Азярбайжан республикасы тящсил назирлийи



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə8/25
tarix08.10.2017
ölçüsü0,61 Mb.
#3786
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   25

 

25 


vadiləri  ilə  gedib  İsfara  çatırdı.  O  biri  –  şimal  qol  da  Qausuda 

başlayır,  Urumcudan,  Manasdan,  Kürkaransudan  və  Şabiqan 

dağlarından  keçən  Cənubi  Cunqariya  ilə  İli  (və  ya  İtil)  çayı 

vadisinə  və  oradan  da  cənuba,  Orta  Asiyaya  gedirdi.  Bundan 

əlavə,  Tyan-Şandan  aşırımlardan  keçərək,  Qaraşardan  Yulduz 

vadisi  vasitəsilə  İli  vadisinə  çıxan  başqa  bir  karvan  yolu  da 

vardır.  Lakin  çətinliyə  görə  ondan  nadir  hallarda  istifadə 

edirdilər. Üçüncü yol Qırğızıstandan Qaraşara gedən yol idi. Bu 

yolla gedən ilk avropalı V.İ.Roborovski (1893-cü il) olmuşdu. 

Karvanlar  Orta  Asiyada  dincəlirdilər.  Ən  böyük 

düşərgələrdən biri Paykənd şəhəri idi. Buradan yol Xorasandan 

keçib  Rey  və  Həmədana,  habelə  Bizans  qalası  Neseviyyədən 

(Nizib) keçib Suriya və Konstantinopola gedirdi. Çin dənizinin 

sahillərindən  İran  sərhədlərinə  qədər  məsafə  150  günə  qət 

edilirdi,  buradan  Roma  sərhəddindəki  Nizibə  qədər  yolu 

keçmək üçün isə 80 gün vaxt lazım gəlirdi.  

Ticarət olduqca gur və gəlirli olsa da o, natural təsərüffat 

şəraitində  yaşayan  xalq  kütlələrinə  deyil,  zinət  şeylərinə  daha 

çox  ehtiyac  duyan  yuxarı  təbəqəyə  xidmət  edirdi.  Çinlilər  öz 

imperatriçələri  üçün  ətriyat,  ipək  parça,  bəzək  əşyaları,  o 

cümlədən  qiyməti  çox  baha  olan  sürmə  alırdılar.  Babilistan 

xalıları da nadir mal sayılırdı. Nəhayət, Çinə əsil və süni Suriya 

daş-qaşları, Qırmızı dənizdən çıxarılmış mərcan, mirvari, Suriya 

və  Misirdən  parçalar,  Kiçik  Asiyadan  narkotik  maddələr 

gətirilirdi.  Mühüm  ticarət  malı  ipək  Avropaya  imperator 

Avqustun hakimiyyət illərindən gətirilməyə başlanmışdı. Bizansın 

ipəyə ehtiyacı hədsiz idi, sarayın və əsilzadələrin ehtiyaclarından 

başqa  barbarlarla  əlaqələrdə,  ən  başlıcası  isə  muzdlu  qoşun 

tutulmasında ipəkdən ödənc kimi istifadə olunurdu. 

Yustinianın  dünya  hakimiyyəti  iddiası  Bizans  hökumətini 

anql-saks  krallığı  da  daxil  olmaqla  bütün  Avropa  dövlətlərini 

diplomatik  əlaqələr  saxlamağa  məcbur  etdi.  Hədiyyə  verməyə, 

lazimi  adamları  ələ  almağa,  muzdlu  qoşun  tutmağa  hədsiz 

miqdarda  ipək  tələb  olunurdu.  Ticarət  sayəsində  Yustinian  az 




 

26 


qala  bütün  Aralıq  dənizi  hövzəsini  hakmiyyətinə  tabe  edən 

dünya  siyasəti  aparmağa  nail  olmuşdu.  İpək  Bizansda  qızıl  və 

bahalı daşlarla eyni səviyyədə qiymətləndirilirdi. 

Lakin  Bizansı  bu  qiymətli  malla  təchiz  edən  yol  Şimali 

İrandan  keçirdi,  Sasani  hökuməti  isə  karvan  ticarəti  üzərində 

nəzarəti qətiyyən  əldən buraxmaq istəmirdi. Xam ipəyin  böyük 

bir 

hissəsinin 



istehsalını 

özlərində 

saxlayan 

iranlılar 

hazırladıqları  məmulatları  istədikləri  qiymətə  Qərbi  Avropa 

ölkələrinə sata bilirdilər. Bəzən ipəyin qiyməti Çindəkindən 700 

dəfə baha olurdu.  

Bizans imperiyasının tənəzzülünə can atan farslar, təbii ki, 

mal  dövriyyəsinin  artmasına  deyil,  ipəyin  qiymətinin 

bahalaşmasına,  bu  yolla  Bizansdan  daha  çox  pul  qoparmaqla 

onu  siyasi  və  hərbi  baxımdan  zəiflətməyə  çalışırdılar.  Mal 

dövriyyəsinin  artması  İran  üçün  ona  görə  sərfəli  deyildi  ki, 

ipəyin  qiyməti  nə  qədər  yüksək  olsa  da,  Bizans  öz  ipəyini 

Avropa  bazarında  satmaqla  ziyanını  ödəyirdi,  əldə  edilən  gəlir 

isə  hərbi  potensialın  artırılmasına  sərf  olunurdu.  Ona  görə  də, 

farslar  ipək  ticarətinə  ciddi  məhdudiyyət  qoyur,  həm  də  buna 

yalnız  yüksək  qiymətlər  vasitəsilə  deyil,  Qərbə  aparılan  ipəyin 

miqdarının məhdudlaşdırılması yolu ilə nail olurdu. 

Təbii  ki,  Bizans  bu  vəziyyətlə  barışa  bilməzdi.  Əslində 

Bizans  ipəyə  dəyərindən  artıq  pul  verməklə  ona  düşmən  olan 

İranın  güclənməsinə  imkan  yaradırdı.  Elə  bu  səbəbdən  də, 

Yustinian  təxminən  531-ci  ildə  Afrika  tacirlərinə  vasitəçi  rolunu 

öz  öhdələrinə  götürmələrini  təklif  edir.  O,  həmçinin  ipəyin 

Bizansa  Hind  okeanından  keçməklə  gətirilməsi  haqqında 

Efiopiya  kralı  ilə  razılığa  gəlmək  istəsə  də,  iranlıların  Hindistan 

limanlarındakı  efiopiyalıların  ipək  inhisarını  onların  əllərindən 

almaq cəhdi səmərəsiz qaldı. Nəticədə, 532-ci ildə bağlanan sülh 

ipək ticarətinin əvvəlki qaydalarını yenidən bərpa etdi. 

İpək  yolunun  dəniz  ticarəti  xətti  də  var  idi.  Bəzi 

mənbələrdə bu yol musson yol adlandırılır. Dənizçilər bu yoldan 

yay və qış mussonları zamanı, küləkli günlərdə istifadə edirdilər. 



 

27 


Dəniz yolu Çinin cənub sahillərindən başlayıb Asiyanın cənub-

şərqi,  cənubi  və  cənub-qərbindən  keçərək  Qırmızı  dənizə  qədər 

uzanır  –  İsgəndəriyyə  və  Tir  şəhərlərində  başa  çatırdı.  Bundan 

sonra finikiyalıların vasitəsilə Şərq malları Avropaya aparılırdı. 

Hindistan  və  Misirin  tacirləri  bu  dəniz  yolunda  vasitəçi  kimi 

çıxış  etsələr  də,  Cənubi  Ərəbistan  tacirləri  müstəqil  hərəkət 

edirdilər.  Sonralar  Nil  və  Qırmızı  dənizi  birləşdirən  kanal  da 

çəkilmişdi.  

İranla  540-cı  ildə  başlanan  yeni  müharibədən  istifadə  edən 

Yustinian xüsusi fərmanla ipəyin qiymətini aşağı saldı, lakin fars 

tacirlərindən  ipəyi  həmin  qiymətə  almaq  mümkün  olmadı. 

Nəticədə xammal çatışmazlığı səbəbli Suriyadakı ipək toxuculuq 

manifak  turaları  iflasa  uğradı.  570-ci  ildə  Yəməni  ələ  keçirən 

Xosrov  Ənuşirəvan  bizanslıların  Qırmızı  dəniz  və  Hind  okeanı 

vasitəsilə  Şərqə  çıxan  yollarını  kəsdi.  Elə  həmin  dövrdə  turkyut 

xaqanlığı  da  bu  proseslərə  qoşuldu.  Turkyutlar  hər  il  Çindən 

xərac şəklində yüz min pud ipək parça alırdılar, çadırlarını bahalı 

ipəklərlə  bəzəmələrinə  baxmayaraq  xanlar  aldıqları  parçaların 

hamısından istifadə edə bilmirdilər.  

Eftalitlərilərin 

məğlubiyyətindən 

sonra 


soqdiyalılar 

turkyutların  təbəəliyinə  keçdilər.  Ən  qədim  zamanlardan  həm 

Qərbdə,  həm  də  Şərqdə  zirək  tacirlər  kimi  tanınan  soqdiyalılar 

Eftalit  ağalarını  turkyutlarla  əvəz  etməklə  öz  ticarətlərini 

yaxşılaşdırdılar.  Artıq  onların  qarşısında  Asiyanın  daxili 

vilayətlərinə  maneəsiz  və  təhlükəsiz  yol  açılmışdı.  İpək 

ticarətinin  maksimum  genişlənməsi  həm  soqdiyalıların,  həm  də 

artıq  qalan  ipək  parçaları  üçün  bazar  axtaran  turkyutların 

xeyrinə idi. 

Lakin  yaranmış  şəraitdə  daha  çox  vasitəçinin  varlanması 

mümkün  idi.  Çünki  əcac  məsələlərdən  biri  ipəyi  Bizansa 

çatdırmaq  deyil,  bunun  üçün  Sasani  şahı  ilə  razılığa  gəlmək 

lazım  idi.  İstəmi  xaqan  yeni  təbəələrin  arzularına  zidd  getməsə 

də,  bu  İran  hökumətini  razı  sala  bilməzdi.  Çünki  ipəyin 

hamısının Bizansa aparılmasına imkan verilsəydi, bir neçə ildən 



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə