Азярбайжан республикасы тящсил назирлийи



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə7/25
tarix08.10.2017
ölçüsü0,61 Mb.
#3786
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   25

 

22 


edən  Çin  ordularına  kömək  etməsi  Çin-Kuşan  dostluq 

əlaqələrinin  yaranmasına  səbəb  olmuşdu.  Lakin  Kuşanlıların 

Səmərqəndin, xüsusi ilə “Türküstandakı ticarət yollarının” Çinin 

nəzarətinə keçməməsi üçün hazırlığa başlaması Çin və kuşanlılar 

arasındakı  əlaqələr  düşmənçiliyə  çevrilmiş,  lakin  baş  verən 

döyüşdə  Çin  ordusunun  qələbə  çalmasından  sonra  Çin-Kuşan 

əlaqələri qismən qaydaya düşmüşdü. 

 Orta  Asiyada  Baktriya,  Soqd,  Xarəzm,  Fərqanə,  indiki 

Əfqanıstanı  və  Şimali  Hindistanı  əhatə  edən  Kuşan  dövləti  IV 

əsrə  qədər  mövcud  olmuşdu.  Kuşan  dövləti  hökmdar 

Kanişkanın zamanında Roma imperiyası ilə əlaqələr yaratmışdı. 

Hətta,  99-cu  ildə  Romaya  səfirlik  də  göndərilmişdi.  Roma 

şəhərində  imperator  Trayanın  şərəfinə  düzəldilmiş  sütunda 

Kuşan  səfirlərinin  təsvirlərinin  həkk  olunması,  Orta  Asiya 

şəhərlərində  aparılmış  arxeoloji  qazıntılar  zamanı  Roma  im-

peratoru Neronun (54-68-ci illər) pullarının tapılması Roma im-

periyasının Kuşan dövlətini böyük dövlət kimi tanıdığını təsdiq-

ləyir.  Kuşan  dövləti  Parfiya  və  Çinlə  vaxtaşırı  müharibələr 

aparsa  da,  Roma  imperiyası  ilə  dostluq  və  ticarət  əlaqələrini 

uzun müddət qoruyub saxlamışdı. 

İndiki Türküstan, Tacikistan və Özbəkistanın çox hissəsini, 

Qərbi  Qazaxıstanı  əhatə  edən  torpaqlarda  yerləşən  Parfiya 

dövləti  hökmdarları  iqtisadi  inkişafa  diqqət  verir,  Orta  Asiya 

ölkələri,  Çin,  Hindistan  və  Ön  Asiya  ilə  ticarət  onlara  böyük 

gəlir gətirirdi.  Parfiyanın qonşuluğunda yerləşən Kuşan dövləti 

ərazisində  olan  Tərməz,  Səmərqənd  və  Xarəzm  kimi  böyük 

ticarət mərkəzləri “Böyük İpək yolu” vasitəsilə Çin və Roma ilə 

aparılan ticarətdə Parfiyaya böyük gəlir gətirirdilər. 

Ön və Orta Asiya ölkələrinin Çinlə əsrlər boyu davam edən 

ticarət  münasibətləri  Kuşan  imperiyasının  vaxtında  da  geniş 

vüsət  alır.  Bu  yol  Çindən  Hindistana,  oradan  Türküstana 

keçmək  şərti  ilə  İran  və  Suriya  ölkələri  vasitəsilə  Roma 

imperiyasına  uzanırdı.  Şərqi  Türküstandan  ayrılan  bir  qol 

Xarəzm  vasitəsilə  Aral-Uralarası  ərazidə  alanların  ölkəsinə, 




 

23 


oradan  da  Şərqi  Avropaya  gedirdi.  Bu  yol  vasitəsilə  Kuşan 

imperiyasına əsas etibari ilə Çin ipəyi və Çin qabları gətirilirdi.  

Məlum  həqiqətdir  ki,  Orta  Asiya  xalqları  bəhs  olunan 

dövrdə  beynəlxalq  əlaqələrin  iştirakçıları  olmuşlar.  Orta 

Asiyadan karvanlar daha çox Qərbi Hindistana və Misirə, Qara 

dənizin şimal çöllərinə gedirdi. Böyük imperiyalar süqut etdikcə 

Orta  Asiyadakı  ticarət  şəhərləri  güclənir  və  sərhədlərini 

genişləndirməyə  çalışırdılar.  Çində  hakimiyyəti  ələ  keçirən  Sien 

Orta Asiya ilə yaxından maraqlanmağa başlamışdı. Çünki, İpək 

yolu  üzərində  yeni  tayfa  birləşmələri  yaranmış,  bu  tayfalar 

vaxtaşırı  ticarətə  mane  olmağa  başlamışdılar.  Bu  zəngin 

şəhərlərə təyin edilən böyük məmurlar və sərkərdələr də az sonra 

müstəqil olmaq arzusuna tutulurdular. Buna görə də, tez-tez ki-

çik, lakin zəngin və nüfuzlu dövlətlər yaranmağa başlayırdı. Bu 

səbəbdən də, Çin Türküstanla birlikdə İpək yolunu ələ keçirmək 

istəyirdi. Ona görə ki, karvan yolları Çinin qərbindəki şəhərlərə 

böyük qazanc verirdi. 



 

24 


 

1.4. Avrasiya məkanında «Böyük İpək Yolu» nun rolu 

 

Orta  Asiya  VI  əsrdə  iqtisadi  və  mədəni  yüksəliş  dövrünə 

qədəm  qoyur.  Şəhərlər  böyüyür  və  zənginləşir,  əkinçilik, 

sənətkarlıq  və  ticarət  tərəqqi  edir.  Yalnız  soqdiyalılar  həmin 

dövrdə təcrübəli və bacarıqlı tacirlər kimi tanımış, onlar qədim 

karvan yollarından istifadə edərək İranla Aralıq dənizi arasında 

daimi  əlaqə  yaradırdılar.  Lakin  jujanların  yolkəsənliyi  və 

eftalitlərin  (ağ  hunların)  arasıkəsilməz  müharibələri  ticarət 

əlaqələrinə  mane  olurdu.  Orta  Asiya  çöllərini  və  Soqdiyanı 

birləşdirən  türklər  ticarət  üçün  geniş  imkanlar  açmışdılar.  Bu 

səbəbdən də, turkyut təbəəliyini qəbul edən Soqdiya tacirləri Orta 

Asiya xaqanlığının ayrılmaz təkib hissəsinə çevrildilər.  

Eftalitlər  də  ticarətlə  məşğul  olurdular.  Onların  ərazisi 

İran,  Çin  və  Hindistan  arasında  yerləşdiyinə  görə  karvanlar 

onun  ərzisindən  keçirdi.  Bundan  istifadə  edən  Eftalit  tacirləri 

karvanlara  bələdçilik  edirdilər.  Eftalit  tacirləri  bu  zaman  metal 

pul  işlədirdilər  və  pulların  üzərində  Toxar  yazısından  istifadə 

edirdilər. (Toxar yazısı hind əlifbasının bir variantıdır) 

Qərblə  Şərqi  birləşdirən  böyük  karvan  yolu  Eftalitləri  və 

Şimali  Çin  hökmdarlıqlarını  məğlub  edən  turkyutların  əlinə 

keçdikdən sonra yalnız siyasi deyil, həm də iqtisadi qüdrətə nail 

oldular.  Bu  yol  Çanyandan  başlanır  və  Nanşyanın  ətəkləri  ilə 

dağlardan  gələn  sellərin  suvardığı  çoxsaylı  vadilərdən  keçirdi. 

Yolun bu hissəsi asan idi. Lakin bunun ardınca səhradan Xami 

vadisinə qədər, oradan isə Turfandakı Lyukçun çökəyinə qədər 

davam edən çətin keçid başlanırdı. Hər iki vadi və yaxınlıqdakı 

ərazilər  müstəqil  Qausu  vilayətinin  tərkibinə  daxil  idi.  Burada 

çinli  hərbi  köçkünlərin  ailələri  yaşayırdı.  Qausu  Çinin  qərbə 

açılan qapısı idi. 

Yuxarıda qeyd edildiyi kimi, Qausuda karvan yolu iki yerə 

ayrılırdı.  Onun  bir  qolu  Tyan-Şanın  cənub  yamacı  boyunca 

Qaraşardan,  Kuçi  və  Aksudan  keçir,  sonra  isə  Çin  və  Talaş 




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə