Азярбайжан республикасы тящсил назирлийи



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə4/25
tarix08.10.2017
ölçüsü0,61 Mb.
#3786
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   25

 

12 


etdi  və  onların  hökmdarının  başını  kəsdi”  –  deyə  Çin 

qaynaqlarındа  xatırlanan  tayfalar  qərb  ticarət  yollarının 

Qausudan  keçib  bütün  Çinə  girdikləri  keçid  sahələrində,  yəni 

Lunqhsi dairələrində yaşayırdılar.  

Kiçik  sülalələr  tərəfindən  idarə  olunan  Çin  bu  sistemin 

birliyinə  arxalanan  və  mərkəzdən  idarə  olunan  böyük  dövlətə 

çevrildi. Altay tayfaları ilə qərb ticarət yollarının demək olar ki, 

əsasını  təşkil  edən  Çinin  qərb  əraziləri  digər  Çin  ərazilərinə 

nisbətən  inkişaf  edirdi.  Çinin  mərkəzində  və  şərqində  bir  çox 

kiçik  dövlətlər  olduğu  halda,  Orta  Asiyanın  sərhəddində 

yerləşən  Çin  sülaləsinin  inkişaf  edərək  böyük  bir  imperiyaya 

çevrilməsinin,  əlbəttə  ki,  səbəblərindən  biri  də  qərblə  ticarətin 

olması  idi.  Çin  dövləti  bugünkü  Şensi  ilə  Qausunun  şərq 

tərəfində  idi.  Bura  keçid  zonası  hesab  olunurdu.  Çinin  şimalı 

səhra  və  çöllərlə,  cənubu  isə  keçilməz  dağlarla  əhatələnmişdi. 

Buna  görə  də,  dövlət  qərbdən  gələn  və  şərqə  gedən  yollar  üzə-

rində idi. Türküstana gedib-gələn bütün karvanlar Çin dövlətinin 

olduğu  bu  ərazidən  keçirdi.  Qaynaqlarda  olan  məlumatlara 

istinadən bunu söyləmək olar ki, Çin dövləti ilə Şərqi Türküstan 

arasındakı  xarici  ticarət  əlaqələri  bu  dövrdə  başlamışdı.  Çin 

dövlətinin  bundan  böyük  qazanclar  əldə  etdiyini  də  söyləyə 

bilərik.  Çünki  dövlətin  tərəqqisində  iqtisadiyyatın  təsirlərini 

danmaq olmaz. 

Çin  ordusunda  atlı  dəstələr  yaradılmağa  başlayanda  at 

ticarəti  də  sürətlə  dəyər  qazanmağa  başladı.  Orta  Asiyada 

yaşayan  tayfalar  Çinlə  at  ticarətinə  üstünlük  verirdilər. 

Türküstan,  Altay  və  Orxona  gedən  karvanlar  başlanğıcını  Çin 

ölkəsindən  alırdı.  Bu  ticarət  yollarının  əhəmiyyəti  getdikcə 

artırdı.  Bu  yollar  vasitəsilə  Çin  qonşu  dövlətlərlə  əlaqələrini 

daha sıx qururdu. İpək yolu və yaxud Orta Asiya ticarət yolları 

haqqında  qədim  Çin  mənbələrində  məlumatlar  çoxluq  təşkil 

edir.  Hətta  Çinin  qədim  tarix  kitablarında  bu  yolun  keçdiyi 

şəhərlər,  sərhədlər  ayrıca  göstərilmişdir.  Məlum  olduğu  kimi, 

Tunhuanq  regionu  Şərqi  Türküstanın  böyük  bir  şərq  qapısıdır. 




 

13 


Qərbə gedən bütün ticarət yolları Tunhuanqdan başlayıb yayılır. 

Tunhuanq  Türküstan  ticarət  yollarının  birləşdiyi  bir  yer  idi. 

Canq  -  yeh  və  Ciu-cüan  isə  Qausunun  şövkətli  şəhərləri  olan 

Kau  və  Su-cuhounun  qədim  adları  idi.  Üstəlik  bu  tanınmış  Su 

şəhərindən Orta Asiyaya gedən böyük bir yol da var idi. Bu yol 

Etsiu-qol  vadiləri  üstündən  bütün  Orta  Asiyaya  yayılırdı. 

Türküstanın şərq qapısı o zaman yüecilərin əlində idi. 



 

14 


Qərbə  açılmış  karvan  yolu  vasitəsilə  Çin  ölkəsindən  Hun 

ölkəsinə ipək, qumaş, şərab, çəltik və müxtəlif ərzaq məhsulları 

daşınırdı.  Bunların  nəticəsi  olaraq  hər  iki  xaqanlıq  arasında 

dostluq və sülh münasibətləri mövcud olmuşdu.  

Bu dövrdə ticarət yollarına nəzarət Çinin və Hunların ixti-

yarında  idi.  Hun  dövlətinin  davamlılığı  və  taleyi  Çinin  qərb 

şəhərlərinin  varlığına  bağlı  idi.  Hunlar  ticarət  yollarının  qərbə 

gedən hissəsinə nəzarətə böyük əhəmiyyət verirdilər. 

Bu  yol  Loulandan  keçirdi.  Loulan  Şərqi  Türküstanın 

şərqində,  çöllərin  və  şor  bataqlıqların  arasında  qalmış  yer  idi. 

Ancaq  Çindən  qərbə  gedən  İpək  yolu  və  digər  ticarət  yolları 

Loulanın  içərisindən  keçmək  məcburiyyətində  idi.  Karvanlar 

buradan  çıxdıqdan  sonra  böyük  çöllərin  içərisindən  keçməsi 

səbəbli  su  və  ərzağı  Loulandan  alırdılar.  Buradakı  bataqlıq  və 

şor  gölə  Labnor  adı  sonradan  bu  yerə  Şauşan  adı  verilmişdir. 

Məşhur  Çin  elçisi  Canq  Çien  Çin  imperatoruna  verdiyi 

raportunda  Loulan  şəhərinin  əhəmiyyətli  mövqeyi  haqqında 

ətraflı  məlumat  vermiş,  oranı  nəzarətə  götürməyi  tövsiyyə 

etmişdi. Canq Çienin səyahəti e. ə. 125-ci ildə sona çatanda Çin-

lə  Qərb  arasında  karvanlar  tez-tez  gəlib-getməyə  başladılar. 

Hunlar buna qarşı çıxdılar və mübarizəyə başladılar. E.ə 121-ci 

ildə, yəni elçi Canq Çienin səyahətindən 4 il sonra Orta Asiyaya 

gedən  Çin  karvanlarından  ilk  acı  xəbərlər  və  şikayətlər  gəldi. 

(Bundan sonra bu şikayətlər yüz illər boyunca kəsilməyəcəkdir).  

Çinlilər karvanları elçi-karvan anlayışı ilə nizamlayırdılar. 

Elçi karvanları toxunulmazlıq hüququ daşıyırdı. E.ə 121-ci ildə 

Loulanda  olan  Hun  xaqanının  casus  və  müşahidəçiləri  Çin 

karvanlarının yolunu bağladılar. Bu karvan elçi Vanq Kuennin 

idi.  Elçilər  imperatora  bu  dövlətin  müdafiə  divarlarının 

olduğunu,  lakin  əsgərlərinin  azlığını  və  Çin  tərəfindən  asanca 

məğlub  edilə  biləcəyini  bildirdilər.  Çin  imperatoru  əmr  verib 

saray  sərkərdəsi  Caokunu  göndərir.  Sərkərdə  Loulanı  tutur  və 

Çin  sərhədləri  ilə  o  yer  arasında  -  çöllərin  ortasında  müdafiə 

qüllələri  tikdirir.  Həmin  qüvvələr  sonralar  karvanların  yolüstü 




 

15 


dayanacaq  məntəqələrinə  çevrilmişdi.  Bu  qüllələrin  yerini 

A.Stein  tapmışdı.  Böyük  ticarət  yollarının  üzərində  yerləşən 

Loulan hökmdarlığı Çinlə hunlar arasında bir neçə  əsr tarazlıq 

siyasətini qorumağa müvəffəq olmuşdu. 

 

 

 



Yüecilərin  (kuşanların)  Qərbə  köç  etməsi  ilə  Orta  Asiya, 

Qərbi  Türküstan,  Əfqanıstan  və  Hindistanın  şimalında  böyük 

tayfalar hərəkatı başlanmışdı. Makedoniyalı İsgəndərdən sonra 

bu  ərazilərdə  dövlətlər  qurmuş  olan  yunan  müstəmləkəçiləri 

buralardan  çıxarılmışdı.  Çin  mənbələrində  göstərilir  ki,  Taure 

dağlarının  qərb  hissələrində  yaşayan  sakalar  yüecilərin 

qabağından  vahiməli  halda  cənuba  doğru  çəkilmişdilər. 

Əfqanıstan  və  Hindistanın  şimalında  bəzi  yeni  dövlətlər 

quruldu.  Yüecilər  Toharıstana,  yəni  Amudərya  çayının  cənub 

hissələrinə  enib,  orada  yeni  bir  dövlət  qurdular.  Bu  yaranan 

kiçik  dövlətlər  və  böyük  imperiyalar  zamanında  daima  Çindən 

qərbə  yol  alan  karvanların  sayı-hesabı  olmamışdı.  Bunları 

qazıntılar  zamanı  Orta  Asiya  ərazilərində  Çin  pullarının,  Çin 

ərazilərindən  isə  müxtəlif  vaxtlarda  Türküstan  ərazilərində 

mövcud olmuş imperiyaların pullarının tapılması təsdiqləyir. 



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə