Азярбайжан республикасы тящсил назирлийи



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə5/25
tarix08.10.2017
ölçüsü0,61 Mb.
#3786
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   25

 

16 


Qərb  ticarətinin  artması  Çinin  iqtisadiyyatı  üçün  dirçəliş 

yaratmışdı. Çin paytaxtına hər yandan qiymətli mallar gəlməyə 

başlamış,  Orta  Asiya  ilə  ticarət  artmışdı.  Bu  ticarətdən  yalnız 

tacirlər deyil, ticarət yollarının keçdiyi yerlərin də böyük qazancı 

olurdu.  Bu  dövrdə  qərbə  gedən  yolların  hamısı  hunların  əlində 

idi. Hunlar istədikləri vaxt yolları kəsə bilir və ya dəyişdirirdilər. 

Qərbi  Çindəki  məmurların  yeganə  istəyi  isə  karvanların 

arxayınlıq  içində  gedib-  gəlmələri  və  hunlar  tərəfindən  qarət 

edilməmələri idi. 

Qərbə  gedən  bütün  karvan  yolları  Qausudan  keçirdi. 

Qausu həm xalq, həm də idarə baxımından hunların əlində idi. 

Bu çox zəngin və dəyərli zonanı iki hun şahzadəsi idarə edirdi. 

E.ə  121  -  ci  ildə  bu  şahzadəlik  Çinin  əlinə  keçir.  Lakin  hunlar 

cənubdakı  Tibet  tayfaları  ilə  razılaşıb  Çinin  içərilərinə  qədər 

yürüş edə bilirlər. Yolların keçdiyi bu tranzit zonanın qəti olaraq 

hunların  əlindən  alınması  zərurəti  yaranır.  İmperator  Vunun 

taxta  çıxması  ilə  tutulan  bu  plan  iyirmi  il  sonra,  yəni  yuxarıda 

göstərildiyi kimi, e.ə. 121-ci ildə həyata keçirildi. 

Qausunun  münbit  vadiləri  və  zəngin  otlaqlarını,  xüsusilə 

İpək 


tranzit 

yolunu 


əllərində  saxlayan  Qausu 

şahzadəlikləri 

Çinin 

daima diqqətində idi. 



Çindən 

qərbə 


gedən 

yollar 


iki 

istiqamətə  -  cənub  və 



şimal  yollarına  ayrılırdı. 

Çinin şərq sərhəddindəki 

Yü-men 

və 


Yanq 

keçidlərindən qərb məm-

ləkətinə  gedən  əsas  iki 

yol  vardı.  Cənub  yolu 

Sien-sienin yanındakı cə-

nub dağlarının (Nanşan) 




 

17 


şimalından keçir, Tarun çayı boyunca qərbə hərəkət edir, ondan 

sonra Yarkəndə çatırdı. Cənub yolu buradan qərbə doğru uza-

nır,  Pamir  və  Kaşqar  dağlarını  (Tsunq  –  linq)  aşır,  oradan 

Böyük Yüecilərə və İrana (An - hsi) uzanırdı. 



Şimal  yolu  Turfan  hökmdarlığının  paytaxtından  (yəni, 

Cüsi  Ön  hökmdarlığından)  başlayırdı.  Yol  şimala  doğru  gedir, 

şimal  dağlarını  aşır,  Yuxarı  Tarun  çayı  boyunca  hərəkət  edir, 

buradan Kaşqara yetişir, Pamir və Kaşqar dağlarını keçdikdən 

sonra Fərqanə, Səmərqənd hökmdarlığı və Xəzər dənizinə (An-

Tsau) çatırdı. 

Asiyanın ön hissəsi Turfan, arxa hissəsi isə Beşbalıq adla-

nırdı. Turfan qarışıq bir diyardır. Hər cür millətdən olan ticarət 

şəbəkələri burada yerləşmişdi. Beşbalıq isə Şimali Asiya ilə Tür-

küstanı və ticarət yollarını birləşdirən bir qapı rolunu oynayırdı. 

Hunlar  və  Göy  türklər  vaxtında  Türküstanla  ticarət  yollarının 

nəzarət  və  orduların  çıxış  nöqtəsi  bura  idi.  Çünki  bura 

Türküstanın  əkinçilik  və  ticarət  şəhərləri  ilə  Orxon  arasındakı 

bir birləşmə yeri idi. 

Çin  hakim  dairələri  Fərqanə  və  başqa  qərb  dövlətləri  ilə 

əlaqələrin  yaranmasını  istəyirdilər.  Artıq  bundan  sonra  yollar 

üstündə  tez-tez  karvanlar,  elçilər  görünməyə  başladı.  Bir  ilin 

ərzində gedib-gələn karvanların sayı çoxaldı. 

E.ə.  119-cu  ildə  hunların  böyük  axını  səbəbli  Çin  ağır 

itkilərə  məruz  qalır.  Çin  qərb  torpaqlarını  əldə  etmək  uğrunda 

mübarizəyə  başlayır.  Məşhur  elçi  Canq  Çienin  raportunda 

verdiyi  məlumatlar  da  bunu  təsdiq  edir.  Çin  bu  vaxta  qədər 

Qərbi  Türküstanla,  daha  çox  yüeilərlə  razılıq  əldə  etməyə, 

hunlara  arxadan  zərbə  vurmaq  üçün  yollar  axtarmağa  səy 

göstərir. Lakin e.ə. 119-cu ildə hunlara qarşı başlanan böyük Çin 

axını  bir  nəticə  verməsə  də,  hunların  şimala  çəkilməsi  ilə  İpək 

yolu müdafiə altına alınır. Artıq Çin imperatoru Vu (e.ə. 140-86) 

(Avropa  mənbələrində  bu  hökmdarların  adı  U  -  di 

adlandırılmışdır) Qərbin zəngin ölkələri ilə əlaqə üçün qərbə çıx-



 

18 


mağa çalışır. E.ə. 115-ci ildən sonra artıq “Çin karvanları” qərbə 

doğru tez-tez səfərlərə çıxmağa başlayır. 

Çin  Linq-cü  şəhərinin  qərbindəki  böyük  müdafiə  səddini 

çəkdirməyə  başladı.  Şimal-qərbi  Asiya  ilə  əlaqələrin  qurulması 

üçün  Qausuda  Çin  dayaq  məntəqəsi  hesab  olunan  Kau-cou  eli 

quruldu.  Parfiya  dövləti,  An  -  Tsan  (Alan),  Suriya  (Li  -  kon), 

İraq (Tiao - ci) və Hind ölkələrinə gedən karvanların sayı artdı. 

Alış-veriş  o  qədər  artmışdı  ki,  gedib-gələnlər,  elçilər,  karvanlar 

yolda bir-biri ilə qarşılaşırdılar. 

Qərb  ölkələrindən  gələn  karvanlar  bir  neçə  yüz  nəfərlik 

qrup  halında,  ən  azı  isə  yüz  nəfərlik  olurdular.  Bu  həm  də, 

təhlükəsizlik baxımından təşkil olunurdu. 

Çindən hər il qərbə ən çoxu 10, ən azı isə 5 və ya 6 karvan 

göndərilirdi.  Çox  uzaq  yerlərə  gedən  karvanlar  8-10  ilə,  yaxına 

göndərilənlər isə bir ilə qayıdırdılar. 

 

 



1.2. Hunların «Böyük İpək Yolu»na  

nəzarət uğrunda mübarizəsi 

 

Çinin  uzaq  olduğunu  və  Çin  ordusunun  onlara  (yəni, 



karvanlara)  çata  bilməyəcəyini  düşünən  hunlar  nəzarətlərində 

olan  şəhərlərdə  karvanlara  hücum  edir,  yaxud  karvanların 

ərzaqla  təminatına  mane  olurdular.  Karvanlarla  hun  şəhərləri 

arasında tez-tez münaqişələr olurdu. Loulan və Turfan kimi kiçik 

dövlətlər  Çin  karvanlarına  hücum  edib  onları  tamamilə  qarət 

edirdilər.  Hunların  atlı  dəstələri  tez-tez  Qərbə  gedən  Çin 

karvanlarının  yollarını  kəsir  və  hücum  edirdilər.  Buna  görə  Çin 

karvanları qərb ölkələrində, xüsusən hun ölkəsində rastlaşdıqları 

belə  hallardan  şikayət  edirdilər.  Çin  karvanları  Konq  (Kanq) 

dövlətinin ərazisində də bu cür basqınlara məruz qalırdılar.  

Fərqanənin  qərbindən  Parfiya  hökmdarlığına  qədər 

uzanan  ölkələrdə  həm  hunların,  həm  də  Çin  ölkəsinin 

karvanlarına  tez-tez  rast  gəlinirdi.  Çin  ölkəsindən  gedən 



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə