Азярбайжан республикасы тящсил назирлийи



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə6/25
tarix08.10.2017
ölçüsü0,61 Mb.
#3786
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   25

 

19 


karvanlar  pul  və  ipək  parça  verərək  ərzaq  əldə  edirdilər.  Qərb 

ölkələrinin  əhalisi  belə  düşünürdü  ki,  Çin  çox  zəngin  ölkədir  və 

istədiyi hər şeyi əldə edə bilər. 

Fərqanə  ətrafında  üzümdən  şərab  hazırlanır,  yonca 

becərilirdi.  Çin  ölkəsinə  bu  bəlli  deyildi,  Çin  karvanları  bu 

ölkədən öz ölkəsinə qayıtdıqda üzüm və yonca toxumlarını Çinə 

gətirdilər.  Bu  vaxt  Qərbdən  –  Orta  Asiyadan  gətirilən  “Göy 

atları” da çoxalmışdır. Bu atların bəslənilməsində yonca  böyük 

rol  oynayırdı  ki,  bu  atların  sayəsində  də  Çin  ordusu 

qüvvətlənmişdi. 

Fərqanədən  Parfiyaya  qədər  ərazidə  müxtəlif  dillərdə 

danışan, lakin adətləri eyni olan əhali yaşayırdı. Parfiya tacirləri 

az  bir  qazanc  üçün  çox  uzun  bir  alış-veriş  edirdilər.  Onlar 

karvanlarla Çinə gedir, bəzək əşyaları hazırlayırdılar. Parfiyada 

qızıl və gümüşdən sikkələr kəsirdilər. 

E.ə. 114-105-ci illər Çinin güclü dövrü kimi xarakterizə olu-

nur.  Bu  dövrdə  ölkənin  cənubunda  və  şərqində  olan  tayfalar 

məğlub  edilərək  onlara  məxsus  ərazilər  mərkəzi  hakimiyyətə 

tabe  edilmişdi.  Qərb  istiqamətində  karvan  yollarına  nəzarət 

güclənmişdi. Çinin qərb qapısı sayılan və e.ə. 121-ci ildə hunların 

əlindən alınan Qausuda əhalinin sıx məskunlaşması baş verirdi. 

E.ə. 108-ci ildə Çin hökmdarı yeni bir şəhər – Çin mənbələ-

rində  Cin-cüan  adlanan  şəhər  salır.  Bununla  da,  hunlarla 

tibetlilərin yaratdıqları yol bağlanmış oldu. Çin qərbdə yüecilər 

və  Toharıstan  arasında  əlaqələr  qurdu.  Sonralar  bu  şəhərlərlə 

qohumluq əlaqələri yaradıldı. Elə bu səbəbdən də,  hunlar  Çinə 

yürüş  etdikdə  (e.ə.114-105-ci  illər)  Çinin  bütün  şimal-qərb 

sərhədlərini  –  Qərbə  gedən  karvanların  keçdikləri  şəhərləri 

hədəfə  almışdılar.  Hunlar  Şərqi  Türküstanın  böyük  əkin  və 

ticarət  yollarını  və  şəhərlərini,  o  cümlədən  e.ə.  72-ci  ildə  Qərbi 

Türküstana  gedən  yoldakı  Kuça  və  Aksu  kimi  əkinçilik  və 

ticarət  şəhərlərini  ələ  keçirdilər.  Artıq  hunlar  Qərbi  Türküstan-

dan Fərqanəyə qədər olan zonaları əllərində saxlayırdılar. 



 

20 


Çin 

də 


öz 

növbəsində 

Türküstanın 

cənub-şərq 

hissələrindəki İpək yolunu nəzarət altında saxlamaq üçün orada 

qarnizonlar  yerləşdirmişdi.  E.ə.  60-51-ci  illərdə  Yih-cu 

şahzadələrinin  xaqanlıq  taxtında  olması  və  onun  ölkədəki 

nüfuzu,  hun  şahzadələrinin  ona  sığınmasına  səbəb  olmuşdu. 

Bundan  istifadə  edən  Çin  də  şimal  və  cənub  İpək  yollarını 

nəzarət altına almağa çalışdı. Cənub İpək yolu Çin üçün böyük 

əhəmiyyətə malik idi. Bu vaxta qədər şimal İpək yoluna hunlar 

nəzarət  edirdilərsə,  bundan  sonra  şimal  yoluna  da  çinlilər 

nəzarət etməyə başladılar. 

Böyük  Hun  imperiyası  İpək  və  karvan  yollarının 

təhlükəsizliyində 

böyük 


rol 

oynamışdı. 

İmperiyanın 

şəhərlərindən  keçən  karvanlar  bu  imperiyanın  iqtisadiyyatının 

güclənməsində  əvəzsiz  xidmət  göstərmişdi.  Lakin  hunların 

ərazisindən  keçən  bu  karvanlar  heç  də  həmişə  təhlükəsizlikdən 

uzaq  olmamışlar,  hunlar  karvanların  qarşısını  kəsir,  bəzən  isə 

onları tamamən qarət edirdilər. 

Türküstan şəhərləri İpək yolları üstündə olan böyük ticarət 

mərkəzləri  idi.  Bu  mərkəzlər  Türküstanda  qədimdən  müxtəlif 

tayfalardan əmələ gəlmişdi. Hunlar da Göytürklər kimi iqtisadi 

inkişaf baxımından bu şəhərlərin daxili işlərinə qarışmamışlar. 

Çin  idarə  üsulu  böyük  Orta  Asiya  şəhərləri  üçün  daha 

əlverişli  idi.  Türküstandakı  kiçik  dövlətlər  Çinlə  əlaqələri 

olduqları  müddətdə  yollar  ticarət  karvanları  üçün  açıq  olurdu. 

Bu da ordularını Türküstanda ehtiyatda saxlayan Çin üçün daha 

ucuz başa gəlir və faydalı olurdu. 

9-25-ci  illərdə  Türküstan  hunların  tabeliyinə  keçir  və 

vəziyyət  dəyişir.  Hunların  Türküstan  ərazilərindəki  siyasəti 

imperiyanın  iqtisadiyyatının  güclənməsinə  yönəldildiyindən 

onlar  ticarətə  nəzarəti  öz  əllərində  saxlayır,  ən  yaxşı  malları 

özləri alırdılar ki, Çinin imkanları zəifləsin. 52-ci ildə hun elçiləri 

Çinin  tam  qərbində,  Çini  Türküstana  bağlayan  Tibet  və  Altay 

dağlarından  gələn  yolları  birləşirdirən  yerdə  yerləşən  Vu-vek 

şəhərinə  gəldilər.  64-cü  ildə  Orta  Asiya  hunları  öncə  “qarşılıqlı 



 

21 


ödəmə  və  mal  dəyişdirmə  yolu  ilə  ticarət  etmək”  məqsədilə 

oraya  elçi  göndərir,  iki  dövlət  arasında  dostluğun  bərqərar 

olunmasını  xahiş  edirlər.  Çinlilər  bununla  hun  talanlarının 

dayanacağını düşündüklərindən bu istəyi qəbul etdilər. 

Bundan  başqa  hunlar  çox  ustalıqla  Labnor  çölünün 

cənubunda olan və bütün ticarət yollarının qovşağı hesab edilən 

Şanşan  şəhərini  və  ondan  heç  də  az  dəyəri  olmayan  Kuçanı 

özlərindən  asılı  edə  bilirlər.  Şimaldakı  böyük  ticarət  yolu 

üstündə olan Turfan və Qaraşar kimi böyük şəhərlər də hunların 

nəzarətinə keçir. 

Hunların təmkinli siyasəti bu böyük ticarət və əkinçilik şə-

hərlərini  bir  qədər  də  genişləndirdi.  Çindən  bu  ərazilərə  xalı  və 

ipək  parçalar  gətirilirdi.  Hunlar  Orta  Asiya  və  Türküstanı  ələ 

keçirdikdən  sonra  gözlərini  Çinin  qərbindəki  və  bütün  yolların 

keçdiyi Qausu əyalətinə dikir və bu şəhəri də ələ keçirirlər. 

Qeyd  edildiyi  kimi,  Labnorun  cənubunda  olan  Şanşan 

şəhəri  Çindən  qərbə  gedən  əsas  yolların  üstündə  yerləşirdi. 

Cənubdan  Əfqanıstan  və  Hindistana,  şimaldan  Ön  Asiyaya  və 

Avropaya  gedən  yollar  əsasən  burada  qovuşurdu.  Bu  şəhər 

Təklə-Məkan səhrasının içində idi. Hunlar Orta Asiyanın böyük 

ticarət  şəhərlərində  “səfirlik”  adı  ilə  hərbi  qarnizonu  ehtiyatda 

saxlayırdı.  Çin  orduları  isə  Tibet  dağlarının  şimalında  olan 

şəhərlərin  alınması  məqsədilə  bu  əraziyə  kiçik  dəstələr 

göndərirdilər. 

76-cı  ildən  başlayaraq  Orta  Asiyada  baş  verən  quraqlığın 

uzun  illər  davam  etməsi  Orta  Asiya  Hun  imperiyası  daxilində 

narazılıq  və  ixtişaşlar  yaratdı.  Lakin  çətinliklərə  baxmayaraq, 

hunlar Çin ordularını Orta Asiyadan qovmağa və Şimal ticarət 

yolunu ələ keçirməyə nail oldular. 

 

 



1.3. Kuşan imperiyasının «Böyük İpək Yolu»nda mövqeyi 

 

“Böyük  İpək  yolu”nda  mövqeyi  olan  dövlətlərdən  biri  də 



Kuşan imperiyası idi. Kuşan dövlətinin Turfan bəyliklərinə axın 


Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə