Азярбайжан республикасы тящсил назирлийи



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə21/25
tarix08.10.2017
ölçüsü0,61 Mb.
#3786
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   25

 

67 


Konfransda  Gürcüstan  prezidenti  Eduard  Şevardnadzenin 

çıxışı  iştirakçılara  səmimi  təsir  bağışlamışdır.  O  demişdi: 

«…Yeni  İpək  yolu  daha  ritorika  deyildir.  Bu,  çoxtərəfli 

mənafelərin ahəngdar şəkildə uzlaşması, qarşılıqlı şəkildə nəzərə 

alınması  və  bunlara  eyni  şəkildə  hörmət  edilməsi  ideyası  və 

tərzidir.  Bu,  üzdəniraq  «böyük  oyun»  un  vəhşi  qaydalarını 

dünya  praktikasından  sıxışdırıb  çıxaran  vahid  bir  komandanın 

rəmzidir.  Nəhayət,  bu,  xalqların  tarixi  əməkdaşlıq  magistralı 

haqqında aktual yaddaşıdır və müharibələr, münaqişələr həmin 

əməkdaşlığı  dayandıra  bilməmişdir..».  E.  Şevardnadze 

Gürcüstanın  və  Azərbaycanın  “Böyük  İpək  yolu”nda  bağlayıcı 

məntəqə  olduğunu  bildirərək  bu  yolun  bir  hissəsinin  Xəzərin 

qərb sahillərinə  gəlib çıxdığını, dənizi aşdığını, Qafqaz və Qara 

dəniz,  daha  sonra  Ceyhan  vasitəsilə  Beynəlreynə  uzandığını 

həmin  yolun  üzərində  əsas  məntəqənin  Abşeron  olduğunu 

bildirmişdir. 

Köhnə yol Oş, Xoroq, Kaşqar, Səmərqənd, Buxara, Sərəxs 

və  Mərkəzi  Asiyanın  digər  məntəqələrindən  keçir,  sonra  Qara 

dəniz  və  Xəzər  dənizi  hövzələrini,  Qafqazı  öz  şəbəkəsinə  qoşur, 

Trabzona  və  oradan  da  Romaya  uzanır,  Balkan  ölkələrini  və 

başqa  dövlətləri  əhatə  edirdi.  Tarixi  yolu  bir  daha  xatırladan 

Gürcüstan prezidenti bildirmşidi ki, məhz TRASEKA layihəsi bu 

ölkələrin hamısnı əhatə edir. 

Konfransın keçirilməsində H.Əliyevin xidmətlərini yüksək 

qiymətləndirən  E.Şevardnadze  çıxışının  sonunda  XXI  əsrdə 

bəşəriyyətin tonusunu Avrasiya kontingentinin müəyyənləşdirə-

cəyini diqqətə çatdırmışdı.  

İran nümayəndə heyətinin başçısı Rəhman Dadman çıxışın-

da  İpək  yolunun  yaranması  tarixinin  İsa  peyğəmbərin  mövlu-

dundan əvvəlki dövrə əhatə edən vaxtdan başladığını, bu yolun 

əsas  qolunun  Çindən  başlayaraq  Sin  –  Kicanqdan,  sonra 

Kaşqardan 

keçərək 


Amu-Dəryayadək 

gəlib 


çıxdığını, 

Səmərqənd,  Buxara,  Mərv,  Tus,  Damqan,  Rey  və  Qəzvin  kimi 

şəhərlərdən keçdiyini, bir sözlə tarixi imkanları olan İran İslam 



 

68 


Respublikasının  ərazisi  Orta  Asiya  ölkələrini  Avropa  ilə  İran 

körfəzindəki  cənub  limanları  ilə  birləşdirmək  üçün  ən  əlverişli 

dəhlizdir.  İran  nümayəndəsi  bildirmişdi  ki,  hazırda  Tehrandan 

keçən  Sərəxs-Bəndər  Abbas  dəmir  yolu  istismardadır  və  bu 

sahədə  tranzit  yolunun  uzunluğunu  qısaltmaq  məqsədilə  1.000 

km.  sahələri  olan  780  km  uzunluğunda  Məşhəd  –  Bafor  dəmir 

yolu–  çəkmək  planlaşdırılır.  Bu  yolun  inşası  Sərəxs  –  Bəndər 

Abbas yolunu 900 km qısaltmağa imkan verəcəkdir.  



Rumıniyanın  prezidenti  Emil  Konstantineski  öz  çıxışında 

qeyd  etdi  ki,  nəzərdə  tutulan  əməkdaşlıq  mümkün  olan 

ehtiyatları 

işə 


salmaq 

üçün 


tələb 

edilən 


vasitələri 

müəyənləşdirmək  səyləri  ilə  məhdudlaşmır.  Bu  əməkdaşlıq 

Avrasiya  coğrafi  məkanında  sülh  və  tərəqqiyə  mühüm  töfhə 

vemək  naminə  birgə  çalışmaq  üçün  yeni  fəaliyyət  tərzi  və  yeni 

çərçivələr  yaradılmasına  yönəldilmişdir.  Sonra  prezident  qeyd 

etdi  ki,  bu  layihədə  Rumıniyanın  iştirakının  bəzi  aşkar 

üstünlükləri vardır. 

Birinci, Coğrafi baxımdan Rumıniya Bakı – Tbilisi – Poti 

dəhlizinin,  sonra  isə  Qara  dənizdən  keçən  marşrutun  təbii 

davamıdır  və  Avropa  marşrutlarının  mühüm  qovuşuğunda 

yerləşir.  Rumıniya  Şimal  dənizindən  başlayıb  Reyn  və  Dunay 

çaylarından  keçən  7-ci  Avropa  dəhlizinin  Qara  dənizə  çıxışını 

təmin edir. 

İkinci  üstünlük  artıq  mövcud  olan  infrastruktur  vasitəsilə 

təmin  edilir.  Konstansa  Qara  dənizdə  ən  böyük  buxtadır.  Bu 

buxtanın  ildə  120  min  ton  yük  ötürmək  və  180  min  ton  neft 

tankerlərini qəbul etmək imkanı ilə; 

Üçüncü  üstünlük  isə  Rumıniya  ərazisində  bir  sıra  azad 

ticarət  zonaları  və  nəqliyyat  şəbəkələri  yaradılmasından 

ibarətdir. 

Dördüncü  üstünlük  isə  budur  ki,  Rumıniyada  30  milyon 

tondan  çox  neft  emal  etmək  gücünə  malik  nəhəng  müəssisələr 

fəaliyyət  göstərir.  Burada  neftayırma  kombinatları  Konstansa 

limanı ilə borularla birləşdirilib. 




 

69 


Beşinci  üstünlük  isə  odur  ki,  Rumıniya  qonşu  ölkələrlə, 

həmçinin Qafqaz dəhlizindəki ölkələrlə əla münasibətlər yaradıb 

və bu münasibətlər qayğı ilə inkişaf etdirilir.  

Konfransda  çıxış  edən  nümayəndələr  “Böyük  İpək 

yolu”nun  mühüm  iqtisadi  əhəmiyyət  daşıdığını  vurğulamışlar. 

ABŞ  nümayəndə  heyətinin  başçısı  Robert  Çin  çıxışında 

bildirmişdir  ki,  Xəzər  bölgəsi  gələcək  əsrdə  mühüm  rol 

oynayacaqdır.  

Konfransda  Ermənistanın  baş  naziri  Armen  Darbinyanın 

çıxışı  özünün  «spesifikliyi»  və  «orijinallığı»  ilə  iştirakçıldarda 

maraq  doğurmuşdur.  O  bildirmişdir  ki,  bu  gün  imzalanmağa 

təqdim ediləcək əsas çoxtərəfli saziş onu göstərir ki, ölkələrimiz 

hərtərəfli  regional  əməkdaşlıq  olmadan,  ölkələrimizin  inkişaf 

proqramlarına  güclü  kommunikasiya  amilini  daxil  etmədən, 

ayrılıqda  götürülmüş  milli  iqtisadiyatların  ahəngdar  inkişafı 

mümkün deyildi. Maraqlı məntiqdir. Başqasının torpağını işğal 

edən,  seperatçılıq  yolunu  tutan  dövlətin  nümayəndəsi 

kommunikasiyaların  açılmasını,  milli  iqtisadiyyatı  inkişaf 

etdirməyi «təklif edir». 

Armen  Darbinyan  çıxışındakı  yeni  marşrutların  nəzərdən 

keçirilməsinə dair təkliflər də maraq doğurur. O, çıxışında 

1.Gürcüstanın  Batumi  və  Poti  limalarından  başlayıb 

Yerevandan  keçərək  Naxçıvana,  oradan  isə  İran  Culfasından 

keçib  Tehrana  və  sonra  Mərkəzi  Asiya  və  İran  körfəsi  ölkələri 

istiqamətində gedən dəmir yol marşrutu, dəmir yol marşrutuna 

əlavə olaraq avtomobil marşrutu çəkilməsini; 

2.Türkiyənin Qars şəhərindən başlayıb Ermənistanın Kümrü 

şəhərindən keçərək Tbilisiyə gedən yüzillik dəmir yolunun bərpası-

nı; 


3. Yerevan – Tbilisi avtomagistralının çəkilməsini; 

4.  Batumi  –  Kümrü  –  Yerevan  avtomagistralının 

çəkilməsini təklif edir. 

Göründüyü  kimi,  erməni  nümayəndəsi  Ermənistanın 

düşdüyü  ağır  iqtisadi  böhrandan  çıxış  yolları  axtarır,  Azərbay-



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə