Азярбайжан республикасы тящсил назирлийи



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə16/25
tarix08.10.2017
ölçüsü0,61 Mb.
#3786
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   25

 

50 


İran,  Orta  Asiya,  Hindistan  və  Çinlə  ticarət  əlaqələri 

yaradırdılar.  Trabzon  bu  işdə,  hətta,  Qara  dəniz  ticarətini  öz 

inhisarında saxlayan Genuya ilə rəqabət aparırdı. Bir sözlə, Bur-

sa, İstanbul və Qara dəniz vasitəsilə Avropa ilə əlaqələr yaradan 

ənənəvi  karvan  yollarında  üstünlüyü  ələ  keçirmək  uğrunda 

mübarizə orta əsrlər dövründə davam edirdi. 



 

 

2.5. Böyük coğrafi kəşflər. 

İpək yolunun əhəmiyyətinin azalması 

 

XV  əsrin  ikinci  yarısında  Qərbi  Avropada  feodalizm 



quruluşu  dağılmağa  başlayır,  ticarət  inkişaf  edir.  İri  şəhərlər 

yaranır, yeni sənaye şəhərlərinin meydana gəlməsi ilə əmtəə-pul 

münasibətlərində  dəyişikliklər  baş  verir.  Pul  əmtəələrin 

mübadiləsində vasitə rolu oynamağa başlayır. Pula olan tələbat 

yeni  bazar  və  sərvətlər  əldə  etməyə  meyli  gücləndirir.  Bu  meyl 

Hindistana  yönəlir.  Digər  tərəfdən  gəmiçiliyin  inkişafı  Şərq 

ölkələrinə,  xüsusilə  Hindistana  gedən  dəniz  yolunun  kəşfini 

sürətləndirir. Şəhər burjuaziyasının, kilsənin və kralın marağının 

üst-üstə  düşməsi  də  Hindistan  və  Çin  hesabına  boş  xəzinənin 

doldurulmasına şərait yaradır. 

Beləliklə,  yeni  sərvət  arzusu,  müstəmləkələr  ələ  keçirmək 

hərisliyi  ölkələrarası  münasibətləri,  xüsusilə  Portuqaliya  və 

İspaniya  arasında  ziddiyyətləri  gücləndirir.  Belə  bir  şəraitdə 

Xristofor Kolumba Hindistana gedən dəniz yolunun kəşfi üçün 

icazə verilir. 

Xristofor  Kolumb  (1451-1506)  1451-ci  ililn  payızında 

Genuyada  toxucu  ailəsində  anadan  olmuşdu.  Mənşəcə  italyan 

olan  Kolumb  1474-1475-ci  illərdə  Egey  dənizinə  təşkil  olunan 

ekspedisiyada  iştirak  etmişdir.  O,  1476-cı  ildə  İtaliyadan 

Portuqaliyaya  köçərək  Çin  və  Hindistana  qərb  istiqamətində 

üzmə  planını  1484-cü  ildə  II  Juana  təklif  etsə  də,  Kolumbun 

layihəsi qəbul olunmur. Bu səbəbdən də, qardaşı Bartolomeyin 




 

51 


köməyi  ilə  İspaniyaya  köçür  və  layihəni  İspan  kralına  təqdim 

edir.  Müqavimətlərə  baxmayaraq  portuqaliyalıları  qabaqlamaq 

məqsədilə Kral 1492-ci ildə layihəni təsdiq edir. 

Birinci ekspedisiya (1492-1493) 1492-ci il avqust ayının 3-

də  Palos  limanından  hərəkətə  başlayır.  Bu  ekspedisiya  Baham 

adalarından birini, Kuba adasını kəşf edir. Xristofor Kolumbun 

«Qərbi  Hindistanı»  kəşf  etməsi  portuqaliyalıları  narahat  edir. 

Onlar  belə  hesab  edirdilər  ki,  Kolumbun  layihəsini  qəbul 

etməməklə «Hindistan» ispanlara hədiyyə edilmişdir.  İki dövlət 

arasında  mübahisə  «papa  meridianının»  çəkilməsi  (04.05.1493) 

ilə nəticələnir. 

İkinci  ekspedisiya  (1493-1496)  səyahətə  sentyabrın  25-də 

Kadis limanından başlayır. Noyabrın 4-də Qvadelupa adası kəşf 

olunur. Daha sonra İzabella şəhərinin əsası qoyulur. Lakin qızıl 

axtarışı  müsbət  nəticə  vermir.  Ekspedisiyanın  göndərdiyi  az 

miqdarda  qızıl,  mis,  qul  hindlilər  kralı  təmin  etmədiyindən 

müqaviləni  pozur  və  ekspedisiyanın  xərcini  ödəməkdən  imtina 

edir. Kolumb 17 gəmidən 5-ni saxlayır, 12-si geri qayıdır, bibliya 

çarı  Solomonun  qızıl  çıxartdığı  Ofir  ölkəsini  tapdığını  söyləyir 

və müqaviləni bərpa etməyə nail olur. 

Üçüncü  ekspedisiya  (1498-1500)  1498-ci  ili  mayın  30-da  6 

kiçik  gəmidə  300  nəfərlik  heyətlə  «Qərbi  Hindistan»  a  yola 

düşür.  İyulun  31-də  Trinidad  adası  kəşf  edilir.  Lakin  həmin 

ərəfədə  portuqallar  Hindistana  Afrikanın  cənubundan  dəniz 

yolu  açırlar.  Bu  hədisədən  sonra  kral  Kolumbu,  qardaşları 

Bartolomeyi  və  Diaqonu  həbs  edir.  Onlar  çox  çətinliklə  azad 

olurlar. 

Dördüncü  ekspedisiya  (1502-1504)  1502-ci  ildə  səyahətə 

çıxır. 

Xristofor  Kolumb  həqiqi  Hindistanı  kəşf  edə  bilmədi. 



Əvəzində  İspaniyaya  yeni  torpaqlar  bəxş  etdi.  İşğal  olunan 

ərazilərdəki  yerli  hindlilər  məhv  edildilər.  Hindliləri  vəhşi 

adlandıran  avropalılar  ən  qəddar  vəhşiliklə  adaların  əhalisini 

son nəfərinə kimi qırdılar. 




 

52 


Xristofor  Kolumb  1506-cı  ildə  vəfat  etmişdi.  Kolumbdan 

sonra yeni dünyanın kəşfi ilə əlaqədar müasir Amerika qitəsinə 

gələn avropalılar bu ərazilərdə məskunlaşdılar. 

Hindistana  dəniz  yolunun  açılması  şərti  olaraq  beş 

mərhələyə  bölünür.  Birinci  mərhələ  1415-1434,  ikinci  mərhələ 

1434-1462,  üçüncü  mərhələ  1470-1475,  dördüncü  mərhələ  1782-

1487-ci illəri əhatə edir. Beşinci mərhələ 1497-ci ildən başlayır. 

1497-i  il  iyul  ayının  8-də  28  yaşlı  gənc  dənizçi  Manuel 

Vaska  da  Qamanın  rəhbərliyi  altında  4  gəmi  118  nəfər  heyətlə 

Lissabondan  Hindistana  yola  düşür.  Ekspedisiya  1498-ci  il 

mayın 20-də Hindistanın Kəlküt şəhərinə çatır. 

Manuel  Vaska  da  Qamanın  Hindistana  ikinci  səyahəti 

1502-ci ildə olmuşdu. 1524-cü ildə o Hindistana vitse - kral təyin 

olunsa  da,  əcəl  ona  planlarının  həyata  keçirilməsinə  imkan 

vermir. Kəşf olunmuş bu yol 90 il portuqallara, sonra isə ingilis 

və  fransızlara  xidmət  etmişdir.  Vaska  da  Qamadan  bəhs  edən 

akademik  Kraçkovski  bildirmişdi  ki,  «Onun  adı  Əhməd  ibn  – 

Məcid idi. Nəsillikcə dənizçi ailəsindən olmaqla ərəb mənşəlidir». 

Doğrudur, Hindistana dəniz yolunun kəşfi Manuel Vaska 

da Qamanın adı ilə bağlıdır. Ancaq müəlliflər göstərir ki, eranın 

14-37-  ci  illərində  Tiberiya  dövründə  Hippal  adlı  tacir 

Hindistana  üzə  bilmişdir.  B.e.  117-138-ci  illərində  yunan  və 

italyanlar  üzərək  Hindçinə  çatmış,  Çinə  birbaşa  dəniz  yolunun 

olduğunu  müəyyənləşdirmişlər.  Sonralar  ilk  Avropa  və  yunan 

mənşəli Evdakos Hindistanda olmuşdu. Başqa sözlə, Hindistana 

dəniz yolunun açılmasının kimə məxsusluğu mübahisəlidir. 

Xristofor Kolumbun «Hindistan»ı kəşf etməsi portuqalları 

narahat  etməyə  başladı.  Lakin  ispanlar  Amerika  qitəsinin 

şimallı  –  cənublu  öyrənməkdə  davam  edirdilər.  Yeni  dünyanın 

tədqiqində Ameriqo Vespuççi önəmli yer tutur. O, 4 dəfə – 1497, 

1499, 1501, 1503-cü illərdə Amerikada olmuşdu. 

1499-cu  ildə  ispan  ekspedisiyası  tərkibində  «Hindistan»a 

səyahətə  çıxan  A.  Vespuççi  Amazon  çayının  şimal  hissəsinə 

yaxınlaşmış,  daha  sonra  Karib  dənizində  sahil  boyu  üzmüşlər. 




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə