Азярбайжан республикасы тящсил назирлийи



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə18/25
tarix08.10.2017
ölçüsü0,61 Mb.
#3786
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   25

 

56 


Göründüyü  kimi,  dünya  ölkələri  və  xalqları  arasındakı 

əsrlərdən  bəri  davam  edən  ənənəvi  tarazlıq  artıq  pozulmağa 

başlamışdı.  Uzaq  dəniz  səfərlərinə  çıxan  İspaniya,  Portuqaliya, 

Hollandiya, sonralar isə İngiltərə və Fransa gəmiləri Hindistan və 

Ərəbistan  ölkələrindən,  Afrika  və  Amerikadan  Avropaya  xam 

ipək və zərif ipək parçalar, xalça - palaz, ədviyyat məhsulları, daş-

qaş, zərgərlik məmulatı və qiymətli əşyalar qaşıyırdılar. 

İndi  Avropanı  ucuz  xammal  mənbələri  və  Avropada 

istehsal  olunan  malların  sərfəli  satış  üçün  bazar  tapmaq 

düşündürürdü.  Bu  sahədə  Avropa  ölkələri  qarşısında  maneə 

Osmanlı  Türkiyəsi  idi.  Türk  Sultan  Səlim  1514-1517-ci  illərdə 

Türkiyənin  Yaxın  və  Orta  Şərqdəki  qüdrətli  iki  rəqibindən 

birinə ağır zərbə vurmuş, Misir sultanlığını aradan qaldırmışdı. 

Ərazisini  iki  dəfədən  çox  artıran  Osmanlı  imperiyası  Asiya, 

Afrika  və  Avropanı  əlaqələndirən,  çox  əlverişli  əraziləri  və  su 

hövzəsini əhatə edən qüdrətli dünya dövlətinə çevrilmişdi. Sultan 

Səlimin  hərbi  əməliyyatları  nəticəsində  Avropanı  Suriya  və 

Misir,  eləcədə  Şərq  ölkələri  ilə  əlaqələndirən  karvan  yolları 

Türkiyənin nəzarətinə keçmişdi. 

Misirin  işğalı  və  Əlcəzairin  asılı  hala  düşməsi  ilə  Osmanlı 

imperiyası  Şimali  Afrika  və  Aralıq  dənizi  hövzəsində 

möhkəmləndi. 

Beləliklə, 

İspaniya 

və 

Portuqaliya 



ilə 

münasibətlər  pisləşdi.  Hicazın  işğalı  ilə  Qırmızı  dəniz  Osmanlı 

imperiyasının  daxili  gölünə  çevrildi.  Sultan  Səlimin  göstərişi  ilə 

Qırmızı  dənizdə  qüvvətli  donanma  yaradılmasına  başlandı, 

Cəddə  limanında  türk  qarnizonu  yerləşdirildi,  Hind  okeanında 

möhkəmlənmək üstündə Türkiyə - Portuqaliya rəqabətinin yeni 

dövrü başladı. 

Portuqaliya  XVI  əsrin  əvvəllərində  hind  okeanında 

möhkəmlənərək Şərqi Afrika, Hindistan, Seylon və Cənub-Şərqi 

Asiya ölkələrindən Hörmüzə və Ədənə gələn su yollarını nəzarət 

altına  almış  və  bununla  Aralıq  dənizi  vasitəsilə  Avropa-Şərq 

ticarətinə  ağır  zərbə  vurmuşdur.  Əvvəllər  Hind  okeanı 

hövzəsindən,  Cənub-Şərqi  Asiyadan,  habelə  Çindən  və 



 

57 


Yaponiyadan  İran  körfəzi  və  Qırmızı  dəniz  vasitəsilə  Aralıq 

dənizi  sahillərinə  gətirilən  nadir  şərq  mallarını  –  istiot,  darçın, 

mixək, zəncəfil, məsqət qozu, müşk, nefrit, səndəl ağacı, fil dişi, 

yaqut,  çini  qab-qacaq,  gümüş,  pambıq,  xam  ipək,  cürbəcür 

zərgərlik məmulatları, şəkər tozu və bir çox başqa qiymətli məh-

sulları portuqaliyalılar indi okean yolu ilə müxtəlif Avropa ölkə-

lərinə  aparır,  çoxlu  qazanc  götürürdülər.  Portuqaliyalılar  “qızıl 

diyarı”  adlanan  Hindistana  gedən  dəniz  yoluna  ancaq  öz 

mülkiyyətləri  kimi  baxırdılar.  Bu  isə  Avropa-Şərq  ticarətindən 

böyük qazanc götürən Türkiyəyə zərbə idi. 

Türkiyənin  Portuqaliyanı  Hind  okeanında  sıxışdırmaq  və 

ədviyyat ticarətinin istiqamətini yenidən Aralıq dənizi sahillərinə 

yönəltmək siyasəti Venesiyanın da mənafeyinə uyğun idi. Digər 

tərəfdən  Suriya,  Livan,  Fələstin  və  Misir  ərazisinin  də 

Türkiyənin  əlinə  keçməsindən  sonra  Venesiya  özünün  Şərq 

ticarətini  sahmanda  saxlamaq  üçün  Osmanlı  imperiyası  ilə 

razılığa gəlməyə məcbur idi. 

XV  əsrin  II  yarısı  və  XVI  əsrin  əvvəllərində  Sultan  II 

Mehmet  (1451-1481)  və  Yavuz  Səlimin  (1512-1520)  apardıqları 

müharibələr  nəticəsində  Cənubi  Qafqaz,  İran,  Orta  Asiya,  Çin, 

Hindistan,  İran  körfəzi  və  Cənubi  Ərəbistanı  Aralıq  dənizi  və 

Qara  dəniz  sahilləri  ilə  əlaqələndirən  bütün  beynəlxalq  karvan 

yollarının son məntəqələri Osmanlı imperiyasının əlinə keçmişdi. 

Sultan Süleymanın Macarıstanı məğlub edib Belqradı (1521) və 

Budanı  (1526)  ələ  keçirməsi  ilə  Mərkəzi  və  Qərbi  Avropa 

ölkələrini  Şərqlə  əlaqələndirən  məşhur  İstanbul  yolunun  da 

mühüm  hissəsi  türklərin  nəzarətinə  düşür.  Radosun  fəthi  ilə 

(1522) Aralıq dənizində Osmanlı imperiyasının mövqeyi daha da 

möhkəmlənir. 

Böyük coğrafi kəşflər nəticəsində beynəlxalq ticarət yollarına 

zərbə vuruldu. Hindistana dəniz yolunun kəşfi, Avropa ölkələrinin 

Amerika ilə əlaqələrinin genişlənməsi Aralıq və Qara dənizin bey-

nəlxalq ticarətdəki əvvəlki mövqeyini zəiflətdi. O biri tərəfdən Por-

tuqaliyanın Hindistan-Avropa ədviyyat ticarətini öz inhisarına al-




 

58 


ması, həmçinin Hörmüzdə, İran körfəzində, Ərəbistan yarımadası-

nın cənubunda  -  Qırmızı dənizin lap  girəcəyində  möhkəmlənməsi 

Hindistanı  Aralıq  dənizi  sahilləri  ilə  əlaqələndirən  karvan  və  su 

yollarının  əhəmiyyətinə  təsir  etdi.  Osmanlı  imperiyası  ilə 

münasibətləri son dərəcədə kəskin olan Səfəvi dövləti Avropa ölkə-

ləri ilə ticarət əlaqələrini qaydaya salmaq üçün Volqa-Xəzər yoluna 

və  Hörmüz  vasitəsilə  Avropaya  gedən  okean  yoluna  daha  çox 

meyil göstərməyə başladı. 




 

59 


 

2.6. Orta əsrlərdə Azərbaycan və Xəzər dənizi yolu ilə  

ticarət uğrunda Rusiya - İngiltərə rəqabəti 

 

Orta  əsrlərdə  Şərq  ölkələri  ilə  Avropa  arasında  ticarət 

əlaqələri  başlıca  olaraq  Qara  dəniz  və  Aralıq  dənizi 

sahillərindəki  ticarət  mərkəzləri  vasitəsilə  həyata  keçirilirdi. 

Asiyanın  içərilərindən,  Uzaq  Şərqdən,  Hindistandan,  Qara 

dəniz  və  Aralıq  dənizi  sahillərinə  gələn  karvan  yolunun 

əksəriyyəti, Rusiyanı və Volqaboyunu Dərbənd keçidi vasitəsilə 

Cənubi Qafqaz,  İran, Kiçik Asiya və Hindistanla  əlaqələndirən 

məşhur “Böyük İpək Yolu” da Azərbaycan ərazisindən keçirdi. 

Orta  əsrlərdə  Azərbaycanda  olmuş  avropalı  səyyahlar 

Azərbaycanın  Avropanın  müxtəlif  regionları  ilə  həyata  keçirilən 

çoxtərəfli  əlaqələri  haqqında  qiymətli  məlumatlar  verirlər. 

Azərbaycanın bir sıra şəhərlərini gəzmiş I Lerx Avropa və Asiya 

arasında  aparılan  ticarətin  təqribən  aşağıdakı  yollarla  getdiyini 

göstərmişdi: Həştərxan – Qızlar - Tərki - Dərbənd - Bakı-Şamaxı 

- Cavad-Rəşd və s.  

Kastiliya  səfiri  Rui  Qonzales  de  Klavixo  “Teymurun  Sə-

mərqənd sarayına səyahəti” adlı gündəliyində (1414- cü il) Şama-

xıda ipək istehsalından bəhs edərək “Burada çoxlu ipək toxunur, 

oraya  ipək  almaq  üçün  hətta  Genuya  və  Venesiya  tacirləri  də 

gəlirlər” deyə yazırdı. 

Səyyah Şiltbergen (1394-1427) şahidlik edir ki, “ipəyin ən 

yaxşı  növü”  Şirvandan  aparılır  və  ondan  Dəməşqdə,  Kaşanda, 

Bursada  yaxşı  parçalar  toxunurdu.  İpək  qismən  Venesiyaya  və 

Lukkaya  da  ixrac  olunurdu  və  bu  yerlərdə  ondan  əla  məxmər 

toxuyurdular. 

XV-XVI  əsrlərdə  əlverişli  liman  kimi  Bakının  əhəmiyyəti 

artmağa  başlayır,  Xəzərsahili  ölkələrlə  ticarət  mübadiləsi 

genişlənir,  ticarət  malları  içərisində  neft,  duz,  boyaqotu,  ipək 

üstünlük təşkil edirdi. Bu mallar Bakıdan və Bilgəhdən dəniz və 

quru yolla uzaq ölkələrə daşınırdı. 



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə