Азярбайжан республикасы тящсил назирлийи



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə11/25
tarix08.10.2017
ölçüsü0,61 Mb.
#3786
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   25

 

35 


Xilafətin  mühüm  vilayətlərindən  olan  Azərbaycan  da  bu 

yollar  vasitəsi  ilə  dövrün  beynəlxalq  ticarətinə  qovuşmuş, 

Azərbaycanın  hələ  qədim  zamanlardan  xarici  aləmlə  mövcud 

olan iqtisadi, mədəni və siyasi  əlaqələri daha da genişlənmiş və 

möhkəmlənmişdi. 

VII  əsrdən  başlayaraq  ərəb  tacirləri  dəniz  yolundan  da 

istifadə  etməyə  başlayırlar.  Hindistana,  oradan  isə  Çinə  və 

Cənub-Şərqi  Asiyanın  başqa  ölkələrinə  aparılan  dəniz  yolunda 

əsas  limanlar  fars  körfəzindəki  Bəsrə  və  Siraf  şəhərləri  əsas 

limanlar  hesab  olunurdu.  Hind  okeanı  vasitəsilə  ticarət 

əlaqələrinə  girən  ərəb  tacirlərinin  dəniz  marşrutları  haqqında 

ərəb  coğrafiyaşünasları  maraqlı  məlumatlar  vermişlər.  Çin 

mənbələrində  də  quru  yol  ticarətindən  dəniz  ticarətinə  keçmiş 

tacirlərin məhz bu dövrdə 50-dən artıq ölkə ilə, o cümlədən ərəb 

və  başqa  tacirlər  vasitəsi  ilə  Çinin  Avropa  ilə  ticarət  əlaqələri 

haqqında məlumatlar vardır. Mənbələrdə ölkənin 11 limanında 

gömrük  məntəqəsi  olduğu,  həmçinin  Qərbi  Avropaya  gedən 

karvanların əsasən yəhudi əsilli tacirlərin əlində olduğu, onların 

həm  quru,  həm  də  dəniz  yolu  ilə  ticarət  etdiyi  göstərilir. 

Mənbələrə  istinadən  deyə  bilərik  ki,  tacirlər  məğribdən  qul, 

kəniz,  parça,  dovşan  dərisi,  xəz,  samur  dərisi,  qılınc,  Çindən 

müşk,  kamfora,  darçın  və  s.  gətirirdilər.  Tacirlər  öz  mallarını 

Fransa  limanlarından  gəmi  ilə  Misirdəki  Farama,  quru  yolla 

Qırmızı  dəniz  sahilindəki  Kulzuin  limanına  gətirir,  oradan  də-

nizlə Məkkənin əl-Ciddə limanına və nəhayət, Hindistan və Çinə 

yollanırdılar.  

Ərəb  mənbələri  “Böyük  İpək  yolu”nda  və  onun  Şərqi 

Avropaya  aparılan  şaxələrində  intensiv  ticarətlə  məşğul  olan 

Bağdad  və  Konstantinopol  vasitəsilə  Uzaq  Şərqlə  mal 

mübadiləsi  edən  rus,  xəzər  və  b.  tacirlər  haqqında  da  məlumat 

verir.  Bu  məlumatları  həmin  ölkələrin  ərazilərindən  tapılan 

xilafət pulları təsdiq edir. 

X  əsrin  əvvəllərində  artıq  zəifləmiş  Abbasilər  xilafətinin 

parçalanması  başa  çatdı.  Xəlifənin  əlində  yalnız  İraq  və  qərbi 




 

36 


İran  torpaqları  qaldı.  Baş  verən  hadisələr  İpək  yolunun 

fəaliyyətinə  də  təsir  göstərdi.  İpək  yolu  ticarətinin  ayrı-ayrı 

sahələri çox vaxt bir-biri ilə rəqabət aparan və düşmənçilik edən 

müxtəlif dövlətlərin əlinə keçdi. Xilafətin tərkibində olarkən Çin 

və  başqa  ölkələrlə  karvan  ticarəti  hesabına  varlanmış 

dehqanlardan  (torpaq  və  mülk  sahiblərindən)  az  seçilən 

tacirlərin fəaliyyətləri nisbətən zəiflədi. Artıq bir sərhəd əvəzinə 

bir neçə sərhəddi keçməli olan və bəzən hərbi toqquşmalarla üz-

ləşən  tacirlər  fəaliyyətlərini  məhdudlaşdırmalı  oldular.  Ənənəvi 

ticarət yollarının fəaliyyətini saxlamaq və onlara nəzarət etmək 

istəyi ölkələr arasında ədavətin artmasına səbəb oldu. 

 

 



1.6. Azərbaycan və Böyük İpək Yolu 

 

Qədim  İpək  yolunun  mövcud  olduğu  ilk  əsrlərdə  Roma, 



Parfiya  və  Çin  arasında  ticarətdə  vasitəçilik  uğrunda  mübarizə 

gedirdi.  V-VI  əsrlərdə  İpək  yolunun  xeyli  hissəsi  fars  və  soqd, 

VII  əsrdən  başlayaraq  isə  ərəb  tacirlərinin  əlində  idi.  Monqol 

istilası  dövründə  İpək  yolunun  yüzilliklərlə  mövcud  olan  və 

inkişaf  edən  infrastrukturu  dağıldı,  ölkələr  arasında  ticarət 

əlaqələri  qırıldı.  Mərkəzi  Asiyanın,  İranın  və  Qafqazın  bir  çox 

zəngin  şəhərləri  xarabalığa  çevrildi.  Artıq  karvanlar  həmin 

yollarla Avropaya getməyə cürət etmirdi. Göründüyü kimi, İpək 

yolu  bütün  Avrasiya  ərazisində  baş  verən  hadisə  və  proseslərin 

formalaşmasına  təsir  etmişdi.  Bu  baxımdan  Azərbaycan  da 

istisna təşkil etmirdi. 

Qədim  Odlar  Yurdu  hələ  antik  dövrlərdə  «Böyük  İpək 

yolu»  zəncirində  olduqca  önəmli,  strateji  mövqeyə  malik  bir 

region kimi qiymətləndirilirdi. Şərq və Qərb ölkələri ilə bağlanan 

ticarət  yollarının  buradan  keçməsi  səbəbli  İpək  yolunun 

üzərində  yerləşən  Bakı,  Bərdə,  Gəncə,  Şəki,  Ərdəbil,  Təbriz, 

Naxçıvan  kimi  Azərbaycan  şəhərləri  regionun  taleyində,  siyasi 

və iqtisadi inkişafında önəmli rol oynayırdılar. 




 

37 


Araşdırmalar göstərir ki, e.ə. III minillikdə Azərbaycanın, 

Mesopotamiyanın,  Kiçik  Asiyanın,  Aralıq  dənizinin  şərqindəki 

xalqlarla,  Avropanın  cənub-şərq  hisssəsi  mədəniyyətlərilə  sıx 

əlaqələri  var  idi  və  artıq  tunc  dövrünün  ilkin  mərhələlərində 

Kür-Araz  mədəniyyəti  Ön  Asiyada  da  yayılmağa  başlamışdı. 

Yaxın  Şərq  ilə  Cənubi  Qafqaz  arasında  əlaqələndirici  rolunu 

oynayan  Naxçıvan  Urmiyaətrafı  rayonlar  və  Kiçik  Asiya  ilə 

daimi əlaqədə idi.  

E.ə.  II  əsrdən  başlayaraq  İpək  yolunun  ən  intensiv 

magistrallarından  biri  Azərbaycandan  keçirdi.  Bu  yol  Çin  və 

Hindistandan  başlayır,  Orta  Asiyadan  keçib  Xəzər  dənizinə 

çataraq  Azərbaycan  ərazilərində  davam  edib,  burada  iki  qola 

ayrılaraq  biri  Kür  çayı  boyunca  yuxarı  İberiya  və  Kolxida 

istiqamətində,  ikincisi  isə  Şimala  burularaq  Xəzərin  qərb  sahili 

boyunca Dərbənddən və Qafqazətəyi düzənliklərdən keçib Qara 

dəniz  ətrafının  şimalındakı  Yunan  şəhər  koloniyalarına 

aparırdı.  

Arşakilər  sülaləsinin  hökmranlığı  dövründə  (e.ə.  II  əsr) 

Azərbaycanın ipək istehsal olunan yerlərlə – Uzaq Şərq və Çinlə 

çox  geniş  ticarət  əlaqələri  mövcud  idi.  Şübhəsiz  ki,  artıq  ilkin 

ellinlər  dövründə  Aralıq  dənizi  ətrafının  şərqindəki  ölkələrlə, 

Orta Asiya və Hindistanın şimal-qərb ölkələri  arasında birbaşa 

əlaqələr yaradılmışdı.  

Ellinizm dövründə indiki Azərbaycan ərazisində Albaniya 

və Atropatena dövlətlərinin olması, çoxlu şəhərlərin yaranması, 

əmtəə-pul münasibətlərinin inkişafı, tranzit-ticarət yollarının bu 

ərazidən  keçməsi  ölkənin  beynəlxalq  əlaqələrinin  daha  da 

genişlənməsinə səbəb oldu. Hindistandan bu ərazilərə hind sədəf 

balıqqulaqları və başqa şeylər gətirilməyə başlandı.  

III əsrdə İranda hakimiyyəti ələ almış Sasanilər öz sələfləri 

olan Parfiya hökmdarları kimi “Böyük İpək yolu”na nəzarəti öz 

əllərində  saxlamağa  çalışırdılar.  Ərəblərin  Azərbaycanda 

hakimiyyəti dövründə isə İpək yolu üstündə yerləşən Şəki, Bərdə, 

Dərbənd, Çola, Beyləqan beynəlxalq əhəmiyyətli şəhərlər hesab 




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə