş-qaş, ədviyyat şeyləri və b. 

şərq malları idi. Venesiya, Florensiya, Genuya tacirləri Bursada 

Təbrizdən gələn ipək karvanlarını qarşılayırdılar. 

Venesiya tacirləri Şərqdən aldıqları malların ancaq cüzi bir 

hissəsini  İtaliyaya aparırdılar. Şimali Afrika və Cənubi Avropa 

sahillərindən tutmuş  İngiltərə, Şimali Almaniya  və Flandriyaya 

qədər hər yerdə Venesiya gəmilərinə rast gəlinirdi. 

Balkan  yarımadasının  Adriatik  dənizi  sahilindəki  ticarət 

məntəqələri,  İoni  adaları,  Moreyanın  sahilboyu  məntəqələri  və 




 

49 


Korinf  körfəzi,  Krit  və  Evbeya  (Neqropint)  da  daxil  olmaqla 

Aralıq  və  Egey  dənizlərində  bir  sıra strateji  əhəmiyyətli  adalar, 

Qara və Azov dənizlərindəki ticarət məskənləri, İsgəndəriyyə və 

Konstantinopolda,  Suriya  şəhərlərində,  Serbiyada,  Avstriyada 

ticarət  məhəllələri  və  s.  Venesiyaya  məxsus  idi.  Venesiya, 

Genuya, Florensiya, Piza və b. İtaliya şəhərlərində Şərq malları 

ilə  ticarət  sahəsində  ixtisaslaşmış  ticarət  burjuaziyası 

formalaşmaqda idi. 

Sultan II Mehmet 1453-cü ildə Qara dənizin açarları olan 

Bosfor  və  Dardanel  boğazlarını  ələ  keçirdikdən  sonra, 

Avropada  olduğu  kimi,  Asiyada  da  geniş  işğallara  başladı.  II 

Mehmet  Ön  Asiyada  olan  bütün  xırda  feodal  dövlətlərini  – 

Qaraman,  İsfəndiyar  oğulları,  Alaiyyə  və  Zülqədəroğulları 

bəyliklərini,  Şimali  Anadoludakı  Genuya  ticarət  məskənlərini, 

Trabzon  yunan  dövlətini,  paytaxtı  Diyarbəkr  olan  Kiçik 

Ağqoyunlu hakimliyini aradan qaldırıb bütün Kiçik Asiyanı ələ 

keçirməyə  və  buranı  Osmanlı  dövlətinin  daimi  ərazi  -  iqtisadi 

bazasına  çevirməyə  çalışırdı.  Artıq  Osmanlı  imperiyasının 

siyasətində  qonşu  dövlətlərlə  Avropa  və  Asiyanı  birləşdirən 

karvan yollarındakı üstünlüyü ələ keçirmək dururdu. Qara dəniz 

və  Aralıq  dənizinə  çıxış  yollarını  ələ  keçirmək  üstündə  hələ 

qədim  dövrlərdən  başlanan  hərbi-siyasi  rəqabət  (Yunan  -  İran, 

Bizans  -  İran  müharibələri  və  s.)  davam  etməkdə  idi.  Yalnız 

tərəflər  dəyişmişdi. Həmçinin fərq burasında  idi ki, boğazlarda 

və  Avropa  –  Şərq  ticarəti  üçün  əlverişli  olan  digər  strateji 

məntəqələrdə  mənafeyi  olan  və  mübarizəyə  qoşulan  dövlətlərin 

sayı getdikcə artmaqda idi. 

Qara  dənizin  Avropa  -  Asiya  ticarətində  mühüm  rol 

oynadığı  dövrdə  -1453-cü  ildə  Konstantinopolun  Osmanlı 

sultanı  II  Mehmet  tərəfindən  alınmasınadək  Trabzon  şəhəri 

qərb ölkələrinin Şərqlə ticarət əlaqələrinin həyata keçirilməsində 

mühüm  rol  oynayırdı.  Şərq  malları  ilə  ticarət  sahəsində 

ixtisaslaşmış  ticarət  kampaniyaları,  Qara  dəniz  ticarətində 

iştirak edən ölkələr Trabzon –Təbriz ticarət yolu ilə Azərbaycan, 




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə